Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə14/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

 
45 
Xatırlatma: 
Ədaləti,  zəkası,  cəsarəti  və  si-
yasi dünyagörüşü ilə Səlcuqlu dövlə-
tinin  ilk  sultanı  olan  və  25  illik 
hakimiyyəti dövründə  təməlini  atdığı 
Böyük  Səlcuqlu  imperatorluğunu  
dünya  dövləti  səviyyəsinə  qaldıran 
Toğrul  bəy  ilk  dəfə  dini  dövlətdən 
ayırmış,  qardaşı  Çağrı  bəy  və  onun 
oğlanları  ilə  birlikdə  İslam  dün-
yasında  Əməvilər  və  Abbasilərdən 
sonra  yeni  bir  Türk-İslam  əsrinin 
əsasını  qoymuşdur.  Səlcuqlularla 
türklərdə  İslamın  «cihad»məfkurəsi 
tam  mənası  ilə  həyata  keçmiş,  türk-
lər  Yaxın  Şərqi  fəth  edərək Xəlifəni  öz  himayələri altına  alıb sünni 
məzhəbli  İslam  dünyasının  ağası 
oldular. 
XI əsrin ortalarında Orta Asi-
ya  və  Yaxın  Şərqdə  böyük  Səlcuq 
imperiyası  kimi  qüdrətli  bir  dövlət 
yarandı.
 
Səlcuq  dövlətinin  paytaxtları 
NiĢapur  (1038-1043),  Rey  (1043-
1051),  Ġsfahan  (1051-1118),  Həmə 
dan (1118-1194) şəhərləri olmuşdur. 
Səlcuqlarda  danışıq  dili  türk
rəsmi dil farselm və təhsil dili ərəb 
dili  olmuşdur.  Səlcuqlar  İslam  di-
ninin sünni təriqətinə mənsub idilər. 
Ölkə  nin ərazisi 3.900.000  kvadrat   
kilometr  olmuşdur.  İdarəetmə    for-
ması monarxiya idi. 
Toğrul bəy 
 
Sivas şəhərinin Divriği 
böyük məscidi divarları 
üzərinə işlənmiş Səlcuq 
imperiyasının gerbi. 
 
 


 
46 
Sultan  Toğrul  bəyin  başçılıq  etdiyi  səlcuq  qoşunları  XI  əsrin  orta-
larında  İrandan  keçərək  Azərbaycana  daxil  oldular.  Toğrul  bəy 
Azərbaycanı  özünə  tabe  etdikdən  sonra  Ərməniyyə  üzərinə  hücum 
etdi, şəhər və kəndləri qarət edərək Reyə qayıtdı. Səlcuq qoşunları 
1055-ci ilin yazında Bağdadı tutdular. 1063-cü ildə Bağdaddan pay-
taxt Reyə dönərkən xəstələnən Sultan Toğrul bəy 1063-cü il sentya-
brın 4-də 70 yaşında vəfat etdi, Reydəki türbəsində dəfn edilmişdir. 
Orta Asiyanı, İranı, İraqı, Suriyanı, Misiri işğal edən səlcuqlar 
Azərbaycana hücum  etdi.  O zaman Orta və  Qərbi  İranın  bütün  bö-
gələri  İsfahan  və  Həmədan  hökmdarlarının,  kürdlərin  hakimiyyəti 
altında  idi.  Bu  hökmdarlar  oğuzların  Azərbaycan  üzərinə  yürüşün-
dən xəbər tutaraq Reyə gəldilər. 
              
 
SƏLCUQLARIN SOY AĞACI
 


 
47 
Səlcuqlar Ön Qafqada möhkəmləndiyi zaman türk tayfalarının 
Azərbaycana axını gücləndi və  bu yerlərdə məskunlaşdılar. Ölkədə 
feodal münasibətləri sürətlə inkişaf etməyə başladı. Ölkənin iqtisadi 
və  mədəni  həyatında,  ticarət  və  sənətkarlıq  sahəsində  böyük  can-
lanma yarandı. 
XI əsrin 40-cı illərində Səlcuq qoşunları 
İranın  sərhədlərinə  yaxınlaşdı.  Toğrul  bəyin 
qoşunları  1049-cu  ildə  Kirmanı  ələ  keçirdi. 
1050-cı ildə Toğrul paytaxtı Ġsfahana  köçür-
dü. Ölkə formal olaraq xəlifəyə tabe olsa da, 
əslində bütün hakimiyyət Toğrul bəyin əlində 
cəmləşdi.  Belə  bir  vəziyyət  şiələrin  böyük  narazılığına  səbəb  oldu. 
Şiə Buveyhilərin qarşısını ala bilməyən xəlifə Toğul bəyi Bağdada 
dəvət etdi. 
 
Toğrul bəy 1055-ci il yanvarın 17-də böyük təntənə ilə qarşı-
landı. Səlcuqların qarşısını ala bilməyəcəyini hiss edən şiə Buveyhi-
lər şəhəri tərk etdilər. Beləliklə, 120 il davam edən Buveyhi dövləti 
aradan qaldırıldı. 
    Toğrul  bəy  Abbasi  xəlifəsini 
öz  hakimiyyəti  altına  aldı.  Bu-
nunla  sünni  islam  dünyasının 
qorunmasını təmin etdi.  
       Toğrul bəy xəlifəni qorumaq 
haqqında  verdiyi  sözü  tutdu. 
Buidlər  nəslindən  olan  baca 
rıqsız xəlifə əl-Qaim fars hakimi 
Əl-Malik  tərəfindən  göndərilən 
Bəsasirə  əsir  düşərkən  Toğrul 
Xəlifəni  azad  etmək  məqsədilə 
Bağdada  yürüş  təşkil  etdi.  Bu 
dəfə  də  taleh  onun  üzünə  güldü. 
Bağdad  tezliklə  tutuldu.  Toğrul 
bəy  Bağdadda  olarkən  müs-
təqillik  arzusunda  olan  İbrahim 
Səlcuqların 
Ġran 
yürüĢləri 
Səlcuqlar Dəndənəkan 
doyüşündən sonra 
 


 
48 
Yınal baş qaldırsa da, Toğrul bəyin silahlı qüvvələri Rey şəhərində 
İbrahim  Yınalın  qoşunlarını  darmadağın  etdi.  Toğrul  bəyin  Reydə 
olmasından  xəbər  tutan  Buveyhi  valisi  Bağdada  daxil  odlu.  Xəlifə 
tutularaq  Bağdad  şəhərinin  yaxınlığındakı  həbsxanaya  salındı.  Bu 
hadisədən xəbər tutan Toğrul bəy dərhal Bağdada qayıdaraq Buvey-
hi valisi Bəssasirin qüvvələrini məğlub edib Abbasi xəlifəsini haki-
miyyət başına gətirdi. Buna qarşılıq olaraq 1058-ci ildə xəlifə Toğ-
rulu  mükafatlandırdı
.
Toğrulun  çiyninə  xələt  ataraq  onu  təmtaraqlı 
taxta  əyləşdirib  «ġərqin  və  Qərbin  hakimi»  adlandırdı.  Xəlifə 
Toğrulun qardaşı qızı, Alp Arslanın bacısı Xədicə xatunla evləndi. 
Toy Bağdadda böyük səs-küylə qeyd olundu. Toğrul  1063-cü ildə 
təxminən  70  yaĢında  dünyasını  dəyiĢəndə  onun  övladı  olmadığı 
üçün hakimiyyət başına Alp Arslanın ögey qardaşı Əmir Süleyman 
keçdi.  Lakin  onun  hakimiyyəti  uzun  sürmədi.  Alp  Aslan  öz  tərəf-
darlarının  köməyi  ilə  Reyə  gələrək  Əmir  sultanı  və  onun  yaxın 
köməkçisi  olan  Kutalmışın  silahlı  qüvvələrini  məğlub  edərək 
hakimiyyəti  ələ  aldı.  1064-cü  il  aprelin  27-də  36  yaşlı  Alp  Arslan 
sultan  elan  olundu.  Onun  hakimiyyəti  dövründə  Səlcuq  dövləti 
qüdrətli bir dövlətə çevrildi.
 
Tanıtma: Alp Arslan (1063-1072) 
istər xarici görünüşü, istərsə də xarak-
terinə  görə  seçilirdi.  Təbiətən  ucaboy 
olan  Alp  Arslanın  daha  çox  üstünlük 
verdiyi  baş  geyimləri  oha  nəhəng 
təəssüratı  bağışlayırdı.  O,  həddindən 
artıq uzun bığ saxlayırdı. Çox güclü və 
cəsarətli    insan  olan  Alp  Arslan 
daxilən  cəsarətli  və  nəcib  idi.  Əsgəri 
həyat  tərzi  sürən  Arslana  səmimi 
davranış  və  sadə  zövq  xas  idi.  O, 
həddindən  artıq  ürəyi  yumşaqlığı  ilə 
seçilirdi.  Tabeliyində  olanlarla  əliaçıq 
və  xoş  rəftar  edirdi.  Tez-tez  yoxsullara  böyük  məbləğdə  pul  paylayır, 
ehtiyacı olanlara pul hədiyyələri və ya təqaüd təyin edirdi. 
Alp Arslan əmisi Toğrul kimi qəddar olmağı bacarırdı. O, insan-
ları  tanımağa  çalışırdı.  Öz  məsləhətçilərinə  çox  ehtiyatla  yanaşırdı. 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə