Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə47/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   65

 Kohnə usullarla – nə xəritə və nə də qlobus vasitəsilə kosmik coğrafiyanın verdiyi qədər geniş informasiyanı biliklər 

almaq  olmaz.  Bunun  ucun  artıq  on  illərdən  bəri  muxtəlif  hundurluklərdə  və  işıqlandırma  şəraitində  cəkilmiş  boyuk 

həcmdə kosmik şəkillər və materiallar daha faydalıdır. Bu materiallar real «qlobusun» mənzərəsindən fırlanan canlı Yerin 

muasir coğrafiyasını qurmaq ucun tam yetərlidir. Kosmik «qlobus»da yerdəki boğazlar, okeanlar, dənizlər, adalar, dağlar 

və səhralar tamamilə başqa gorunuşə malikdirlər.  

Bu  şəkillər  boyuk  bir  kino  lenti  kimi  Yerin  rəngli  mozaikasını  real  olaraq  goz  onundə  canlandırır.  Kosmosdan 

baxdıqda təbiətdə hec nəyin təsadufi olmadığını və oz qanunu ilə yaşadığını aydın gorursən. Kosmik gəmidən bitkilərin 

rənginin  dəyişməsi  ilə  Yerin  şimal  və  cənub  yarımkurələrində  fəsillərin  eyni  vaxtda  gedişini  gorə  bilərsən.  Səthə  yaxın 

olan  geoloji  formasiya  ilə  onun  uzərində  əmələ  gəlmiş  landşaftın  umumi  mənzərəsi  arasındakı  əlaqələri  aydın  gormək 

olur.  Ərazinin  tektonik  strukturunu  kosmosdan  oyrənməklə  faydalı  qazıntıların  duzgun  axtarışı  istiqamətlərini  muəyyən 

etmək olar.  

Kosmosdan alınan şəkillər və informasiyanın koməyi ilə Yerin butovlukdə və ayrı-ayrı regionları uzrə ekoloji 

şəraitinin oyrənilməsi mustəsna əhəmiyyət kəsb edir.  

Son nailiyyət kimi kosmik materiallar əsasında Coğrafiya İnformasiya Sistemlərinin yaradılmasını (CİS-lər) 

gostərmək olar. Bu sistemlə hazırlanan rəqəmli xəritələrdə: ərazinin topoqrafiyası, yağıntıların miqdarı, 

temperaturun gedişi, əhalinin sıxlığı, flora və faunanın tərkibi və s. haqqında geniş həcmli coğrafi informasiya 

verilir.  

* * *  


Coğrafiya tarixi, 

 

Tapdıq Həsənov,  



Əbdurrəhim Hacızadə  

VI fəsil  



AZƏRBAYCAN COĞRAFİYASININ İNKİŞAF TARİXİ  

6.1 Azərbaycan coğrafiya tarixinin umumi icmalı  

Azərbaycan  haqqında  ilk  yazılı  coğrafi  məlumatlara  qədim  yunan  və  Roma  səyyahları  və  alimlərinin 

əsərlərində  rast  gəlirik.  Yunan  filosofu  Herodot  Xəzər  sahilini  təsvir  etmiş,  Roma  alimi,  milliyyətcə  yunan  olan 

Strabonun  coğrafiya  kitablarında  isə  Albaniya,  Xəzər  dənizinin  sahilləri  və  onun  ozu  haqqında  cox  maraqlı 

məlumatlar  yazılmışdır.  Klavdiy  Ptolemey,  Dədə  Qorqud  dastanı  və  həmcinin  yerli  alban  alimlərindən  Moisey 

Kalankatlı (VII-VIII) olkəmiz haqqında xeyli bilgilər vermişlər.  



Moisey  Kalankatlınun  «Albanların  tarixi»  əsərində  gostərilir  ki,  I-VII  əsrlərdə  Albaniyanın  ərazisi  şimalda 

Baş  Qafqaz  dağlarından  başlayaraq  cənubda  Araz  cayınadək,  qərbdə  İberiyadan  şərqdə  Xəzər  dənizinə  qədər 

uzanırdı. İnzibatı bolgu baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bolunmuşdur. Kurun 

sol  sahilində  Qəbələ,  Şəki,  Kambisiena  (Mingəcevir  rayonunda),  sağ  sahilində  Arsax,  Uti,  Qardman,  Sakasena, 

Paytakaran, Syunik və b. əyalətlər (nahanqlar) yerləşirdi. Xəzər sahili boyu Dərbənddən Beşbarmaq dağınadək olan 

əraziləri Cola, ondan qərbə  Lpinə, Həcəri və  b.  əyalətlər tuturdu. (Şəkil 14). İri Alban  yepiskoplarının  mərkəzləri 

olan Qəbələ, Şəki, Partav (Bərdə), Paytakaran (Beyləqan) haqqında ətraflı məlumatlar verilirdi. Muəllif Albaniyanın 

əlverişli  təbii  şəraiti,  kənd  təsərrufatının  əsas  sahələri,  sənətkarlığı,  ticarət  yolları,  qonşu  xalqları  və  s.  haqqında 

dəyərli tarixi-coğrafi məlumatlar vermişdir.  

«Dədə  Qorqud»  kitabı  Azərbaycan  xalqının  tarixinin  işıqlı  bir  dovrunu  VI-VII  əsrləri  əhatə  edir.  Bu  dastan  təkcə 

tarixi  əsər  olmaqdan  ziyadə,  həm  də  tarixi-coğrafi-etnoqrafik  anlayış  və  hadisələri,  coxlu  yer  adlarını  əhatə  edən  geniş 

məzmunlu  bir  əsərdir.  Turklərin  yayıldığı  əraziləri,  qonşuları,  əhalinin  muxtəlif  mərasimləri,  məşğuliyyət  sahələri, 

şəhərləri, yolları və s. haqqında dastanda dolğun məlumatlar verilir. Ozu də kitabda coğrafi hadisələri əhatə edən ayrıca 

tarixi-coğrafi bolmə vardır.  

«Dədə Qorqud» on Asiyada, Qafqazda, xususilə Azərbaycanda yaşayan oğuz turklərinin tarixini bədii dildə qələmə 

alan bir dastandır. Burada təsvir olunan hadisələr Boyuk turk ellərinin (L.Qumilyova gorə «Turkyurd») və onların 

yenilməz  sərkərdələrinin  gostərdikləri  mərdlik  və  qəhrəmanlıqları  ilə  bağlıdır.  Bu  gun  həmin  dastan  butun  turk 

olkələrinin tarixi-coğrafi və mədəni birliklərinin inkişaf etdirilməsində boyuk rol oynayır. 

Sonralar  Azərbaycan,  onun  səfəvilər  və  Ağqoyunlu  dovlətləri  haqqında  yenə  də  Venesiya  tacirlərindən 

Katerino  Zeno,  Ambrocco  Kontari  və  ingilis  səyyahı  Antonio  Cenkinson  ətraflı  məlumatlar  veriblər.  Dunyanın 

muxtəlif  olkələrindən  Azərbaycana  gələn  səyyahlar  haqqında  prof.  Yaqub  Mahmudov  ozunun  «Səyyahlar 

Azərbaycana gəlir» (Bakı, 1977) adlı dəyərli kitabında geniş məlumat vermişdir.  

XVIII  əsrin  birinci  yarısından  başlayaraq  bir  sıra  Şərq  olkələrinə  səyahət  etmiş,  onlar  haqqında  cox  qiymətli 

kitablar  yazmış,  Azərbaycan  coğrafiya  alimi  və  səyyahı  Hacı  Zeynalabidin  Şirvani  (1780-1837)  coğrafiya 

tarixində xususi yer tutur (Şəkil 15).  

O, XVIII əsrin ikinci yarısından başlayaraq 40 il səyahət etmiş, Azərbaycanın muxtəlif yerlərində, o cumlədən 

Bakıda,  digər  yerlərdə  Şimali  Afrika  və  Cənubi  Avropa  olkələrində  olmuşdur.  Fars  dilində  iki  hissədən  ibarət 

«Riyazus-səyahə»  («Cənnət  bağı  səyahətləri»)  və  digər  iri  həcmli  coğrafi  və  fəlsəfi  məzmunlu  ensiklopedik 

xarakterli  əsərlərin  muəllifidir.  Əsərlərində  Yaxın  və  Orta  Şərq  olkələri,  Hindistan,  Efiopiya,  Orta  Asiya  və 

Azərbaycanın  coğrafiyası,  tarixi,  etnoqrafiyası,  incəsənəti,  mədəniyyəti,  abidələri,  ədəbiyyatı  və  bəzi  gorkəmli 

şəxsiyyətləri  haqqında  qiymətli  məlumatlar  vermişdir.  Yer  kurəsinin  iqlim  qurşaqları  və  iqlim  tipləri,  onların 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə