Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   20

10 

 

görüş zamanı «Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Elm, Tədqiqatlar və 



Texnologiya Nazirliyi arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum», «Azərbaycan 

Respublikasının Mədəniyyət Nazirliyi ilə  İran  İslam Respublikasının Mədəniyyət və  İslam  İrşad Naziriliyi 

arasında mədəni  əməkdaşlıq haqqında memorandum» sənədləri də imzalandı. Azərbaycan – İran mədəni 

əməkdaşlığı üçün yaradılmış hüquqi baza iki ölkə arasında mədəni yaxınlaşmanın yeni-yeni forma və 

üsullarının tapılması, ondan istifadə üçün kifayət qədər imkanlar yaratdı. Bu hüquqi bazaya söykənərək Cənubi 

Azərbaycanda yaşayan azərbaycanlıların mədəni tərəqqisi üçün mövcud imkanların səfərbər olunması, 

Azərbaycan tərəfindən bu işə yaxından köməkliyin göstərilməsi və dəstəyin verilməsinə şəraitin yaradılması bu 

imkanlar sırasına daxildir. Bundan başqa  İran azərbaycanlılarının mədəni fəaliyyətindən  İran – Azərbaycan 

mədəni əməkdaşlığında fəal qüvvə kimi istifadə edilməsi də yeni tarixi şəraitin tələblərindən biri kimi təzahür 

tapdı. Azərbaycan – İran mədəni əlaqələri tarixində hərəkətverici statusa malik olan bu amilin rolu bu gün daha 

da səmərəli və zəruri əhəmiyyət kəsb edir.  

İki ölkə arasında mədəni  əlaqələrin inkişafı tarixində 2007-ci ilin fevralında Azərbaycanda «İsfahan 

mədəniyyəti günləri»nin keçirilməsi keyfiyyətcə yeni bir hadisə oldu. İran İslam inqilabının 28-ci ildönümü ilə 

İsfahan  şəhərinin 2006-cı ildə  İslam dünyasının mədəni paytaxtı seçilməsi münasibəti ilə Bakıda «İsfahan 

mədəniyyətəi günləri»nin təşkili Azərbaycanın mədəni həyatında mühüm mədəni hadisə idi. Bu mədəniyyət 

günləri çərçivəsində bakılılar  İsfahana məxsus olan təsviri sənət sərgisi, musiqi görüşləri, kino həftəsi ilə 

yaxından tanış oldular. Hələ vaxtilə Səfəvilər dövlətinin paytaxtı olmuş İsfahan çox zəngin mədəniyyətə malik 

bir  İran  şəhəridir. Öz gözəlliyi, qədim və  zəngin mədəniyyəti ilə Azərbaycan xalqına tanış olan bu şəhərin 

nailiyyətlərini görmək bakılılara xoş  təəssürat bəxş etdi. V.Səmədova adına sərgi salonunda təşkil olunan 

sərgidə azərbaycanlı sənətsevərlər İsfahanın təsviri sənət nümunələri ilə yaxından tanış oludular. 

Yeni mərhələdə Azərbaycan-İran arasında  əməkdaşlığın təzahürü kimi 2007-ci il  iyunun 21-də    İran 

İslam Respublikasının  Prezidenti Mahmud Əhmədineyad və  İranın  İslam  Şurası  Məclisinin  sədri Qulaməli 

Həddad Adel tərəfindən Tehranda səfərdə olan Azərbaycanın xarici işlər  naziri Elmar Məmmədyarovun 

başçılıq etdiyi nümayəndə    heyətinin  qəbulu oldu. Xəzəryanı ölkələrin  xarici işlər nazirlərinin Tehran 

toplantısında iştirak edən nümayəndə heyətinin rəhbəri Elmar Məmmədyarov  iki gün ərzində İran rəsmiləri ilə  

keçirilmiş    ikitərəfli  görüşlərin   faydalı  və  səmərəli  olduğunu qeyd etmiş, həmin görüşlərdə ölkələrimiz 

arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etmişdir. E.Məmmədyarov  İranın xarici işlər naziri 

Məniçehr Mottəki ilə görüşdə, nəqliyyat  sahəsində  əməkdaşlıq  perspektivləri müzakirə edilərək,  xüsusi ilə  

Orta Asiya .lkələrində    çıxarılan təbii qazın  İran vasitəsilə Azərbaycana  nəql olunması,  İranın Bakı-Tbilisi-

Ceyxan kəmərinə qoşulma imkanları,  Şimal-Cənub nəqliyyat dəhlizi, Naxçıvan-Biləsuvar, Culfa-Culfa və 

Astara-Astara layihələri  haqqında fikir mübadilələri aparılmışdırlar. 

   Azərbaycın və İran  arasında əməkdaşlıq müxtəlif  sahələrdə həyata keçirilir ki, 2007-ci ilin sentyabırn 

12-də  İran-Azərbaycan Dostluq qrupunun sədri Əhəd Qazainin  başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan 

Respublikası Prezidenti İlham  Əliyev  tərəfindən qəbul edilmişdir.  Görüşdə qeyd edilmişdir ki, İran 

parlamentində      fəaliyyət göstərən  İran-Azərbaycan  Dostluq qrupu  parlamentlərarası      əməkdaşlığın  

genişlənməsinə  öz tövhəsini verməkdədir. 

Azərbaycan – İran mədəni əməkdaşlığının müasir mərhələsində hal-hazırda Bakıda fəaliyyət göstərən 

İran Mədəniyyət Mərkəzinin çox böyük tarixi əhəmiyyəti vardır. Bu mərkəzin başlıca məqsədi Azərbaycan və 

İranda hər iki ölkənin mədəniyyətlərini təbliğ etmək, bu mədəniyyətin müasir nailiyyətlərinin tarixini dərindən 

öyrənmək təşkil edir. Həmin məqsəddən irəli gələrək Mərkəz mədəniyyət və incəsənətin bütün istiqamətləri 

üzrə fəaliyyət göstərir. İran Mədəniyyət Mərkəzi xüsusi bir təşkilat kimi fəaliyyət göstərərək Azərbaycan – İran 

mədəni əməkdaşlığının bütün forma və metodarından məqsədyönlü şəkildə istifadə edir. Mərkəzin fəaliyyətində 

islami dəyərlərə istinad başlıca yer tutur.  

Bebəliklə Azərbaycan – İran mədəni əlaqələrinin tarixi və müasir vəziyyəti haqqında təhlil aparılan bu 

məqalədən belə bir ümumi nəticə əldə etmək olar ki, qonşu və dost ölkələrin bu iki xalqı arasında əməkdaşlıq 

bütün zamanlarda obyektiv zərurət olmuşdur. Tarixən  İran  ərazinin bir hissəsinin vaxtilə Azərbaycanın 

tərkibində olması, tarixi səhv addımlardan sonra həmin  ərazinin müasir Azərbaycanın tərkibindən zorla 

qopardılması, azərbaycanlıların çox hissəsinin burada yaşaması, faktı  və bundan başqa müxtəlif vaxtlarda 

Şimali Azərbaycandan İrana çoxlu sayda mühacirlərin getməsi və nəhayət, bu ölkə ilə həmsərhəd olmaq mədəni 

əlaqələr üçün ən zəruri amillərdəndir. Düzdür, bu əlaqələr sistemində  bəzən soyuq münasibətlər də mövcud 

olmuş və olmaqdadır (azərbaycanlı əhaliyə soyuq münasibətə görə, azərbaycan dilinin məhdudlaşdırılması və 

s.). Lakin bütün bunlara baxmayaraq Azərbaycan və  İran dövlətləri mədəni  əməkdaşlıq üçün mövcud 

potensialdan səmərəli istifadə etməkdədir.   

 



11 

 

1.2. Azərbaycan - Pakistan mədəni əlaqələri 



 

Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Konfransı Təşkilatının ən fəal, 

nüfuzlu dövlətlər sırasındadır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan (12 dekabr 1991-ci il), onunla 

diplomatik  əlaqələr yaradan (9 iyun 1992-ci il) və Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk 

müsəlman dövlətlərindən biridir. Ümumiyyətlə,  Azərbaycana  ən yaxın və dost ölkələrdən biri olan Pakistan 

ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ayrıca olaraq müdafiə etməkdədir. Qeyd edək ki,  

Pakistanın Azərbaycanla dost və yaxın münasibətlərinin tarixi ötən əsrlərdə öz təzahürünü tapmışdır. Xüsusilə, 

bu münasibətlər mədəni əlaqələr səviyyəsində daha geniş şəkildə vüsət tapmışdır. Bu Azərbaycanın SSRİ-nin 

tərkibində ikən SSRİ-Pakistan diplomatik münasibətlərin yaranması tarixi faktı ilə daha çox bağlıdır. Belə ki, 

1947-ci ilin avqustunda Müstəqil Pakistan Dominion dövlətinin yaranması ilə SSRİ ilə diplomatik münasibətlər 

(1948-ci il mayın 1-də) yaranır. Beləliklə, öz xarici siyasətində SSRİ - bu ölkə ilə bütün, eləcə də  mədəniyət 

sahəsində  əməkdaşlığa mühüm yer ayırdı.  Şübhəsiz ki, SSRİ müsəlman respublikası kimi Pakistanın 

Azərbaycanla mədəni əməkdaşlığı ön plana çəkdi. Bu məqsədlə hər iki xalqın mədəniyyətlərinin tanınması üçün 

bir çox mədəni formatlardan istifadəyə yer verildi. Yaradıcılıq ezamiyyətləri, elmi-mədəni toplantılarda birgə 

iştirak, qastrol səfərləri mədəni  əlaqələrin aparıcı formaları kimi çıxış etdi. Lakin bütün bunlarla yanaşı qeyd 

etmək lazımdır ki, Azərbaycan mədəniyyəti haqqında artıq Pakistanda hələ lap əvvəlki dövrlərdən başlayaraq 

təsəvvürlər var idi. Azərbaycanın klassik ədəbiyyatının simaları – Nizamidən başlamış M.F.Axundova qədər 

demək olar ki, Azərbaycan  ədibləri bu ölkədə tanınırdı. 1962-ci ilin oktyabrında M.F.Axundovun anadan 

olmasının 150 illiyi münasibəti ilə keçirilən təntənələrdə  iştirak edən görkəmli Pakistan yazıçısı, Beynəlxalq 

Lenin mükafatı laureatı Əhməd Fəna bu barədə demişdir ki, coğrafi cəhətdən Axundov Azərbaycana və onun 

xalqına məxsus olsa da, lakin özünün ideyaları ilə həm də digər şərq ölkələri kimi, mənim Vətənimin-Pakistanın 

da yazıçısıdır.  

Elə həmin il 1962-ci ildə SSRİ-yə səfər çərçivəsində Pakistanın Milli Məclisinin sədri Fəzlulla Kadar 

Çoudrinin rəhbərliyi ilə bir qrup pakistanlı Azərbaycana gəlmiş, buranın həyatı, təsərrüfatı, eləcə  də 

mədəniyyəti ilə yaxından tanış olmuşdur. Bu səfərdən çox məmnun qalan nümayəndə heyətinin başçısı   

Azərbaycan xalqı ilə tanış olduqlarına görə özlərini xoşbəxt saydıqlarını söyləmişdir. 

Artıq XX əsrin 60-cı illərində Azərbaycan-Pakistan mədəni  əlaqələrində bir canlanma müşahidə 

olunurdu. Mədəniyyət xadimlərinin bir-birilə yaradıcılıq mübadilələrinin yaradılması  məqsədilə ezamiyyət, 

səfər və görüşlərin təşkilinə xüsusi diqqət yetirilirdi. 1965-ci ilin aprelində görkəmli Pakistan dramaturqu, 

rejissor və kinooperatoru Henri Çayasenin Bakıya gəlişi Azərbaycanın kino ictimaiyyəti tərəfindən böyük 

hörmət və ehtiramla qarşılanmışdır. Pakistanlı  sənətkar Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmuş, 

incəsənət,  ədəbiyyat xadimləri ilə  sənət mübadilələri aparmışdır. Azərbaycan mədəniyyətinin inkişafından 

məmnun qalan pakistanlı dramaturq-rejissor bu inkişafın Pakistan-Azərbaycan mədəni əlaqələrinin inkişafı üçün  

stimul olacağını əminliklə bildirmişdir.  

Azərbaycan mədəniyyətinin nailiyyətlərindən məmnun qalan və bunların Pakistan mədəniyyətində  də 

əxzini görmək istəyən digər pakistanlı nümayəndələrdən biri də görkəmli ictimai xadim Mirzə Abel Həsən 

İspahan idi. SSRİ-yə  səfər çərçivəsində Azərbaycana gəlmiş bu görkəmli pakistan nümayəndəsi vətənə 

döndükdən sonra təəssüratlarını bildirdi. «Leninqraddan Səmərqəndədək» adlı kitabında Azərbaycan haqqında 

çox böyük ehtiramla, məhəbbətlə  bəhs edir. Bu kitabda Azərbaycan mədəniyyəti inkişaf etmiş bir ölkə kimi 

pakistanlılara təbliğ olunur.  

Artıq Azərbaycan-Pakistan mədəni əlaqələrində gedən intensivləşmə prosesi bu əlaqələrin səmərəli və 

fəal  əməkdaşlıq səviyyəsində inkişaf etdirilməsi məqsədi ilə bunu tənzimləyən bir qrupun yaradılmasını 

obyektiv zərurətə çevirdi. Bundan irəli gələrək 1966-cı ilin aprelin 1-də Bakıda Sovet-Pakistan mədəni  əlaqə 

cəmiyyətinin  şöbəsi təsis edildi. Şöbəyə Azərbaycan SSR Səhiyyə nazirinin müavini R.Cavadov sədr seçildi. 

Şöbənin təsis yığıncağında iştirak edən Pakistan-Sovet Mədəni Əlaqə Cəmiyyəti mərkəzi idarənin üzvü, Ləlpur 

ştatında həmin cəmiyyətin prezidenti Mirabdul Qəyyumun çıxışı Azərbaycan-Pakistan mədəni yaxınlığının 

qədimliyini sübut edən fakt kimi diqqəti cəlb edir. O öz çıxışında demişdir: «40 il bundan əvvəl mən kollecdə 

böyük Nizaminin əsərlərini öyrənmişəm. O vaxtdan bəri daim Azərbaycana gəlmək arzusunda olmuşam. İndi 

mən xoşbəxtəm ki, əzəli arzum həyata keçmişdir.»

2

 



Yeni təşkil olunmuş bu şöbə Azərbaycan-Pakistan mədəni əlaqələrinin sistem və ardıcıl dinamikasına 

əhəmiyyətli  şəkildə  təsir göstərdi.  Şöbənin məqsədyönlü iş prinsipi əsasında mədəniyyətin bütün sahələri, 

xüsusilə incəsənət, elmi mübadilələrin dinamikası sürətləndirildi. Pakistandan Azərbaycana səfər edən müxtəlif 

səviyyələrdə qonaqlar Azərbaycan mədəniyyəti ilə  də yaxından tanış olurdular. 1967-ci ilin avqustunda 

Camiruddin Prodxan başda olmaqla Şərqi Pakistan Qanunvericilik Məclisinin bir qrup nümayəndəsi Bakı  və 

Sumqayıtın mədəni müəssisələrinin fəaliyyəti ilə də yaxından tanış olmuşlar. 

                                                           

2

 Коммунист гязети 1966-ъы ил 2 апрел 




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə