Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə44/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   65

genişləndirilməsi onun adında dəyişikliklər aparılmasını tələb edirdi. Ona gorə də «İqtisadi və sosial coğrafiya» adı  yaranır və 

1979-cu ildən Ali Attestasiya Komissiyası bu ixtisas uzrə elmlər namizədi və elmlər doktoru adlarının verilməsini təsdiq edir. Bu 

elmin  yeniləşdirilmiş  anlayışları  və  kateqoriyaları  geniş  və  hərtərəfli  şəkildə  E.B.Alayevin  fundamental  xarakterli  terminlər 

luğətində (Sosialno-ekonomiceskaya qeoqrafia. Ponətiyno-terminoloqiceskiy slovar. M. 1983) verilmişdir. Luğətdə, iqtisadi  və 

sosial coğrafiyanın 800-ə qədər termininin geniş izahatı verilmişdir.  

İqtisadi  coğrafiya  elmində  başlanan  yeniləşmə  80-90-cı  illərdə  davam  etdirilir.  Bu  dovrdə  A.İ.Cistobayev  və 



M.D.Şarıqinin yazdıqları nəzəri-metodoloji monoqrafiyada (Ekonomiceskaya i sosialnaya qeoqrafiya, Novıy etap, 1990) 

iqtisadi  və  sosial  coğrafiyanın  predmeti  kimi  butovlukdə  cəmiyyətin  ərazi  təşkilinin  oyrənilməsi  ideyası  əsaslandırılır. 

Bununla  bağlı  olaraq  cəmiyyət  və  təbiətin  qarşılıqlı  əlaqəsi  və  təsiri,  iqtisadi  –  ekoloji  rayonlaşdırma,  coğrafi  əmək 

bolgusunun novləri, cəmiyyətin ərazi təşkilinin sosial-coğrafi problemləri diqqət mərkəzinə cəkilir.  

Yenə  də  həmin  dovrlərdə  rus  dilində  «Coğrafiya  dunyası»  (M.  1984)  adlı  fundamental  əsər  cap  olunur.  Populyar 

dildə  yazılmış  bu  əsərdə  coğrafiyanın  məşğul  olduğu  koklu  məsələlər  nəzərdən  kecirilir,  dunyanın  dərk  edilməsində  bu 

elmin  rolu  və  yeri  haqqında  geniş  məlumat  verilir.  Orada  coğrafiyanın  tarixi,  Yerin  coğrafi  kəşflər  tarixi,  səyahətlər, 

tədqiqatcılar  və  s.  haqqında  danışılır.  Yerin  təbiətini  canlı  şəkildə  əks  etdirən,  oxunuşunu  asanlaşdıran  illustrasiya 

materialları kitaba boyuk maraq doğurur.  

1990-2000-ci  illəri  əhatə  edən  kecid  dovrunun  tələbatı  ilə  bağlı  olaraq  iqtisadi  və  sosial  coğrafiyanın  bir  sıra 

problemlərinin  dərinləşdirilməsi  və  yeniləşdirilməsi  muşahidə  olunur.  SSRİ-nin  dağılması  bizim  elmə  zorla  sırıdılan  inzibati 

amirlik  baxışlarından  qurtarmaq,  sərbəst  axtarışlar  aparmaq  tələb  olunurdu.  Lakin  bu  umumi  axtarışlar  gedişində  bəzi 

ədəbiyyatlarda iqtisadi və sosial coğrafiyada indiyədək toplanmış elmi irsi kolgədə qoymaq və tamamilə sıfırdan başlamaq kimi 

səslər  də  eşidilirdi.  N.N.Baranski,  N.N.Kolosovski  və  başqalarının  iqtisadi  rayonlaşdırma  və  ərazi-istehsal  kompleksləri 

nəzəriyyələri  və  baxışları  tənqid  olunurdu.  Belə  cıxırdı  ki,  bu  nəzəriyyələr  artıq  kohnəlib  və  coğrafiya  tarixinin  «zaman 

gəmisindən» kənara atılmalıdır. Bu kimi səhv fikirləri tənqid edən akad. V.M.Kotlyakov qeyd edirdi ki, coğrafi ideyalar həmişə 

zamanla bağlı olduğundan dərin tarixi koklərə malikdir və zaman kecdikcə daha da quvvətli gorunur. Bu baxımdan N.N.Baranski 

və  N.N.Kolosovskinin  nəzəriyyələri  haqqında  deyilən  mənfi  fikirləri  duzgun  hesab  etmək  olmaz.  Deməli  yeni  sosial-iqtisadi 

sistemə kecid hec də bizim elmin əvvəllər yaratdığı bir cox mutərəqqi nəzəri və metodiki anlayışları inkar etməməlidir.  

Muasir dovrdə iqtisadi və sosial coğrafiyanın diferensiasiyası xeyli dərinləşir, bu elmdə sosioloji, humanizm və 

siyasi coğrafiya  istiqamətlərinə  meyllər artır. Cəmiyyət tərəfindən sifarişlər, daha  cox siyasi coğrafiyaya, xususilə 

onun secicilər (elektoral) coğrafiyası qoluna, geosiyasətə, ərazi və etnik konfliktlərin coğrafiyasına aid verilir.  

Regional siyasət problemlərinin işlənib hazırlanması, inzibatı-ərazi bolgulərinin elmi cəhətdən əsaslandırılması 

və s. istiqamətlərin inkişafı daha surətlə gedir.  

Butun  bunlar  oz  nəticəsini  son  illərin  elmi  ədəbiyyatında  tapmışdır.  İstehsal  sahələrinin  coğrafiyasına  həsr 

olunan  movzuların  capı  azalır,  sosial  sahələrinki  isə  artır.  Əgər  70-ci  illərdə  MDB  məkanında  iqtisadi  və  sosial 

coğrafiya  uzrə  nəşr  olunmuş  butun  elmi  ədəbiyyatın  50  faizi  istehsalın  coğrafiyasına  həsr  olunmuşdursa,  90-cı 

illərdə bu rəqəm cəmi 30 faiz təşkil etmişdir. Əksinə, muxtəlif siyasi partiya və hərəkətlərdən, ozəl muəssisələrdən 

qəbul olunan sifarişlər nəticəsində sosial və siyasi coğrafiyaya həsr olunan elmi ədəbiyyatın sayı xeyli coxalmışdır. 

Butun bu yeniliklərlə bağlı olaraq 1995-ci ildə MDB-nin bir sıra olkələrinin Ali Attestasiya Komissiyaları «İqtisadi 

və  sosial  coğrafiya»  ixtisası  uzrə  elmlər  namizədi  və  doktoru  adlarının  verilməsi  ucun  daha  bir  soz  «siyasi 

coğrafiya» sozunu əlavə etməklə – «iqtisadi, sosial və siyasi coğrafiya» adını təsdiqləmişlər. Belə geniş ad altında 

iqtisadi və  sosial coğrafiya cəmiyyətin  həyatının butovlukdə ərazi təşkilini və onun ayrı-ayrı olkələrdə, rayonlarda 

və məhəllələrdə təzahur xususiyyətlərini və qanunauyğunluqlarını oyrənir.  

90-cı  illərdə  acıq  iqtisadiyyata  kecməyə  başlayan  Mustəqil  Dovlətlər  Birliyi  olkələrində  xususilə,  Rusiyada  bir  sıra 

yeni  iqtisadi  və  sosial  coğrafi  ədəbiyyatlar  cap  olunmuşdur.  Bu  ədəbiyyatlarda  olkələrin  iqtisadi  inteqrasiyası  və  tarazlı 

(dayanıqlı)  inkişafı  anlayışlarının  mahiyyətinə,  bohran  və  depressiyaya  uğramış  regionların  dircəldilməsi  problemlərinə, 

urbanizasiya proseslərinə və s. aid maraqlı və yenilik xarakterli elmi yazılar verilir. Bu dovrdə əhali və yaşayış məskənləri 

coğrafiyasına aid daha cox elmi ədəbiyyat yazılmışdır.  

S.A.Kovalyovun  Moskva  universitetində  yaratdığı  kənd  yerlərinin  coğrafiyasına  aid  məzmunlu  məktəbin 

davamcısı olan A.İ.Alekseyevin 1990-cı ildə «Cox uzlu kənd» adlı monoqrafiyası bu problemə həsr olunmuşdur. 

Burada kənd yerlərinin funksiyası, yaşayış şəraiti, strukturu, idarə olunması və s. məsələləri kompleks şəkildə təhlil 

olunur.  

Urbanizasiya  və  şəhərsalma  problemlərinə  həsr  olunan  ən  əhəmiyyətli  əsərlərdən  biri  də  E.N.Pertsikin 



«Şəhərlər  coğrafiyası urbanistika  əsasları  ilə»  (M. 1996) kitabıdır. Əsərdə  rayon layihələşdirilməsi baxımından 

dunya urbanizasiya prosesinin murəkkəb dongələrindən kecdiyi yollar parlaq şəkildə işıqlandırılır.  



Q.M.Lapponun  şəhərlər  coğrafiyası  ilə  bağlı  yeni  capdan  cıxmış  (Qeoqrafiya  qorodov,  1997)  dərs  vəsaiti 

boyuk əhəmiyyət kəsb edir. Dərs vəsaitində şəhərlər sisteminin metodoloji problemləri, strukturu, dinamikası, ərazi-

dayaq  («karkas»)  rolu  və  s.  nəzərdən  kecirilir.  Şəhərlərin  coğrafiyası  ilə  bağlı  məsələlər  əsasən  Rusiya 

Federasiyasına həsr olunsa da, kecid dovrunun şəhərlərə təsirinin oyrənilməsi baxımından xeyli maraq doğurur.  



Nəqliyyat coğrafiyası ilə bağlı olan tədqiqatların sayı da artmışdır. Bu da bazar iqtisadiyyatına kecid, sərbəst gediş-

gəliş  və  olkələrarası  inteqrasiyanın  guclənməsi  və  s.  ilə  bağlıdır.  MDB-nin  nəqliyyat  coğrafiyasına  aid  1991-ci  ildə  iri 

həcmli dərslik nəşr olunmuşdur. Dərslikdə nəqliyyatın iqtisadi coğrafiyasının predmeti kimi olkə və onun regionları uzrə 

iqtisadi və sosial inkişaf prosesində formalaşan ərazi nəqliyyat sistemləri goturulur. Kitabın mərkəzi ideyasını məhsuldar 

quvvələrin yerləşdirilməsi ilə nəqliyyatın qarşılıqlı əlaqələri və iqtisadi coğrafi rayonlar uzrə bu əlaqələrin həcmi, strukturu 

və  istiqamətlərinin  təhlili  təşkil  edir.  Bir  cox  obyektiv  amillərə,  texniki-iqtisadi  və  coğrafi  əsaslarla bağlı  olduğuna  gorə 

SSRİ mustəqil dovlətlərə ayrılsa da, onların nəqliyyat sistemləri oz fəaliyyətini əvvəlki kimi birgə davam etdirirlər.  

Başlıca nəqliyyat  novləri, onların yuk və  sərnişin daşınmalarında  yeri və əhəmiyyəti və  MDB olkələrinin hər 

birinin ayrıca nəqliyyat sisteminin coğrafiyası geniş təsvir olunur.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə