Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə6/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

 
19 
Böyük Səlcuq imperiyası 1038-1157-ci illərdə mövcud olmuş-
dur. Onun ən qüdrətli dövrü Sultan Alp Arslan (1063-1072) və Sultan 
Məlik şahın (1072-1092) hakimiyyətləri dövrünə təsadüf edir. 
Səlcuqlara  dair  mənbələr  içərisində  Böyük  Səlcuq  imperiyası-
nın  baş  vəziri  olan  Nizamülmülkün  «Siyasətnamə»  əsəri  müstəsna 
əhəmiyyətə malikdir. Nizamülmülk Səlcuqlu sultanlarından Alp Ars-
lan və Məlik şahın vəziri olmuş, Səlcuq dövlətinin genişlənməsində, 
möhkəmlənməsində,  ordunun  qüvvətlənməsində,  abadlıq  işlərinin 
aparılmasında,  elm  və  mədəniyyətin  yüksəlməsində  çox  böyük  işlər 
görmüşdür. 1017-ci ildə İranın Tus şəhərində anadan olan Nizamül-
mülk 1092-ci ildə İsfahanın Nəhavənd kəndi yaxınlığında İsmaillilər 
tərəfindən  qətlə  yetirilmişdir.  O,  dövlət  işləri  ilə  yaxından  məşğul 
olmuş, xarici siyasətə istiqamət vermiş, din-şəriət qayda-qanunlarına 
müdaxilə  etmiş,  dövlət  və  din  xadimləri  hazırlamaq  məqsədi  ilə 
xüsusi  mədrəsələrin  açılmasına  təşəbbüs  göstərmiş  və  bu  işə  böyük 
maddi yardım etmişdir. 
Nizamülmülk  Səlcuq  saray  cəmiyyətini  müşahidə  etməkdə 
müstəsna  imkanlara  malik  olduğundan  bir  növ  Məlik  şaha  nəsihət 
kimi yazılmış əsərində təcrübədən çıxış edərək məlumatları qısa, la-
kin canlı təhkiyə şəkilində vermişdir. 
Tarixi  mənbələrin  bəzilərinin  verdiyi  məlumata  görə  Nizam-
ülmülk bu əsəri ömrünün sonlarında, Məlik şahın arvadı Türkan xa-
tının intriqası nəticəsində vəzirlik məqamından düşəndən sonra yaz-
mışdır. Hacı Xəlifənin qənaətinə görə Nizamülmülk bu əsəri 1076-
cı  ildə  30  fəsildə  yazıb  Məlik  şaha  təqdim  etmişdir.  Sonradan  ona 
bir neçə fəsil əlavə edilmiş və əsər 50 fəsilə çatmışdır. 
«Siyasətnamə» Səlcuqlar dövründən qalmış ən mötəbər ədəbi-
tarixi abidədir. Əsər orta əsrlər feodal dövlətlərinin idarə sistemini, 
vergi qaydalarını, hərbi quruluşunu və bir sıra başqa qayda-qanunla-
rı öyrənmək üçün zəngin material verir. Əsərdəki fikirlər, ibrətamiz 
rəvayətlər,  hekayələr  və  nəshətlər  vardır  ki,  min  il  bundan  əvvəl 
söylənilməsinə baxmayaraq indi də öz dəyərini itirməmişdir. 
Fransız  şərqşünası  Ş.Şefer  «Siyasətnamə»ni  ilk  dəfə  1892-ci 
ildə Nizamülmülkün tərcümeyi halında nəşr etdirmişdir. Əsər geniş 


 
20 
izahat  ilə  1949-cu  ildə  Moskvada-Leninqradda  nəşr  olunmuşdur. 
«Siyasətnamə» Məhəmməd Qəzvininin haşiyə və izahları ilə 1955-
ci  ildə  Tehranda  çap  edilmişdir.  Türk  tarixşünaslığında  bu  əsər 
M.A.Köymən tərəfindən Ankarada çapdan çıxmışdır. 
«Siyasətnamə» Azərbaycan dilində ilk dəfə prof. Rəhim Sul-
tanovun tərcüməsi əsasında geniş oxucu kütləsinə təqdim edilmişdir. 
Həmdullah Qəzvini (1280-1349) tanınmış orta əsr coğrafiya-
çısı-kosmoqrafıdır. Onun «Nüzhətül-Qülub» («Ürəklərin əyləncəsi») 
əsəri fars dilində coğrafiya üzrə  yazılmış kitablar içərisində ən də-
yərlisidir. 
Rəşidəddin  Fəzlullah  ibn  Əbil-Xeyrə  Əli  Həmadani  (1247-
1318) əvvəllər həkim, sonralar Qazan xanın və Olcaytı xanın vəziri 
olmuşdur. «Cami ət-təvarix» («Tarixlər toplusu») əsəri bir sıra xalq-
ların tarixi üzrə toplanmış biliklər toplusudur. Əsər farsca yazılmış-
dır. Kitabın başlıca hissəsinin elmi- tənqidi mətni 1957-ci ildə Azər-
baycan  SSR  EA  tərəfindən  hazırlanıb  çap  edilmişdir.  Elmi-tənqidi 
mətnin  müəllifi  akademik  Ə.Ə.Əlizadədir.  Kitab  rus  dilində  1946 
və 1957-ci illərdə çap olunmuşdur. 
Əsərin «Tarixi-oğuz və türkman və hekayəti cahangiri» adla-
nan  bölməsi  onun  ikinci  kitabındadır,  şərti  olaraq  «Rəşidəddin 
oğuznaməsi» kimi tanınır. 
«Tarix-i Təbəristan» İbn İsfəndiyarın (XIII əsr) əsəri olub er-
kən orta əsrlərdən müəllifin zamanına qədər olan hadisələri xronoloji 
ardıcıllıqla qələmə  alınmışdır.  Əsərdə  Təbəristanla  İrak sultanlığı və 
Eldənizlərlə əlaqələr haqqında maraqlı məlumatlar toplanmışdır. 
XIV  əsrdə  tərtib  edilmiş  anonim  «Səlcuqnamə»də  Səlcuqlu 
Konya  sultanlığının  tarixinə  dair  məlumatlar  toplanmışdır.  Səlcuq 
sultanları  ilə  Abbasilər  xəlifəsi  arasındakı  münasibətlər  də  maraq 
doğurur. 
Dövrün şairlərinin əsərləri mühüm qaynaqlar sırasındadır. Xa-
qani  Şirvani  (1126-1199)  və  Nizami  Gəncəvi  (1141-1209)  əsərləri 
dövrün siyasi mühitini öyrənmək baxımından olduqca qiymətlidir. 
Türkdilli  mənbələrdə  XI-XII  əsrlərdə  baş  verən  hadisələr, 
həmçinin səlib dövlətləri ilə münasibətlər əks olunmuşdur. «Kissa-i 


 
21 
malik  Danişmənd»  XII-XIII  əsrlərin  epik  abidəsidir.  «Oğuznamə» 
XIII-XIV əsrlərdə baş verən hadisələr şahidlik edir. 
Əbü-l Qazi-Bahadur xan (XVII əsr) feodal-mülk və monqol 
tayfalarının gentlogiyasını tərtib etmişdir. Onun «Səcərəye-i tərəkə-
mə»si  türkmən  tayfalarının  XI-XII  əsrlər  tarixinin  öyrənilməsində 
maraqlı mənbədir. 
Gürcü  mənbələri  orta  əsələr  Qafqaz  tarixşünaslığında, 
həmçinin  Səlcuqlar  tarixinin  öyrənilməsində  əsas  yeri  təşkil  edir. 
«Kartlis Tsxoreva» («Gürcüstanın tarixi») da Gürcüstanın ona qon-
şu  olan  dövlətlərlə  siyasi  və  hərbi  tarixinə  dair  materiallar  vardır. 
Buradakı Ön Asiyaya dair materiallar da maraq doğurur. 
«Matiane kartlis» («Gürcüstanın salnaməsi») XI əsr anonim 
müəllifin əsəridir. 
Basilinin əsəri Gürcüstanın XII əsrin IV rübü-XIII əsrin I rübü 
tarixinə  həsr  edilib.  Müəllif  çariça  Tamaranın  yaxını  olduğundan 
onun məlumatları muasirlərinin məlumatları və müşahidələri əsasın-
da işlənib. 
Gürcü  çarlığının  görkəmli dövlət xadimlərindən  olub bir neç 
dil  bilən,  Tamaranın  sarayında  maliyyə  naziri  olan  Ş.Rustavelinin 
əsərləri  dövrün  hadisələrinin  işlənməsində  əhəmiyyətlidir.  Onun 
«Pələng dərisi geymiş pəhlivan» nında XII əsrin ideologiyası və so-
sial vəziyyət haqqında məlumatlar əks olunub. 
Bizans  mənbələrində  Şərq  abidələri  haqqında  maraqlı  para-
lellər  aparılıb.  Bu  abidələr  Bizans-Səlcuq  münasibətləri,  həmçinin 
xaç yürüşlərini özündə əks etdirir. 
Bizans müəlliflərindən olan Anna Komnin «Aleksiada» əsə-
rinin müəllifdir. Bu əsər orta əsr tarixşünaslığında mühüm yer tutur. 
«Aleksiada»  Annanın  atası-imperator  Aleksey  Komninin  (1069-
1118)  fəaliyyətinə  həsr  edilib.  Əsərdə  imperiyanın  xarici  siyasəti, 
səlcuq-xaçlılar  qarşılıqlı  münasibətləri  işıqlandırılıb.  Əsərdə  türk 
tayfaları haqqında qiymətli məlumatlar vardır. Anna yazılanların şa-
hidi olduğundan «Aleksiada» xüsusi maraq doğurur. 
Bizans-Səlcuq  münasibətlərinin  müəyyənləşdirilməsində  Ni-
kifor Brienniyanın (XII əsr) «Tarixi qeydlər» i bəhs olunan dövrün 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə