Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

57 
 
sı müəyyən edilmiş və Qobustan rayonu ərazisində 
ümumi gücü 30 mvt olan külək elektrik stansiyası-
nın quraşdırılmasına dair texniki iqtisadi əsaslandır-
ma hazırlanmışdır. 
2002-ci  ildə  Azərbaycanın  bərpa  olunan 
enerji  resurslarının  qiymətləndirilməsi  həyata  keçi-
rilmiş və aşkar olunmuşdur ki, Abşeron yarımadası 
iri  həcmdə  külək  enerjisi  potensialına  malikdir. 
Uzunmüddətli küləyin orta sürəti 6 m/san-dan artıq-
dır  ki,  bu  da  külək  enerjisi  üçün  əlverişli  texniki-
iqtisadi potensialın olmasını göstərir. Şimal DRES-
in  yerləşdiyi  ərazidən  toplanılmış  külək  enerjisi 
üzrə  statistik  məlumatlar  bir  daha  təqdim  olunan 
göstəriciləri  təsdiq  etmişdir.  Aparılmış  bu  tədqi-
qatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim 
olunmuş göstəricilər külək enerjisi potensialının 4-
cü  sinfinə  aid  edilir  ki,  bu  da  yüksək  potensial 
hesab olunur. 
Günəş enerjisi. Azərbaycanın təbii iqlim şə-
raiti günəş enerjisindən istifadə etməklə elektrik və 
istilik  enerjisinin  istehsalını  artırmağa  geniş 
imkanlar  açır.  Belə  ki,  günəşli  saatların  miqdarı  il 
ərzində  ABŞ-da  və  Orta  Asiya  ölkələrində  2500-
3000  saat,  Rusiyada  500-2000  saat,  Azərbaycanda 
isə 2400-3200 saatdır. 
Günəş  enerjisindən  istifadənin  inkişafı 
Azərbaycanın  bir  çox  rayonlarında  enerji  proble-
mini qismən həll edə bilər. Son zamanlar dünyanın 
bir sıra qabaqcıl dövlətlərində  Fotovodtaik  Proqra-


58 
 
mının  (FVP)  geniş  şəkildə  tətbiq  olunmasına  baş-
lanmışdır.  Azərbaycanın  bu  Proqrama  cəlb  olun-
ması  regionda  belə  tip  enerji  sistemlərinin  tətbi-
qində mühüm rol oynaya bilər. 
Qeyd  etmək  lazımdır  ki,  günəş  stansiyala-
rının  effektivliyi  ölkənin  təbii  iqlim  şəraitindən  və 
coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 
1m
2
  yer  səthinə  düşən  günəş  enerjisinin  miqdarı 
ABŞ-da  1500-2000  kvts,  Rusiyada  800-1600  kvts, 
Fransada 1200-1400 kvts, Çində 1800-2000 kvts və 
Azərbaycanda  1500-2000  kvts  təşkil  edir.  Görün-
düyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüa-
larının miqdarı digər ölkələrlə müqayisədə üstünlük 
təşkil  edir  ki,  bu  da  günəş  enerjisindən  istifadənin 
tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik 
meyarlarından biri kimi qiymətləndirilə bilər. 
Kiçik  su  elektrik  stansiyaları.  Azərbaycan 
Respublikasının  ümumi  enerji  sistemində  su  elek-
trik  stansiyalarının  istehsal  gücünün  xüsusi  çəkisi 
hazırda  17,8  faiz  təşkil  edir.  2003-cü  ildə  istehsal 
olunan elektrik enerjisinin 2,4 mlrd kvt.s su elektrik 
stansiyalarının  payına  düşür  ki,  bu  da  istehsal 
olunmuş  ümumi  elektrik  enerjisinin  11,4  faizini 
təşkil edir. 
Ölkədə indiyə qədər istifadə edilməmiş hidro-
energetika  ehtiyatlarının  mənimsənilməsi  üçün  geniş 
imkanlar  vardır.  Bu  istiqamətdə  aparılmış  tədqiqat 
işləri  nəticəsində  Azərbaycan  Respublikasındakı  çay-
ların  tam  hidroenerji  potensialının    40  mlrd.  kvt.s, 


59 
 
texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kvt.s 
olduğu müəyyən edilmişdir ki, bunun da 5 mlrd kvt.s 
kiçik su elektrik stansiyalarının payına düşür. 
Su  elektrik  stansiyalarının  tikintisi  –  sel  sula-
rının  tənzimlənməsi,  ekoloji  cəhətdən  təmiz  elektrik 
enerjisi  istehsalı  və  yeni  suvarma  sistemlərinin  yara-
dılması  kimi  dövlət  əhəmiyyətli  məsələlərin  həllində 
mühüm rol oynayır. Azərbaycan Respublikasında çay-
lar  üzərində  və  su  təsərrüfatı  obyektlərində  onlarla 
kiçik  su  elektrik  stansiyaları  yerləşdirmək  olar  ki, 
onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 mlrd 
kvts  təşkil  edə  bilər.  Yaxın  perspektivdə  61  kiçik 
SES-in  tikintisi  məqsədəuyğun  hesab  edilir.  Bu  SES-
lər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş 
çaylarda  və  tikiləcək  su  anbarlarının  yanında  yerləş-
dirilə  bilər.  Ölkədə  həmçinin  vahid  enerji  sisteminin 
elektrik  xətlərindən  və  yarımstansiyalarından  uzaqda 
yerləşən  obyektlərin,  yaşayış  məntəqələrinin  elektrik 
enerjisi  ilə  təchizində  mikro  SES-lərdən  də  istifadə 
olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər 
sosial məsələlərin də həllinə imkan yarada bilər. 
Naxçıvan  Muxtar  Respublikası  enerji  sistemi-
nin  ölkənin  əsas  enerji  sistemi  ilə  əlaqəsinin  olmadı-
ğını nəzərə alaraq, orta, kiçik, mikro su elektrik stan-
siyalarının  ilk  növbədə  Naxçıvan  Muxtar  Respubli-
kasında tikilməsi daha məqsədəuyğundur. 
Biokütlə enerjisi – Azərbaycan Respublikasın-
da  sənaye,  kənd  təsərrüfatı  və  sosial  xidmət  sahə-
lərinin  sürətli  inkişafı  biokütlədən  istifadə  etməklə 


60 
 
enerji  istehsalı  üçün  yeni  imkanlar  açır.  Ölkədə  bio-
maddələrin aşağıdakı mənbələri mövcuddur: 

 
yanma qabiliyyəti olan sənaye tullantıları;  

 
meşə  təsərrüfatı  və  ağac  emalı  sahələrinin 
tullantıları;  

 
kənd  təsərrüfatı  məhsulları  və  üzvi  birləşmə 
tullantıları;  

 
məişət və kommunal sahələrinin tullantıları;  

 
neft  və  neft  məhsulları  ilə  çirklənmiş  sahələr-
dən alınan tullantılar. 
 
2.3.
 
Azərbaycanın  mineral  resursları  və 
onlardan səmərəli istifadə edilməsi. 
Bəşəriyyətin  sosial-maddi  mədəniyyətinin    in-
kişafında  faydalı  qazıntıların  əhəmiyyəti  olduqca 
böyükdür.  Faydalı  qazıntılar,  demək  olar  ki,  səna-
yenin, maddi-texniki tərəqinin və dövlətin qüdrətinin 
əsasını təşkil edir. İnsanların bu və ya digər material-
lara  olan  ehtiyacları  əsasən  faydalı  qazıntılar  he-
sabına  ödənilir.  Bu  sərvətlər  böyük  bir  varlıq  olub, 
insanlar tərəfindən geniş istifadə edilir. 
Dünyada  mədən  sənayesinin  inkişafı  çox  qə-
dim  tarixə  malikdir.  Məsələn,  eramızdan  12  min  il 
əvvəl  qızılın,    6-4  min  il  əvvəl  neftin  istifadəsi 
məlum idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə