Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   20

 

tarixi» (Tarixi tədqiqat) jurnalının 5-ci nömrəsində «Kür və Araz çayları sahillərində qazıntılar» adlı məqalədə 



öz  əksini tapmışdı. Məqalədə qeyd olunurdu ki, bu mühüm arxeoloji tapıntılar və Azərbaycan alimləri 

tərəfindən çıxarılan dəyərli nəticələr həm də İran tarixinin öyrənilməsinə imkan yaratdığı üçün diqqətəlayiqdir. 

Tarix elmləri doktoru, professor Püstəxanım  Əzizbəyovanın da 1969-cu ildə  İrana elmi yaradıcılıq 

səfəri hər iki ölkənin elmi əlaqələrinin inkişaf etdirilməsi işində mühüm tədbirlərdən idi. İranın SSRİ ilə Mədəni 

Əlaqələr Cəmiyətinin 25 illik yubileyində iştirak etmək məqsədilə, həmçinin İranın elmi təşkilatları, mədəniyyət 

ocaqları, qadın təşkilatları ilə yaxından tanış olmaq üçün bir qrup sovet nümayəndəsi ilə  İranda olmuş 

P.Əzizbəyova öz təəssüratlarını  mətbuat səhifələrində azərbaycanlı oxucularla bölüşmüş,  İran mədəniyyəti

xalqları haqqında kifayət qədər müfəssəl, ətraflı məlumat vermişdir.

*

  

Azərbaycan – İran mədəni əlaqələrinin inkişaf dinamikasında keçən əsrin 70-ci illərinin özünəməxsus 



yeri olmuşdur. Çünki 1972-ci ilin oktyabrında SSRİ – İran mədəni əlaqələri üzrə beşillik plan hazırlandı. 1978-

ci ilin iyununda bu plana uyğun olaraq iki ölkə arasında mədəni əməkdaşlıq haqqında protokol imzalandı. 1972-

ci ildə Cənubi Azərbaycanda ilk televiziya verilişlərinə başlanıldı. 

1975-ci ilin iyununda Bakıda SSRİ və İran gənclərinin dostluq həftəsi keçirildi. 1978-ci ilin mayında isə 

Bakıda Sovet – İran elmi-texniki əməkdaşlıq konfransı  təşkil olundu. Göründüyü kimi, SSRİ – İran mədəni 

əlaqələrinin təşkili sistemində  həm məsafə, həm də  mənəvi dəyərlər baxımından bir-bri ilə yaxınlıq amili də 

Azərbaycan – İran mədəni  əməkdaşlığını daha da gücləndirirdi. Bu əməkdaşlığın inkişafını  təmin edən dəgər 

dəlil vaxtilə bu ölkədən Azərbaycana mühacirət etmişlərin, yaxud da əksinə,  İrana köçmüş azərbaycanlıların 

tarixi  əlaqələri davam etdirmək missiyası idi. Qulamrza Səbri Təbrizi, Cavad Heyət, Balaş Azəroğlu və 

başqaları nəinki, 70-ci illərdə, hətta indiyədək İranla Azərbaycan arasında mədəni əməkdaşlıq işində canlı körpü 

rolunu oynayan şəxsiyyətlərdir. 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 70-80-ci ilər İranın sosial-siyasi həyatında qeyri-stabil bir dövr 

olduğundan, bu vəziyyət mədəni əlaqələr sistemində də öz əks-sədasını təzahür etdirmişdi. Məsələn, 1978-1979-

cu illərdə İranda baş verən milli hərəkat mütləq monarxiyanın devrilməsi və əvəzində dini hakimiyyət əsasları 

üzərində dövlətin yaraması ilə  nəticələndi.  İlk baxışda bu tarixi hadisə  İran azərbaycanlılarının bir çox 

demokratik azadlıqlara nail olmasından xəbər versə  də, bu sona qədər özünü doğrultmadı.  İnqilabın ilk 

günlərində Cənubi Azərbaycanda ana dilində bir çox jurnallar nəşrə başlasa da, lakin sonrakı illərdə bunlardan 

yalnız bir neçəsi üçün fəaliyyətini davam etdirmək imkanı yaradıldı. Lakin bütün bunlara baxmayaraq 

Azərbaycan – İran mədəni  əməkdaşlıq çərçivəsində    İranda yaşayan müxtəlif xalq və millətlərlə yanaşı 

azərbaycanlıların mədəni inkişafı üçün də mövcud imkanlardan bacarıqla istifadə olunurdu.  

1991-ci ilin noyabrında Azərbaycanda müstəqilliyin elan edilməsi Azərbaycanla – İran arasında mədəni 

əlaqələrin tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. 1992-ci ilin əvvəlindən başlayaraq müstəqil 

Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi və Mədəniyyət Nazirliyi İran ilə mədəni əlaqələrin müstəqil 

olaraq təşkil edilməsinə başladılar. 1993-cü ilin dekabrında  İran prezidenti Əli  Əkbər Haşimi Rəfsəncaninin 

Azərbaycana gəlişi zamanı mədəni əlaqələrin yeni demokratik prinsiplər əsasında yenidən qurulması ilə bağlı 

sənədlər imzalandı. Həmin sənədlərə  İran  İslam Respublikasının mədəniyyət mərkəzi ilə Azərbaycan Elmlər 

Akademiyası arasında elmi sahədə  əməkdaşlıq haqqında saziş,  İran  İslam Respudikası ilə Azərbaycan 

Respublikası arasında elm, mədəniyyət sahəsində saziş (Naxçıvan Muxtar Respublikasına dair), Azərbaycan 

Respublikası ilə  İran  İslam Respublikası ararsında mədəniyyət, elm, təhsil sahəsndə  əməkdaşlıq haqqında 

qarşılıqlı anlaşma protokolu, Azərbaycanın Təhsil Nazirliyi ilə  İran  İslam Respublikasının Ali Təhsil və 

Mədəniyyət Nazirliyi arasında elm, təhsil və  tədqiqatlar sahəsində  əməkdaşlıq haqqında memorandum 

imzalandı.  İmzalanan bu sənədlər, hər  şeydən  əvvəl, Azərbaycan – İran mədəni  əlaqələrinin ümidverici 

perspektivlərini müəyyənləşdirən hüquqi-normativ baza rolunu oynadı.  

1994-1996-cı  və sonrakı illərdə  İranda rəsmi səfərdə olmuş Azərbaycan Respublikasının Prezidenti 

Heydər  Əliyev mədəni  əlaqələrin inkişafı ilə bağlı  sənədlərin imzalanmasına da mühüm önəm vermişdi. 

Prezident H.Əliyevin 1997-ci ilin dekabrında Tehranda keçirilən  İslam Konfransı  Təşkilatının (İKT) zirvə 

görüşündə  iştirakı zamanı  İranın Prezidenti S.M.Hatəmi, Ali dini rəhbər Ayətullah Xomeyni və digər yüksək 

səviyyli rəsmilərlə görüşləri ikitərəfli mədəni münasibətlərin inkişafına təkan oldu. 1998-ci ilin payızında 

Bakıda prezident H.Əliyevin himayəsi ilə «Qafqazda islam mədəniyyəti» adı altında təşkil olunan Beynəlxalq 

Konfransda  İrandan gəlmiş qonaqlara dərin hörmət və ehtiram göstərilmişdir. 1999-cu ilin avqustunda 

Azərbaycan Respublikası prezidenti H.Əliyevin tanınmış  İran müğənnisi Yaqub Zurufçu ilə görüşü də  İranla 

mədəni əlaqəlrin inkişafında mühüm hadisədir. 

Azərbaycan – İran mədəni əlaqələri tarixində 2002-ci ilin mayın 20-də bu ölkəyə rəsmi səfərə getmiş 

Azərbaycan Respublikasının Prezidenti H.Əliyevlə  İran  İslam Respublikasının Prezidenti Məhəmməd Hatəmi 

arasında imzalanan «Azərbaycan Respublikası ilə  İran Respublikası arasında dostluq və  əməkdaşlıq 

münasibətlərinin prinsipləri haqqında» müqavilənin tarixi, mədəni  əhəmiyyətli oldu. Bunun ardından həmin 

                                                           

*

 Бах  Коммунист гязети 1969-ъу ил 5,6,8,10 феврал 




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə