Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə52/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   65

Araz ovalığında kənd təsərrufatının inkişaf imkanları» və s.). M.N.Avdeyevin kitabında Kur-Araz ovalığı coğrafi zonalara 

bolunmuş,  hər  zonanın  təbii  şəraiti  və  xususiyyətləri  gostərilmiş,  burada  kənd  təsərrufatının  inkişafı  yolları 

muəyyənləşdirilmişdir.  

Yeri  gəlmişkən  qeyd  edək  ki,  Azərbaycan  coğrafları  sırasına  əvvəllər  bu  komissiyada  fəal  iştirak  edən 

H.B.Əliyev, M.N.Avdeyev, B.N.Mixels və b. alimlər də daxil olmuşlar.  

30-cu illərin əvvəllərində respublika ərazisində Mingəcevir su qovşağının tikilməsi ilə əlaqədar geniş tədqiqat 

işi  aparılması  tələb  olunurdu.  Qovşaqda  SES-in  fəaliyyəti,  Kur-Araz  ovalığı  torpaqlarının  suvarılması  və 

mənimsənilməsi problemləri və s. oyrənmək lazım idi. Bu işin aparılması ucun xususi tədqiqat qrupu təşkil olunmuş, 

buraya bəzi coğrafiyacılar da daxil edilmişdir.  

İkinci dunya muharibəsindən sonrakı dovrdə Bakı surətlə inkişaf edirdi. Onun artmaqda olan əhalisini ərzaq 

və  su  ilə,  sənayesini  isə  xammalla  təmin  etmək  ucun  səmərəli  yollar  axtarılırdı.  Bu  məqsədlə  Abşeronda  kənd 

təsərrufatı istehsalını artırmaq, şəhərətrafı təsərrufat  yaratmaq və  yeni  guclu ərzaq bazası təşkil etmək  ucun dovlət 

səviyyəsində Samur-Dəvəci kanalının cəkilməsi məsələsi qaldırıldı. Kanalın cəkilməsi, onun suyundan Bakı sənaye 

rayonunun şəhəryanı  kənd  təsərrufatını  su ilə  təmin etmək  probleminin həlli  ucun iqtisadi-texniki  əsaslandırmalar 

lazım idi. Bu işin aparılmasında coğrafiyacılar da fəal iştirak etdilər.  

Aparılan tədqiqatlar Bakının su təchizatının yaxşılaşması və şəhəryanı təsərrufatın yaradılması işlərinin həyata 

kecirilməsinə xeyli komək etdi. Bu tədqiqatlar əsasında coğrafiyacı H.B.Əliyev 1935-ci ildə «Bakıətrafı təsərrufatın 

inkişafının  iqtisadi-coğrafi  problemləri»  movzusunda  namizədlik  dissertasiyası  mudafiə  etdi.  Bu,  Azərbaycanda 

iqtisadi-coğrafiya uzrə yazılmış ilk dissertasiya idi.  

30-cu  illərin  ikinci  yarısından  başlayaraq  respublikada  quruculuq  işlərinin  həcmi  xeyli  genişlənir,  yeni  sənaye  və 

kənd təsərrufatı mərkəzləri yaranırdı. Respublikanın ərazisində yeni neft və qaz yataqları aşkar edilir, suvarma şəbəkələri 

yaradılır  və  min  hektarlarla  xam  torpaqlar  mənimsənilirdi.  Butun  bunlar  respublika  ərazisində  geniş  fiziki  və  iqtisadi 

coğrafiya  tədqiqatlar  aparmağı  tələb  edirdi.  Lakin  belə  boyuk  həcmli  tədqiqat  aparmaq  ucun  olkənin  elmi-tədqiqat 

mərkəzləri yox idi. Respublikada elmi mərkəzlərin yaradılmasına və bu mərkəzlərdə işləmək ucun coğrafiya ixtisası uzrə 

ali təhsilli mutəxəssislər hazırlanmasına ehtiyac duyulurdu.  

Həyatın tələbatına cavab olaraq 1935-ci ildə Azərbaycan Dovlət Pedaqoji İnstitutunda ilk coğrafiya fakultəsi acıldı. 

Bu fakultəyə coğrafiya elmləri namizədi H.B.Əliyev rəhbərlik edirdi. O, fakultənin iqtisadi-coğrafiya tədrisi problemlərini

Kazan  Universitetinin  yetirməsi  N.Xelfin  isə  fiziki-coğrafiya  tədrisi  məsələlərini  həll  edirdi.  İnstitutun  iqtisadi  və  fiziki 

coğrafiya  kafedraları  ilk  tədqiqat  mərkəzlərinə  cevrilmişdi.  Cox  kecmədi  ki,  ali  məktəblər  ucun  ana  dilində  ilk  tədris 

vasitələri hazırlanmağa başlandı, ilk elmi məqalələr nəşr edildi.  

Beləliklə,  respublikada  daha  yuksək  tipli  tədqiqat  mərkəzləri  yaratmaq  ucun  xeyli  mutəxəssis  yetişdirildi. 

Onlardan professor: N.Kərimovu, H.Sadıxlını; dosent: O.Osmanovu, S.Şukurovu, M.Zulfuqarovu, İ.İbrahimbəylini, 

İ.Osmanovu və b. alimləri gostərmək olar.  

1937-ci  ildə  SSRİ  EA-nın  Azərbaycan  filialının  nəzdində  coğrafiya  bolməsi  yarandı.  Bu  bolmənin  təşkili  ilə 

respublikada  elmi-tədqiqat  mərkəzi  meydana  gəldi.  Bolmənin  nəzdində  umumi  fiziki  coğrafiya,  xəritəşunaslıq, 

iqlimşunaslıq və hidrologiya şobələri var idi.  

1939-cu ildə Azərbaycanda coğrafların ilk ictimai təşkilatı olan Azərbaycan Coğrafiya Cəmiyyəti  yarandı. Onun ilk 

sədri  İ.Fiqurovski  secilmişdi.  1990-cı  ildən  onun  prezidenti  akad.  B.Ə.Budaqov  secilmişdir.  Yeni  yaranmış  cəmiyyət 

butun  coğrafiyacı  quvvələri  oz  ətrafına  toplamış,  respublikada  coğrafi  biliklərin  yayılması  və  s.  məsələlərilə  məşğul 

olmuşdur.  Cəmiyyət  coğrafi  tədqiqatların  aparılması,  tarixi-coğrafi  gecələrin  kecirilməsi,  dunya,  sovet  və  Azərbaycan 

coğraflarının yubileylərinin təşkili, orijinal elmi-tədqiqat işlərinin nəticələri və nəşr edilmiş kitabların muzakirəsinin təşkili 

ilə məşğul olmuşdur.  

Hazırda  Azərbaycan  Coğrafiya  Cəmiyyətində  8  bolmə  vardır:  1.  Fiziki  coğrafiya;  2.  İqtisadi  coğrafiya;  3. 



Məktəb  coğrafiyası;  4.  Xəzər  dənizi;  5.  Hidrometeorologiya;  6.  Xəritəcilik;  7.  Təbiəti  muhafizə;  8.  Tibbi 

coğrafiya. Cəmiyyətin Bakı, Gəncə, Naxcıvan, Şəki və s. şəhərlərdə şobələri var. Onun 1300-ə qədər uzvu əsasən 

elmi işcilər, muəllimlər və ali məktəblərin yuxarı kurs tələbələrindən ibarətdir.  

1943-cu  ildən  Azərbaycan  Dovlət  Universitetində  fəaliyyətə  başlayan  geologiya-coğrafiya  fakultəsi  nəzdində 

1944-cu ildə coğrafiya şobəsi acıldı, nəhayət bu şobə 1991-ci ildə ilk mustəqil coğrafiya fakultəsinə cevrildi. Onun 

birinci dekanı dos. V.Ə.Əfəndiyev olmuşdur. 1999-cu ildən prof. M.A.Museyibov secilmişdir.  

1948-ci ildə fakultənin umumi coğrafiya kafedrası əsasında fiziki və iqtisadi coğrafiya kafedraları təşkil olunur. 

Daha  sonra  1960-cı  ildə  SSRİ-nin  İqtisadi  coğrafiyası,  Xarici  olkələrin  iqtisadi  və  siyasi  coğrafiyası  kafedraları 

mustəqil fəaliyyətə başlayırlar.  

1945-ci  ildə  Azərbaycan  EA  nəzdindəki  coğrafiya  bolməsi  Akademiyanın  Coğrafiya  İnstitutuna  cevrildi  və 

orada  fiziki,  iqtisadi  coğrafiya  və  xəritəcilik  şobələri  təşkil  edildi.  İnstitutun  elə  ilk  illərindən  başlayaraq  elmi-

tədqiqat  planına  respublikanın  coğrafiyası,  Xəzər  dənizi  səviyyəsinin  tərəddudu,  olkənin  iqtisadi  rayonlaşdırılması 

və sonralar isə daha iri həcmli problemlərin həlli daxil edilmişdir.  

Təxminən 50 ildən artıq bir muddət ərzində fəaliyyət gostərən Azərbaycan EA Coğrafiya İnstitutu kicik kollektivdən 

iri elmi mərkəzlərindən birinə cevrilmişdir. Coğrafiya institutunun direktoru vəzifəsini Azərbaycanın gorkəmli alimləri – 

H.B.Əliyev, Ə.A.Mədətzadə, Ə.M.Şıxlinski, Q.G.Gul, S.H.Rustəmov, H.Ə.Əliyev  yerinə  yetirmişlər.  Uzun illərdən bəri 

bu  vəzifəni  akademik  B.Ə.Budaqov  icra  edir.  İnstitutun  digər  aparıcı  elmi  kadrlarından  B.A.Antonovu,  V.Q.Zavriyevi, 

Ş.C.Əliyevi, N.Ş.Şirinovu, Ə.C.Əyyubovu, B.T.Nəzirovanı, Ə.V. Məmmədovu və b. gostərmək olar.  

Zaman kecdikcə təsərrufat sahələrinin, elm və texnikanın inkişafı coğrafiya elmində fundamental istiqamətləri 

dovrun tələbləri səviyyəsinə qaldırdı. Uzun illər coğrafiyada hokm surən sadə təsvir usulundan tədricən fundamental 

və konstruktiv elmi təhlil səviyyəsinə kecid başlandı.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə