Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə51/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   65

30-cu  illərdə  Mərkəzin  inzibatı  idarəcilik  və  amirlik  siyasəti  gucləndi,  elmin,  elmi-tədqiqat  işlərinin,  dərsliklərin  və 

metodik vasitələrin yazılmasının mərkəzləşdirilməsi başqa respublikalarda olduğu kimi Azərbaycanda da milli muəlliflərin 

yaradıcılıq imkanlarını boğdu. Təsadufi deyil ki, 1930-1950-ci illər arasında Azərbaycan SSR-də ana dilində sanballı bir 

coğrafiya  kitabı  və  dərsliyi  cap  edilməmişdir.  1947-ci  ildə  nəşr  olunmuş  və  Azərbaycanın  coğrafiyasına  həsr  edilmiş 

yeganə iri həcmli əsər isə rus dilində yazılmışdır.  

XX əsrin birinci on illiklərində Azərbaycanın əsl mənada sistemli coğrafi tədqiqatlar mərhələsi başlanır. Onun 

geologiyası, faydalı qazıntıları, torpaq-iqlim şəraiti, geobotanikası, sosial-məişəti və iqtisadi xususiyyətləri hərtərəfli 

oyrənilir.  Azərbaycanın  iqlimini  İ.V.Fiqurovski,  torpaqlarını  S.A.Zaxarov,  bitki  ortuyunu  A.A.Qrosheym,  geoloji 

quruluşunu V.V.Boqacov, heyvanlar aləmini A.N.Vereşşagin tədqiq etmişdir.  

1925-ci  ildə  Azərbaycan  SSR  MİK-in  xususi  qərarı  ilə  kənd  təssərufatını  səmərəli  inkişaf  etdirmək  ucun 

Azərbaycan Dovlət Plan Komitəsinin nəzdində Respublika Rayonlaşdırma Komissiyası yaradılmışdır. Bu komissiya 

1935-ci  ilədək  respublikanın  iqtisadiyyatına,  torpaq  ortuyunə,  iqliminə,  bitki  heyvanlar  aləminin  məskunlaşmasına 

aid sanballı tədqiqatlar aparmış, rayonlaşmaya dair materiallar nəşr etmişdir.  

Rayonlaşdırma  Komissiyası  Azərbaycanın  yeni  inzibatı-ərazi  bolgusunun  yaradılması  istiqamətində  intensiv 

işlər  gorməyə  başladı.  Hər  şeydən  əvvəl  Azərbaycanda  movcud  olan  kohnə  bolgulərin  (quberniya,  qəza,  nahiyə) 

yeniləri (rayon, dairə, kənd sovetləri) ilə əvəz edilməsinə başlandı.  

Qeyd  etmək  lazımdır  ki,  kohnə  bolgulər  Şimali  Azərbaycanın  1828-ci  ildə  Rusiyanın  tərkibinə  qatıldıqdan 

sonra  kecmiş  xanlıqların  yerində  yaradılmışdır. Hələ  1846-cı  ildə  Azərbaycan  ərazisinin boyuk hissəsi Şamaxı və 

sonralar Bakı quberniyasına daxil edilmişdir. Onun tərkibində isə Şamaxı, Şuşa, Şəki, Bakı və Lənkəran sonralar isə 

Qaryagin, Quba, Goycay, Cavad qəzaları yaradılmışdır. 1867-ci ildə Yelizavetpol quberniyası (Gəncə) təşkil edilir. 

Digər Azərbaycan ərazilərində İrəvan quberniyası onun tərkibində isə Naxcıvan, Zəngəzur, Şərur-Dərələyəz qəzaları 

ayrılmışdır (şəkil 16).  

Umumən  1920-ci  illərdə  Azərbaycanın  sahəsi  114  min  km

2

-dən  cox  olmuşdur.  Sovet  hakimiyyətinin  ilk 



illərində  Goycə,  Zəngəzur,  İncə  dərəsi  və  digər  28  min  km

tarixi  Azərbaycan  torpaqları  kəsilib  Ermənistana 



verilmişdir.  Onun  iradəsinin  əksinə  olaraq  tərkibində  hazırda  erməni  qoşunları  tərəfindən  zəbt  olunmuş  Dağlıq 

Qarabağ vilayəti yaradılmışdır.  

1925-ci  ildə  Azərbaycanda  aparılan  yeni  rayonlaşdırma  işlərində  onun  ərazisinin  təbii  və  təsərrufat 

xususiyyətləri,  əhalisinin  yerləşməsi,  korpulər,  yollar,  ətraf  əraziləri  ozunə  meyl  etdirəcək  perspektivli  yaşayış 

mərkəzlərinin olması və s. amillər nəzərə alınırdı.  

Belə bolguləri apararkən Azərbaycan ərazisinin dağlıq xususiyyətlərinə də diqqət yetirilirdi. Rayonlaşdırma bolgusu 

elə aparılırdı ki, cay dərəsi ilə bir-birinə bağlı olan dağ ətəyi və dağ kəndləri bir inzibatı rayonun tərkibinə daxil olsunlar. 

Boyuk və Kicik Qafqaz, Talış dağlıq ərazilərində yerləşən inzibati rayonların əksəriyyəti bu prinsipə uyğun olaraq ayrılıb. 

Məlumdur  ki,  dağlıq  ərazilərdə  dərəboyu  uzanan  koc  yolları  (sonralar  şose  yolları  ilə  əvəzlənib)  həmişə  dağı  aranla 

birləşdirib və təsərrufatların yaylaq-qışlaq əlaqələrini təmin edib.  

Rayonlaşdırma uc taksonomik sistem – okruq – dairə – kənd sovetləri uzrə aparılır. Umumi mulahizələr nəzərə 

alınmaqla 1930-cu ildə Azərbaycan ərazisində 63 dairə (rayon) ayrılmışdır. Sonralar bu dairələr kicik dəyişikliklərlə 

Azərbaycanın bu gun movcud olan kənd inzibatı rayonlarını təşkil etdilər.  

2000-ci  ilin  əvvəlinə  Azərbaycanda  65  kənd,  13  şəhər  rayonu,  69  şəhər,  132  şəhər  tipli  qəsəbə,  1314  kənd  ərazi 

vahidləri  və  4242  kənd  olmuşdur.  1999-cu  ilin  sonuna  yaxın  Azərbaycan  tarixində  ilk  dəfə  olaraq  onun  ərazisində 

demokratik  ozunuidarə  usulu  olan  2664  bələdiyyə  vahidi  yaradıldı.  Bələdiyyə  qurumu  –  bəlli  olan  sərhədlər  daxilində, 

muəyyən səlahiyyətləri, bələdiyyə mulkiyyəti, yerli budcəsi, yerli ozunu idarəetmə orqanları olan şəhər, kənd və yaxud bir 

necə  kənd  yaşayış  məntəqəsi  ərazisində  həyata  kecirilən  idarəetmə  formasıdır.  Belə  ərazi  vahidləri  mahiyyətcə 

vətəndaşların yaşayış yerlərinə gorə ərazi təşkili və idarə olunmasının demokratik formasıdır.  

Azərbaycanın iqtisadi rayonlaşdırılması işlərinə də elə 20-ci illərdən başlanmışdır.  

1928-ci  ildə  umumi  rayonlaşdırma  prinsipləri  əsasında  respublika  ərazisinin  iriləşdirilmiş  okruqlara  ayrılması 

layihəsi işlənib hazırlanmışdır. Gələcəyin iqtisadi-coğrafi rayonu kimi nəzərdə tutulan bu okruqlar aşağıdakılar idi: 

Bakı,  Gəncə,  Şirvan,  Quba,  Lənkəran,  Nuxa-Zaqatala,  Naxcıvan,  Qarabağ  (Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  ilə 

birlikdə).  

Sonralar bu okruqların iriləşdirilib vilayətlərə cevrilməsi nəzərdə tutulurdu. 1952-ci ildə hətta Bakı və Gəncə 

vilayətləri  də  yaradılmışdır.  Lakin  dovlət  və  partiya  quruculuğunun  o  dovrdəki  tələbatına  cavab  vermədiyinə  gorə 

Azərbaycanda vilayət bolgusu yaradılmadı və bu iki vilayət də 1953-cu ildə ləğv edildi.  

Komissiya  1935-ci  ilədək  muntəzəm  nəşr  etdirdiyi  toplularda  Azərbaycanın  təbii-iqtisadi  rayonlarına  həsr  edilmiş 

qiymətli  məlumatlar  verirdi.  Bu  toplular  təbii-iqtisadi  rayonlar  uzrə  tərtib  olunur  və  nəşr  edilirdilər.  Topluda  muəlliflər 

ərazinin iqlimini, fauna və florasını, təsərrufatının xususiyyətlərini nəzərə alaraq, təbi-iqtisadi rayonların sərhədlərini təyin 

etmiş,  hər  bir  rayonun  torpaq-iqlim  xususiyyətlərini,  kənd  təsərrufatının  vəziyyətini  nəzərə  alaraq  onun  gələcək  inkişaf 

perspektivlərini muəyyənləşdirmişdilər.  

Hər  rayonun  xususiyyətləri  respublika  miqyasında  muqayisəli  verilmiş,  rayonlaşma  umumi  respublika 

tədqiqatının  nəticəsində  aparılmışdır.  Təbii-iqtisadi  rayonlaşma  və  onun  geniş  təhlili  respublikada  aparılan  ilk 

qiymətli praktiki tədqiqat işinin numunəsi idi.  

Lakin təəssuflə qeyd etmək lazımdır ki, zəngin məlumatların cox ciddi nəticələri coğrafi cəhətdən umumiləşdirilmədi. 

Bəlkə  də  ona  gorə  ki,  komissiyanın  işində  bilavasitə  coğrafiya  ilə  məşğul  olan  mutəxəssislər  az  idi.  Tədqiqatcılar  əsas 

etibarilə  təbiətşunas,  torpaqşunas  və  iqtisadcılardan  ibarət  idi.  Bununla  belə  komissiyanın  topladığı  və  nəşr  etdirdiyi 

materiallar  olkə  coğrafiyasının  qızıl  fondunu  təşkil  edir.  Komissiyanın  bəzi  uzvləri  bu  materiallardan  istifadə  edərək 

xususi kitablar nəşr etdirmişlər. (H.Sultanov «Azərbaycanda bəzi sənaye sahələrinin qısa ocerkləri»; M.N.Avdeyev «Kur-




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə