Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

24 
 
yətin  yaşaması  və  inkişafını  təmin  edən  etibarlı 
zəmindir.  Dünyada  elə  bir  iqtisadi,  siyasi,  idarəedici 
və tənzimedici qüvvə yoxdur ki, ölkənin ekoloji rifa-
hını, insanla təbiət arasındakı qarşılıqlı əlaqələri tam 
tənzim  etsin  və  ona  zəmanət  versm.  ETT  əsasən 
yeraltı xammala əsaslanan ağır sənayenin və s. sahə-
lərin  inkişafını  təmin  edir,  digər  tərəfdən  ekoloji 
mühitdə gərginlik yaradır. 
Müasir dövrdə Respublikanın qarşısında duran 
əsas  problemlərdən  biri  təbii  sərvətlərdən  xüsusilə 
faydalı qazıntılardan səmərəli istifadə etməklə iqtisa-
di böhrandan çıxmaq və bazar iqtisadiyyatına qoşul-
maqdır. 
Ekoloji  təhlükəsizlik  baxımından  təbiətə  təsir 
prosesində  qəzaların,  təbii  fəlakətlərin  zərərverici 
xaratekrini öyrənmək, bunlara qarşı mübarizə tədbir-
lərini  aparmaq  bəşəri  problemlərə  çevrilmişdir.  İqti-
sadi  inkişafda,  ekoloji  mühitdə  baş  verən  texnogen, 
antropogen  təsirlərə  qarşı  mübarizənin  ən  səmərəli 
yolu  cəmiyyətlə  təbiət  arasındakı  qarşılıqlı  əlaqələ-
rin, insan rifahı ilə müasir texnikanın potensialı xid-
mət üsullarının əlaqələndirilməsi, ekoloji-iqtisadi ba-
xımdan təbii sərvətlərdən səmərəli istifadə edilməsi-
dir.  Antropogen-insan  fəaliyyəti  ilə  yaranmış  sosial 
mühit,  texnogen-texnikanın  tətbiqi  ilə  əlaqədar  ya-
ranmış  sosial  mühitdir.  Təbiətqoruyucu  və  resursqo-
ruyucu fəaliyyətdə insanlar təbiətə təsir proseslərində 
hansı  səmərəli  yolları  seçsələr  də  bu  və  ya  digər 
ekoloji mühitdə də ideal saflığın saxlanılmasına nail 


25 
 
olmalıdırlar. Cəmiyyət elə bir müxtəsər, ideal qüvvə-
yə malik deyil ki, özünü antropogen, texnoloji neqa-
tiv təsirlərdən tam qoruya bilsin, yerin, səmanın təbii 
fəlakətlərindən özünü müdafiə etmək bacarığına ma-
lik olsun. Təbiətə təsirin, onun sərvətlərindən istifadə 
etməyin əsas məqsədi və son nəticəsi əhalinin maddi 
mənəvi  tələbatını  ödəmək  naminə  iqyisadiyyatın 
səmərəli inkişafına nail olmaqdır. 
Təbiətqoruyucu  və  resursqoruyucu  fəaliyyətin 
metodiki  əsasları  aşağdakı  sistem  üzrə  həyata  keçi-
rilir.  
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. Təbiətqoruyucu və resursqoruyucu 
fəaliyyətin metodiki əsasları. 
 
 
Bazar  münasibətlərinə  keçid  dövründə  təbiət-
dən  istifadə  edilməsində  elə  bir  iqtisadi  mexanizm 
İqtisadi-ekoloji 
sistem 
 
İqtisadi 
təşkilatı 
qarşılıqlı 
əlaqələr 
 
İqtisadi 
demoqrafık 
qarşılıqlı
 
əlaqələr
 
Sosial 
iqtisadi 
qarşılıqlı 
əlaqələr 
İqtisadi 
ekoloji 
qarşılıqlı 
əlaqələr 
Texniki 
iqtisadi 
qarşılıqlı  
əlaqələr 


26 
 
fəaliyyətdə  olmalı  idi  ki,  rəqabətə  davam  gətirə  bil-
sin,  insanlara,  ətraf  mühütə  mənfi  təsir  edən 
texnogen  və  antropogen  istehsaldan  ekoloji-iqtisadi 
səmərəli münasibətlərə kecməyi təmin etsin. 
İqtisadi  mexanizm  konsepsiyasına  uyğun  tə-
biətdən istifadə edilməsinin strategiyası o vaxt səmə-
rəli  və  təsirli  olar  ki,  xalq  təsərrüfatı  kompleksində 
strateji  konsepsiya  fəaliyyətdə  olsun.  Təbiətdən  isti-
fadə  konsepsiyası  xalq  təsərrüfatı  sahələrinin  sosial 
inkişafı  ilə  əlaqəli,  geniş,  hərtərəfli  olmalı,  və  ya 
digər  istehsal  sahəsinin,  ərazinin  təbiəti  mühafızə 
tədbirlərini əhatə etməlidir.  
Xammal  ehtiyatları  ilə  ondan  əldə  edilən  son 
məhsulun səmərəsi arasında sosial iqtisadi vəhdət ol-
ması vacibdir. 
Təbiətdən  istifadədə  tətbiq  edilən  iqtisadi  me-
xanizmi üç təmaüldə aparmaq olar: 
1.
 
Təbiətdən istifadəni bir qədər məhdudlandıran 
optimallaşdıran ekoloji iqtisadi mexanizmi. 
2.
 
Ciddi cərimə, vergi hüquqi sanksiya tətbiqi şə-
raitində  təbiətdən, onun elemenlərindən səmə-
rəsiz istifadə edilməsinə qarşı mübarizə. 
3.
 
Təbii sərvətlərdən istifadə edilməsində ekoloji 
mühitin,  təbii  şəraitin  saxlanılmasında  maddi 
maraq  yaradılması,  mütərəqqi  texnika,  tex-
noloji  üsullar  tətbiqi  vasitəsilə  iqtisadi-ekoloji 
səmərəliyinin  artırılması,  təkrar  xammalların, 
istehsal tullantılarının kompleks emalı. 


27 
 
Təbiəti  mühafızə  və  resurs  qoruyucu  fəaliyyət 
üzrə təşkilati-texniki tədbirlər aşağıdakı plan üzrə hə-
yata keçirilir.   
 
Təbiəti 
mühafizə 
vasitələri 
Təbiəti mühafizə və resurs qoruyucu fəaliyyətin 
istiqamətləri 
Sənaye üzrə  Xammal və materialın emalı hazırlanması 
(xammal və materialın qarışıqdan təmizlənməsi 
və s.) 
Xammal və materialların yeni növlərinin 
işlənməsi (qazın sıxlaşdırılması) 
Tam məhsulun alınması üsulunun dəyişdirilməsi 
(yeni texnoloji proseslərin işlənməsi) 
Texnoloji proseslərin təkmilləşdirilməsi (daha 
səmərəli texnoloji aqreqatların tətbiqi) 
Sanitariya 
üzrə 
Tullantıların
 təmizlənməsinin səmərəli 
üsulunun 
seçilməsi
 və digər məhsulların 
alınması üzrə əlavə texnoloji dövrün 
yaradılması 
İstirahət 
zonasının 
inkişafı üzrə 
Planlaşdırma (yaşayış binası, mədəni-məişət və 
isrehsal təyinatlı binalar, yeraltı və yerüstü 
yolların tikintisi) Suvarma (kanal, gölməçə və 
hovuzların tikintisi, şəhər, qəsəbələr arasındakı 
çayların təmizlənməsi, enləndirib 
dərinləşdirilməsi) 
Yaşıllaşdırma (Parklar və bağların salınması, 
yaşıllıq, güllük və ev əkinlərinin inkişaf 
etdiriməsi) 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə