Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

23 

 

və Hind xalqı bir-birinə dost münasibətlərini daha da gücləndirmişlər. Yəni həmin dövrdə bir-birindən uzaq 



məsafələrdə əməkdaşlıq üstünlük təşkil edirdi.  Əməkdaşlığın bütün prinsiplər üzrə (ikitərəfli, çoxtərəfli) davam 

etdirərək gücləndirilməsi üçün tarixi şəraitin yetişdiyi bir dövrdə, yəni müasir gündə Azərbaycan-Hindistan 

mədəni  əlaqələrdə  əzəl dinamikliyin olmaması  təəssüf doğurur. Düzdür, Azərbaycanın dövlət müstəqilliyini 

tanıyan 1991-ci il (26 dekabr) ilk dövlətlərdən – biri olan Hindistanla diplomatik əlaqələr 1992-ci ilin fevralın 

28-dən qurulmuşdur. Bəzi sahələr, o cümlədən mədəniyyət sahəsində də qarşılıqlı münasibətlər yaranmış, yeni 

tarixi  şəraitə uyğun təşkil olunsa da, zəngin və tarixi ənənələri olan əməkdaşlıq fonunda bu qənaətbəxş  təsir 

bağışlamır. Mədəni əməkdaşlıq sahəsindəki hazırki durğunluğun əsas səbəbi Hindistan dövləti tərəfindən bəzi 

prinsipial məsələlərdə (ilk növbədə  Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi, Ermənistan tərəfindən işğal 

olunmuş  Kəlbəcər rayonu ərazisindəki «Zod» yataqlarının Hindistan şirkəti tərəfindən işlənməsi) Azərbaycana 

dəstək verilməməsi, bitərəf mövqeyinin nümayişidir. Əlbəttə, Hindistan tərəfindən nümayiş etdirilən bu mövqe 

Azərbaycan-Hind xalqları arasında əsrlərlə mövcudolmuş sıx dostluq və mədəni əlaqələrini sarsıtmır. Ruhən və 

mənəvi cəhətdən bir-birinə yaxın olan bu iki xalqın qarşılıqlı ünsiyyətə, münasibətlərə, inteqrasiyaya həmişə 

ehtiyacı vardı. 

2001-ci ilin oktyabrında Azərbaycan Respublikasının müstəqilliyinin 10 illiyi ərəfəsində    Bakıya səfər 

etmiş Hindistanın Xarici İşlər Nazirinin birinci müavini Racindra Madhikar ilə görüşündə Azərbaycan 

Respublikasının Prezidenti Heydər  Əliyev digər sahələrlə yanaşı, mədəni  əməkdaşlığın tarixi ənənələrinin 

yenidən dirçəldilməsinə təkan verilməsi təklifini bildirmişdi. 

2002-ci ildə Hindistanın tanınmış Odissi rəqqası xanım Aloka Kanun Çonun konserti, Hindistan 

gəlincikləri və paltarlarının sərgisi, görkəmli rejissor və aktyor Rac Kapur filmlərindən ibarət Hind kinosu 

festivalının təşkili mədəni əlaqələrin daha da canlanmasına dəlalət edir. 

 2003-cü il dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev Hindistanın xarici işlər 

nazirinin müavini Racindra Madhukar Abhyankare və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Həmin görüş Azərbaycan – Hindistan münasibətlərinin bütün istiqamətlərdə inkişafını yeni dinamik xətt yzrə 

davamını  şərtləndirdi. Hər iki dövlət  Şimal – Cənub nəqliyyat dəhlizində  iştirak etmək amilini qarşılıqlı 

münasibətlərin gücləndirilməsində  vacib şərt kimi müəyyənləşdirmşdi.Hindistan ildə 80 milyon ton neft idxal 

etdiyi üçün, ölkənin qara qızıla olan ehtiyacını qarşılamaq məqsədilə Azərbaycanın neft sənayesinə  sərmaye 

qoymasında maraqlıdır. Belə ki, 2005-ci ildə Bakıda keçirilən «Xəzər neft, qaz, neftayırma və neft kimyası – 

2005» XII Beynəlxalq sərci sənayesi və qaz naziri Mani Şankar Ayyar iştirak etmişdir. 

Azərbaycan – Hindistan arasında ticarət – iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial 

mövcuddur. Bundan çıxış edərək, 2007-ci ilin mart ayının 13-15-də Xarici İşlər nazirinin müavini Xələf 

Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında 

məsləhətləşmələr aparmaq məqsədilə bu ölkədə  rəsmi səfər çərçivəsində iki ölkə arasında ticarət, iqtisadi və 

elmi  əməkdaşlıq üzrə hökumətlərarası  işçi komissiyasının yaradılması  qərara alınmışdır. Nümayəndə heyəti 

martın 14-də Hindistan MDB Ticarət və  Sənaye Palatasının və Azərbaycanın Hindistandakı  səfirliyinin 

təşkilatçılığı ilə Azərbaycan iqtisadiyyatına həsr edilmiş    təqdimat mərasimində  iştirak etmişdir. Səfər 

çərçivəsində Azərbaycan nümaüəndə heyəti məsləhətləşmələr zamanı, həmçinin ölkəmizin Hindistandakı 

səfirliyininfəaliyyətinin lazımi səviyyədə qurulması  məqsədi ilə Nyu Dehli şəhərində yeni binanın tikilməsi 

üçün torpaq sahəsi ayrılması məsələsi qaldırılmışdır. 

Azərbaycan – Hindistan münasibətlərinin müxtəlif sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurla 

inkişaf etdiyinin bariz nümunə kimi 2007-ci il  sentyabrın  27-də Bakıya  Hindistanın Yerli, Özünüidarə, 

Gənclər və İdman, Şimal-Şərq  regionu naziri  Mani Şankar  Aiyarın səfərini qeyd etmək  olar.  O, Azərbaycan  

Prezidenti  İlham  Əliyevlə  görüş zamanı  ikitərəfli  əməkdaşlığın  daha da  genişləndirilməsi perspektivləri  ilə 

bağlı  fikir  mübadiləsi  aparmışdır.   

Beləliklə, Azərbaycan-Hindistan mədəni  əlaqələrinin tarixi xronologiyasının öyrənilməsindən belə bir 

ümumi qənaət əldə etmək olur ki, tarixi kökləri qədim dövrdən başlayaraq üzü bəri inkişaf edən bu əlaqələrin 

inkişafının başlıca amili ruhi və  mənəvi yaxınlıq olmuşdur. Ruhən və  mənəvi yaxınlığa istinadən bu xalqlar 

arasında möhkəm dostluq ənənələrinin formalaşmasında mədəni əlaqələr müstəsna rola malik olmuşlar. 



24 

 

 



2.2.

 

Azərbaycan – Çin mədəni  əlaqələri 

 

Mərkəzi və  Şərqi Asiyada böyük bir dövlət olan Çin tarixin bütün mərhələlərində dünyada öz yeri, 

mövqeyi və  təsiri olan ölkə kimi diqqəti cəlb etmişdir. Onunla qədim sivilizasiyalardan biri hesab edilən, 

Çindən məsafəcə uzaqda yerləşən Azərbaycan arasında mədəni  əlaqələrin tarixi qədimlərə  təsadüf edir. 

Aralarında məsafə uzaqlığına baxmayaraq hər iki ölkə arasındakı mədəni münasibətlərin təşəkkülü eramızdan 

əvvəllərə gedib çıxır. E.ə. II əsrin  əvəllərindən başlayaraq Azərbaycan  Şərqi Asiya ölkələrinin Qərblə 

beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə onun bu ölkələrlə ticarət, iqtisadi sahələrdə olduğu kimi 

mədəni sahədə də əlaqələr yaratmasına geniş imkanlar açılmışdır.  

Antik müəlliflərdən Strabon, Plininin verdiyi məlumatlara əsasən Çin malları -  ilk növbədə ipək və ipək 

parçalar, ədviyyat, ətirli məmulatlar, fil sümüyü, çini mallar və qiymətli daş-qaş karvan yolu ilə Orta Asiya və 

Xəzər dənizindən keçib, Kür və Rioni boyu Qaradənizin sahillərindəki Fazisə (Poti) gətirilibmiş. Çindən digər 

ticarət yolu isə  cənubdan – Orta Asiyadan İrana, Ekbatan və Atropaten Qandzakana Azərbaycanı görmədən 

keçirdi. Hər iki yol uzun müddət öz rolunu qoruyub saxlamışdır.  

VIII-IX  əsrlərdə Avropanı Çinlə  əlaqələndirən  şimal yolu Orta Asiya, İran, Araks düzənliyi və 

Trapezunddan keçirdi. Çindən gətirilən malların içərisində ən böyük əhəmiyyət kəsb edən ipək və ipək parçalar 

idi ki, bunlar da qızılla dəyərləndirilrdi. Azərbaycanda Çinin ipək parçaları XII-XIII əsrin  əvvəllərində geniş 

vüsət tapmışdı. 

Azərbaycana gətirilən bu malların içərisində çini qabların da özünəməxsus yeri vardır. Ticarət əlaqələri, 

iqtisadi münasibətlərin mövcudluğunu sübut edən bu faktların arasında Çin-Azərbaycan mədəni  əlaqələrinin 

mövcudluğunu təsdiqləyən məqamlar da vardır. Azərbaycan  ərazisindən tapılmış çoxlu sayda çini qablar, fil 

sümüyündən hazırlanmış aşkar edilmişdir. 

Qiymətli çin qablarına Azərbaycanda çox böyük tələbat vardı. Belə ki, bunlardan feodal əyanları istifadə 

edirdilər. Çin qablarının  naxış vurma üsulu yerli keramika sənətinə böyük təsir göstərirdi. XIII əsrdən 

başlayaraq bütün Şərqdə olduğu kimi, Azərbaycanda da nəbati ornamentlərlə  bəzədilmiş gözəl fayans qablar 

geniş vüsət aldı. Burada tətbiq edilən rəsmlər çin keramika sənətinə məxsus ornamentlərin təsiri ilə yaranmışdı. 

Azərbaycan dilində bu qabların adının «çini» adlandırılması faktı isə bu ölkənin adı ilə bağlıdır. Bu termin bir 

çox şərq xalqları kimi azərbaycanlıların da dilinə daxil olmuşdur.  

Azərbaycan mədəniyyətinə Çin sənətinin təsiri xüsusiyyətlərini incəsənətin digər sahələrində  də açıq 

aydın müşahidə etmək mümkündür. Məsələn, XIII əsr abidəsi olan Pirsaat Ərazisində yerləşən  Pirhüseyn 

xanəgahındakı türbənin işləmələrində çin motivləri açıq-aydın hiss olunur. 

 Orta  əsrlərdə Azərbaycanın Çinlə  mədəni  əlaqələrinin inkişafına təsir edən mühüm tarixi hadisə, 

Azərbaycanın 200 il Monqol dövlətçiliyini təmsil edən Hülakülərin  əsarəti altında olması faktıdır. Çünki bu 

dövlət Çinlə digər sahələrdə olduğu kimi mədəni sahədə  də intensiv əlaqə saxlayırdı. XIII əsrin II yarısında 

Hülakülər dövlətinin Yaxın  Şərqdəki ticarət məntəqəsini Cənubi Azərbaycan  şəhəri olan Təbriz təşkil edirdi. 

Azərbaycan və İranı idarə edən Hülakülər hakimləri taxta gələrkən Çindən razılıq yarlıqları, dövlət möhürləri və 

fəxri çin titulları əldə etdilər.  

1285-ci ildə Azərbaycana Pulad adı altında Çin missiyası təşrif gətirdi. Bu Hülakilərin rezidenti oldu. 

O, Qazan xanın hakimiyyəti dövründə  də ölkənin idarə edilməsində mühüm rol oynadı. Bir qədər sonra ona 

Şirvan sərhədlərinə rəislik etmək kimi məsul və səlahiyyətli bir iş etibar edildi. XIII əsrdə Azərbaycana Hülaki 

ordusu ilə hərbi mütəxəssislər, körpüsalan, möhkəmləndirici qurğular, istehkamlar salan, hədəfi nişan alan hərbi 

sursatın hazırlanması  üzrə mütəxəssislər də gəlmişdi. Orta əsrlərdə Çin Orta Şərqin qədim sivilizasiyaya malik 

bir ölkəsi kimi tanınırdı. Elə bu dövrdə  də Çində alim, həkim, mühəndis, incəsənət sahələri üzrə tanınmış 

hörmətli sənətkarlar yaşayıb-yaradırdı. Bu sənətkarlarla Azərbaycan arasında da əlaqə mövcud idi. Məsələn, 

görkəmli astronom Nəsrəddin Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanasında Çindən dəvət olunmuş alimlər də 

çalışırdılar.  

Bu dövrdə Azərbaycana eyni zamanda öz işini gözəl bilən həkimlər də  dəvət olunurdular. Məsələn, 

məlumdur ki, həmin çağlarda Təbrizdə Çindən gəlmiş əlli təcrübəli həkim çalışırdı ki, bunların da hər birinin 5-

10 qabiliyyətli  şagirdi var idi. Hülakü həkimləri  Qazan xanı, başqalarını    isə  əsasən Çin həkimləri müalicə 

edirdi. Qazan xanın özü isə çin tibbinin metodları ilə yaxından tanış idi. Çin ilə  mədəni  əlaqələrin intensiv 

inkişaf dövrü XIII-XV əsrlərə təsadüf edir, hətta bundan sonra da davam edir. XVII əsrin I yarısının görkəmli 

türk səyyahı sayılan Övliya Çələbinin 1647-ci ildə Bakıya səyahəti zamanı verdiyi məlumatlara əsasən Çinlə bu 

ölkə (Azərbaycan) arasında əlaqələr həmişə mövcud olmuşdur. Orta əsr alimləri Vəssaf, Həmdullah, Qəzvini və 

digərlərinin əsərlərində Çin-Azərbaycan mədəni əlaqələrinin mövcudluğunu təsdiqləyən məlumatlar çoxdur.  

       Görkəmli Azərbaycan alimi Əbdürrəşid Bakuvi özünün 1403-cü ildə yazdığı coğrafiyaya aid əsərində 

məlumat verir ki, Çində şəhərlərin sayı 300, yeraltı və yerüstü sərvətlər tükənməzdir. Çin məhsulları arasında 

Bakuvi çiniyə xüsusi əhəmiyyət verərək yazırdı: «Ölkədə özünə xas xüsusiyyəti olan vazlar hazırlanır ki, bunlar 




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə