Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə53/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

Belə  keyfiyyətli  kecidi  akademiya  səviyyəli  coğrafiya  institutu  təmin  edə  bilərdi.  Respublikamızda  yeni 

yaradılan Coğrafiya İnstitutu butov təbiətin və sosial-iqtisadi həyatın kompleks coğrafi mənzərəsini ardıcıl şəkildə 

oyrənən  bir  qərargaha  cevrildi.  Elmin  və  tədrisin  fəal  təşkili  və  inkişafında  ali  məktəblərin,  xususilə  Bakı  Dovlət 

Universitetinin coğrafiya kafedraları da onəmli yer tutdular. Coğrafiya İnstitutunda da bu elmin tədricən geniş şaxəli 

sahələri:  iqtisadi  və  sosial  coğrafiya,  landşaftşunaslıq,  geomorfologiya,  paleocoğrafiya,  iqlimşunaslıq,  hidrologiya, 

okeanologiya (Xəzər şobəsi), torpaqşunaslıq, ətraf muhitin muhafizəsi (coğrafi ekologiya), toponimika, kartoqrafiya 

şobələri yaradıldı.  

Təsdiq olunmuş (1993-cu il) struktura gorə Coğrafiya İnstitutunun 10 şobəsi, 17 bolməsi, 1 laboratoriyası və Pirqulu 

stasionarı vardır (şəkil 17). 1945-ci ildə yəni institut təsdiq olunarkən onun cəmi 25 əməkdaşı var idisə, artıq 2000-ci İlin 

əvvəlinə  işcilərin  sayı  241  nəfərə  catdırılmışdır.  Hazırda  institutda  calışan  elmi  əməkdaşların  1  nəfəri  Azərbaycan  EA 

həqiqi  (B.Ə.Budaqov),  1  nəfəri  muxbir  uzvu  (Ə.V.Məmmədov),  12  elmlər  doktoru,  56  elmlər  namizədidir.  İnstitutun 

əməkdaşları EA «Yer elmləri haqqında» «məruzələr» və (sonralar «Xəbərlər» məcmuəsi) «Elmi əsərlər» toplusunu nəşr 

etdirirlər.  

Olkədə coğrafiya elminin və kadr hazırlığının iri mərkəzlərindən biri də Bakı Dovlət Universiteti olmuşdur. Ozu də 

burada elm və kadr hazırlığı həmişə yuksələn xətt uzrə getmişdir. Yuxarıda qeyd etdiyimiz kimi 60-cı illərə qədər burada 

cəmi  uc  kafedra  –  fiziki  coğrafiya,  xarici  olkələrin  iqtisadi  və  siyasi  coğrafiyası  və  iqtisadi  və  sosial  coğrafiya  (1991-ci 

ilədək SSRİ-nin iqtisadi coğrafiyası) kafedraları fəaliyyət gostərirdisə, hazırda həm kafedraların və həm də ixtisasların sayı 

xeyli  artırılmışdır.  Kartoqrafiya,  hidrometeorologiya  və  təbiətin  muhafizəsi  uzrə  ixtisaslı  kadrlara  respublikanın  artan 

tələbatı  nəzərə  alınaraq  1972-ci  ildə  kartoqrafiya,  1973-cu  ildə  hidrologiya  (sonralar  bu  kafedra  hidrometeorologiya 

adlandırıldı), 1980-ci ildə ətraf muhiti muhafizə və təbii ehtiyatlardan səmərəli istifadəsi kafedraları acıldı.  

Hazırda coğrafiya fakultəsində calışan professor və muəllimlərin umumi sayı 65 nəfərdir. Bunlardan 7 nəfəri c.e.d., 

professor, 34 nəfəri dosent, qalanları muəllim və baş muəllim vəzifələrində calışırlar. Gostərilən kafedralar tədrisin muasir 

tələblər səviyyəsində təşkili ilə yanaşı coğrafiyanın geniş istiqamətləri uzrə elmi tədqiqat işləri də aparırlar. Bu işdə Bakı 

Dovlət Universitetinin elmi xəbərlərinin 1997-ci ildən «Təbiət elmləri seriyası» adı altında bərpa olunması və orada ayrıca 

coğrafiya  bolməsinin  olması  musbət  rol  oynadı.  Seriyada  coğrafiyanın  aktual  problemlərinə  aid  məsələlər,  problemlər, 

məlumatlar və s. cap edilir.  

Coğrafiya  fakultəsinin  1991-ci  ildə  Xızı  rayonu  Altıağac  qəsəbəsində  elmi  cəhətdən  olduqca  maraqlı  sahədə 

tədris-təcrubə  və  elmi-tədqiqat  bazası  fəaliyyət  gostərir.  Bu  baza  col  tədris-təcrubə  işlərinin  kompleks  təşkilində, 

coğrafi muşahidəcilik səriştəsinin inkişafında mustəsna rol oynayır.  

Mustəqil  Azərbaycan  Respublikası  təhsil  sistemini  Avropa  standartlarına  yaxınlaşdırmaq  məqsədilə  90-cı 

illərdən başlayaraq ali təhsilin iki pilləsinə – bakalavr və  magistr coğrafiyacı kadrların  hazırlığına kecildi. Hazırda 

respublikada belə kadrlar Bakı, Gəncə, Naxcıvan və Lənkəran universitetlərində hazırlanırlar.  

1997-ci  ildən  respublikanın  bir  sıra  ali  məktəblərində  muxtəlif  istiqamətli  magistr-coğraf  və  b.  yuksək  təhsil 

pilləsi təşkil olundu. Bakı Dovlət Universitetinin coğrafiya fakultəsində uc istiqamət və 11 ixtisas uzrə magistratura 

fəaliyyət gostərir.  

Son illər Azərbaycan EA Coğrafiya İnstitutunda və ali məktəblərin muvafiq kadrlarında coğrafiya elminin aşağıdakı 

prioritet istiqamətləri: geomorfologiya və onun konstruktiv istiqamətləri (suruşmələr, zəlzələlər və s. təbii fəlakətlərə qarşı 

mubarizə),  hidrologiya,  su  ehtiyatları  və  onların  qorunması,  Xəzərin  kompleks  coğrafi  problemləri  (fiziki,  iqtisadi, 

geosiyasi)  coğrafi-ekologiya,  coğrafi  rayonlaşdırma,  Azərbaycan  Respublikasının  yeni  dovrdə  (1991-ci  ildən  sonrakı) 

iqtisadi, sosial və geosiyasi problemləri, regional inkişafın tarazlı aparılması, əhalinin məskunlaşmasının coğrafiyası və s. 

uzrə aparılan geniş tədqiqatları və tərtib edilən kompleks xəritələr və atlasları Azərbaycan coğrafiya elmi tarixinin boyuk 

nailiyyəti hesab etmək olar.  

Azərbaycan Respublikasında bazar iqtisadiyyatının inkişafının elmi təminatı ilə bağlı olaraq son illər hazırlanan 

beynəlxalq proqramlarda və qrantlarda respublikamızın coğrafiya alimləri və təşkilatları da yaxından iştirak edirlər.  

Olkəmizin  yeni  təsərrufat  quruculuğu  və  regional  inkişafının  təşkilində  və  tədrisin  aparılmasında  əhəmiyyəti 

nəzərə alınaraq rayonlaşdırma problemlərinin oyrənilməsi coğrafiya elminin daim diqqət mərkəzində olmuşdur.  

Muxtəlif dovrlərdə Azərbaycanda fiziki-coğrafi rayonlaşdırma məsələləri ilə Ə.M.Şıxlinski, V.Q.Gul, N.K.Kərimov, 

B.Ə.Budaqov,  M.A.Museyibov  və  b.  alimlər  məşğul  olmuşlar.  Azərbaycanın  elm  cəhətdən  əsaslandırılmış  mukəmməl 

fiziki-coğrafi  rayonlaşdırılması  1974-cu  ildə  kənd  təsərrufatının  təbii  şərait  potensialının  muəyyən  edilməsi  ilə  əlaqədar 

olaraq  B.Ə.Budaqov  və  M.A.Museyibov  tərəfindən  aparılmışdır.  Onlar  Azərbaycanın  geomorfoloji  strukturunu, 

landşaftının ərazi differensiyasını və kənd təsərrufatının təbii potensialını nəzərə alaraq onu iki olkəyə, beş vilayətə və 19 

fiziki-coğrafi rayona bolmuşlər (Şəkil 18). Bu və ya digər kicik dəyişikliklərlə həmin şəbəkə indiyədək tədris və təsərrufat 

quruculuğunda geniş istifadə olunur.  

Olkənin  ilk  mukəmməl  iqtisadi-coğrafi  rayonlaşdırılması  və  ayrılan  9  rayon  şəbəkəsi  haqqında  məlumatlar 

Azərbaycan EA Coğrafiya İnstitutunun bir qrup  əməkdaşları tərəfindən (Ə.M.Şıxlınski,  H.B.Əliyev və b.) 1950-ci 

ildə  orta  məktəbin  coğrafiya  dərsliyində  verilmişdir  (Abşeron-Qobustan,  Quba-Xacmaz,  Lənkəran-Astara,  Kur-

Araz, Şəki-Zaqatala, Kirovabad-Daşkəsən, Kəlbəcər-Lacın, Naxcıvan MR, Dağlıq Qarabağ MV).  

Azərbaycanın  kecmiş  Dovlət  Plan  Komitəsi  1969-cu  ildə  13  iqtisadi  rayon  ayırılmış  və  bu  şəbəkə  1995-ci 

ilədək  fəaliyyət  gostərmişdir  (bəzi  təşkilatlarda  muəyyən  dəyişikliklərlə  indi  də  qalmaqdadır).  Kecid  dovrunun 

geosiyasi  və  iqtisadi  inkişaf  xususiyyətləri  nəzərə  alınmaqla  Respublikanın  bir  qrup  alimləri  –  A.A.Nadirov, 

B.Ə.Budaqov,  A.K.Ələsgərov,  M.A.Museyibov,  Ə.X.Nuriyev,  S.K.Huseynov,  T.G.Həsənov  1995-ci  ildə 

Azərbaycanın təkmilləşdirilmiş 10 iqtisadi-coğrafi rayon şəbəkəsini təklif etdilər (şəkil 19). Elə həmin il Respublika 

Təhsil Nazirliyinin coğrafiya Metodiki Şurası bu şəbəkənin tədrisdə istifadəsini tovsiyə etmişdir. Coğrafiya elminin 

ayrı-ayrı sahələrinin inkişaf tarixi ətraflı şəkildə aşağıdakı bolmələrdə verilir.  



6.2. Umumi fiziki-coğrafiyanın inkişafı  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə