Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə61/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

 
195 
Bir qayda olaraq hamamlar kişi və qadın hamalarına bölünür-
dü. Roma və türk hamamlarından fərqli olaraq Səlcuq dövrünün ha-
mamlarında su fəvvarəyə boru vasitəsilə tədricən daxil olur, oradan 
isə kiçik hovuza tökülürdü. 
Səlcuqlar  dövründən  günümüzədək  qorunub  saxlanılan  Qey-
səriyyə şəhərindəki Heydər bəy köĢküdür. İmarətin belə formasını 
çox güman ki, Səlcuqlar Orta Asiyadan və ya Mesopotamiyadan gö-
türmüşlər. Çünki Soqdiana knyazları artıq VIII əsrdə, Ömərilər isə 
Ərəbistanda daha əvvəl şəhərətrafı saray tikdirirdilər. Orta Asiyanın 
Muq  (Muğ)  dağında,  yuxarı  Zərəfşandakı  sarayda  olduğu  kimi  sa-
rayların aşağı hissəsi yonulmuş daş bloklardan tikilirdi, içəri otaqla-
rın tavanları silindrik tağ fomalı olub, pəncərələri dar, mağzala bən-
zəyirdi. 
Heydər  bəy  köşkü  başdan  ayağa  emal  olunmuş  daşdan  tikil-
mişdir.  Düzbucaqlı  formada  tikilmiş  binanın  son  qurtaracağında 
müdafiə qülləsi, aşağı mərtəbədə balaca otaq, keşikçi meydançasına 
açılan  dar  pillə  var.  Binanın  qalan  otaqları  bir  mərtəbəlidir.  Otaq-
ların  hamısı  daxili  həyətin  ətrafında  yerləşmişdir.  Otaqların  tavan-
ları silindrik tağ şəklində olub, pəncərələri nisbətən enlidir. 
Səlcuq  türklərinin  dövründən  Heydər  bəy  köşkündən  başqa 
heç bir imarət qalmadığından türklərin erkən dövrlərdə şəhər həyatı 
ilə necə ayaqlaşması haqqında məlumat almaq çətindir. 
Konya səlcuqarın paytaxtı olduğudan o dövrün daha gözəl və 
daha möhtəşəm binaları orada cəmləşmişdi. Doğrudur, onların əksə-
riyyəti zamanın sınaqlarına tab gətirməyib, bəzilərinin qalıqları gü-
nümüzədək gəlib çatmışdır. Belələrindən  biri qaladır
Qalanın 108 möhkəm daş qülləsi olmuşdur. Qala şəhərin mər-
kəzində  Əlaəddin  məscidinin  olduğu  və  sarayın  ucaldığı  balaca  tə-
pənin ətrafında yerləşirdi. 5 guşəli formada olan qalanın 1214-cü il-
də  tikildiyi  güman  olunur.  Qalada  birinci  məscidi  Sultan  Məsud 
(1118-1156)  tikdirməyə  başlamış  və  1188-ci  ildə  Kokandlı  Yusib 
ibn Əbdül  Qaffar  tərəfindən  türbəsi tikilən məscid  II  Qılınc  Arslan 
tərəfindən  tamamlanmışdı.  1219-cu  ildə  Keyxosrov  məscidin  yeni-
dən tikilməsini Dəməşqdən olan Məhəmməd ibn Kanlaya tapşırır, o 


 
196 
da öz növbəsində Ayaz Atabəyin işini tamamlayır. Məhz bu məsci-
din yanındakı səlcuq sultanının dəf olunduğu mavzoleydə Keykavus 
atasının cənazəsini dəfn etdirir. Lakin məscidin tamamlanması qar-
daşı I Keyqubadın üzərinə düşür və məscid onun adını daşıyır. 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
İki əsas girişi olan Konya qalasında 2 xarici qüllə 1221-ci ildə 
I  Keyqubadın şəxsi  hesabına tikilmişdi.  Qapıların üzərindəki  qızılı 
yazılar  Sultanın  əliaçıqlığına  işarədir.  Yazıda  yerli  zədəganların 
Sultan kimi hərəkət edərək digər qüllələrin tikilməsini himayəyə gö-
türməyə çağırılır,  həmin qüllənin üzərində himayəyə götürənlərin  
 
 
 
 
 
 
 
 
 
 
 
Əlaəddin Keyqubadın tikdirdiyi qala və saray 
               
Tarixi qalanın qalıqları 
 


 
197 
adlarının yazılması əmr olunur. Keyqubad «Şahnaməyə» və heykəl-
taraşlığa olan münasibətini ifadə etmək üçün öz hesabına tikdirdiyi 
divarda «Şahnamə» dən səhnələr çapmağı və heykəltaraşlıq barelye-
fi  ilə  bəzəməyi  əmr  edir.  Heykəllərin  əksəriyyəti  ellinlər,  bəziləri  
bizanslılar tərəfindən tikilmişdir. Hər çıxışın üstündə yerləşən 2 cüt 
qanadlı mələklər maraq doğurur. 
Sultanlar saray  tikdirməyə  XIII  əsrdən başlamışdılar.  Onların 
bir  çoxu  paytaxtdan  kənarda,  daha  əlverişli  iqlimə  malik  olan  yer-
lərdə tikilirdi. Saraylar biri qışlaq, biri yaylaq iqamətgahı rolunu oy-
nayırdı.  Ayrı-ayrı  tədqiqatçılar  bunu  səlcuqların  köçəriliyi  ilə  bağ-
lamağa cəhd etsələr də, ancaq türklər keçmişə qayıtmağa meyilli de-
yildilər. 
120  il  yaşayan  Səlcuqlar  dövləti  türkdilli  xalqların  inkişafına 
güclü  təsir  etdi.  Türk  dilinin  əhatə  dairəsinin  artması,  ədəbiyyat, 
elm və incəsənətin inkişafı bu dövrün xarakterik əlamətləridir. 
Türk  dünyasının  bir  çox  görkəmli  alimləri,  sənətkarları,  elm 
və  ədəbiyyat  xadimləri  Səlcuqlar  dövründə  himayə  edilmiş,  dünya 
mədəniyyət inciləri hesab olunan abidələr tikilmişdir. 
 
 
 
 
 
 
 
   
 
 
 
         
 


 
198 
NƏTĠCƏ 
 
Yaxın  Şərqin  qüdrətli  orta  əsr  feodal  dövlətlərindən  olan  və 
tayfa  başçısı  Səlcuqun  adı  ilə  adlanan  Səlcuqlar  imperiyası  X-XIII 
əsrlərdə  Yaxın  Şərqdə  böyük  dəyişikliyə  səbəb  oldu.  Geniş  işğal-
çılıq  müharibələrində  iştirak  etmiş  Səlcuqlar  Türküstandan  Aralıq 
dənizinə,  Zaqafqaziyadan  Fars  körfəzinə  qədər  geniş  bir  ərazini 
əhatə  etdi,  bir  çox  xalqların  iqtisadi,  sosial,  etnik  və  mədəni  hə-
yatına ciddi təsir göstərdi. Səlcuq istilaları bir çox ölkələrin iqtisa-
diyyatına, ticarət, sənətkarlıq və mədəniyyətinə ağır zərbə vursa da, 
istilalar  dayandırıldıqdan  sonra  iqtisadiyyat  və mədəniyyət  yenidən 
inkişaf etməyə başladı. 
Səlcuqlular dövrü şairlərindən Muizzi bir qitəsində imperator-
luğunun sərhədləri dəqiq göstərilmişdi. Qitələrdə deyilirdi: «Səlcuq 
Bəyin cövhəri-nuru Buxaraya çatdı. Şərq və Qərb bu cövhərdən nur 
aldı.  İlk  hakimiyyət  Toğrul  və  Çağrı  Bəylərlə  başladı.  Onların  ca-
hangirliyi hər ölkəyə yetişdi. Əmisi Toğrul Bəyin taxtına Çağrı Bəy 
oğlu  Alparslan  oturunca  ordusunun  coşğunluğu  Qeysərin  sarayına 
ulaşdı.  Ondan  sonra  Məlik  şah  padişah  olunca  göylərdən  ədalət, 
doğruluq  və  yaxşılıq  yayıldı.  Padişahlıq  sırası  nəhayət  Cahan  Sul-
tanı Səncərə gəldi». 
Səlcuqlular  dövründə  Türk  Cahan  hakimiyyəti  fikri  ümumi 
inam halına gəldi. Qəznəli və Qurlu  imperatorluqlarının  ərazilərini 
öz hakimiyyətləri altına alan Səlcuqlu türkləri Persiya, Azərbaycan, 
Narbara  çayına  qədər  Benqal  istisna  olmaqla  bütün  Şimali  Hindis-
tan, Şərqi və Qərbi Türküstan, Cənubi Qafqaz, Dağıstan, Anadolu, 
İraq,  Suriya,  Fələstin,  Livan,  bütün  Ərəbistan  yarımadası,  Qərbi 
Anadolu  adalarını  öz  imperatorluqlarına  biləşdirdi,  əraziləri  Qara 
dəniz,  Ege  dənizi,  Mərmərə  dənizi,  Aralıq  dənizi,  Qırmızı  dəniz, 
Ümman dənizi, Bəsrə körfəzi və Hind okeanını əhatə edirdi. Xəzər 
dənizi, Aral və Balxas gölləri daxili göllərə çevrildi. 
Səlcuqlular İslamın daxili düşməni Fatimi və Büveyhiləri, xa-
rici  düşməni  Bizanslıları  məğlubiyyətə  uğradaraq  Şimali  Afrikanı 
Türk-İslam  birliyi  içərisinə  almağa  çalışdılar.  Lakin  Məlik  şahın 
xaincəsinə  zəhərlənərək  öldürülməsi  Səlcuqlu  türklərinin  bu  istəyi 


 
199 
həyata keçmədi. Səlcuqlu sultanları öz əməlləri ilə göstərdilər ki, öl-
kələri  təkcə  hərbi  yolla  deyil,  xalqların  könüllərini  fəth  etməklə 
almaq mümkündür. 
Səlcuq  dövləti  XI  əsrin  ikinci  yarısında  çiçəklənmə  dövrünə 
qədəm qoydu. Öz tərkibinə Orta Asiya, İran, Zaqafqaziya, İraq, Su-
riya,  Kiçik  Asiya  və  Ərəbistan  yarımadasını  daxil  edən  səlcuqlar 
güclü hərbi-siyasi birlik yaratsalar da, idarəçilik sistemindəki çatış-
mazlıqlar  imperiyanın  zəifləməsinə  səbəb  oldu.  Səlcuq  dövlətinin 
ərazisində  sonralar  Kirm,  Konya,  Suriya,  İraq  Səlcuq  sultanları, 
Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı. 
Əslində Böyük Səlcuqlar dövlətinin dağılmasının ilk əlamətləri 
XI əsrin II yarısında özünü göstərməyə başladı. İqta sisteminin gö-
rülməmiş dərəcədə inkişafı imperiyanın dayaqlarını sarsıtdı. XI əsrin 
sonu-XII əsrin əvvəli Səlcuq imperiyasının siyasi tarixində feodal 
anarxiyası və ali sultan hakimiyyət uğrunda mübarizə kəskin şəkil 
alır. Bu iğtişaş dövrü Şimali Xorasan və Şərqi Səlcuq dövlətinin 
ayrılması ilə yadda qaldı. Börküyarığın idarəsi altında olan indiki 
Türkmənistan və Qərbi İran ərzilərinə Arslan Arqun yiyələnsə də, 
güclü siyasi dayağı olmadığından əraziləri uzun müddət əlində 
saxlaya bilmədi. 1096-cı ildə Xorasan Börküyarığın əlinə keçdi. Öz 
əmirlərindən Dədə Xabaşini Xorasana hakim təyin etdi. Sülh gücünə 
1104-cü ildə Börküyarıq və Məhəmməd Təpər arasındakı razılığa 
görə Səncər Xorasanın məliyi kimi tanındı. Mərkəzi Asiyaya və Qa-
zaxıstana köçəri qarakitayların basqınları gücləndi. Səncərin Səmər-
qənd yaxınlığındakı döyüşdə məğlubiyyəti onun Mavərannəhrdəki 
hakimiyyətinə son qoydu. Bununla da, antisəlcuq üsyanı və sepe-
ratizm dalğası imperiyanın asıllılığındakı ərazilərdə-Xarəzm, Qur və 
Qəznədə də başlandı. Böyük Sultan bu zərbəni neytrallaşdırsa da, an-
caq onun siyasi təsiri vassal ölkələrində əhəmiyyətli dərəcədə zəiflədi. 
Sultanın ətrafındakı feodal əmirləri itirilmiş qazancın əvəzini hərbi 
qənimətlər və öz təbəələrini istismar etməklə ödəməyə çalışdılar. 
Bütün imperiyalarda olduğu kimi, Səlcuq imperatorluğunun 
idarəçiliyində də çatışmazlıqlar vardı. 
Səncərin oğuz qoşunları tərəfindən darmadağın edilməsi və 
əsir edilməsi Şərqi Səlcuq dövlətinin süqutuna gətirib çıxardı. Bö-


 
200 
yük Sultanın qoşununun məğlubiyyəti Xorasan əmirlərinin qaçıb 
Təbəristana sığınmasına səbəb oldu. Xorasanın digər hissəsi, həmçi-
nin Curcan «Qarət hərəkatı» əmir İxtiyar əd-Din Aytanın, Manqış-
laq çölləri və Balxan ətrafı ərazilər Yarmuq xanın başçılığı ilə oğuz-
ların, Nişapur əyaləti keçmiş məmlük əmiri Müəyyəd Ay-Abanın, 
Mərv, Səraxs, Xavər əraziləri oğuz qoşunlarının başçıları Qorqud, 
Tuti bəy və Dinar bəylərin əlinə keçdi. 
Səlcuq impertorluğunun süqutu səbəbləri 4 amillə bağlıdır: 
1. Vərəsə məsələləri adətə görə bütün xanədan üzvlərinə mən-
sub  idi.  Buna  görə  də,  Sultan  öldükdən  sonra  hakimiyyət  uğrunda 
mübarizə  qızışır,  müvəffəqiyyət  qazanan  taxta  yiyələnir,  nəticədə 
dövlət zəifləyirdi. 
2. 
Xəlifə 
və 
Sultan 
arasındakı 
çəkişmə 
Səlcuq 
imperatorluğunu  daxildən  dağıdırdı.  Toğrul  bəy  zamanında  Xəlifə 
yalnız  dini  işlərlə  məşğul  olur,  hökumət  üzvləri  Sultan  tərəfindən 
idarə  edilirdi.  Lakin  imperatorluq  zəifləməyə  başladıqda  Xəlifə 
ardıcılları ilə Səlcuqlar arasında çəkişmə yenidən başlayırdı. 
3.  Atabəylər-məhəlli  hökumətliliyin  qurulması  imperiyanın 
parçalanmasına  səbəb  oldu.  Belələrinə  Farsdakı  Salur  Atabəyini 
(1147-126), Azərbaycandakı Atabəyləri (1136-1225), Mosul və Hə-
ləb Atabəylərini (1127-1233) nümunə göstərmək olar. 
4. Xarici müdaxilə Səlcuq dövlətinin yıxılmasını sürətləndirdi. 
Qarakitaylar və xaricdəki oğuzlarla savaşlar imperiyanın sarsıtdı.  
120 il yaşayan Səlcuqlar dövlətində yeni ərazilərin ələ keçiril-
məsi,  təsərrüfatın  canlanması,  şəhərlərin  və  sənətkarlığın  inkişafı, 
feodal və kəndli siniflərinin formalaşması və onların arasında müna-
sibətlərin  təkmilləşməsi,  sinfi  ziddiyyətlərin  kəskinləşməsi,  vergi 
mükəlləfiyyətlərinin  çoxalması  dövrün  xarakterik  əlamətləridir. 
Türk  dünyasının  bir  sıra  görkəmli  alimləri,  sənətkarları,  elm  və 
ədəbiyyat  xadimləri  Səlcuqlar  dövründə  himayə  edilmiş,  dünya 
mədəniyyət inciləri hesab olunan abidələr tikilmiş, türk dilinin əhatə 
dairəsi artmışdır. 
 
 
 


 
201 
TÖVSĠYYƏ OLUNAN ƏDƏBĠYYAT 
 
AZƏRBAYCAN DĠLĠNDƏ 
 
1. 
Azərbaycan tarixi. Bakı, 1994 
2.  Azərbaycan  tarixi.  7  cilddə.  II  cild  (III-XIII  əsrin I  rübü).  Bakı, 
2007 
3. Azərbycan tarixi üzrə qaynaqlar. Bakı, 2007 
4. Bünyadov Z. Azərbaycan Atabəylər dövləti. Bakı, 1986 
5.  Cavad  Heyət.  Türkərin  tarixi  və  mədəniyyətinə  bir  baxış.  Bakı, 
1993 
6. Əlyarlı S. Azərbaycan tarixi. Bakı,1996 
7.Muxtarova Ə. Türk xalqlarının dövlətçilik tarixi. Bakı, 2002 
8. Muxtarova Ə. Türk xalqları tarixi. Bakı, 2009 
9.Məmmədov  E.  Türk  dünyasının  görkəmli  şəxsiyyətləri.  Bakı, 
2010 
10.  Nəcəfov  Ə.N.  Səlcuqlu  dövlətləri  və  Atabəyləri  tarixi. 
(Oğuzların ortaya çıxmasından XIV əsrə qədər). Bakı, 2010 
11. Nizamülmülk. Siyasətnamə. Bakı,1987 
12. Özdək R. Türkün Qızıl Kitabı.II kitab.Bakı 1997 
13. Qumilyov L.N. Qədim türklər. Bakı, 1993 
14. Qüdrətov D. Türk xalqları tarixi. Bakı, 2000 
15. Həbiboğlu V. Türk dünyasının qüdrətli hökmdarları. Bakı, 1995 
16. Sümər F. Oğuzlar. Bakı,1992 
17. Yınaç M. Türkiyə tarixi. Səlcuqlar dövrü. Ankara, 1944
 
18. Tağıyeva Ş.A., Rəhimli Ə., Bayramzadə Ş. Güney Azərbaycan. 
Bakı, 2000 
 
TÜRK DĠLĠNDƏ 
 
19. Erdoğan M. Müslüman türk dövlətləri tarihi. Ankara, 1998 
20. Kaşqari M. Divanu Lüğət ət-Türk. Ankara, 1986 
21.Kafasoğlu İ. Səlcuqların tarixi. İstanbul, 1992 
22. Koymən M. Səlcuqlar dövrü tarixi. Ankara, 1963 
23.  Köymən  A.M.  Böyük  Səlcuqlu  İmperatorluğu  tarixi.  Ankara, 
1980 
24. Köymən A.M. Alp Arslan və zamanı. I cild. Ankara, 1983 


 
202 
25. Koymən M. Böyük Səlcuq imperatorluğu. Ankara,1984
 
26Köymən A.M. Alp Arslan və zamanı. II cild. Ankara, 1984 
27.  Köymən  A.M.  Böyük  Səlcuqlu  İmperatorluğu  tarixi.  Ankara, 
1980 
28. Köprülü F. Osmanlı dövlətinin kuruluşu. Ankara, 1991 
29. Mevdudi. Səlcuqlar tarixi. Ankara, 1971 
30. Osmanlı fərmanları. Ankara, 2003 
31. Sevim A. Ünlü Səlcuqlu Komutanları. Ankara, 1990 
32.  Sevim  A.  Ərdoğan  M.  Səlcuqlu  dövlətləri  tarixi.  (Siyasət, 
təşkilat və kültür). Ankara, 1995 
33. Selçuklu tarihi. Alparslan və Malazgirt. Ankara, 1985
 
334. Şükrü Kaya Seferoğlu. Türk dövlətlərinin tarixi. Etnolojik bir 
geneli. Ankara, 1984 
35.Tarixdə türk dövlətləri. I cild. Ankara, 1987 
36.Tarixdə türk dövlətləri. II cild. Ankara, 1987 
37.Toqat Z.V. Ümumi türk tarixinə giriş. İstanbul, 1981 
38. Xass-Hacib Y. Kutdaqdu-Bilik. Tərcümə R.R. Ararat, I-II cild. 
Ankara,1995 
 
RUS DĠLĠNDƏ 
 
39.Абу-л Гази. Родословная Туркмен. М - Л., 1957 
40.Ал  -  Бируни.  Памятники  минувишх  поколений.  Ташкент, 
1957 
41.Агаджанов С. Селдьжуки и Туркмения в ХЫ-ХЫЫ вв. Ашхабад, 
1973 
42.Агаджанов С. Государство Сельджуков Средная Азии в 11-
12 вв. М., 1991 
43.Анна Комнина. Алексиада. В 15 книгах. М., 1957 
44.Ахундова Н.Ч., Гусейнзаде Р.А. Кафгаз и великие тюркские 
империи. Баку, 2012 
45.Бартольд В. Султан Санджари. Сочинения. Т.5, М., 1968 
46.Бартолд В.В. Султан Санджар и гузи. Т.II. М., 1969 
47.Босворт К.Э. Мусулманьские династии. М., 1971 
48.Босворт  К.Э.  Нашествия  варваров.  Появление  тюрок  в 
Мусулманьском мире. М., 1987 
49.История  Бухара  с  древнейших  времен  до  наших  дней. 
Ташкент, 1976 


 
203 
50.История Систана. М., 1974 
51.История Туркменской ССР. Т.1, кн.2, Ашхабад, 1957
 
52.Лен - Пуль Стенли - Мусульманские династии. М., 2004 
53.К.Маркс.  Хронологические  выписки  //  Архив  Маркса  и 
Енгельса. Т.В. М - Л.,1938 
54.Т.Райс Сельджуки. Кочевники-завоеватели Малой Азии. М. 
2004,
 
55.Ходжаниязов  Т.  Денежное  обращение  в  государстве    
Великий  Сельджуков. Ашхабад, 1977 
 
ĠNGĠLĠS DĠLĠĠNDƏ 
 
56.Defremery  Ch.Rechches  sur  fe  Regnedu  Sultan  Barkiaros//  Sa, 
ser.V.t.I-II. Paris, 1853 
57.  Minorskiy  V.V.  Hüdud  əl-Alem  (The  Regions  of  the  world  a 
Persion Geografy). London, 1937, 402 s. 
 
ĠNTERNET RESRUSLARI 
 
58.http: // az. wikipedia. Org / wiki / selcuk 
59.http: // www/ google.com / Selcuk imperatorlugu 
610.http:// www/ google.tu / selcuglular 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
204 
 
 
 
Eldəniz ƏliĢ oğlu Məmmədov 
tarix üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
          СЯЛЪУГЛАР 
   __________________________________________                                                                      
  
                    
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində 
çap olunmuşdur.  
 
Çapa imzalanıb: 03.06.2015. 
Format: 60x84 1/16. Qarnitur: Times. 
Həcmi: 12, 75 ç.v. Tiraj: 200. Sifariş № 144.  
  
 
ТЯРЪЦМЯ 
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА 
МЯРКЯЗИ
Аз 1014, Бакы, Рясул Рза кцч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru
 
www.mutercim.az
 
 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə