Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   20

12 

 

Pakistanla mədəni əlaqələrin inkişaf etdirildməsində Azərbaycandan elm, təhsil və sənət adamlarının bu 



ölkəyə turist səfərlərinin təşkili həyata keçirildi. Aşıq Pənah Pənahovun dost ölkəyə 1968-ci ilin yayında etdiyi 

turist səfərinin təəssüratları el sənətkarlarında məmnunluq doğurmuşdu. Turistlərin Karaçi, Lahor şəhərlərində 

pakistanlılarla,  şəhərin ziyalıları  və  tələbələri ilə görüşləri unudulmaz iz buraxmışdır. Mərhum aşıq 

P.Pənahovun xatirələrində  həmin görüşlər zamanı pakistanlıların Azərbaycan mədəniyyət və incəsənətilə 

yaxından tanış olmaları və buna böyük maraq, həvəs göstərmələri faktı xüsusi yer tuturdu. Həmin səfərdə olmuş 

digər Azərbaycan ziyalılarının da təəsüratları  zəngin idi. Filologiya elmləri doktoru, professor Fərhad 

Zeynalovun Karaçi Universitetində türk dilini tədris edən gənc professor Məhəmməd Samirlə yaradıcılıq 

mübadiləsini Azərbaycan-Pakistan mədəni əməkdaşlığının töhfəsi kimi də dəyərləndirmək olar. 

Azərbaycan-Pakistan mədəni  əlaqələrinin inkişaf dinamikasının xüsusi bir mərhələsini 1991-ci ildə 

Azərbaycanda müstəqilliyin bərpasından sonrakı dövr təşkil edir. Məhz bu tarixi hadisədən sonra Azərbaycan-

Pakistan mədəni  əməkdaşlığının hüquqi təminatı yaradıldı.  İkitərəfli və çoxtərəfli münasibətlər  əsasında 

Azərbaycan-Pakistan mədəni  əlaqələri tarixi şəraitə münasib şəkildə yenidən quruldu. Azərbaycan 

Respublikasının prezidenti Heydər  Əliyevin 1994-ci ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı baş 

naziri mərhum Bənazir Bhutto ilə görüşlərindən sonra ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf etməyə 

başladı ki, bu da mədəni  əməkdaşlığın inkişaf tempinə  əhəmiyyətli  şəkildə  təsir göstərdi. Bundan sonra 

Azərbaycan və Pakistan dövlət və hökumət başçılarının ardıcıl görüş və bir-birlərinin ölkələrinə rəsmi səfərləri 

çərçivəsində  mədəni  əlaqələrin inkişafını  tənzimləyən sənədlər imzalandı. Belə ki, 1996-cı ilin aprelində 

Azərbaycan Prezidenti Heydər Əliyevin Pakistana səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq 

haqqında müqavilə imzalandı. Həmin müqavilənin müddəalarında iki ölkə arasında dostluq əlaqələrinin 

inkişafında mədəni əməkdaşlığın gücləndirilməsi prioritet kimi göstərilmişdir. 1995-ci ilin oktyabrında Pakistan 

Prezidenti Faruq Əhməd Xan Leqarinin Azərbaycana rəsmi səfəri çərçivəsində «Elm, mədəniyyət və humanitar 

sahələrdə  əməkdaşlıq haqqında Razılaşma» imzalanmışdır. Bir il sonra 1996-cı ilin aprelində Azərbaycan 

Respublikasının Prezidenti Heydər  Əliyevin Pakistana rəsmi səfəri zamanı «Turizmin inkişafı üzrə Anlaşma-

Memorandum»u imzalandı. Bu sənədlərdən irəli gələn müddəalar təcrübədə reallığa çevrilir. Pakistan humanitar 

yardım siyasəti üzrə Qarabağ qaçqınlarına humanitar və  mənəvi dəstək göstərmişdir. Çünki Azərbaycan və 

Pakistanda turizmin inkişafı üçün geniş potensial vardır və bundan istifadə zamanı  tərəflərin bir-birinə 

mübadiləsinə, təcrübəsindən istifadəsinə geniş imkanlar açılır.  

Müəllif A.İsabəyli «Pakistan müasir beynəlxalq münasibətlər sistemində» adlı monoqrafiyasında yazır: 

«… 1990 və 2000-ci illərdə Pakistana gələn xarici turistlərin sayı müvafiq olaraq 424 min və 432 min, 

Azərbaycanda isə buna uyğun olaraq 77 min və 602 min təşkil etmişdir. Bu rəqəmlərdən görünür ki, istər 

turistlərin ümumi sayı, istərsə də 10 il ərzində turistlərinin sayının artımına görə Azərbaycan öndədir. İki ölkə 

arasında turist və bu sahədə mövcud təcrübə mübadiləsi bir tərəfdən hər iki ölkənin müvafiq sahələrinin daha 

yaxşı inkişaf etməsinə, digər tərəfdən xalqlarımız arasında əlaqələrin güclənməsinə, hər iki ölkə ictimaiyyətinin 

bir-birini daha yaxından tanınmasına şərait yaradar.»

1

 

Elm, təhsil sahəsində  əməkdaşlıqda yeni nailiyyətlər  əldə olunmuşdur. Belə ki, Pakistan tərəfi hərbi 



təhsil, informasiya texnologiyaları  və telekommunikasiya sahəsindəki zəngin təcrübəsindən bəhrələnməyi 

Azərbaycan dövlətinə bəyan etmiş və bu sahədə əməli tədbirlər həyata keçirmişdir. 

Azərbaycan-Pakistan mədəni əlaqələri ənənəvi formalarından əlavə çoxtərəfli münasibətlər sistemində 

bəzi mədəni problemlərin həllinə də istiqamət götürmüşdür. 

Azərbaycan Respublikasının  Prezidenti  İlham  Əliyev  Pakistan İslam  Respublikasının  Prezidenti  

Pərviz Müşərrəfin dəvəti ilə 2004-cü ilin  aprel ayının 12-də  bu ölkədə rəsmi  səfərdə olmuşdur. Səfər  hər iki  

dost   ölkə arasında   ikitərəfli  və  çoxtərəfli  əlaqələrin  yüksələn xətt  üzrə  inkişafı üçün  təkan  vermişdir. 

Səfər zamanı  hər iki ölkə prezidentlərinin görüşündə    rabitə    və informasiya  texnologiyaları sahəsində 

əməkdaşlığa böyük önəm verildiyi, Pakistanda  bu sahənin  sürətlə  inkişaf  etdiyi vurğulanmışdır.  Bundan 

başqa,  mədəniyyət, maliyyə sektoru, təhsil, nəqliyyat, aviasiya  və  digər sahələrdə  əməkdaşlığın  inkişaf üçün  

böyük potensialın olması vurğulanmışdır. 

Səfər çərçivəsində Azərbaycan və Pakistan Prezidentlərinin  geniş tərkibdə görüşündə ikitərəfli  siyasi 

və iqtisadi əlaqələrin hazırki vəziyyəti və  gələcək perspektivləri  müəyyənləşdirildi. Səfərin ikinci günü 

Prezident İlham Əliyev Pakistan Müdafiə Nazirliyi nəzdində Hərbi İxraca Yardım Təşkilatına  getmiş və burada 

təşkilatın sərgisi ilə tanış  olmuşdur.   

Səfər müddətində aparılan danışıqlarda Pakistan-Azərbaycan   münasibətlərinin  daha da inkişaf 

etdirilməsi yolları    barədə müzakirələr aparılmışdır. Aperil 13-də  İslamabadda  Azərbaycan Respublikasının 

Prezidenti  İlham  Əliyev və Pakistan  İslam  Respublikasının  Baş Naziri Şövkət  Əzizin iştirakı ilə  iki ölkə  

arasında  əməkdaşlıq  barədə bir  sıra mühüm  sənədlərin  imzalanması    mərasimi keçirilmişdir. Azərbaycan  

Respublikası  höküməti  və Pakistan  İslam Respublikasının  höküməti arasında mədəniyyət sahəsində  

                                                           

1

 İsabəyli A.T. Pakistan müasir beynəlxalq münasibətlər sistemində. B., 2005, səh. 132 




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə