Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə4/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

 
13 
içərisində giriş, 21 kitab və əlavələrdən ibarət «Xronika» daha qiy-
mətlidir. 
Mixail 1199-cu ildə vəfat etmişdir. 
Bar  Ebreya  1226-cı  ildə  Melitendə  anadan  olmuşdur.  Yaxşı 
təhsil almış, bir neçə dil, o cümlədən ərəb, fars və türk dillərini öy-
rənmişdir. 
Bar Ebreya ömrünü dini fəaliyyətə həsr etmiş, Şərqin yakoviti 
rütbəsinə yüksəlmişdir. Ön Asiyanı bir neçə dəfə gəzən Ebreya Qaf-
qazda,  Azərbaycan  şəhərləri  Marağa,  Təbriz  və  Uşnuda  olmuş, 
1286-cı ildə Marağada vəfat etmişdir. Onun əsərləri içərisində Suri-
ya və ərəb dilində tərtib olunmuş «Ümumi tarix» əsəri öz sanbalına, 
faktların dürüstlüyünə və hadisələrə baxışı ilə seçilir. 
Bar Ebreya Marağada əhalinin xahişi ilə özünün əsərinin ərəb 
variantını  tərtib  etmişdir.  Əsər  «Sülalərin  qısaldılmış  tarixi» 
(«Kitabi  müxtəsər  duval»)  adı  ilə  məşhurdur.  X-XIII  əsrin  birinci 
yarısı dövrünün xülasəsini təşkil edən «1234-cü ilin anonim xroni-
kası» əsəri də maraqlıdır. 
Ərəbdilli mənbələrdə XI-XIII əsrin mühüm məlumatları top-
lanmışdır. 
Sədrəddin  Əli  Əbül  Həsən  Əli  ibn  Əbül  Fəvaris  Nasir  ibn 
Əli əl-Hüseyni «Əxbar əd-dövlət əs-Səlcuqiyyə» («Səlcuq dövləti 
haqqında xəbərlər») adlı əsərini yazmışdır. Əsərin XIII əsrin birin-
ci  rübündə  yazıldığı  ehtimal  olunur.  Kitabın  birinci  yarısı  özündən 
əvvəlki  tarixi  qaynaqlar  üzərində  qurulmuş,  başlıca  olaraq  Səlcuq 
dövlətinin  yaranıb  genişlənməsi  dövrünə  həsr  edilmişdir.  Əsərin 
ikinci  yarısı  Özbəyin  1225-ci  ildə  ölümü  ilə  başa  çatır.  Əsərin  bu 
hissəsində toplanmış materiallara digər qaynaqlarda rast gəlinmədi-
yinə  görə  daha  qiymətlidir.  Burada  Azərbaycan  atabəylərinin  İraq 
Səlcuq  sultanları  ilə  əlaqələri,  Atabəy  və  Şirvan  dövlətlərinin  Gür-
cüstanla münasibətlərinə dair maraqlı faktlar vardır. 
Sədrəddin  Əli  əl-Hüseyni  əsərin  giriş  hissəsində  onun  adı 
«Zubdat  ət-tavarix  fi  -axbar  əl-umra  va-l-mülük  əs-Seldjukiyyə» 
(«Səlcuq  əmir  və  hökmdarları  haqqında  xəbərlərin  qaynağı»)  kimi 
yazılmışdır.  Bu  əsəri  tədqiq  edənlər  Hüseyninin  özündən  əvvəlki 


 
14 
müəlliflərə  istinad  etməsi  qənaətinə  gəlmişlər.  Eyni  zamanda  mə-
lum  olur  ki,  Əl-Hüseyni  «Ləyaqət  haqqında  kitab»  dan  başqa  heç 
bir  mənbənin  adını  açıqlamır.  Bu  əsərdə  V.Bartoldun  təbirincə  de-
sək səlcuqlara aid olan tarixin ən qaranlıq səhifələrindən birini təşkil 
edən XII əsrin ikinci yarısı haqqında materiallar vardır. 
Sədrəddin  Əli  əl-Hüseyninin  «Əxbar»  ı  akademik  Z.M.  Bün 
yadovun  çevirməsində  («Zubdat  at-tavarix  fi  al-umara  va-l-muluk 
as-Saldjukiyya») 1980-ci ildə Moskvada çap edilmişdir. 
Əl-İsfahani (1125-1201) İsfahanın məşhurları içərisindən ye-
tişmişdir. Bir neçə tarixi əsərin müəllifi olan Əl-İsfahani Abbasilər 
xəlifələri  dövründə  xidməti  vəzifədə  olmuş,  sonra  Əyyubilər  sul-
tanları  sarayında  görünmüşdür.  Onun  əsərləri  arasında  Səlcuqlar 
dövlətinin  tarixindən  bəhs  edən  «Zubdat  əl-nüsrə  və  Nüxbat  əl-
usra» əsəri xüsusilə qiymətlidir. 
Əbülhəsən  Əli  bin  Məhəmməd  ibn  əl  Əsir
  (1160-1234) 
Yuxarı Makedoniyanın Cəzirət ibn-Ömərdəndir, milliyətcə ərəbdir. 
Həyatının  böyük  hissəsini  Mosulda  keçirmiş,  yaxşı  təhsil  almışdır. 
Əyyubilər Səlahəddinin ordusunun tərkibində xaçlılarla döyüşmüş-
dür. Sonralar xəlifənin tapşırığı ilə diplomatik missiyanı yerinə ye-
tirmişdir. İbn əl-Əsir 12 cildlik «Əl-kamil fi-t-tarix» əsərinin müəl-
lifidir.  Əsərdə  hadisələr  xronoloji  ardıcıllıqla  1231-ci  ilə  kimi  olan 
dövrü  əhatə  edir.
 
Əbülhəsən  Əli  bin  Məhəmməd  ibn  əl  Əsirin
 
gəncliyi
  Mavsid 
şəhərində  keçmişdir

Suriya  və  Fələstində  təhsil 
almış,  həyatı  səlib  müharibəsi  illərinə  təsadüf  etmiş  və  bir  çox 
döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddin 
Əyyubinin  yaxın  adamı kimi  bir sıra diplomatik missiyaları  yerinə 
yetirmişdir. Bu səfərlər zamanı gələcək əsərləri üçün külli miqdarda 
məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsi-
də  qayıdıb,  əsərlərini  yazmağa  başlamış  və  bütün  ərəb  aləmində 
şöhrət qazanmışdır. 
"Əl kamil fi-t tarix" qədim dövrlərdən 1231-ci ilə qədərki ha-
disələri 
əhatə 
edir. 
Bu 
əsərin 
ən 
qiymətli 
hissələ-
ri    
Azərbaycanla
 bağlı  səhifələrdir.  Burada  ərəblərin  Azərbaycanı 
fəth  etməsi  kimi  böyük  bir  dövr  əks  olunmuş,  Babək  hərəkatı, 


 
15 
monqolların  Azərbaycana  hücumları,  Gürcü  çariçası  Tamarın  döv-
ründə  gürcü-Azərbaycan  münasibətləri  və  nəhayət,  Xarəzmşah 
Cəlaləddinin  gürcüləri  əzib  azərbaycanlıları  xilas  etməsi  kimi  ha-
disələr  geniş  təsvir  edilmişdir.  Əsər  ilk  dəfə  1876-cı  ildə  Almani-
yanın Leyden şəhərində 14 cilddə, on il sonra 1886-cı ildə Qahirədə 
nəşr  olunmuşdur.  Əsərin  Azərbaycana  aid  hissələri  Jüzenin  tər-
cüməsi ilə 1940-cı ildə rus dilində, 1959-cu ildə Azərbaycan dilində 
nəşr edilmişdir. 
İbn əl-
Əsir 1234-cü ildə Bağdadda
 vəfat etmişdir. 
Məsud ibn Həmdarın əsəri orijinallığına və əhəmiyyətinə gö-
rə  seçilir.  Məsud  ibn  Həmdar  XI  əsrdə  Bağdadda  doğulmuşdur. 
Əsərini  XII  əsrin  əvvəllərində  tərtib  etmişdir.  Məsud  Şivanşahlar 
sarayında  dövlət  aparatında  məsul  vəzifə  tutmuş,  Gəncə  və  Beylə-
qanda divanda qulluq etmişdir. Vəzifə səlahiyyətlərinə görə əhalinin 
həyatı ilə yaxından tanış olmağ imkan tapan Məsud bir çox hadisə-
lərin  iştirakçısı  və  müşahidəçisi  olmuşdur.  Məsud  ibn  Həmdarın 
əsəri mühüm və  etibarlı mənbə olub şəhər həyatı və şəhər idarəet-
məsinə dair maraqlı materiallarla zəngindir. 
Mahmud  Kaşqarlının  əsərləri  qiymətli  tarixi  mənbələrdəndir. 
Mahmud  Kaşqarlı  1029-cu  ildə  Kaşqar  elinin  Azıx  kəndində  (indi-
ki Özbəkistan)  anadan  olmuşdur.  Bəzi  mənbələrə  görə İsık-
Kul gölünün  sahilində  yerləşən  Barskan  şəhərində  (indiki  Qırğızıs-
tan ərazisi)  dünyaya  gəlmişdir.  İlk  təhsilini  Kaşqarda  Saciyə  və  Ha-
midiyyə  mədrəsələri  kimi  elm  mərkəzlərində  almış,  dövrünün  elmə-
ləri ilə bərabər ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdir. 
Təxminən 1058-ci ildə Bağdada getmiş, bir müddət burada yaşamış-
dır.Bağdad  həmin  zaman  Səlcuq  imperiyasına tabe  idi.  Ərəblərin 
türkləri  tanıması,  onların  adət  və  ənənələrini  öyrənməsi  baxımından 
çətinlik  çəkməsi,  xüsusən  dil  problemləri  Mahmud  Kaşqarlıda  əsər 
yazmaq ideyasını yaratmış, on il müddətində bir çox əraziləri səyahət 
etdikdən sonra adını tarixə həkk edən ensiklopedik əsərini yazmışdı. 
Mahmud  Kaşqarlının  hökmdar  nəslindən  və  ya  ən  azından 
əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsə-
rində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. «Bizim 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə