Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə8/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

 
25 
 
II FƏSĠL 
 
SƏLCUQ DÖVLƏTĠNĠN YARANMASI 
 
Ərəb  xilafətinə  qarşı  xalqların 
azadlıq mübarizəsi imperiyanı zəiflətdi 
və Xilafətin ayrı-ayrı yerlərində müstə-
qil  feodal  dövlətləri  yarandı.  Bu  döv-
lətlərdən  biri  IX  əsrin  sonlarına  yaxın 
Mərkəzi  Asiyada  yaranmış  Samanilər 
dövləti  (875-999)  idi.  Samanilər  döv-
lətinin çiçəklənmə dövrü X əsrin birin-
ci yarısına təsadüf edir. Bu vaxt dövlə-
tin ərazisi Mavərannəhr, Xorasan, Şimal-Şərqi İranı əhatə edirdi. 
Samanilər dövründə şəhərlər, sənətkarlıq və ticarət sürətlə inki-
şaf  edirdi.  Buxara,  Səmərqənd,  Nişapur,  Mərv,  Herat,  Bəlx,  Qəznə 
kimi sənət və mədəniyyət mərkəzlərinin inkişafına xüsusi diqqət yeti-
rilirdi. Şəhərləri  feodal hakimləri olan əmirlər idarə edirdilər. Şəhər-
lərin  tacir-sənətkar  təbəqəsi  də  kəndlilər  kimi  feodalların  hökmran-
lığından əziyyət çəkirdilər. 913-cü ildə Təbəristanda kəndlilərin, 930-
cu  ildə  Buxarada,  944-cü  ildə  Xarəzmdə  şəhərlilərin  üsyanları  xalq 
narazılığının ifadəsi idi. Bu hərəkatlarda şəhərlilərin aşağı təbəqələri 
və  kəndlilər  iştirak  edirdilər.  Mərkəzi  hakimiyyət  bu  çıxışların 
qarşısını  almaqda  böyük  çətinlik  çəkirdi.  İri  feodal  mülklərinin 
yaranması və inkişafı ilə əlaqədar müstəqilləşmə güclənirdi. 
IX əsrdə Şərqi Türküstan, Yeddisu, Tyan-Şan dağlarının şimal 
ətəklərində Aşina türk soyuna mənsub olan türkdilli qarluqlar yaşa-
yırdı. Qarluqlar əvvəlcə göytürklərin, sonra isə uyğurların hakimiy-
yəti altında oldular. Onlar digər türkdilli tayfalar-yağmalar və cigil-
lərlə  birlikdə  qüdrətli  türk-islam  dövləti  olan  Qaraxanlı  dövlətinin 
yaradılmasında yaxından iştirak etdilər. 
Qaraxanlı  dövlətinin  əsas  hücum  hədəfi  Mərkəzi  Asiyadakı 
Samanilər  dövləti  idi.  X  əsrin  sonlarında  Samanilər  dövlətində  fe-
X əsrin  sonu-XI 
əsrin əvvəllərində 
Mərkəzi Asiyada 
ictimai-siyasi 
vəziyyət 


 
26 
odal dağınıqlığı, feodal vergi və mükəlləfiyyətlərinin hədsiz ağırlığı 
nəticəsində getgikcə güclənən xalq narazılığı Qaraxanlı hərbi hissə-
lərinin  qələbəsini  asanlaşdırdı.  Eyni  zamanda  Qaraxanlılar  işğala 
başlamazdan əvvəl Samanilər dövlətinin türk qvardiyasının sərkər-
dələri və müsəlman ruhanilərinin nümayəndələri ilə əlaqə yaratdılar. 
Ayrı-ayrı  əyalətlərin  torpaq  sahibləri  olan  dehqanlar  da  Qaraxan-
lılara  öz  mülklərinin  tam  hüquqlu  sahibi  olmağın  təminatçısı  kimi 
müsbət  münasibət  bəsləyirdilər.  Bundan  istifadə  edən  Qaraxanlılar 
922-ci  ildə  Buxaranı  tutdular.  Qarxanlılarla  bağlanmış  966-cı  il 
müqaviləsinə  əsasən  Samanilərin  Zərəfşan  çayından  şimalda  yer-
ləşən bütün torpaqları əlindən çıxdı. 
Yaranmış əlverişli şəraitdən məharətlə istifadə edən Qaraxanlı 
hökmdarı Əli Təkin 999-cu ildə Buxaranı tutdu və Samanilərin so-
nuncu  hökmdarı  II  Mənsuru  (997-999)  hakimiyyətdən  devirməklə 
dövlətin varlığına son qoydu. Samani torpaqları Qaraxanlı və Qəz-
nəvi dövlətləri arasında bölüşdürüldü. 
XI əsrin ortalarına yaxın Qaraxanlı dövlətində feodal durğun-
luğu  gücləndi.  Nəticədə  1042-ci  ildə  dövlət  iki  hissəyə-Şərqi  və 
Qərbi Qaraxanlı dövlətlərinə bölündü. Daxili çəkişmələr nəticəsin-
də hər iki xaqanlıq zəiflədi və XI əsrin 60-cı illərində Səlcuq türklə-
rindən asılı vəziyyətə düşdü. 
Qəznəvi  dövlətinin  əsasını  X  əsrin  60-cı  illərində  Qəznəvi 
türk sülaləsinə mənsub olan Alptəkin (962-963) qoydu. Sultan Mah-
mud  Qəznəvinin  (988-1030)  hakimiyyəti  illərində  Qəznəvi  dövlə-
tinin qüdrəti daha da artdı. Lakin Sultan Mahmudun oğlu Məsudun 
(1030-1041) hakimiyyətə  gəlməsi  ilə  dövlət zəiflədi.  Məsud  dövlət 
idarəçiliyi  ilə  az  məşğul  olur,  vaxtının  çoxunu  keyf  məclislərində 
keçirir,  paytaxtda  və  əyalətlərdə  bütün  hakimiyyət  bacarıqsız  və 
acgöz  məmurların  əlində  cəmləşirdi.  Onların  rüşvətxorluğu  və  sat-
qınlığı  dövləti  zəiflədir,  xalqın  narazılığını  gücləndirirdi.  Nəticədə 
Xarəzm Qəznəvilərdən ayrıldı. Qaraxanlı sülaləsindən olan ayrı-ayrı 
Mərkəzi  Asiya  hakimləri  tez-tez  Amu-Dəryanın  yuxarı  axarı  bo-
yunca Qəznəvilərə məxsus ərazilərə soxuldular. Daxili ziddiyyətlər, 
dövlət aparatının iflası, yerli məmurların mərkəzi hakimiyyətə qarşı 


 
27 
çıxışları, ölkənin hərbi qüdrətinin zəifləməsi səlcuqların qəznəviləri 
sıxışdırmasına şərait yaratdı. 1040-cı ildəki Dəndənəkan döyüşündə 
səlcuqlar Qəznəviləri məğlubiyyətə uğratdırlar. Bundan sonra yalnız 
Əfqanıstanın  bir  hissəsi  və  Pəncab  Qəznəvi  dövlətinin  tərkibində 
qaldı. 
Türklər  səlcuqlardan  çox-çox  əvvəl 
Kiçik  Asiya  ərazisində  məskunlaşmağa 
başlamışlar. Bu prosesin hansı zaman kə-
siyində baş verməsi haqqında elmi müba-
hisələr hələ də davam etməkdədir. Səlcuq-
ların    bu  köçə  XI  əsrdə  başlaması  artıq 
hamı tərəfindən qəbul edilmişdir. 
Bir  çox  tədqiqatçılar  türk  köçlərindən  danışarkən  ancaq  ilk 
vaxtlar daha çox Şərqi Anadolunu nəzərdə tuturlar, lakin ibn Səidin 
Qərbi Anadoluda  200 min  çadır  xalqının,  yəni azı  bir  milyon  türk-
mənin  yaşadığı  haqqında  məlumat  verir.  Həm  də  Kiçik  Asiyaya 
axın  edən  səlcuq,  oğuz  türkmənlər  başı  pozuq,  sərsəri  köçərilər 
deyildi. Onlar yaylaq və qışlaq arasında köç edən köçərilər olub köç 
etdikləri  yerləri  müxtəlif  iqlim  mövsümləri  ilə  adlandırırdılar.  Köç 
edən  türklər  bu  yerlərdə  kənd  salır,  şəhərlərə  daxil  olaraq  onu 
genişləndirirdilər. 
Malazgirt döyüşündən sonra səlcuq sərkərdələrindən olan Əb-
dülqasım Saltuk (1072-1102) Ərzurumu və onun ətrafını tutaraq bu-
rada bir dövlət qurmaqla yanaşı, türklərin bu ərazilərdə məskunlaş-
masını və kök salmasını təmin etmiş oldu. 
Malazgirt döyüşünə qatılmış səlcuq bəylərindən Mənkuçek Əh-
məd  Qazi  zəfərdən  sonra  Ərzincan,  Kemah,  Divirik,  Şebinqarahisar 
şəhərlərini və ona bitişik bölgələri ələ keçirərək türkləri bu ərazilərdə 
yerləşdirmişdi.  Onların  paytaxtı  Ketah  şəhəri  oldu.  Mənkuçeklərin 
oğluzların Bayat Qaraevli boylarından olduğu təxmin edilir. 
Yınaloğulların Diyarbəkirdə bir türk bəyliyi qurması haqqında 
da məlumat vardır. 
Həmidoğulları  bəyliyi  Anadolu  səlcuqları  tərəfindən  Bizans 
ərazilərində  yerləşdirilmiş  türkmənlərdən  idi.  Dənizli  türkmənləri 
Səlcuqların  
Kiçik Asiyada 
möhkəmlənməsi    


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə