Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39444
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

36 
 
Sənaye  və  ASK  sisteminə  daxil  olan  bölmədə 
torpaqdan,  su  ehtiyatlarından,  meşələrdən  və  digər 
təbii resurslardan istifadə edilir. Bundan başqa isteh-
sal prosesində texnoloji amillərlə yanaşı təbii bioloji 
ehtiyatlar da mühüm rol oynayır.Təbii sərvətlər həm-
çinin bitkilər, heyvanlar və mikroorqanizmlər, torpaq 
örtüyü, meşə və su ehtiyatları iqlim amilləri ilə üzvi 
əlaqəyə  girərək  yüksək  cəmiyyət  üçün  lazım  olan 
məhsulun  formalaşdığı  ekoloji  iqtisadi  sistem 
yaradır.  Beləliklə,  bioloji  qanunlar  bir  tərəfdən 
təbiətin  inkişaf  qanunları  ilə,  digər  tərəfdən  isə 
iqtisadi  qanunlarla  rastlaşaraq  həm  sənaye,  həm  də 
ASK 
sisteminin 
idarə 
olunmasının 
bütün 
səviyyələrində özünü büruzə verir. 
Təbii  resuslara  ərzaq  məhsullarının  və  sənaye 
üçün  başlıca  xammal  mənbəyinin  cəmiyyətin  həyat 
fəaliyyətini  təmin  edən  əsas  şərt  kimi  baxmaq 
lazımdır.  İnsan  cəmiyyəti  inkişaf  etdikcə  sənaye 
sahələrinin  gücü  artır.  Yeni  obyektlər  tikilir,  əkin 
dövriyyəsinə  yeni  torpaqlar  cəlb  edilir.  Torpaqların 
məhsuldarlığının  artırılması  üzrə  tədbirlər  həyata 
keçirilir. Beləliklə cəmiyyət artmaqda olan tələbatını 
daha çox təbii resurslardan istifadə etməklə ödəməyə 
çalışır. 
Torpaq, su və təbii xammaldan səmərəli istifa-
də  edilməməsi  ekoloji  tarazlığın  pozulmasına  səbəb 
olur.Bu  sənaye  üzrə  iqtisadi  ekoloji  sistemin  təmin 
edilməsini  zəruri  edir.  Bu  baxımdan  az  tullantılara 
nail  olmaq,  havanı  zəhərləyən  qazların  qarşısının 


37 
 
alınması,  suya  axıdılan  zərərli  maddələrin  ləğv 
edilməsi  Bakı,  Sumqayıt,  Şirvan,  Naxçıvan,  Min-
gəçevir və Şəmkirdə atmosferə tullanan zəhərli mad-
dələrin həmcinin azaldılması, qurunt sularının aradan 
qaldırılması üçün ciddi tədbirlərin həyata keçirilməsi 
zəruridir. 
İnsanların fəaliyyəti prosesındə ekoloji  amillər 
ilə qarşılıqlı əlaqəyə girməsi artıq muasir cəmiyyətin 
təlabatına  çevrilərək  ekoloji-iqtisadi  sistemi  forma-
laşdırır.  Odur  ki,  təbiətdən  istifadə  edilməsinin  və 
ətraf  mühitin  mühafizəsinin  idarə  olunması 
tərəqqipərvər  bəşəriyyətin,  cəmiyyətin  qarşısında 
duran  başlıca  vəzifədir.  Bu  məsələnin  qoyuluşu  və 
həlli  kompleks  qiymətləndirilmədikdə  heç  bir  nəticə 
vermir. 
Azərbaycan  Respublikasında  ekoloji  tarazlığın 
pozulmasının    qarşısının  alınması  üçün  ilk  növbədə 
dövlət investisyaları artırmaqla ətraf mühitə atılan zə-
hərləyici maddələrin azalmasına nail ola bilir. Ehtiyat-
ların  rasional  istifadəsi  və  ətraf  mühitin  mühafizəsi 
üzrə monitorinqlər keçirilir. Monitorinq insanların tə-
sərrüfat fəaliyyəti ilə əlaqədar olaraq təbii mühitdə baş 
verən dəyişikliklərə nəzarət və müşahidə sistemidir. 
Monitorinq  aşağıdakı  qaydaların  reallaşdırıl-
ması yolu ilə həyata keçirilir. 
1.
 
Müşahidə obyektinin müəyyən edilməsi. 
2.
 
Müşahidə edilmiş obyektin tədqiq edilməsi. 


38 
 
3.
 
Müşahidə obyekti üçün informasiya modelinin 
tərtib edilməsi. 
4.
 
Ölçülərin müəyyən edilməsi. 
5.
 
Obyektin informasiya  modelinin  indentifıkasi-
yası. 
 
Ölkədə  belə  monitorinq  dövlət  orqanları  tərə-
findən  həyata  keçirilir.  Buna  Azərbaycan  Respubli-
kası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  rəhbərlik 
edir. Vahid Dövlət Ekoloji Monitorinq Sisteminə aşa-
ğıdakı dövlət orqanları daxil edilə bilər (VDEMS). 
 
1.
 
Monitorinq və hidrometoroloji xidmət idarəsi. 
2.
 
Torpaq  resusları  və  yer  quruluşu  üzrə  dövlət 
komitəsi. 
3.
 
Meşə təsərrüfatına xidmət idarəsi. 
4.
 
Azərbaycan  Respublikasi  Kənd  Təsərrüfatı 
Nazirliyi. 
5.
 
Geodeziya  və  kartoqrafıya  xəritə  xidməti  ida-
rəsi. 
6.
 
Dağ və sənaye nəzarəti xidməti idarəsi. 
7.
 
Səhiyyə Nazirliyi. 
8.
 
Mühafızə Nazirliyi. 
9.
 
Dəniz və çay dənizçiliyi Naziriiyi. 
10.
 
İqtisadi inkişaf nazirliyi. 
11.
 
Əmək və əhalinin sosial müdafiələri nazirliyi. 
 
Müasir  şəraitdə  ətraf  mühitin  mühafizəsi  və 
təbiətdən istifadənin dövlət tərəfindən tənzimlənməsi 


39 
 
müəyyən  proqnoz  sənədlərinin  tərtib  olunmasını 
tələb edir. 
Təbii  sərvətlərdən  səmərəli  istifadə  edilməsi 
aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri edir. 
1.
 
Su  resuslarından  istifadə  -  onun  qorunması, 
səmərəli istifadə, istifadə texnologiyası, itkisiz 
istifadə, mineral sulardan istifadə. 
2.
 
Atmosfer - havanın qorunması. 
3.
 
Torpaqdan  istifadə  -  erroziyanın  qarşısının 
alınması,  əkin-bağın  və  otlaqların  qorunması 
tədbiriəri. 
4.
 
Meşə  resurslarından istifadə  -  meşə  qırılması-
nın qarşısını alınması, meşələrin cavanlaşdırıl-
ması. 
5.
 
Balıq ehtiyatlarının təkrar istehsalı. 
6.
 
Mineral  xammal  -  material,  metal  və  qeyri  - 
metaldan səmərəli istifadə. 
Bunlardan  başqa  dövlət  ətraf  mühitin  müha-
fızəsini iqtisadi - inzibati yolla tənzim edir. 
1.
 
Xüsusi nəzarət komitələri dövlət olaraq sənaye 
müəssisələrinin ətraf mühitin çirklənməsi nor-
masını  ölçərək  onlara  nəzarət  edir.  Həmin 
müəssisələr bu normaları pozarlarsa onlara bö-
yük həcmlə vergi qoyurlar. 
2.
 
ETT-nin inkişafına nəzarət. 
3.
 
Təşkilatı-texniki tədbirlər buraya daxildir.  
 Ətraf mühitin mühafizəsinin sənaye üsulu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə