Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə7/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   61

 
22 
hadisələrinin izahında əhəmiyyətlidir. 
Nikita  Xoniat  «Tarix» in müəllifidir. Əsərdə Bizans imperi-
yası ilə Səlcuq sultanları arasında qaşılıqlı münasibətlərə aid mate-
riallar  saxlanılmışdır.  Bununla  belə  əsərdə  müəllifin  səlcuqların 
keyfiyyətlərinə dair fikirlərində ziddiyyətlər vardır. 
Böyük Səlcuq imperiyasının tarixinin öyrənilməsində sənədli 
mənbələr, arxeoloji materiallar, numizmatika məmulatları, epiqrafik 
abidələr  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  sahədə  A.K.  Markov, 
E.A.Poxomov,  A.M.Rəcəbli,  D.Q.  Kapanadze,  L.İ.  Lavrov,  A.R. 
Şıxsəidov, V. Tsickarişvili, M.S.Nemətova və başqalarının tədqiqat-
ları diqqətlə araşdırılmalıdır. 
 
Səlcuq  problemi  Oğuz  probleminin 
bir  hissəsi,  ümumtürk  problemi  kimi  hə-
mişə  tədiqatçıların  diqqət  mərkəzində  ol-
muşdur. Tədqiqatlardan aydın olur ki, oğuzlar erkən orta əsrlərdən 
məlum olsa da, XI-XII əsrlərdə güclənmişlər. Səlcuq türklərinin iş-
ğallarında iştirak edən oğuzlar Mərkəzi və Ön Asiyanın, o cümlədən 
Qafqazın və Avropanın həyatına güclü təsir etmişlər. 
Səlcüq  mövzusu  XIX  əsrin  ortalarından  başlayaraq  tədqiqat 
çıların diqqət mərkəzində olmuş, çoxsaylı nəşlər işıq üzü görmüşdür. 
İlk belə əsərlərdən biri Səlcuq sultanlığının sülalələrinin 5-ci nüma-
yəndəsi  Börküyarığın  (1094-1105)  hakimiyyətinə  həsr  edilmiş  Ş. 
Defremerin 1853-cü ildə işıq üzü görən əsəridir. 
Problemin  araşdırılmasında  tarixşünaslıqda  xeyli  nailiyyətlər 
əldə olunmuşdur. Bu sahədə bir neçə istiqamət özünü göstərmişdir. 
Birinci  istiqamətin  nümayəndələri  sırasında  V.V.Bartold, 
F.Ġ.Uspenski  ön  sırada  dururlar.  Şərqşünas  V.V.Bartoldun  araşdır-
malarında türk xalqları tarixinin əlaqələndirici problemləri tədqiqata 
cəlb edilmişdir.  Onun  əsərlərində  türk xalqlarının iqtisadi, etnik  və 
siyasi tarixi araşdırılmış, «Kitabi Dədə Qorqud»  eposunu rus dilinə 
tərcümə etmişdir. 
F.Ġ.Uspenskinin  əsərlərində  türk  xalqlarının  Mərkəzi  Asiya-
dan  Avropaya, həmçinin Kiçik  Asiyaya  miqrasiyası  problemi  araş-
TarixĢünaslıq 


 
23 
dırılmışdır. Müəllifin 3 cildlik «Bizans imperiyasının tarixi» fun-
damental əsərində Səlcuq problemi üzərində dayanılmışdır. 
2-ci istiqamətin nümayəndələri XI-XII əsrlər dövrünə, o cüm-
lədən Qafqaz və Mərkəzi Asiya xalqlarının tarixinə diqqət yetirmiş-
lər. Sovet tarixşünaslığında Kiçik Asiya Səlcuq dövlətinə həsr edil-
miş V.A.Qordlevskinin monoqrafiyası xüsusi yer tutur. Müəllif tək-
cə  Səlcuqların  Konya  sultanlığının  tarixinə  deyil,  həmçinin  aqrar 
münasibətlərə,  ikta  torpaq  institutuna,  onun  evolyusiyasına,  vəqf 
torpaq tipinin kateqoriyasına diqqət  yetirmişdir. Onun əsərində tor-
paqdan  istifadə,  mərkəzi  hakimiyyətin  tayfalarla  qarşılıqlı  münasi-
bətləri, ticarət əlaqələri, pul sistemi, sənətkarlıq məhsullarının isteh-
salında sex təşkilatlarının yeri, şəhər həyatı, din, silahlı qüvvələr və 
incəsənət məsələlərinə aydınlıq gətirilmişdir. 
Nəşrlər  içərisində  V.N.  Zaxoderin  rus  dilinə  tərcümə  etdiyi 
«Siyasətnamə» xüsusi yer tutur. Əsərə yazılmış giriş sözü və izahlar 
oxucuda müfəssəl təəssürat yaradır. 
A.Y.Yakubovski  bir  sıra  işlərində  səlcuq  hərəkatı,  XI  əsrdə 
türkmənlərin tarixi, Oğuz tayfalarının Qəznəvi sultanları ilə qarşılıqlı 
əlaqələri, həmçinin Səlcuqlarla bağlı Qafqaz tarixi araşdırlmışdır. 
İ.A.Petruşevski, S.Ağacanov, A.A. Roslyakov, L.A. Semyono-
vanın əsərlərində səlcuqların tarixi ilə bağlı məsələlər yer almışdır. 
3-cü istiqamətdə Səlcuqlar və Qafqaz məsələləri araşdırılmış-
dır. Bu istiqamətə A.A. Kudryatsev, İ.P. Bekzadi, Z.M. Bünyadov, 
N.N.Şengeliyanın əsərləri daxildir. 
4-cü istiqamət qərb tarixşünaslığıdır. Qərb tədqiqatçıları içəri-
sində Tamara Talbot Raysın tədqiqatları diqqəti cəlb edir. 
D.Brandenburq  və  K.  Bruyuzexof  səlcuqların  memarlıq  abi-
dələrinə  dair  albom  nəşr  etdirmişlər.  Həmin  albomda  Azərbaycan 
şəhərləri Marağa, Urmiya, Həmədan memarlıq abidələri də vardır. 
V.F.Minorski,  A.  Lembon,  K.Kaenin  çoxsaylı  məqalələrin 
dən  dövrün  xarakterik  cəhətlərini  müəyyənləşdirmək  mümkündür. 
Qərb  nəşrləri  içərisində  Səlcuq-Bzans  münasibətləri,  Balkanlarla 
Səlcuq əlaqələri tədqiq olunmuşdur. 


 
24 
Xülasəni  ümumiləşdirərək  deyə  bilərik  ki,  Avropa,  rus-sovet 
və  iranlı  alimlər  Böyük  Səlcuq  imperatorluğunu  «Fars-islam»  mə-
dəniyyəti daxilində göstərməyə çalışmışlar. 
5-ci istiqamətdə türk tarixşünaslığı dayanır. Səlcuqların tarixi-
nin  işlənməsində  türk  tarixçiləri  böyük  uğurlar  əldə  etmişlər. 
İ.Qəfəsoğlu,  O  Turan və b. əsərlərində Səlcuqların siyasi, iqtisadi 
və mədəni tarixi, idarəetmə məsələləri tədqiq olunmuşdur. 
Türk  alimləri  Əli  Sevim,  Ərdoğan  Merçil,  Farux  Sümər  və 
xüsusilə  yaradıcılığını  Səlcuq  tarixinin  öyrənilməsinə  və  tədqiqinə 
həsr  edən  M.A.Köymən  səlcuqların  türk  dövlət  ənənələrinə  tama-
milə bağlı olduğunu qeyd edir. 
Erdoğan  Mercil  «Müsəlman  türk  devletleri  tarihi»  tədqiqa-
tında XI əsrdə Şərqdə mövcud olan Səlcuq imperatorluğu barədə ət-
raflı məlumat verərək, səlcuqluların xaçlıların hücumlarına qarşı si-
pər rolu oynadığını qeyd edir. 
Suriyada  səlibçilərə  qarşı  aparılan  mübarizənin  mərkəzində  da-
yanan Suriya Səlcuq dövlətinin tarixi haqqında məlumatlar Sevim Əli-
nin «Suriya-Filistin Selcuklu devleti tarihi» kitabında toplanmışdır. 
Son 20 ildə türk xalqları  tarixinə dair işıq üzü görmüş əsərlər-
də-monoqrafiya,  dərslik,  dərs  vəsaiti  və  metodiki  tövsiyələrdə  bəhs 
olunan problemə baxış dəyişmiş, birtərəfli və qərəzli yanaşmadan im-
tina  edilmişdir.  Bu  sahədə  Azərbaycan  alimləri  Ə.Haqverdiyevin, 
Ə.Rəcəblinin, Ə.Muxtarovanın, N.Mehdiyevanın, D.Qüdrətovun, R. 
Hüseyn-zadə, N.Axundova və digərlərinin əməyi təqdirəlayiqdir. La-
kin  Səlcuqların,  o  cümlədən  Anadolu  Səlcuq  dövlətinin,  səlcuq  sul-
tanlıqlarının,  Kiçik  Asiya  əmirliklərinin  tarixinin  istər  Azərbaycan, 
istərsə də türk xalqları tarixşünaslığında işıqlandırılmasını qənaətbəxş 
hesab  etmək  olmaz.  Bunun  başlıca  səbəbi  sovet  imperiyasının  milli 
siyasəti ilə bağlı olsa da, türkdilli xalqların özünün də milli tarixlərinə 
ciddi  yanaşmamaları  müəyyən  rol  oynamışdır.  SSRİ-nin  süqutu, 
suveren  türk  dövlətlərinin  yaranması,  türk  xalqlarının  tarixinin 
öyrənil  məsinə  qoyulan  qadağaların  aradan  qadırılması  bu  sahədə 
aparılan tədqiqat işlərinin genişlənməsinə, Səlcuq dövlətinin tarixinə 
obyektiv və qərəzsiz münasibətə imkan yaratmışdır. 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə