Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

16 

 

tarixə,  ənənələrə malik olaraq və özününü bənzərsiz özgürlüyünü, mədəniyyətini qoruyub saxlayaraq 



cəmiyyətimizə  çox fəal sürətdə  inteqrasiya etmişlər.  Respublikada  yəhudi  mədəniyyətinin  inkişafına 

göstərilən  diqqətin  bariz nümunəsi kimi,  inşa edilən yeni sinaqoq, yəhudi evi və Bakıda Moskvadan sonra 

tikilən ikinci məktəb misal gətirilə  bilər.  

2006-ci ilin  fevral ayında  Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyev ABŞ-nin  aparıcı 

Yəhudi Təşkilatları Konfransının ölkəmizdə  səfərdə olan  nümayəndə heyətini qəbul etmişdir.  Nümayəndə 

heyətinin rəhbəri Harold Tanner Azərbaycanda   tolerantlığın  daim  təmin edildiyini vurğulayaraq  bütün 

millətlərin nümayəndələri, o cümlədən də dini icmalar üçün çox yaxşı  yaşayış  şəraitin yaradılmasını 

bildirmişdir. 

2006-ci il  iyunun 6-da İsrailin  milli infrastruktur  naziri  Benyamin Ben-Eliezerin  rəhbərlik  etdiyi 

nümayəndə heyəti Bakıda keçirilən XIII Beynəlxalq  Xəzər neft-qaz sərgi və  konfransında iştirak etmişdir. 

Azərbaycanın sürətli iqtisadi, mədəni inkişafı  İsraildə böyük maraqla izlənildiyindən, bu sərgi və konfransın iki 

dövlət arasında mədəni  əməkdaşlığının daha da inkişaf etdirilməsi sahəsində ki əhəmiyyəti xüsusilə 

vurğulanmışdır. 

Ümumiyyətlə, Azərbaycan-İsrail  münasibətləri  ölkələrimizin  milli mənafelərini xidmət  edir. 2006-ci 

il  mayın  16-da  Bakıda  Xarixi İşlər  naziri Elmar Məmmədyarovun   İsrail Parlamentinin üzvü  Yosif Şaqalın  

rəhbərlik etdiyi nümayəndə    heyəti ilə  görüş zamanı    Azərbaycan   ilə  İsrail  arasında  siyasi, iqtisadi  və  

mədəni   əlaqələrin   ölkələrimizin   milli   maraqlarına   uyğun olduğu  vurğulanmışdır.  

 

2006 – ci ilin noyabrın 19-dan başlayaraq Bakıda keçirilən İsrail filmləri həftəsi də bu ölkə ilə mədəni  



əməkdaşlığın mühüm tədbirlərindən biridir. Həftə  ərzində  İsrail kinematorqrafçılarının lentə aldıqları 

«Kolumbiya məhəbbəti», «Evlənmək», «Suriyalı gəlin», «Dünyanın sonunda sola dön», «Salam, müsyö Şlomi» 

və d. adlı ekran əsərləri təkcə paytaxtda deyil, Quba, Sumqayıt, Lənkəranda da nümayiş etdirilmişdir. Qeyd 

etmək lazımdır ki, adları  çəkilən bu filmlərin hamısı Kann, Toronto, Yerusəlim və d. beynəlxalq kino  

festivallarının mükafatlarına layiq görülüb. İsrail filmləri həftəsinin açılışı bu ölkə ilə  mədəni  əməkdaşlıq 

sahəsində təcrübəsi olan  Azərbaycan Dövlət Dillər  Universitetində olmuşdur. Çünki hazırda bu Universitetdə 

İsrailin dövlət dili olan  ivrit dili öyrədilir. Bundan başqa Universitetin nəzdində  Yəhudi mədəniyyət mərkəzi də 

fəaliyyət göstərir. 

 

2007 – ci ilin iyununda Azərbaycan-İsrail diplomatik əlaqələrinin yaranmasının 15 illiyinin qeydi  



münasibətilə qastrola gələn israilli bəstəkar və  zərb ustası Yinen Müallen Azərbaycan musiqisi və muğamına 

böyük maraq göstərənlərdən biridir. Özünün xüsusi fərqli ansamblı olan israilli musiqiçi Azərbaycan müğənnisi 

Alim Qasımovla birgə layihələr də hazırlamışlar. 

 Qeyd 


etmək lazımdır ki, Azərbaycan – İsrail mədəni  əlaqələrinin müasir tarixində 2007 – ci il çox 

uğurlu olmuşdur. İsrailin baş nazirinin müavini Aviçdor Libermanın həmin ilin avqustunda Azərbaycana rəsmi 

səfəri, eləcə  də  həmin ayda Bakıda  İsrail Mədəniyyət Mərkəzinin açılışı bu baxımdan diqqəti cəlb edir. Bu 

mərkəzin təşkilində başlıca cəhət iki ölkə arasında mədəni əlaqələri inkişaf etdirməkdir. Müxtəlif zamanlardan 

üzü bəri bu günədək Azərbaycanda yaşayan yəhudilərin azərbaycanlılarla səmimi  ünsiyyətin qurulması və eləcə 

də  İsraillə  mədəni  əlaqələr yaratmaq baxımından  mərkəz bir çox vəzifələrin yerinə yetirilməsini öhdəsinə 

götürmüşdür. Hazırda  İsrail mədəniyyət mərkəzinin nəzdində xor, müxtəlif dərnəklər, ivrit dilini öyrədən 

kurslar da fəaliyyət göstərir. İsraillə mədəni əlaqələrin davam etdirilməsində  Azərbaycan höküməti bu mərkəzin 

fəaliyyətindən səmərəli şəkildə istifadə edir. 

 Azərbaycan – İsrail mədəni əməkdaşlığının inkişaf etdirilməsində yenə də 2007 – ci lin aprelində AZİZ 

- parlamentlərarası, yəni İsrail Knesseti ilə Azərbaycan Milli Məclisinin birgə yaratdıqları bu mədəni təşkilat hər 

iki ölkənin mədəni maraqlarının ödənilməsinə xidmət məqsədilə yaradılmışdır. Azərbaycandan  bu ölkəyə 

getmiş insanları İsraildə bir araya gətinə bu təşkilat azərbaycanlıların mədəni irsinin həmin ölkədə tanıdılması, 

təbliği məqsədilə çoxtərəfli işlər həyata keçirir. Bu məqsədlə  təşkilat  İsraildə bazar günü məktəbi təşkil 

olunmuşdur. AZİZ – in birinci vitse-prezidenti Rauf Ağalarov, qurumun Azərbaycan mədəni-tarixi irsinin 

qorunması üzrə komitəsinin sədri Yeganə Salmandır. AZİZ – in  özünün azərbaycan, rus, ingilis, hətta ivrit 

dillərində kitabları olan kitabxanası  təşkil olunmuşdur. Kitabxana bir çox Azərbaycan yazarlarının  əsərlərini 

həm doğma, həm də digər əcnəbi dillərə tərcümə edərək təbliği ilə məşğuldur. 2008 – ci ilin yanvarında İsraildə 

Yeganə Salmanın  şəxsi mənzilində Azərbaycan mədəniyyəti güşəsi təşkil olunmuşdur. Güşənin açılışında 

iştirak edən AZİZ – in prezidenti, İsrail Knessetinin deputatı İosif Şaqal bu güşənin iki ölkə arasında mədəni və 

dostluq əlaqələrinin inkişaf etdirilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir. 

 AZİZ-in Almaniya, Avstriya, Avropada da birlikləri açılıb və  fəaliyyət göstərməkdədir. Bu təşkilat 

beynəlxalq,  dövlətlərarası qurum olmaqla yanaşı, Azərbaycan diasporuna da kifayət qədər mədəni  əlaqələrin  

inkişaf etdirilməsinə imkan yaradır. Azərbaycan və İsrail  hökümətləri mədəni əməkdaşlıq sahəsində AZİZ-in 

imkanlarından məqsədəuyğun şəkildə faydalanır.  

                                                                                                                                                                                                      

 



Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə