Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

Ərəb  coğrafiya  ədəbiyyatı  cox  zəngin  və  movzuca  geniş  idi.  Bu  kitablarda  tacirlərin,  zəvvarların  mufəssəl 

marşrutların  və  gorməli  yerlərin  təsvirləri  verilirdi.  Onuncu  əsrin  birinci  yarısında  yaşamış  Əl-Balxın  «Yerin 

qurşaqları» adlı fundamental əsəri bir cox digər kəşflərin başlanğıcını qoymuşdur.  

Ərəb  coğrafları  təkcə  naməlum  torpaqları  kəşf  etmək  və  onların  geniş  təsvirini  verməklə  məhdudlaşmırdılar. 

Doğma olkələrinin təsvirinin verilməsini ən muhum vəzifə hesab edirdilər. Yəmən şairi və alimi Əl-Həmadəninin 

(X əsr) «Ərəbistanın təsviri» əsəri belələrindəndir. O, qəsəbələr, bazar və məscidlər, mohkəmləndirilmiş qalalar və 

gozətci qullələri, həmcinin su nohurları, kənd təsərrufatı bitkiləri, muxtəlif heyvan novləri haqqında geniş məlumat 

vermişdir.  

Səkkizinci əsrdən başlayaraq Ərəbistanda xəritələr tərtib olunur. Ərəblərin tərtib etdiyi xəritələr, atlaslar ozunun 

dəqiqliyi  və  zəngin  məlumatlılığı  ilə  Ptolemey  xəritələrindən  daha  mukəmməl  gorunurdu.  Bağdadın  Mudriklər 

evində  o  zamanlar  məlum  olan  yaşayış  məntəqələrinin  koordinatları  əsasında  hazırlanmış  dunyanın  xəritəsi 

(«Mamukovanın  xəritəsi»)  ozunun  boyuk  dəqiqliyi  ilə  fərqlənirdi.  Xususilə,  Əl-İdrisinin  tərtib  etdiyi  xəritə  və 

atlasların  yuksək  səviyyəsini  qeyd  etmək  lazımdır.  İdrisi  cəkisi  91  kq.  olan  boyuk  gumuş  nimcənin  icərisində 

dunyanın xəritəsini duzəltmişdir. Məzmununa gorə Ptolemeyin coğrafiyası ilə muqayisədə İdrisinin xəritəsi irəliyə 

doğru bir addım idi. Orijinalda şimal aşağıda, cənub isə yuxarıda verilmişdir. Xəritədə dərəcə toru verilməyib.  

Məşhur  xəritə  tərtibcisi  Əl-Balx  ilk  izahatlı  atlas  duzəltmişdir.  Şərqi  Avropa  haqqında  ilk  durust  məlumatları 

ərəb muəllifləri vermişlər. Əslən isfahanlı olan fars mənşəli İbn Rusta ( X əsrin əvvəlləri) tərtib etdiyi «Nəfis daş-

qaşlar  kitabında»  Volqa  bulqarları,  xəzərlilər,  ruslar  və  digər  slavyan  xalqları  yaşadıqları  ərazilərin  təbii  şəraiti, 

təsərrufatı, ticarət əlaqələri, xususilə qiymətli xəz-dərilərlə aparılan alver və s. haqqında məlumatlar verir.  

Əhməd  ibn  Fədlan  (  X  əsrdə)  ərəb  xilafəti  numayəndəliyi  tərkibində  musəlman  Volqa-Kama  Bulqariyası 

ərazisində  olması  haqqında  qiymətli  məlumatlar  toplanmışdır.  Numayəndəlik  921-ci  ildə  Bağdaddan  yola  cıxaraq 

İran yaylasından, Orta Asiyadan, Ustyurd yaylasından kecərək bu olkəyə gəlir, onun paytaxtı Bulqar şəhərində olur. 

Cap etdirdiyi «Qeydlər» kitabında o, Volqaboyu, Zavoljye və Orta Asiyanın xalqlarının orta əsr tarixinə, Xəzərsahili 

ovalığı kəsib kecən cayların dəqiq adlarına dair məlumatlar vermişdir.  

Bağdadlı Əl-Məsudi (956) bir sıra olkələri (Suriya, Mərkəzi Asiya, Şərqi Avropa, Şərqi Afrika, Madaqaskar, 

Misir,  Cin)  gəzmiş  və  oz  səyahətləri  ilə  bağlı  «Zamanın  xəbərləri»  adlı  əsərini  qələmə  almışdır.  Kitablarında  o, 

getdiyi olkələrin təbiəti, tarixi və etnoqrafiyası haqqında geniş məlumat vermişdir.  

İbn-Xaukal  (943-967-ci  illər)  İrana,  Mesopotamiyaya  və  Hindistana  səyahət  etmiş,  bu  haqda  «Yollar  və 

məmləkətlər» adlı kitab yazmışdır.  



Əl-İdrisi (1100-1165) XI əsrin tanınmış coğrafiyaşunaslarından biridir. O, Suetada  (Mərakeş)  anadan olmuş, 

təhsilini Kordovada (İspaniya) almışdır. Coğrafi yeniliklərlə cox maraqlanan Siciliya kralı Rodjerin (1130-1154-cu 

illər)  dəvəti  ilə  onun  sarayında  yaşayan  Əl-İdrisi  «Olkələri  gəzməkdən  yorulmuşun  əyləncəsi»  əsərini  yazır. 

Əsərində Yerin kurə şəklində olmasından bəhs edir, iqlimlərin, dənizlərin, korfəzlərin təsvirini verir. Əl-İdrisi Yeri 

yeddi iqlimə, hər iqlimi isə qərbdən-şərqə doğru uzanan on hissəyə bolur və bunların ayrı-ayrılıqda təsvirini verir. 

Hər təsvirə aid xəritələr, cəmi 70 xəritə duzəldir.  

Əl-İdrisi dovrunə gorə boyuk ustalıqla Qərbi Avropa (İspaniya, İtaliya, Siciliya, Fransa, Almaniya, Şotlandiya, 

İrlandiya,  Şimal  və  Baltik  dənizi  sahilləri)  və  Şimali  Afrikanın  təsvirini  vermişdir.  Onun  cənubdakı  Balkan 

yarımadası və Rumıniya haqqındakı məlumatları da maraqlı və orijinaldır.  

Orta əsrlərin ən boyuk səyyahlarından sayılan Mərakeşli İbn-Bətutə (1304-1377) Mərkəzi Ərəbistan yaylasına, 

Şimali  Afrikaya,  Kicik  Asiyaya,  Cənubi  Rusiyaya,  Orta  Asiyaya,  Qərbi  Hindistana,  Seylona,  Sumatraya,  Cinə, 

Boyuk Səhranı kecməklə Niger cayı sahillərinə və s. səyahətlər etmiş, bu yerlər haqqında ətraflı məlumat toplaşmış 

və bir necə kitab yazmışdır (şəkil 1).  

İbn Bətutəni Magellana qədər olan butun dovrlərin ən boyuk səyyahı hesab edirlər. Omrunun 29 ilini səyahətdə 

kecirmiş,  quru  və  dənizlə  120  min  km  yol  qət  etmiş,  31-dən  cox  şəhərin  adını  qeyd  etmişdir.  O,  yeni  olkələr  və 

şəhərlər kəşf etməsə də, olduğu olkələrin təsvirini verilmiş kitabları, o cumlədən «İbn-Bətutənin səyahətləri» kitabı 

orta əsrin ən qiymətli coğrafiya əsərlərindən hesab olunur.  



Əhməd  İbn-Məcid  məşhur  ərəb  dəniz  səyyahı  və  losmanı  olmuşdur.  O,  1498-ci  ildə  Vasko  de  Qamaya 

bələdcilik etmiş, onun gəmilərini musson kuləklərindən istifadə edərək Şərqi Afrika sahillərindən Hindistana gətirib 

cıxarmışdır.  

İbn-Xordadbehin  (820-913)  əsərlərində  («Yollar  və  məmləkətlər  haqqında»)  Bağdaddan  şimala  olan  Orta 

Asiyaya  və  cənuba  olan  Hindistana  gedən  ticarət  yolları,  bu  yollar  ustundəki  şəhərlər,  kəndlər  və  olkələrin 

iqtisadiyyatı və kənd təsərrufatı, siyasi quruluşu, vergi sistemi haqqında maraqlı və zəngin məlumatlar vardır.  

Sonralar dunyada İslam mədəniyyəti adı altında birləşən Yaxın Şərq olkələrində qeyri-ərəb xalqlarından olan 

gorkəmli alimlərin də qiymətli elmi əsərləri meydana gəldi. Məşhur təcik filosofu İbn-Sinanın (980-1037) bir sıra 

əsərlərində ətraf muhitin insanlara təsiri məsələlərindən danışılırdı.  

Beləliklə,  orta  əsr  Ərəb  dunyasında  cox  zəngin  coğrafi  biliklər  toplanmış,  lakin  bu  biliklərin  bir  qismi 

unudulmuş ən muhum digər hissələri isə hər halda Qərbi Avropa elmi ənənələrinə daxil edilmişdir.  

Orta  əsrlərdə  ərəblərlə  yanaşı,  Cin  coğrafiyacıları  və  səyyahları  Cini,  Hindistanı  və  Cənub-Şərqi  Asiyanı 

oyrənməklə  boyuk  rol  oynamışlar.  Məsələn  gorkəmli  Cin  səyyahı  Fa-Syanyu  (399-414),  ərəb  coğrafiyacılarından 

xeyli əvvəl qiymətli əsərlər yazmışdır.  

Beləliklə, orta əsrlərdə Şərqdə nəşr olunan bir sıra qiymətli elmi əsərlər Avropa dillərinə tərcumə olunmuş və 

qitədə elmin inkişafına xeyli komək etmişdir.  

2.2 Turk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri  

Qədim  zamanlardan  başlayaraq  dunyanın  ən  boyuk  materiki  olan  Avrasiya  məkanında  formalaşan,  onu 

oyrənən, kəskin təzadlı təbii muhitinə uyğunlaşan, təsərrufat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-

əlvan  coğrafi  adlar  verən  məhz  turk  xalqları  olmuşdur.  Onların  formalaşdığı  ərazilər  qərbdə  Aralıq  dənizindən 

başlayaraq şərqdə Sakit okeana, şimalda Buzlu okeandan cənubda Kərkuk-Həmədan istiqamətində kecən 35 şim.e. 

qədər uzanırdı. Turk xalqlarının yayıldığı geniş Avrasiya  ərazilərində oxşar toponimlərə tez-tez rast gəlinir. Bunun 

başlıca  olaraq  iki  səbəbi  vardır  :  birinci,  muxtəlif  ərazilərdə  bir  dil  ailəsinə  mənsub  dillərlə  danışan  xalqların 

məskunlaşması;  ikinci,  yerin  mənfi  və  musbət  relyef  formalarının  calarlarını  bildirən  sozlərin  eyni  olmasıdır. 

B.Ə.Budaqov  yazır:  «Turk  dilli  xalqların  yayıldığı  10  mln.km2  –  ərazilərdə  yaşayan  xalqlar  arasında  baş  vermiş 

miqrasiya  zamanı  onlar  ilk  novbədə  muqəddəs  olan  coğrafi,  eləcə  də  şəxs  adlarını  ozlərilə  apararaq  toponimik 

estafeti nəsildən-nəsilə, ərazidən əraziyə kocurmuş və beləliklə, onları yaşatmışlar».  

Mərkəzi  Asiyanın  tarixinə  dərin  təsir  gostərmiş  qudrətli  kocəri  xalqlardan  biri  də  turk  mənşəli  hunlar 

(B.Ə.Budaqov, Turk uluslarının  yer  yaddaşı.  Bakı,  1994, səh.87) olmuşlar. Hunların  əsas  yaşayış  yerləri Mərkəzi 

Monqolustan və Transbaykalda olan hundur duzənliklər idi. Onların başcısı Mete xan e.ə. 209-cu ildə şərqə doğru 

hərəkət  edərək  Mancuriyanı,  sonra  şimala  Boyuk  gol  adlanan  Baykalın  cənubunu,  Yenisey  cayının  yuxarı 

axınlarında yerləşən Tuva cokəkliyini, qərbdə Altay dağlarını, İrtış vadisini, cənubi Ural collərini tutmuşdur.  

Sonrakı  illərdə  hunlar  lap  Avropanın  icərilərinə  qədər  gedib  cıxmışlar.  Qərbi  hunlar  Qara  və  Azov  dənizləri 

sahillərində məskən salmış və Dunay boyu əraziləri mənimsəmişlər. Bizim eranın beşinci əsrinin əvvəllərində hunlar 

Dunay sahillərində  mohkəm  dovlət  yaradırlar  və Atillanın  başcılığı ilə 452-ci ildə  hətta İtaliyaya  gedib cıxmışlar. 

Şərqdə isə Cin hunlarla ticarət əlaqələrini genişləndirmək ucun e.ə.156-cı ildə «sərhəd bazarları» acırdı.  

Beləliklə, e.ə. II-I əsrlərdə hunlar şərqdə Boyuk Xinqana soykənən, qərbdə İrtış vadisinə catan, şimalda Baykal 

golundən başlayıb cənubda Qobi səhrasına qədər uzanan bir imperiya yaratmışlar. Ona gorə də butun əsaslarla deyə 

bilərik  ki,  Mərkəzi  Asiyanın  şimal  hissəsini  –  Monqolustanı,  Qərbi  Sayanları,  Altayı,  Transbaykaliya  və  Baykal 

golunun ilk kəşfciləri məhz hunlar olmuşdur (şəkil 2).  

VI  əsrin  ortalarından  başlayaraq  Asiyanın  siyasi  səhnəsinə  yeni  fəal  quvvə  kimi  Turk  xanlığı  daxil  olur. 

Gostərilən dovrdə turklər xususi Orxon yazı icad edirlər. Daş uzərində həkk olunmuş belə yazılı abidələrdən gorunur 

ki, turklər Şimali Monqolustan, Yenisey vadisi, Baykal ətrafı, Altay, Şərqi Turkustan, Orta Asiya və hətta Avropada 

Dunaya qədər olan ərazilərdə yayılmışlar.  

Artıq 560-cı illərin əvvəllərində turklər Qazaxıstan collərini butovlukdə oz tərkibinə qatırlar. Eyni vaxtda şərqə 

doğru hərəkət edərək Mərkəzi Tuvaya, Yeniseyin yuxarı axınlarına daxil olurlar. Turklər Anqara cayının Yeniseylə 

qovuşduğu  yerə  cıxaraq  ətrafda  olan  yerli  tayfaları  ozlərinə  tabe  edirlər.  Qərbi  Sayanların  qarlı  aşırımını  kecən 

turklər Minusink cokəkliyinə  daxil olurlar, buradakı qırğız tayfalarının torpaqlarını zəbt edirlər və bununla da orta 

Yeniseyin kəşfinin əsasını qoyurlar.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə