Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67


 
 
GİRİŞ 
 
Təbiətdən səmərəli istifadə edilməsi ekologiya 
və  iqtisadiyyat  elmlərinin  iştirakı  olmadan  qeyri-
mümkündür.  Bu  elm  sahələrinə  yalnız  iqtisadçılar 
yox, həm də təbiətşünaslar və təbiətdən istifadə üzrə 
ixtisaslaşan mütəxəssislər də yiyələnməlidirlər.  
Bazar iqtisadiyyatı şəraitində istehsal sahələri-
nin  inkişafında,  cəmiyyətin  istehlak  məhsullarına 
olan  tələbatın  ödənilməsində  təbiətdən  səmərəli  isti-
fadə  olunması  mühüm  iqtisadi  əhəmiyyət  kəsb  edir. 
Təbii resursların istehsal dövriyyəsinə cəlb olunması 
ərazinin əmək ehtiyatlarının zənginliyindən və isteh-
sal vasitələrinin inkişaf səviyyəsindən asılı olaraq da-
ha  da  intensivləşir.  Cəmiyyətin  ayrı-ayrı  inkişaf 
dövrlərində  istehsal  vasitələrinin  inkişaf  səviyyəsin-
dən asılı olaraq təbii resurslara təsir dairəsi bir-birin-
dən kəskin şəkildə fərqli olmuşdur. Son illərdə elmi-
texniki  tərəqqinin  inkişafı  təbii  resurslara  təsir 
dairəsini daha da intensivləşdirmişdir.  
Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı 
əlaqələrinin  inkişafı  mərhələsində  çoxsaylı  ekoloji 
problemiərin  həlli  üçün  əsas  baza  bütövlükdə,  iqti-
sadiyyatın  tarazlı  inkişafı,  onun  ekolojiləşdirilməsi 



 
və səmərəli idarə olunmasıdır. Bununla əlaqədar son 
dövrdə  ―Təbiətdən  istifadənin  iqtisadiyyatı‖  fənni 
formalaşmış və bu sahəyə təiəb artmaqdadır. Bu yeni 
fənnin  yaradılmasında  əsas  məqsəd  iqtisadiyyatın 
təbiətə  təsirini  hərtərəfli  öyrənmək  və  təbiətdən  sə-
mərəli istifadənin əsas istiqamətlərini müəyyənləşdir-
məklə  ekoloji  tarazlığın  saxlanması  yollarını  müəy-
yən etməkdən ibarətdir.  
Kursun  tədrisində  tələbələr  təbiət  və  cəmiyyət 
hadisələrinin ümumi qanunauyğunluqları, istehsal sa-
hələrinin  formalaşmasında  təbii  şərait  və  resursların 
iqtisadi  problemlərinə  dair  iqtisadi  biliklərə  yiyələ-
nirlər. Eyni zamanda yer kürəsində və onun ayrı-ayrı 
regionlarında  təbii  resursların  yerləşdirilməsi  qanu-
nauyğunluqları,  təbii  resursların  təsnifatı,  parametr-
ləri,  müxtəlif  istehsal  sahələrinin  inkişafında  iqtisadi 
qiymətləndirilməsi  əsaslandırılır.  Təbii  resurslardan 
istifadə zamanı iqtisädi tarazlı inkişafın gözlənilməsi, 
ərzaq təminatının təhlükəsizliyi, təbiətdən istifadənin 
hüquqi  əsasları,  qlobal  istiqamətləri,  enerji  resursla-
rının  iqtisadi  potensialı  ön  plana  çəkilmişdir.  Eyni 
zamanda  bioloji  resursların  iqtisadi  qiymətləndiril-
məsi,  təbiətdən  istifadənin  ekoioji  mahiyyəti,  təbii 
resursların istifadəsi zamanı təbii mühitin mühafizəsi 



 
sahəsində  beynəlxalq  əməkdaşlığın  inkişafı  kursun 
əsas məqsəd və vəzifələrindən hesab olunur.  
Dərs  vəsaiti  ―Təbiətdən  istifadənin  iqtisadiy-
yatı‖ fənninin proqramına müvafiq olmaqla aqrar iq-
tisadiyyat,  ətraf    mühit  ,  təbiəti  mühafizə  və  eko-
logiya (coğrafi ekologiya, ümumi ekologiya və s.) ix-
tisası  üzrə  təhsil  alan  tələbələr  üçün  nəzərdə  tutul-
muşdur. 
Təbiətdən  istifadənin  iqtisadiyyatına  dair  ya-
zılmiş  dərs  vəsaitindən  ali  məktəblərin  iqtisad  yö-
nümlü  bakalavr  pilləsində  oxuyan  tələbələr,  magist-
rantlar,  aspirantlar,  təbiətin  mühafizəsi  sahəsində 
çalışan mütəxəsislər də istifadə edə bilərlər. 
Bu dərs vəsaitində yuxarıda adı çəkilən sahələr 
üzrə  geniş  məlumat  verilməsə  də,  təbiətdən  istifa-
dənin  iqtisadiyyatı  və  ekoloji  məsələləri  ətrafında 
ümumi  nəzəri,  metodoloji  və  elmi-metodiki  məsə-
lələr əhatə olunmuşdur. 
Qeyd  etməliyik  ki,  təbiətdən  istifadənin  iqti-
sadi  və  ekoloji  əsasları  hüquqi  əsaslara  da  malikdir. 
Hüquqi əsaslar təbiətdən istifadə məsələsində xüsusi 
yer  tutmaqla  təbiətdən  istifadə  sahəsində  iqtisadi  və 
ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır. 
Kitabda təbiətdən istifadənin iqtisadi və ekolo-
ji əsasları ilə bağlı bir çox məsələlər təhlil edilmişdir: 


10 
 
tarazlı  inkişaf  konsepsiyasının  təbiətdən  istifadənin 
tədqiqində yeri; ekoloji-iqtisadi tələblər və bu sahədə 
qanunauyğunluqlar; bazar münasibətlərinin təbiətdən 
istifadədə  yeri  və  əhəmiyyəti;  təbii  ehtiyatların  qiy-
mətləndirilməsi;  proqnozlaşdırılması  və  planlaşdırıl-
ması;  ekoloji  və  iqtisadi  dəyərlərin  qiymətləndiril-
məsi;  çirkləndirməyə  görə  ödəmələr;  maliyyələşdir-
mə və ekoloji sahibkarlıq; təbiətdən istifadənin idarə 
edilməsi və s. 
Dərs  vəsaitində  təhlil  edilən  mövzular,  ayrı-
ayrı məsələlər fənlərarası mahiyyət kəsb edir. 
Dərs vəsaitində müvafiq qüsurlara  da rast gəl-
mək olar. Kitab haqqında öz təklif və mülahizələrini 
nəşriyyat  ünvanına  göndərəcək  oxuculara  müəllif 
qabaqcadan öz minnətdarlıgını bildirir.   
 
 


11 
 
 
 
I FƏSİL 
 
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATI 
FƏNNİNİN NƏZƏRİ ƏSASLARI 
 
1.1.
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı 
fənninin tarixi və mahiyyəti  
 
Azərbaycan  dövləti  daima  təbiətin  mühafizə-
sinə,  onun  sərvətlərinin  düzgün  istifadə  edilməsinə 
dövlət  əhəmiyyətli  bir  məsələ  kimi  yanaşır  və  ona 
qayğı  göstərir.  İstehsal  qüvvələrinin  inkişafının, 
müasir  miqyası  və  sürəti  (tempi),  ətraf  mühitin  mü-
hafizəsi  və  təbii  sərvətlərdən  düzgün  istifadə  olun-
ması  məsələlərinə  daha  ciddi  yanaşmağı  tələb  edir. 
Bu  məsələ  çox  böyük  iqtisadi  və  sosial  əhəmiyyət 
kəsb  edir.  Çünki,  söhbət,  insanların  sağlamlığının 
qorunmasından  və  müstəqil  ölkəmizin  milli  sərvət-
lərinin rasional istifadə olunmasından gedir. Bunlarla 
yanaşı,  bu  məsələ  insanlığın,  gələcək  nəslin  taleyini 
həll  edir.  Deməli,  bu  problemə  kompleks  surətdə, 
ümumdövlət mövqeyindən yanaşmaqla, ətraf mühitin 
vəziyyətini qətiyyətlə yaxşılaşdırmalı və bu işə nəza-
rət  gücləndirilməlidir.  Bu  məsələlərin  kəskinliyi  bir 
də  onunla  izah  edilir  ki,  indiyə  kimi  istehsalat 
sahəsində  təbiətdən  istifadə  prosesləri  idarəetmə 
sistemində müstəqil bir ünsür kimi çıxış etməmişdir. 
Bəzən  istehsalatın  inkşafı  məsələləri  həll  edilərkən, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə