Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə9/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

 
28 
XIII  əsrin  ortalarında  Muğla  bölgəsini  ələ  keçirərək  Menteşe 
bəyliyini  qurdular.  Kutahya  dolaylarında  da  mühüm  bir  türkmən 
elatı vardı. 
Əlaəddin Keyqubad dövrü Səlcuq rum sultanlığının ən parlaq 
dövrüdür. Bu dövrdə onların qərb hüdudu Muğla vilayətindəki Da-
laman  çayından  başlayaraq  Dənizli  və  Kutahya  önlərindən  keçərək 
Sakariyaya çatırdı. 
Monqol istilası nəticəsində Anadoluya Türküstan, Xorasan və 
Azərbaycandan  çoxlu  türkmən  gəldi.  XII  əsrin  əvvəllərində  xarici-
lərin səlcuq ölkəsinə «Turkiyə» və «Türküstan» adını vermələri bu-
nunla əlaqədardır. 
İç-el səlcuqlar zamanında fəth edilməyə başlandı, bu ərazilər-
də  əsasən  tükmənlər  yerləşdilər.  Onların  əksəriyyəti  oturaq  həyat 
tərzinə keçdi, qalanları isə əkinçiliklə məşqul oldular.Bu türkmənlər 
sonradan  6  bölgəyə  bölündü.  Ərənmək,  Səmenti,  Külnar,  Silifkə, 
Qarıdaş və Mut. İç-el ilə qonşu olan bölgələrdə mühüm köçlər baş 
verdi. Buraya köçən oymaqların başında boz doğan ilə ona mənsub 
mələmənçi, qara hağulu, kürkçülü və təkəli obaları dururdu. 
Anadolunun  fəthində  və  məskunlaşdırılmasında  ən  mühüm 
rollardan biri də salur, eymur və xarkınlara məxsusdur. Ümumilik-
də, Təhrir dəftərlərindəki oğuz boylarına mənsub oymaqların 24 bo-
yundan 21-nin Anadoluya gəldiyi göstərilir. 
Səlcuqların  ilk  sultanı  Səlcuqun  nəvəsi  Toğrul  bəy  (1038-
1063)  olmuşdur.  Səlcuqlar  Toğrul  bəyin  başçılığı  ilə  Qəznəvilər 
dövlətini  məğlub  etdikdən  sonra  (1040)  işğalcılıq  müharibələrinə 
başladı. Bu hərəkat Sultan Alp Arslanın dövründə (1063-1072) daha 
da genişləndi və onun varisi Məlik şahın dövründə (1072-1092) ba-
şa çatdı. Səlcuqların qərbə doğru hərəkətının qarşısını almağa çalı-
şan Bizans imperiyası Malazgird şəhəri yaxınlığındakı məğlubiyyə-
tindən sonra Kiçik Asiya əyalətlərinin xeyli hissəsini itirdi. 
Səlcuqlar dövrü orta  əsrlər Yaxın Şərqində feodalizmin pozi-
tiv təkamülü kimi səciyyələnir.  Bu dövr iqtisadiyyatın və sənətkar-
lığın inkişafı, şəhərlərin çiçəklənməsi, feodal rentasında pul sistemi-


 
29 
nin  rolu,  torpaq  münasibətlərində  kəndlilərin  asılı  vəziyyətə  salın-
ması prosesinin intensivləşdirilməsi ilə xarakterizə olunur. 
İqta  sisteminin  güclənməsi  nəticəsində  feodalların  mövqeyi-
nin möhkəmlənməsi, suverenlik və vassallıq münasibətlərinin təka-
mülü, atabəylər, uclar və şianə (naib) təsisatlarının meydana gəlmə-
si,  hərbi  sistemin  təkmilləşməsi,  türkdilli  xalqların  formalaşması, 
türk dilinin geniş yayılması, elm, ədəbiyyat, memarlıq və incəsənə-
tin çiçəklənməsi səlcuqların adı ilə bağlıdır. 
Səlcuq dövlətinin quruluşu müəyyən mənada universal, ümu-
miləşmiş və tipoloji formaya çevrilmiş, özündən əvvəl Şərqdə möv-
cud  olmuş  dövlət  quruluşunun  təkmilləşmiş  və  zənginləşmiş  vari-
antı idi. 
Səlcuqlar X əsrdə meydana gələn Oğuz və digər türk tayfala-
rının  hərbi  siyasi  birliyinin  etnik  mənəvi  təşkilatıdır.  Həzrəti  Mə-
həmməd  peyğəmbərin  hədislərində  deyilir:  “Onlar  (türklər)  3  dəfə 
Ərəbistan yarımadasınadək gəlmişlər. Birinci hücumda kim qacdısa 
xilas  oldu,
 
ikinci  dəfə  kim  rastlaşmadısa  canını  qurtardı,  üçüncü 
dəfə isə heç kimə qismət olmadı və türk istilası başa çatdı”.  
K. Marks yazırdı ki, onların (türklərin-red.) görünməsi ilə Ön 
Asiyada bütün münasibətlər dəyişdi. 
V.V.Bartoldun  yazdığı  kimi  Səlcuqlular  imperiyasının  (1038-
1157) yaranması ilə oğuzlar müsəlman dünyasında elə bir əhəmiyyət 
kəsb etdi ki, buna orta əsrlərdə heç bir türk xalqı nail olmamışdır. 
Türklər səlcuqlara qədər öz doğma yurdlarından kənarda (mü-
səlmanlığa  qədər)  Ön  Asiyada  məşhur  idilər.  Kiçik  Asiyaya  köç 
edən türklər tədricən şəhərlər salmağa başladılar. Bu şəhərlər əsasən 
yol  kənarlarında,  karvansarayların  yanında  salınırdı.  Türklər  şəhər-
lərin həyatına fəal surətdə qatılırdılar. Səlib yürüşləri zamanı türklər 
bu şəhərləri tərk etsələr də, Konyanın Mərkəz seçilməsi şəhər həya-
tını yenə davam etməyə imkan verdi. Səlcuq dövründə Kiçik Asiya-
dakı  şəhərlərin  və  əhalinin  sayı  atdı.  Əvvəllər  qalalar  içinə  yerləş-
miş türklər, artıq qaladan kənarda da yaşamağa başladılar. Əhali ar-
tıq  şəhər  içərisində  olan  camilərə  deyil,  kənarda  tikilən  camilərə 
toplaşmağa  başladılar.  Məsələn,  Ankarada  olan  Arslanxanə  cami-


 
30 
sinə təxminən 2000 türk əhalisi yerləşirdi. Bu  XIII əsrdə təxminən 
10000 insan deməkdir. 
Türklərin kütləvi halda Anadoluda şəhər həyatına qatılmaları 
onların şəhər həyatı ilə tanış olduqlarından xəbər verir.  Araşdırma-
lar  göstərir  ki,  türklər  gəldiyi  vaxt  Bizansda  əhali  əsasən  qalalarda 
yaşayır və sayları az idisə, türklər çox qısa zamanda şəhər həyatına 
girərək,  onları  genişləndirirdilər. Anadoluda  olan  şəhər qalaları  de-
mək  olar  ki,  türkləşdirilməyə  başladı.  Təbii  ki, bu  nəticənin  əksinə 
fikir yürüdənlər də vardır və belələrindən biri də türk tarixçisi Fəruq 
Sümərdir.  O,  belə  hesab  edir  ki,  XII-XIII  əsrlərdə  şəhərlərin  əsas 
əhalisinin  xristianlar  təşkil  edir  və  onlar  siyasi  həyatda  elə  bir  rol 
oynamırdılar.  F.Sümərin  fikrini  təsdiqləyən  Osman  Turan  yazır  ki, 
«Səlcuqlar dövründə Konya, Livac, Kayseri şəhərlərinin hər birində 
100 minə yaxın əhali yaşayırdı. Səlcuqlar bu şəhərlərdə aparıcı əhali 
deyildi,  lakin  onlar  inzibati  işlərdə  orduda  rəhbər  vəzifələr  tutaraq 
ölkənin və şəhərlərin həyatına mühüm təsir göstərirdilər». 
Fəruq  Sümər  qeyd  edir  ki,  səlcuq  türklərin  əksəriyyəti  kənd-
lərdə  yerləşirdi.  Kəndlilərə  XIII  əsrin  ikinci  yarısında  türk  –  deyi-
lirdi. «Türk» sözü həm də «kəndli» mənasında işlədilirdi. Osmanlı 
dövründə, xüsusilə XVI əsrdən etibarən həmin istilah Osmanlı mə-
mur və ziyalıları tərəfindən həmin mənada işlənmişdir. 
Səlcuqlar  dövründə  ən  güclü  tayfalardan  biri  köçəri  türklər 
olan türkmənlər idi. Türkmənlər Anadoluda monqol hakimiyyətinə 
qarşı mübarizə aparırdı. Onlar oturaq türklərin əksinə olaraq döyüş 
ruhuna  malik  idilər.  Qətiyyətlə  deyə  bilərik  ki,  türkmənlər  olma-
saydı  Anadoluda  monqol  hakimiyyəti  daha  uzun  müddət  davam 
edər, ölkə xarici müdaxilələrə qarşı müdafiəsiz qala bilərdi. 
Türkmənlər  hər  yerdə,  o  cümlədən  Anadoluda  bitməz-tükən-
məz  ehtiyat  qüvvəsi  rolunu  oynayırdılar,  Anadoluda  və  Bizans  hü-
dudlarında  toplanmışdılar.  Burada  türkmən  bəyləri  «dirlik»  sahibi 
idilər. 
Türkmənlər Monqol istilaları zamanı daha çox Anadoluya axın 
etməyə  başladı.  Monqollar  Xorasanı  tutduqdan  sonra  oradakı  türk-
mənlərin çoxu Anadoluya köçdü. Monqol istilası islam dünyasının si-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə