Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə42/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   65

Sovet  landşaftşunaslığının  banilərindən  olan  L.S.Berq  (1876-1950)  «SSRİ-nin  coğrafi  zonaları»  kitabında 

gostərmişdir  ki,  coğrafi  landşaft  dedikdə,  sozun  geniş  mənasında,  biz  coğrafiya  elminin  əsas  vahidini,  bilavasitə 

tədqiqat obyektini, coğrafi fərdi başa duşuruk. Hər landşaft onu təşkil edən elementlərdən, bu elementlərin bir-biri 

ilə qarşılıqlı əlaqələrindən ibarətdir. Obrazlı desək, hər landşaft elə bir orqanizmdir ki, onu təşkil edən hissələr uzvu 

surətdə butovluk yaradır, butov isə hər bir hissəyə təsir gostərir. Biz landşaftın hər hansı bir hissəsini dəyişsək, onda 

butun  landşaft  da  dəyişilər.  Berq  landşaftın  iqlim  şəraitinə  təsirinin  oyrənilməsinə  daha  cox  yer  vermişdir.  Onun 

«İqlim və həyat», «İqlimşunaslığın əsasları» kitabları buna subutdur.  

L.S.Berq landşaftların insan fəaliyyətinin bəzi novlərinə, xususilə kənd təsərrufatı fəaliyyətinə təsirinin oyrənilməsinə daha 

cox  diqqət  yetirmişdir.  Lakin  bu,  o  demək  deyildir  ki,  Berq  insanların  təsərrufat  fəaliyyətini,  yaxud  onların  tarixini  və  sosial 

inkişafını landşaftın nəticəsi hesab edirdi. Berq və Borzov landşaft dəyişmələrini və onların tarixiliyini xususilə qeyd etmişdir. 

Landşaft  muəyyən  vaxt  ərzində  dəyişir  və  insan  fəaliyyəti  ilə  bu  dəyişmələrə  təsir  edir.  İnsanın  təsiri  ilə  landşaftda  baş  verən 

dəyişikliklər nəticəsində qrunt sularının vəziyyəti, bitki ortuyunun tərkibi və sıxlığı, qar ortuyunun paylanması, relyef formaları 

dəyişir,  eroziya  və  s.  proseslər  meydana  gəlir.  Bu  da  oz  novbəsində  kənd  təsərrufatının  ərazidən  istifadə  etməsinə  boyuk  təsir 

gostərir. Berq və Borzov landşaftların tarixin hansı mərhələsində əmələ gəlməsi, hansı dəyişmələri və s. məsələləri irəli surərək 

paleocoğrafiyanın əsasını qoymuşlar.  

Landşaft  geofizikası  və  umumi  lanşaftşunaslıq  sahəsində  D.L.Armand  (1905-1977)  boyuk  tədqiqat  işləri 

aparmışdır. Bu işlər oz əksini «Landşaftlar haqqında elm» kitabında tapmışdır.  

Hazırda  landşaftşunaslıq  N.A.Solntsev,  A.Q.  İsacenko,  F.İ.Milkov,  A.N.Qvozdetski  və  b.  coqrafiyacı  alimlər 

tərəfindən  inkişaf  etdirilməkdədir.  F.N.Milkov,  V.N.Ryabcikov  və  b.  landşaftların  potensial  təbii  ehtiyatlarının 

oyrənilməsinə  xususi  fikir  verirlər.  Muasir  landşaftşunaslığın  həm  antropogen,  həm  də  təbii  komplekslərin  muqayisəli 

oyrənilməsi praktiki cəhətdən cox əhəmiyyətlidir. Landşaftların ekoloji vəziyyətinin bərpası, onlardakı təbii ehtiyatlardan 

və  təbii  şəraitdən  səmərəli  istifadə  məsələlərinin  oyrənilməsi  ərazinin  səmərəli  planlaşdırılmasına  praktiki  komək  edən 

məlumatlar verir.  

Fiziki-coğrafi  rayonlaşdırma  və  onun  taksonomik  vahidlərinin  oyrənilməsi  cox  maraqlı  və  əhəmiyyətli 

məsələlərdəndir.  Bu  məsələlərlə  V.P.Semyenov-Tyanşanskiy,  A.A.Qriqoryev,  S.V.Kalesnik,  Q.D.Rixter, 

A.Q.İsacenko, N.N.Mixaylov və b. məşğul olmuşdur.  

Yuxarıda  adları  cəkilən  alimlər  oz  tədqiqatlarında  bu  və  ya  digər  dərəcədə  fiziki  coğrafi  rayonlaşdırmaya  və 

onun  taksonomik  vahidlərinə  dair  təkliflər  irəli  surmuşlər.  Həmin  alimlərin  bir  coxu  bu  təkliflər  icərisində 

komplekslərin ən boyuyu olan quru və Dunya okeanını əhatə edən ilkin başlanğıcını coğrafi təbəqədən goturən fiziki 

coğrafi komplekslərin taksonomik sistemini daha əsaslı hesab edirlər.  

Gostərilən problemlər N.İ.Mixaylovun «Fiziki-coğrafi rayonlaşdırma», M., 1985 (rus dilində) dərsliyində geniş 

izah  edilmiş  və  fiziki-coğrafi  rayonlaşdırmanın  taksonomik  vahidləri  verilmişdir  (şəkil  12).  Hər  bir  halda  dağ 

rayonları ucun adətən ozunun taksonomik sistemi təklif edilir.  

Sovet  coğrafiyasında  Baranski  –  Kolosovski  –  Vitverin  iqtisadi  və  sosial  coğrafiya  məktəbi  dunyada  oz 

tədqiqatları  ilə  xeyli  tanınmış  və  xalq  təsərrufatı  sahələrinin  inkişafına  musbət  təsir  gostərmişdir.  Bu  məktəbin 

davamcıları  olkədə  məhsuldar  quvvələrin  yerləşməsinə,  xalq  təsərrufatının  ərazi  təşkilinə  və  sahələr  uzrə 

planlaşmasına komək edən cox qiymətli tədqiqatlar aparmış və aparmaqdadır.  

Məhsuldar  quvvələrin  ərazi sistemləri,  iqtisadi  rayonların  təşkili  və  inkişafı,  sənaye  rayonları  və  sənaye  qovşaqları, 

kənd təsərrufatı arealları və rayonları məskunlaşma sistemləri, nəqliyyat qovşaqları və iqtisadi əlaqələrin və s. oyrənilməsi 

muvəffəqiyyətlə  davam  edir.  İqtisadi  və  sosial  coğrafiya  olkənin  təbii  ehtiyatlarından  və  təbii  şəraitindən  məhsuldar 

quvvələrin  inkişafı  ucun  səmərəli  istifadə,  ekoloji  tarazlığın  saxlanması,  ətraf  muhitin  qorunması  və  s.  problemlərin 

həllində fəal iştirak edir.  

Baranski-Kolosovski-Vitver məktəbi ucun səciyyəvi cəhət tədqiqatların aparılmasında tarixilik və ərazilik prinsipinə 

əməl  edilməsidir.  Bu  məktəbin  numayəndələri  iqtisadi  rayonlara  ictimai  əmək  bolgusunun  nəticəsi  kimi  baxır,  onların 

inkişafına ictimai istehsal usulunun, muəyyən sosial-iqtisadi formasiyanın həlledici təsiri baxımından yanaşırlar. Onlar oz 

tədqiqatlarında ərazi sistemlərinin mənşəyi və dinamikasını, bu sistemlərin daxili və xarici əlaqələrini oyrənməyə ustunluk 

verirdilər.  

N.N.Baranski (1881-1963) və onun şagirdləri iqtisadi və sosial coğrafi obyektlərin (şəhərlər, rayonlar, olkələr) 

oyrənilməsini, bu obyektlərin coğrafi movqeyini, başqa obyektlərə munasibətini, iqtisadi coğrafi təsir dairələrini və 

s.  kimi  məsələləri  muəyyənləşdirməyi  və  onları  sosial  –  iqtisadi  xəritələrin  tərtibi  ilə  başa  catdırmağı  zəruri  hesab 

edirdilər.  

Baranski-Kolosovski-Vitver məktəbi ərazi sosial-iqtisadi sistemlərini, onları əhatə edən coğrafi muhitlə uzvu surətdə 

əlaqədə  oyrənir.  Təbii  ehtiyatları  və  istehsalda  istifadə  edilən  təbii  prosesləri  həmin  sistemlərin  maddi-texniki  bazasına 

daxil  edirdilər.  Baranski-Kolosovski-Vitver  məktəbi  həm  də  ozunun  konstruktivliyi  ilə  oyrənilən  sistemlərə  onların 

inkişafı  və  perspektivliyi  baxımından  yanaşılması  ilə  fərqlənir.  Bu  məktəbin  numayəndələri  tərəfindən  aparılan 

tədqiqatların əksəriyyəti istehsalın və əhalinin ərazi uzrə təşkili haqqında elmi surətdə əsaslandırılmış təkliflər və dovlətin 

qəbul etdiyi qərarlarla nəticələnmişdir.  

Gorkəmli  coğrafiyacı  N.N.Baranskinin  1924-cu  ildə  yazdığı  «SSRİ-nin  iqtisadi  coğrafiyası»  kitabı  iqtisadi 

coğrafiyanın inkişafında boyuk əhəmiyyət kəsb etdi və 1926-cı ildən məktəblərdə dərslik kimi istifadə edildi. Həmin 

kitab  iqtisadi  coğrafiyanın  elmi  əsaslarla  yenidən  qurulmasına  və  təkmilləşməsinə  səbəb  oldu.  Baranski  iqtisadi 

coğrafiyanın  yeni  sahəsini  yaratmışdır.  Bu  da  məhsuldar  quvvələrin  ərazi  uzlaşmalarının  (komplekslərinin) 

qanunlarını oyrənir.  

N.N.Baranski coğrafi ərazi əmək bolgusunə xususi fikir vermiş, muqayisə metodunun tətbiqi ilə iqtisadi rayonların 

səmərəliliyini  kəmiyyət  və  keyfiyyətcə  təhlil  etmiş,  bununla  da  iqtisadi  coğrafiyanı  təsviri  elmdən  dəqiq  elmə  cevirmiş, 

onu  sistemli  təhlillə  zənginləşdirmişdir.  Baranski  subut  etmişdir  ki,  coğrafi  əmək  bolgusu  iqtisadi  coğrafiyada  sistemli 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə