Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65

Coğrafi hadisələri (qurunun və dənizin bir-birini əvəz etməsi, zəlzələlər, Nil cayının daşması və s.) 

elmi  cəhətdən  ilk  dəfə  e.ə.VI  əsrdə  İon  məktəbinin  numayəndələri  Fales  və  Anaksimandr  izah  etməyə 

(sırf mucərrəd nəzəriyyə şəklində) cəhd gostərmişlər.  

Məhz həmin məktəbin numayəndəsi olan Anaksimandr ilk coğrafi xəritə duzəltmişdir. E.ə. VI əsrdə o 

həmin  dovrdə  Yerin  məlum  olan  hissəsinin  ilk  xəritəsini  tərtib  edir  və  onu  hər  tərəfdən  su  ilə  əhatə 

olunmuş  yastı  dairə  formasında  gostərir.  Belə  ki,  həmin  dovrdə  qədim  Yunanıstanda  dənizciliyin  və 

ticarətin inkişafı qurunun və dəniz sahillərinin təsvir olunmasını tələb edirdi. Hətati Miletli (e.ə.580-480) 

Yunanıstanı və o zaman məlum olan butun olkələrin coğrafi təsvirini vermişdir.  

Qədim  Yunanıstan  filosofu  Herodot  (e.ə.486-125)  o  zamankı  İtaliyaya,  Babilistana,  Nil  cayı 

vadisinə,  hətta  Don  collərinə  səyahət  etmiş  və  nəticədə  qiymətli  coğrafi  fikirlər  irəli  surmuşdur.  Onun 

fikrincə, tarix coğrafi fikirlər, coğrafiya isə tarixi biliklər baxımından oyrənilməlidir. O, ilk dəfə Nil cayı 

vadisinin  təşəkkulunu  və  onun  deltasının  əmələ  gəlməsini  oyrənmiş,  Xəzərin  dəniz  deyil,  gol  olmasını 

soyləmişdir. Herodot tarixi coğrafiyanın əsasını qoymuşdur.  

Beləliklə,  artıq  e.ə.  VI  əsrdən  başlayaraq  elmdə  iki  mustəqil  coğrafi  istiqamət  yaranmışdı;  umumi 

yerşunaslıq,  yaxud  fiziki  coğrafiya  və  olkəşunaslıq.  «Klassik  Yunanıstan»  dovrunun  ən  gorkəmli 

numayəndələrindən sayılan Aristotelin umumi yerşunaslıq elminin inkişafına boyuk təsiri olmuşdur. Elm 

tarixində əvəzedilməz xidmətləri olan gorkəmli alim və boyuk filosof Aristotelin (e.ə.384 – 322) bir sıra 

qiymətli  coğrafi  fikirləri  bu  gun  də  oz  əhəmiyyətini  itirməmişdir.  O,  «Meteorologiya»  əsərində  təbii 

coğrafi  məsələlərə  geniş  yer  vermişdir.  Bunu  nəzərə  alsaq,  Aristoteli  hidrologiya,  okeanologiya  və 

metereologiya elmlərinin banisi hesab etmək olar.  

Aristotel  təbiətin  elementlərini  sadəcə  sadalamırdı,  qurunun  və  dənizin  bir-birinə  qarşılıqlı  təsirini 

tarixi  metodla  oyrənməyi  təklif  edirdi.  Onun  əsərlərində  digər  elmlərin  də ilk  muddəalarını  goruruk.  O, 

siyasi hadisələri izləmiş, hətta «Siyasət» adlı kitab da yazmışdır. Real gercəkliyi, hadisələrin səbəblərini 

riyazi  yollarla  həll  etmək  istəmişdir.  Aristotelin  dovru  ilə  qədim  yunan  klassisizmi  qurtarır  və  ellinizm 

başlanır. Bu dovr Aristotelin tələbəsi olan Makedoniyalı İskəndərin (e.ə.356 – 323), Yunan dovlətinin 

yeni-yeni  hərbi  qələbələri  dovru,  ictimai  həyatın  butun  sahələrində  əldə  edilən  parlaq  muvəffəqiyyətlər 

dovru idi. Bu dovrdə yunanlar tərəfindən zəbt edilən Misirin, Yaxın Şərqin, Orta Asiyanın və Hindistanın 

mədəniyyəti  yunan  mədəniyyəti  ilə  qovuşur.  Yunan  alimləri  və  səyyahları  həmin  ərazilərdəki  zəngin 

elmi,  tarixi  və  bədii  əsərlərlə  tanış  olurdular.  Beləliklə,  dunya  goruşləri  genişlənir,  elmi  bilikləri 

dərinləşirdi.  Əgər  Qədim  yunanlar  Yaxın  Şərqin  qədim  xalqlarının  coğrafi  materiallarını,  məlumatlarını 

toplayıb və umumiləşdirib gələcək nəsillərə oturməsəydilər, bu xalqların coğrafi kəşflərinin coxu unudula 

bilərdi.  

Həmin  vaxtlar  elmdə  ilk  diferensassiya,  elmi  tədqiqatların  ixtisaslaşması  prosesi  başlamışdı.  Bəzi 

ellərdə  ellinizm  məktəbinin  geniş  ərazidən  topladığı  məlumatların  sintezi  gedirdi.  Bu  işdə  zəngin  bilik 

sahibi  Eratosfen  (e.ə. 276  –  194)  muhum  yer  tuturdu.  O,  coğrafiyanı  dəqiq elmlər  sırasına daxil  etmiş, 

onu riyaziyyat, fizika, təbiət və tarix elmləri ilə əlaqələndirmişdir.  

Eratosfen  makedonyalı  İskəndərin  İskəndəriyyədə  yaratdığı  boyuk  kitabxananın  materiallarından 

istifadə edərək,  bilik  dairəsini  genişləndirmişdir.  Yerin  ən  dəqiq  olculərini  Eratosfen  vermişdir, ilk  dəfə 

«Coğrafiya» adlı kitab yazmışdır. Bu kitabda coğrafiyanın tarixi, Yerin, okeanları və qurunun forması və 

olculəri  gostərilmişdir.  O  zamandan  bəri  Yeri  və  yaxud  onun  hissələrini  təsvir  edən  elmi  coğrafiya 

adlandırmışlar.  

Mukəmməl  coğrafi  xəritələri  Eratosfen  tərtib  etmişdir.  Məhz  Eratosfen  Yerin  kurə  formasında 

təsvirini  vermiş,  kurənin  dərəcə  torunu  muəyyənləşdirmiş,  ekvatorun  uzunluğunu  cuzi  xəta  ilə 

hesablamışdır.  Eratosfen  təsdiq  edirdi  ki,  Priney  yarımadasından  qərbə  tərəf  uzməklə  Hindistana  gedib 

catmaq olar.  



Məlum  olduğu  kimi,  1700  ildən  sonra  Kolumb  bu  ideyadan  mahiranə  istifadə  etmişdir.  Eratosfen 

fiziki coğrafiyanın əsasını qoymuşdur. Onu «coğrafiyanın atası» hesab edirlər.  

E.ə. II əsrdə Yunan imperiyası suquta uğrayaraq mustəqilliyini itirmiş, əvəzinə Avropada yeni boyuk 

quldarlıq  dovləti  olan  Roma  imperiyası  yaranmışdır.  Roma  imperiyası  quldarlıq  dovrunun  elm  və 

mədəniyyətinin, ədəbiyyat və incəsənətinin ən yuksək nailiyyətlərinə yiyələnmiş, ozundən əvvəlki yunan 

elmini  və  mədəniyyətini  qoruyub  saxlamış,  oz  mədəniyyətini  onun  mirası  uzərində  qurmuşdur.  Roma 

imperiyası dovrundə yunan elminin bir sıra muddəalarına yenidən baxıldı, ona əlavələr olundu, elm xeyli 

inkişaf etdirildi. Bu zaman yeni bir cəhət də meydana gəldi. Butovlukdə yunan elmi fəlsəfə, riyaziyyat, 

fizika  və  təbiiyyat  elmlərilə  əlaqədar  yarandığı  halda,  Roma  elmləri,  o  cumlədən  coğrafiya  tarixilik 

baxımından yaradılırdı. Bunu Romanın məşhur coğrafiyacı və tarixci alimi Strabonun (e.ə.64 – b.e.24) 

fəaliyyətində  izləmək  olar.  İki  eranın  qovşağında  (e.ə.64  –  b.e.24)  yaşamış,  43  kitabdan  ibarət 

«Coğrafiya»  əsəri  yazmış  və  ilk  dəfə  bu  termini  işlətmiş  Strabon  coğrafiyada  ərazinin  mənimsənilməsi 

prosesini  və  tarixilik  problemini  qoymuşdur.  O,  «Coğrafiya»  əsərində  antik  dovrun  coğrafiyasının 

predmetini tam dolğunluğu ilə izah etmiş və gostərmişdir ki, bu elm dovlətin tələbatına xidmət etməklə 

yanaşı,  hokmdarların  fəaliyyəti  ilə  bilavasitə  bağlı  olmalıdır.  Muəllifin  fikrincə,  onun  «Coğrafiya» 

əsərində Roma dovlət başcıları, sərkərdələri, əyalət inzibatı orqanları, tacirlər soraq mənbəyi kimi istifadə 

edə  bilərdilər.  Buna  gorə  həmin  əsərdə  təbiət  və  təsərrufatla  yanaşı,  xeyli  tarixi,  etnoqrafik,  məişət 

məlumatları  da  var.  «Coğrafiya»  faktiki  olaraq  tarixi  coğrafiya  sahəsində  ilk  qiymətli  əsərdir.  Strabon 

gostərirdi ki, Yer həmişə indiki kimi qalmayacaq, sonralar onun quru səthi ilə su səthi arasındakı nisbət 

tədricən dəyişikliyə uğrayacaq. Hazırda məskunlaşan quru vaxtilə suyun altı, sututarlar isə quru olmuşdur. 

Caylar, gollər indiki kimi olmamışdır, əvvəlki cayların bəziləri qurumuş, yeniləri əmələ gəlmişdir.  

Mutəfəkkir  alim  coğrafiyada  tarixilik  metodunu  məharətlə  məkanın  təhlili  ilə  əlaqələndirmişdir. 

Strabonun coğrafiya elmi sahəsindəki xidmətlərindən biri də budur ki, o, coğrafi təsvir daha dolğun və 

butov olsun deyə materiki və ya olkəni hissələrə bolub, ayrı ayrılıqda oyrənmək metodunu təklif etmişdir. 

Bu gun guclu təsir bağışlayan həmin təklif coğrafiyada rayonlaşma adını almışdır.  

Strabondan  sonra  Romanın  coğrafiya  ilə  bağlı  boyuk  alimi-astranomu  və  kartoqrafı  Klavdiy 



Ptolemey  (b.e.  90-168)  olmuşdur.  O  da  İskəndəriyyə  kitabxanasından  geniş  istifadə  etmişdir.  Ptolemey 

astronomiyaya aid 13, coğrafiyaya aid 8 kitab yazmışdır. Bu kitablarda orijinal xəritələr və atlaslar da var.  

Ptolemey coğrafiyanı və xoroqrafiyanı bir-birindən fərqləndirirdi və ozu coğrafiya ilə məşğul olmağa 

başladı  (muasir  terminlə  desək,  xoroqrafiya  kartoqrafiyanı  da  daxil  etməklə  umumi  coğrafiyanı  və 

diyarşunaslığı əhatə edirdi).  

Ptolemey  gostərir ki, xoroqrafiya ayrı-ayrı yerləri mustəqil tədqiqat obyekti kimi goturur və onların 

hər birini xususi olaraq oyrənir, həm də ən xırda obyektləri də, məsələn, kəndləri, dairələri, əsas cayların 

qollarını və s. təsvir edir. Coğrafiya Yerin bizə məlum olan hissəsini butovlukdə və fasiləsiz təsvir edir, 

onun təbiətini və vəziyyətini ən umumi şəkildə gostərir. Həm də xalqları, iri şəhərləri, korfəzləri, cayları 

və  diqqətəlayiq  olan  başqa  şeyləri  qeyd  edir.  Ptolemeyə  gorə  xoroqrafiya  ən  kicik  coğrafi  obyektlərin 

keyfiyyət gostəricilərini əks etdirdiyi halda, coğrafiya boyuk ərazilərin, yaxud butovlukdə Yer kurəsinin 

umumi kəmiyyət xususiyyətlərini gostərir.  

Ptolemey  coğrafiya  elminə  bir  sıra  anlayışlar  –  coğrafi  və  kartoqrafik  generalizasiya,  tədqiqatın 

miqyası,  onun  obyekt  və  məzmunla  əlaqəsi  və  s.  kimi  məsələlər  gətirmişdir.  Klavdiy  Ptolemey  b.e.  II 

əsrində  Yerin  ona  qədər  hec  kim  tərəfindən  belə  dəqiqliklə  duzəldilməyən  xəritəsini  tərtib  etmişdir  və 

onun dərəcə torunu gostərmişdir. Onun xəritəsində uc qitə – Avropa, Asiya və Liviya o zamanlar Afrika 

belə adlanırdı, və Atlantik (Qərb) okeanı, Aralıq dənizi və Hind okeanı təsvir olunmuşdur.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə