Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   65

Şərh etdiyimiz dovrdə tibbi coğrafiyanın da bunovrəsi qoyulmuşdur ki, bu da məşhur yunan həkimi, 

«təbabətin atası»  Hippokratın  (e.ə. 460-377) adı ilə bağlıdır. O, «Havalar, sular, məhəllələr haqqında» 

adlı  əsərində  xalqların  məişəti,  sağlamlığı  və  xarakterinin  ətraf  muhitlə  əlaqələrini  acıb  gostərmişdir. 

Əlbəttə, ətraf muhitin insanın sağlamlığına, onun psixikasına təsir gostərməsi ideyası ozluyundə musbət 

haldır. Lakin Hippokrat bu  məsələni bir qədər bəsitləşdirmiş, insanların həyatında təbii muhitin təsirini 

tarixi  inkişaf  baxımından  xeyli  şişirtmişdir.  Onu  da  qeyd  edək  ki,  muxtəlif  şəraitdə  həyatın,  məişətin, 

xarakterin  ətraf  muhitdən  asılılığını  Herodot  da  gostərmiş,  lakin  tarixin  inkişafında  onu  həlledici  hesab 

etməmişdir.  

Gorduyumuz  kimi,  qədim  dunya  coğrafiyasında  iki  muxtəlif  istiqamət  yaranmışdı.  Ən  cox  Strabon 

tərəfindən  qəbul  edilən  təsviri  diyarşunaslıq  xarakterli  xoroqrafiya  istiqaməti.  Bu  istiqamət  daha  cox 

humanitar  məzmunda  qurulmuşdu,  yəni  bu  istiqamətə  uyğun  gələn  coğrafiyada  ən  cox  xalqların 

həyatından, olkələrin siyasi quruluşundan, şəhərlərdən və s. danışılırdı.  

Coğrafiyanın  xoroqrafiya  istiqaməti  fiziki  coğrafiya  məsələlərini  arxa  plana  cəkir.  Fiziki  coğrafiya 

burada yardımcı rol oynayır.  

Riyazi coğrafi istiqamət. Bu istiqamət daha cox Ptolemeyin adı ilə bağlıdır: məzmunu yerin forması, 

boyukluyu, onun xəritədə əks etdirilməsi yolları, kartoqrafik proyeksiyaların tərtibi, yerin dərəcə toru və 

s. ibarətdir. Uzun muddət umumi coğrafiya adı ilə tanınmış həmin istiqamət muasir dovrdə Yerşunaslıq 

kimi məşhurdur.  

Yuxarıda  haqqında  danışdığımız  alimlərin  hec  biri  oz  ixtisaslarına  gorə  coğrafiyacı  olmamışlar. 

Onların  əksəriyyəti  filosof  və  tarixci  idi.  Coğrafi  fikirlər  isə  onların  fəlsəfi  fikirlərində  və  digər  elmi 

əsərlərində oz əksini tapmışdır.  

Qədim  dunyanın  sonunadək  sırf  coğrafiyacı  meydana  gəlməmiş  və  coğrafiya  elmi  yaranmamışdı. 

Praktikaya istinad edən, elmi tədqiqatlar nəticəsində yaranan coğrafiya elmi sonrakı dovrlərdə Avropada 

və  Yaxın  Şərqdə  elmin  inkişafına  cox  boyuk  təsir  gostərmişdir.  Bu  təsirin  bəzi  əlamətləri  coğrafiya 

elmində son illərədək ozunu buruzə verməkdədir.  

* * *  


Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdurrəhim Hacızadə  

II fəsil  



ORTA ƏSR COĞRAFİYASI (V-XV əsrlər )  

Erkən  orta  əsrlərdə  Avropada  elm  və  mədəniyyət  dinin  təsiri  altında  durğunluğa  uğradı.  Quldarlıq  dovrunun 

mutərəqqi  elmi  fikirləri  yaddan  cıxırdı.  Hər  cur  təbii  proseslər  və  hadisələrin  baş  verməsi  maddi  varlıqların 

yaranması haqqındakı fikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr ilə əlaqələndirilirdi.  

Həmin dovrdə coğrafi təsəvvurlər Bibliya ehkamları və antik elmin butpərəstlikdən təmizlənmiş bəzi nəticələri 

əsasında  yaranırdı.  Bu  zaman  Avropada  coğrafiya  elminin  ən  gorkəmli  numayəndəsi  (VI  əsr)  bizanslı  Kosma 



İndikoplo idi. O, «Xristian topoqrafiyası» əsərində Avropa kosmologiyasını Ptolemey sistemindən uzaqlaşdırmış və 

bununla da orta əsrlər astronomiyasında və coğrafiyasında Yerin kurə formasında olması ideyasının əleyhinə cıxan 

sxolastik  təsəvvurlərin  yaradılmasında  boyuk  rol  oynamışdı.  O,  məskunlaşmış  dunyanı  uzunsov,  duzbucaqlı 

şəklində təsəvvur edirdi. Bu duzbucaqlı okeanla və ikiqat qubbə formasında olan asimanın divarları ilə əhatə  




olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yuksək 

təpə var. Gunəş bu təpənin ətrafında hərlənir, gecə-gunduz bir-birini əvəz edir.  

K.İndikoplonun əsərinin muəyyən elmi əhəmiyyəti də var idi. Bu əsər o zamanlar Avropada, Ərəbistan dənizi 

sahillərində yerləşən limanlar, Seylon, Hindistan, İran, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında yeganə 

məlumat mənbəyi idi. Kosma bu olkələri ya tacir kimi şəxsən gəzib gorməsilə, ya da ki, sorğu-sual vasitəsilə əldə 

etdiyi  məlumatlar  əsasında  təsvir  etmişdir.  Umumiyyətlə,  bu  dovrdə  Avropa  olkələrində  coğrafiya  inkişafdan  geri 

qalmışdı.  

2.1 Ərəb coğrafiyası  

Avropa  olkələrindən  fərqli  olaraq  ərəb  olkələrində,  Yaxın  Şərqin  və  Orta  Asiyanın  digər  olkələrində  antik 

Yunan və Roma coğrafiyasının irsi hifz edilib saxlanılır, onun ən yaxşı numunələri ərəb dilinə tərcumə edilirdi. Ərəb 

coğrafiyacıları Eratosfenin, Aristotelin, Strabonun, Ptolemeyin və b. əsərlərindən istifadə edirdilər. Bu zaman Şərqin 

feodal  olkələrində  elm  nisbətən  daha  cox  inkişaf  etmişdi.  Cinlilər,  ərəblər,  farslar  və  Orta  Asiya  xalqları  bir  cox 

dunya əhəmiyyətli diyarşunaslıq əsərləri yaratdılar, riyazi coğrafiya və xəritələr tərtibi işi xeyli inkişaf etdirilirdi.  

Ərəbistan yarımadasında yaşayan ərəblər b.e. VII əsrindən başlayaraq islam dinini, ərəb dili və mədəniyyətini 

və  biliklərini  boyuk  ərazilərdə  surətlə  yaymağa  girişirlər.  Ərəblər  Şimali  Afrikanı,  butovlukdə  Kicik  Asiyanı, 

Qafqazı, İranı və Orta Asiyanı istila etdilər. Və beləliklə onlar Aralıq dənizini Hindistan və Cinlə birləşdirən butun 

boğazları, korfəzləri, bərələri və Boyuk İpək yolunun qərb hissəsini ələ kecirirlər. Bunun sayəsində ərəblər Cinlə, 

Avropa və Cənubi-Qərbi Asiya arasında aparılan ticarət şərikcisinə cevrilirlər.  

Hind qozu ağacının govdəsi və qabığından hazırlanmış yastıdibli və yelkənli yungul ərəb qayıqları sahil dəniz 

və  korfəzlərdə  şutuyurdulər.  Ərəb  tacirləri  şimalda  Rusiya,  cənubi-şərqdə  Malaya  və  hətta  Mikroneziya  adalarına 

qədər  gedib  cıxmışlar.  Mozambik  sahillərinə  qədər  gələn  ərəblər  artıq  musson  kuləklərindən  məharətlə  istifadə 

edərək  Hindistan  sahillərinə  qədər  gedən  dəniz  yolunda  bələdcilik  edir  və  qızğın  ticarətlə  məşğul  olurdular. 

Ərəblərin İran korfəzindən Bağdada  və  yaxud Qırmızı dənizlə  Suveyş bərzəxi və  Aralıq dənizinə  gondərdiyi  əsas 

Asiya  ticarət  malları  –  bahalı  parcalar,  fil  dişi  sumuyu,  qiymətli  daş-qaş,  mirvari,  qızıl,  muxtəlif  ədviyyat  və  qara 

qullar idi. Onlar həmcinin şimalın xəz-dərisi və cənubun ədviyyatının qarşılıqlı alış-verişinə eyni dərəcədə maraqlı 

idilər.  

Avropalıları ən cox Hindistandan gətirilən muxtəlif ədviyyatlar maraqlandırırdı. Belə ki, Avropada payızın son 

aylarında otlaq movsumu başa catdıqdan sonra mal-qaranın kutləvi kəsilməsi və ətinin qışa hazırlanması əməliyyatı 

aparılırdı. Duzlanmış ətin keyfiyyətini saxlamaq ucun ədviyyatdan geniş istifadə olunurdu. Və ona gorə də Avropa 

bazarlarında  ədviyyat  qızıla  bərabər  tutulurdu.  Tropik  bitki  ədviyyatlar  o  zamanlar  yalnız  cənubi  və  cənub-şərqi 

Asiyada  yetişdirilirdi.  Ticarətdə  birinci  yeri  Asiyanın  tropik  bolgələrində  yayılmış  istiot  ədviyyatı  tuturdu.  Onun 

əkinləri  ən  cox  Malabar  (Qərbi  Hindistanda)  sahillərində  yayılmışdır,  oradan  həmdə  zəncəfil  və  hil  ədviyyatları 

gondərilirdi. İndoneziya mixək, muskat qozu, Şri-Lanka darcın yola salırdı. Və ozu də Hindistanın Avropa ilə olan 

ticarətini ərəblər inhisara goturmuşdulər.  

Qədimdən  sivilizasiya  mərkəzləri  olan  geniş  ərazilərin  ərəblərin  nəzarəti  altına  kecməsi  ərəb  coğrafiyasının 

formalaşmasına  guclu  təkan  vermişdir.  Ərəblərin  riyazi  coğrafiya,  xəritələşdirmə,  diyarşunaslıq  məlumatlarının 

yuksək  səviyyədə  olması  gostərirdi  ki,  onlarda  coğrafi  təfəkkur  xristian  dunyası  ilə  muqayisədə  daha  dərin 

olmuşdur.  

Ərəb xilafəti olkələrində VIII-IX əsrlər mədəniyyətin və elmin gorunməmiş cicəklənməsi dovru olmuşdur.  

Xilafətin  paytaxtı  və  ən  boyuk  mədəniyyət  mərkəzi  olan  Bağdada  coxlu  var-dovlətlə  yanaşı  həm  də  muxtəlif 

xalqların  qiymətli  kitab  və  əlyazmaları  toplanırdı.  Bağdadda  elmin  və  mədəniyyətin  mərkəzi  olan  Mudriklər  evi 

yaradılır, buraya coxlu xarici ədəbiyyat toplanır və gorkəmli alimlər dəvət olunurlar və həmcinin rəsədxanalar tikilir. 

O  dovrun  boyuk  Orta  Asiya  alimi  Əl-Xarəzmi  Mudriklər  evinə  dəvət  olunmuşdur.  Onun  əsərlərində  ərəb 

coğrafiyasında  ilk  dəfə  olaraq  astronomiya  və  coğrafiyanın  qovşağında  inkişaf  edən  riyazi-coğrafiyanın  əsası 

qoyulmuşdur. Butun coğrafiya və astronomiya əsərlərində qısa nəzəri icmaldan sonra mutləq riyazi məlumatlar və 

cədvəllər  verilməli  idi.  Belə  cədvəllərdə  yeni  kəşf  olunmuş  olkələrin,  şəhərlərin  və  digər  coğrafi  obyektlərin 

koordinatları haqqında məlumatlar verilirdi.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə