Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 

      Üçüncü səviyyə özündə kifayət qədər inkiĢaf etmiĢ kobud fonetik və 
leksik-qrammatik  qüsurları  olmayan,  amma  fonetik,  leksik  və 
qrammatik cəhətcə ayrı-ayrı qüsurları olan danıĢıq nitqini əks etdirir.  
Loqopediya burada qanunauyğunluqlara əsaslanaraq dili sistemli Ģəkildə 
öyrənir və hər hansı qanunauyğunluqdan  kənar halları müəyyənləĢdirir.  
Nitq  qüsurlarını  psixi  inkiĢafın  digər  tərəfləri  ilə  əlaqəsi  prinsipi. 
Məlumdur  ki,  nitq  fəaliyyəti  uĢağın  bütün  psixikası  ilə  onun  müxtəlif 
prosesləri:  sensor,  intellektual  və  effektiv  iradı  sferalar  ilə  sıx  əlaqədə 
formalaĢır və fəaliyyət göstərir. UĢaqda bu və ya digər psixi proseslərin 
gediĢinin  özünəməxsus  fərdiliyinin  açılması  anormal  uĢaqda  bu  və  ya 
digər nitq qüsurunun baĢ verməsini baĢa düĢməyə imkan verir. Belə ki, 
görmənin  zəifləməsi,  görmə  analizatorunun  kompensator  imkanlarının 
azalması  nəticəsində  aleksiya  və  aqrafiya  kimi  qüsurlar  daha  ağır 
formada keçəcəkdir. Nitq qüsurları və psixikanın bu və ya digər tərəfləri 
arasında əlaqənn öyrənilməsi, nitq qüsurunun yaranmasında iĢtirak edən 
psixi proseslərə təsir etmək yollarını tapmağa kömək edə bilər.  
 
 
 
 
   


 
10 
NİTQ APARATININ ANATOMİK-FİZİOLOJİ       
                          QURULUŞU 
 
      UĢaqlarda  düzgün  və  rəvan  nitqi  formalaĢdırmaq,  onlarda  mövcud 
nitq çatıĢmamazlıqlarını aradan qaldırmaq üçün onun normal anatomik-
fizioloji  aparatı  haqqında  biliklər  olmalıdır.  Nitq  aparatı  bir-biri  ilə  sıx 
qarĢılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik 
(icraedici) hissədən ibarətdir.  
    Mərkəzi nitq aparatı baĢ beyində yerləĢir və o, baĢ beyin qabığından 
(daha  çox  sol  yarımkürə),  qabıqaltı  düyünlərdən,  ötürücü  yollardan, 
beyin  kökünün  (uzunsov  beynin)  nüvəsindən  və  tənəffüs,  səs  və 
artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir.  
Nitq ali sinir fəaliyyətinin digər sahələri kimi reflekslər əsasında inkiĢaf 
edir.  Nitq  refleksləri  beyinin  müxtəlif  sahələrinin  fəaliyyəti  ilə 
əlaqədardır.  Lakin  beynin  qabığının  müəyyən  hissələri  nitqin 
yaranmasında  daha  böyük  rol  oynayırlar.  Bu  sol  yarımkürənin  gicgah, 
ənsə  və  peysər  hissələridir.  Alın  qırıĢlarının  alt  hissələri  nitqin  hərəkət 
sahəsi  olub  insanın  özünün  nitqinin  yaranmasında  iĢtirak  edir.  (Brok 
mərkəzi).  Yuxarı  gicgah  qırıĢları  nitq-eĢitmə  sahəsi  olub  səs 
qıcıqlandırıcılarını qəbul etməkdə iĢtirak edir. (Vernike mərkəzi). Beyin 
qabığının  ənsə  payı  isə  nitqin  baĢa  düĢülməsini  təmin  edir.  Peysər 
hissədə görmə mərkəzi yerləĢir və o, yazılı nitqi qavramağa imkan verir. 
Bundan  baĢqa  görmə  eyni  zamanda  böyüklərin  artikulyasiyasını 
qavramağa kömək edir.  
    Qabıqaltı düyünlər nitqin ritm, temp və ifadəliliyinə təsir göstərir.  
    Ötürücü  yollar.  BaĢ  beyin  qabığı  danıĢıq  üzvləri  ilə  iki  cür  sinir 
yolları ilə əlaqədardır: mərkəzəqaçan və mərkəzdənqaçan sinirlər.  
     Mərkəzdənqaçan  (hərəki)  sinir  yolları  pereferik  nitq  aparatının 
fəaliyyətini  tənzimləyən  əzələləri  baĢ  beyin  qabığı  ilə  əlaqələndirir. 
Mərkəzdənqaçan sinir öz yolunu baĢ beyin qabığının Brok mərkəzindən 
baĢlayır.  
Ətrafdan  mərkəzə,  yəni  danıĢıq  üzvlərindən  baĢ  beyin  qabığına  gedən 
yollara isə mərkəzəqaçan sinirlər daxildir.  
     Mərkəzəqaçan  yol  proproreseptorlardan  və  baroreseptorlardan 
baĢlayır.  Proprioreseptorlar  əzələlərin,  vətərlərin  içərisində  və  hərəkət 
üzvlərinin  oynaq  sahələrində  yerləĢir.  Proprioreseptorlar  əzələ 
yığılmalarının təsiri altında qıcıqlanırlar.  
     Baroreseptorlar udlaqda yerləĢir və onlara edilən təsirin dəyiĢməsi ilə 
qıcıqlanır.  Ġnsan  danıĢarkən  proprio  və  baroreseptorların  qıcıqlanması 


 
11 
baĢ  verir.  Mərkəzəqaçan  yollar  nitq  üzvlərinin  bütün  fəaliyyətinin 
ümumi tənzimləyicisi kimi mühüm rol oynayır.  
    Beyin  kökünün  nüvəsində  kəllə-beyin  sinirləri  öz  baĢlanğıcını 
götürür.  Bütün  pereferik  nitq  aparatının  üzvləri  kəllə-beyin  sinirləri  ilə 
innervasiya  (hər  hansı  bir  üzvün  və  ya  toxumanın  sinif  hüceyrələri  ilə 
təmin olunması) olunur. 
    Bunlardan əsasları üçlü, üz, dil-udlaq, azan, əlavə və dilaltı sinirlərdir.  
    Üçlü  sinir  alt  çənənin  hərəkətə  gətirən  əzələləri,  üz  siniri  mimiki 
əzələləri,  o  cümlədən,  dodaq,  yanaq  əzələlərini  innervasiya  edir.  Dil-
udlaq  və  azan  sinir,  qırtlaq,  səs  büküĢləri,  udlaq  və  yumĢaq  damaq 
əzələlərini, əlavə sinir boyun əzələlərini, dilaltı sinir isə dilin əzələlərini 
innervasiya edir.  
   Bundan  əlavə  dil-udlaq  sinirləri  dilin  hissiyyat  siniri  hesab  edilir. 
Azan sinir isə tənəffüs və ürək əzələlərinin innervasiyasını təmin edir.       
   Pereferik  nitq  aparatı  3  Ģöbədən  ibarətdir  «nəfəs»,  (tənəffüs),  səs  və 
artikulyasiya. 
   1.Nəfəs Ģöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir.  
   Tələffüz  nəfəslə  sıx  əlaqədardır.  Nitq,  nəfəs  vermə  aktında  baĢ  verir. 
Bu  zaman  hava  axını eyni  zamanda,  həm  səs  yaradıcı,  qaz  mübadiləsi, 
həm də artikulyasiya funksiyası daĢıyır. DanıĢıq zamanı  nəfəs alma və 
vermə  adi,  susqunluq  vəziyyətindən  kəskin  fərqlənir.  DanıĢan  zaman 
insanın  nəfəs  alması  qısa,  nəfəs  verməsi  isə  sürəkli  olur.  Nitq 
tənəffüsünün  daha  bir  fərqli  cəhəti  vardır  ki,  danıĢıq  zamanı  nəfəs 
vermədə  qarınboĢluğunun  və  qabırğalararası  daxili  əzələləri  də  iĢtirak 
edir.  Bu  nəfəs  vermənin  dərin  və  sürəkliliyi,  səsli  nitqin  yaranmasını 
təmin edir.  
   Səs Ģöbəsi qırtlaq və səs tellərindən ibarətdir. Qırtlaq geniĢ qısa boru 
olub,  qığırdaq  və  yumĢaq  toxumadan  əmələ  gəlmiĢdir.  O,  boyunun  ön 
hissəsində  yerləĢir  və  irəlidən,  yanlardan  əllənir.  Yuxarıdan  qırtlaq 
udlağa, aĢağıdan isə nəfəs borusuna (traxeyaya) keçir.  
   Qırtlaqla udlaq arasında qırtlaqüstü yerləĢir. O, qığırdaq toxumasından 
əmələ gəlib, dilçək və ya ləçək formasında olur. Qırtlaqüstünün ön səthi 
dilə,  arxa  hissəsi  isə  udlağa  doğru  uzanır.  Qırtlaqüstü  udma 
hərəkətlərində  aĢağı  düĢüb  qırtlağa  giriĢi  bağlayaraq  oraya  qida, 
tüpürcək və yad cisimlərin düĢməsindən qoruyan tıxac rolunu oynayır.  
Qırtlağın  içərisində  onun  giriĢindən  bir  qədər  kənarda  səs  keçidi 
yerləĢir.  O,  səs  tellərindən  yaranaraq  adi  tənəffüsdə  geniĢ  açılaraq 
bərabəryanlı  üçbucaq  formasını  alır.  bu  zaman  alınan  və  verilən  hava 
axını səssiz həmin geniĢ səs keçidindən keçir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə