Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə48/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   65

təsərrufata,  insanların  həyatına,  davranış  və  məişətinə  gostərdiyi  təsirdən  oz  dovrunə  gorə  yuksək  elmi  fikirlər 

soyləmişdir.  



Azərbaycan haqqında Rusiya tədqiqatcıları və səyyahlarının da bir sıra qiymətli məlumatları vardır.  

Tver taciri A.Nikitin Cənubi Qafqazdan kecib Hindistana gedərkən Azərbaycanda olmuş, Dərbənd, Şamaxı və Xəzər 

dənizi  haqqında  zəngin  məlumatlar  toplamışdır.  Bunun  nəticəsində  XVI  əsrdə  Rusiya  Şirvana  diplomatik  numayəndələr 

gondərmişdir.  Afanasi  Nikitin  Azərbaycanla  bağlı  verdiyi  məlumatlardan  aydın  gorunurdu  ki,  XV-XVI  əsrlərdə 

Azərbaycan  Hindistanı  və  Yaxın  Şərqi  Rusiya  ilə  birləşdirən  Volqa-Xəzər  su  yolundan  ticarət  məqsədilə  geniş  istifadə 

edən olkə olmuşdur. Şamaxı tacirləri bir tərəfdən Rusiya, o biri tərəfdən Hindistan, Yaxın Şərq daxil olmaqla boyuk bir 

ərazidə ticarətlə məşğul olurdular.  

Rusiya imperatoru I Pyotr qonşu dovlətlərlə, xususilə Şərq olkələri ilə daha cox maraqlanmışdır. Onun tapşırığı 

ilə  Rusiya  elmlər  Akademiyası  Yaxın  Şərq  olkələrini,  İran  və  Turkiyəni  oyrənməyə  başlamış,  Xəzərsahili 

torpaqların tədqiqi sahəsində ilk addımlar artmışdır.  

Rus  səyyahı  və tədqiqatcısı  İ.Q.Gerberq  1928-ci ildə Xəzər sahilindən başlayaraq Şərqi  Azərbaycanı, Kurun 

mənsəbini, Dərbənd ətrafını coğrafi baxımdan tədqiq etmişdir. Xususi proqramla aparılan tədqiqatlarda bu yerlərin 

inzibati-idarə munasibətləri və təsərrufat həyatı oyrənilmişdir.  

Rusiya  coğrafiyacısı  F.İ.Saymanov  1723-35-ci  illərdə  Xəzər  sahillərinə  elmi  ekspedisiya  təşkil  etmişdir. 

Ekspedisiya iştirakcıları bir necə dəfə Azərbaycan sahillərinə cıxmış, buranın təbiətini və sərvətlərini əsaslı şəkildə 

oyrənməyə  başlamışlar.  Onlar  Azərbaycanın  zəngin  təbii  sərvətləri,  o  cumlədən  neft  yataqları  olması  haqqındakı 

məlumatları Rusiya EA-na gondərmişlər.  

Bu  dovrdə  yaşayan  gorkəmli  coğrafiyacı  Vaxuşti  Baqratiyoni  Gurcustan  coğrafiyasına  həsr  etdiyi  əsərdə 

qonşu dovlətlər, o cumlədən Azərbaycan haqqında da sohbət acmışdır.  

XVIII  əsrin  axırlarında  Rusiya  EA-nın  Qafqaz  ekspedisiyası  Xəzər  sahillərini  tədqiq  etməklə  Azərbaycan 

haqqında yeni məlumatlar toplamağa başlamışdır. 1770-ci illərdə P.Y.Lerexin ekspedisiyasına dair Rusiya EA-nın 

nəşr etdirdiyi yazılarda Azərbaycan haqqında muxtəsər məlumatlara rast gəlinir.  

Rusiya  EA-nın  həqiqi  uzvu  S.Q.Qmelin  (1745-1774)  Xəzər  sahillərinin  təbii  xususiyyətlərini,  fauna  və 

florasını  oyrənmişdir.  Onun  Rusiyada  EA-sı  tərəfindən  nəşr  edilən  «Təbiətin  hokmunun  tədqiqatı  ucun  Rusiyaya 

səyahət» əsəri Azərbaycan təbiətinə həsr olunmuşdur.  

Azərbaycanın  neft  sərvətləri  haqqında  ilk  məlumatlara  1739-cu  ildə  nəşr  edilən  «Vedomosti»  Jurnalında  rast 

gəlinir.  

XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiyaya ilhaq edilməsi ilə əlaqədar olaraq onun təbii ehtiyatları 

iqtisadiyyatı və tarixi daha intensiv və məqsədyonlu şəkildə oyrənilməyə başlanmışdır. Şimali Azərbaycanın Rusiya 

bazarına daxil olması bu işi daha da surətləndirmiş Azərbaycanın tədqiqi işinə bir cox tanınmış mutəxəssislər cəlb 

olunmuşdur.  

1836-cı ildə Sankt-Peterburqda Cənubi Qafqazın statistikasına, etnoqrafiyasına və maliyyəsinə aid toplular nəşr 

edilmişdir.  Bu  topluların  III  cildi  Şirvan,  Talış,  Qarabağ,  Şəki,  IV  cildi  Bakı,  Quba,  Dərbənd  əyalətlərinə  həsr 

edilmişdir. Əyalətlərin təsviri xususi proqrama muvafiq olaraq ardıcıl və aydın verilmişdir.  

Artıq  XIX  əsrin  ortalarında  Azərbaycanın,  eləcə  də  butun  Qafqazın  oyrənilməsi  sahəsində  aparılan  işlər  Tiflisdə 

mərkəzləşdirilmişdi.  1851-ci  ildə  burada  yaradılmış  Rusiya  Coğrafiya  Cəmiyyəti  Qafqazın,  o  cumlədən 

Azərbaycanın  oyrənilməsində  də  cox  boyuk  nailiyyətlər  əldə  etmişdir.  Cəmiyyətin  rəhbərliyi  ilə  aparılan 

tədqiqatların nəticələri «Qafqaz haqqında xəbərlər», «Rusiyada coğrafiya cəmiyyətinin Qafqaz şobəsinin xəbərləri», 

«Qafqaz  təqvimi»  və  s.  toplularda  nəşr  edilmişdir.  Toplularda  Azərbaycanın  təbiətinə,  əhalisinə,  təsərrufatına, 

etnoqrafiyasına  və  mədəniyyətinə  həsr  edilmiş  xeyli  məqalə  var.  Cəmiyyətin  Qafqaz  şobəsində  rus  alimləri 

N.V.Xanıkov, Ş.İ.Xorzikov, Q.A.Abix, V.V.Dokucayev, K.A.Satumvin, İ.V.Mayevski və b. fəaliyyət gostərmişlər. 

Cəmiyyətdə calışan Azərbaycan ziyalıları yerli təbiətin, etnoqrafiyanın, əhalinin və şəhərlərin ilk tədqiqatcıları 

olmuş  və  məqalələrini  həmin  cəmiyyətin  mətbuat  orqanlarında  nəşr  etdirməklə,  Azərbaycan  coğrafiyasını 

zənginləşdirmişlər.  

Məşhur  Azərbaycan  filosofu  və  dramaturqu  M.F.Axundov  bu  cəmiyyətin  fəal  uzvu  idi.  Azərbaycanın  ilk 

coğrafi toponimikası onun adı ilə bağlıdır.  



M.S.Şahtaxtlı  (1846-1881),  Ə.İ.Şahtaxtinski  (1853-1913),  İ.N.Qutqaşınlı  (1806-1869)  və  b.  Azərbaycan 

ziyalıları coğrafiya cəmiyyətinə yaxından komək etmişlər.  



Məmmədağa  Şahtaxtinski  1900-cu  ildən  Rusiya  Coğrafiya  Cəmiyyətinin  Qafqaz  şobəsinin  həqiqi  uzvu 

olmuşdur. O, Parisdə, İstanbulda, Leypsiqdə, Avropanın və Rusiyanın başqa şəhərlərində Azərbaycanı təbliğ etmiş, 

«Moskovski  vedomosti»,  «Kaspi»,  «Tiflis»  qəzetlərində,  coğrafiya  cəmiyyətinin  məcmuələrində  Azərbaycan 

haqqında məqalələr dərc etdirmişdir.  



İsa  Şahtaxtinski  Peterburq  Əkincilik  İnstitutunu  bitirmiş,  Paris  və  Londonda  siyasi  iqtisad  kursları  kecmiş, 

Surix  Politexnik  İnstitutunda  bir  sıra  gorkəmli  muhazirəciləri  dinləmişdir.  Hələ  tələbə  ikən  iqtisadiyyat,  təbiət  və 

cəmiyyət məsələlərinə aid əsər yazmış, meşənin əhəmiyyəti movzusunda dissertasiya mudafiə etmişdir. Sonralar o, 

Qafqazın və Azərbaycanın coğrafiyası, əhalisi, inzibati bolgusu və dovlət idarələri movzusunda da əsərlər yazmışdır.  



İsmayıl bəy  Qutqaşınlı  bir  sıra  əsərlərində  xalqımızın adət və  ənənələrini,  doğma  vətəninin təbii  gozəlliyini 

real təsvir etmişdir. Onun 1851-ci ildə qələmə aldığı  «Səfərnamə» əsərində  xeyli qiymətli coğrafi  məlumatlar var. 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə