Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

16 
 
inkişaf  səviyyəsindən  və  cəmiyətin  təbiət  haqqinda 
elmi biliyindən asılıdır. 
Onun fıkrincə, təbii resurslar istifadə baxımın-
dan iki qrupa ayrılır: 
1.
 
İnsanların  yaranması  üçün  labüd  olan  təbii 
varlıqlar;  
2.
 
Əmək vasitəsi olan təbii varlıqlar. 
Birinciyə su, hava, enerji, istehlak  materialları 
daxil  edilir.  İkinciyə  isə  istehsal  prosesi  üçün  lazım 
olan resurslar nəzərdə tutulur. Müasir mərhələdə təbii 
resurslardan istifadə üçün yeni texnologiyaların yara-
dılması cəmiyyətin tələbatına uyğun məhsullar isteh-
salının həyata keçirilməsinə əlverişli şərait yaratmış-
dır.   
Təbiətdən  istifadənin  iqtisadiyyatına  aid  məs-
lələri  öyrənərkən  respublikamızın  hörmətli  iqtisadçı-
ları  Ə.A.Mahmudov,  Z.Ə.Səmədzadə,  T.S.Vəliyev, 
A.G.Ələsgərov, 
N.Ə.Nəbiyev, 
Ş.Ə.Səmədzadə, 
Ə.Q.Əlirzayev, 
M.M.Sadıqov, 
M.C.Hüseynov, 
S.V.Salahov, 
M.X.Meybullayev, 
İ.V.Əhmədov, 
A.F.Abbasov, 
İ.A.Kərimov, 
K.A.Şahbazov, 
Z..S.Məmmədov,  Ş.Y.Göyçaylı,  T.Ə.İsmayılovun 
əsərlərinə müraciət edilmişdir 
  
 
 
 
 
 


17 
 
1.2.
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı 
fənninin 
predmeti, 
məqsəd 
və 
vəzifələri. 
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  elmi  təbiət 
və  cəmiyyət  sistemlərinin  ümumi  qanunauyğunluq-
larını öyrənir. Bu səbəbdən də bu elmin tədqiqat ob-
yekti "təbiət-cəmiyyət" sistemində baş verən ictimai, 
iqtisadi və ekoloji qanunauyğunluqların vəhdətidir. 
Təbətdən  istifadənin  iqtisadiyyatı  fənninin 
predmeti  insanların  təsərrüfat  fəaliyyətində  mühüm 
əhəmiyyət  kəsb  edən  təbii  resursların  hasilatı,  emalı 
və  istehsal  prosesində  yaranan  iqtisadi  münasibət-
lərin məcmusudur. 
Təbiət  təbii-tarixi  proseslər  və  qanunauyğun-
luqlar əsasında yaranmış və inkişaf etmişdir. Təbiətin 
özündən kənar heç bir ilkin yaradıcısı yoxdur. O öz-
özünə yaranmış, inkişaf etmişdir. 
Təbiətdən  istifadənin  iqtisadiyyatı  fənninin 
əsas  məqsədi  təbii  sərvətlərdən  səmərəli  istifadə 
olunmaqla  ictimai  istehalın  dinamik  inkişafına  nail 
olmaqdır. Bu məqsədə çatmaq üçün məhsuldar qüv-
vələrin  təbii  sərvət  mənbələrinə  yaxınlaşdırılması; 
istehsalın ərazi üzrə təşkilində təbii resursların poten-
sial  imkanlarının  nəzərə  alınması;  təbii  resursların 
istehsalında  elmi  proqnozlara  əsaslanmaq;  təbii  sər-
vətlərdən  istifadədə  ərazinin  təbii-iqtisadi  şəraitinin 
nəzərə alınması; təbii resursların istifadəsində müasir 
texnologiyalardan  istifadə  olunması  əsas  şərtlərdən 


18 
 
hesab olunur. 
Bu  elmin  əsas  vəzifəsi  təbiətdən  səmərəli 
istifadə  etməklə  cəmiyyətin  maddi  resurslara  olan 
tələbatını ödəməklə yanaşı, təbiətlə cəmiyyətin qarşı-
lıqlı  əlaqəsini  təmin  etməkdən  ibarətdir.  Həmçinin 
o,təbii  resursların  kəmiyyət  və  keyfiyyət  göstəricilə-
rindən  asılı  olaraq  iqtisadi  cəhətdən  qiymətləndiril-
məsini  müəyyənləşdirir.  Təbiətin  elmi  əhəmiyyətinə 
gəldikdə  qeyd  olunmalıdır  ki,  həyatın  inkişaf  qanu-
nauyğunluqları  müxtəlif  proseslərin  və  təbii  ha-
disələrin  dərk  olunması,  təbii  obyektlərin  müşahidə-
si; öyrənilməsi, təhlili və sintezi nəticəsində mümkün 
olur. 
İnsanla  təbiətin  qarşılıqlı  əlaqəsinin  təhlili 
ictimai elm sahələrinin ilk növbədə fəlsəfə elmlərinin 
inkişafını sürətləndirir. İnsanın təbiətə münasibətinin 
obyektiv  qiymətləndirilməsinin  elmi  əsasını  təbiətin 
dialektikası təşkil edir. 
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. 
İnsan öz şüuru ilə təbiəti öyrənərkən obyektiv qanun-
ları kəşf edir və bu qanunlara əsasən təbii qüvvələri 
və prosesləri cəmiyyətin istifadəsinə verir.  
Təbiətdən  istifadənin  əsas  vəzifələrindən  biri 
istehsal  vasitələrini  təkmilləşdirməklə  təbii  resursla-
rın istifadə xüsusiyyətləri, istifadə dərəcəsi və effek-
tivliyini  müəyyənləşdirməkdir.  İkinci  tərəf  isə  təbii 
resurslardan istifadə zamanı məhsuldarlığı artırmaqla 
yanaşı  insanın  yaşadığı  mühitin  mühafizəsinə  riayət 


19 
 
olunmasıdır. Hazırda bu məsələ təbiətdən istifadənin 
mühüm qlobal məsələləri kimi qiymətləndirilir. 
 
 
1.3.
 
Təbiətdən  istifadənin  iqtisadiyyatı 
fənninin  tədqiqat  metodları  və  elmlər 
sistemində mövqeyi. 
 
Təbiət insan şüurundan asılı olmayaraq zaman 
və  məkan  daxilində  mövcud  olan  sonsuz  bir  varlıq-
dır.  Təbiət  bir  tərəfdən  insanın  yaşamasını  təmin 
edən  bir  vasitə,  digər  tərəfdən  onun  fəaliyyətini  tə-
min  etmək  üçün  resurs  mənbəyidir.  İnsan  cəmiyyəti 
həmin  resurslardan  istifadə  üçün  elmi  əsaslarla 
təbiətə  təsir  metodlarını  müəyyənləşdirməyə  çalış-
mışdır. Təbiətdən istifadənin metodları müxtəlif elm-
lərin  qarşılıqlı  əlaqəsi  nəticəsində  mümkün  olmuş-
dur.  Təbiətdən  istifadə  nəticəsində  yaranan  müxtəlif 
elmi baxışlar təbiətdən istifadənin iqtisadiyyatının bir 
sıra  elmlərlə  qarşılıqlı  əlaqədə  olduğunu  sübuta 
yetirir. Bu elm təbiət və cəmiyyətdə baş verən iqtisa-
di  və  ictimai  hadisələrin  qanunauyğunluqlarını  öy-
rəndiyi  üçün  iqtisadi,  ictimai  və  dəqiq  elimlərlə  sıx 
əlaqəsi  vardır.  O  cümlədən  riyaziyyat,  iqtisadiyyat, 
tarix,  coğrafıya,  geologiya,  biologiya,  kimya,  fizika, 
texnika və s. qarşılıqlı əlaqədə inkişaf edir, formala-
şır. Bu elmlərin qarşılıqlı əlaqəsi özlüyündə təbiətdən 
istifadənin  metodlarını  müəyyənləşdirməyə  şərait 
yaradır.  Riyazi  metoddan  istifadə  olunması  geoloji 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə