Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 
18 
normal hal  və ya patologiya olduğunu müəyyənləĢdirmək üçün loqoped 
uĢağın nə vaxt ilk sözləri deyəcəyi mərhələni bilməlidir. Digər tərəfdən 
nitq  inkiĢafının  qanunauyğunluqları  haqqında  biliklər,  həm  də  nitq 
qüsurunun düzgün diaqnostikasına da kömək edir.  
Bəzən  mütəxəssislər  3  yaĢlı  uĢağın  nitq  qüsurlarını  aradan  qaldırmaq 
üçün  loqopedin  yanına  göndərirlər.  Loqopedin  apardığı  müayinə 
nəticəsində  məlum  olur  ki,  uĢağın  nitqi  normal  inkiĢaf  edir.  Belə  ki, 
göstərilən  yaĢda  nitqin  normal  inkiĢafında  bəzi  səslər  səhv  tələffüz 
oluna  bilər.  Bu  hal  fizioloji  pəltəklik  adlanaraq  qanunauyğun  hesab 
edilir  və  artikulyasiya  aparatının  lazımi  qədər  formalaĢmaması  ilə 
Ģərtlənir. 
    Bundan əlavə, ontogenez prosesində uĢaqların nitq inkiĢaf qanunlarını 
bilmək  düzgün  korreksiya-tərbiyə  iĢini  qurmağa  kömək  edir.  Məs: 
alaliyalı  uĢağa  korreksiya  iĢini  tətbiq  etməmiĢdən  qabaq,  loqoped 
hökmən  bilməlidir  ki,  bütün  uĢaqlarda  ilkin  olaraq,  nitqin  baĢa 
düĢülməsi, sonra isə nitq inkiĢaf edir. Buna görə də belə uĢaqlara aktiv 
nitqi inkiĢaf etdirmək heç bir müsbət nəticə verməyəcəkdir.          
    Tədqiqatçılar  uĢaqlarda  nitqin  yaranması  və  inkiĢafını  müxtəlif 
mərhələlərə ayırırlar.  
    A.N.Qvozdev  uĢaqların  nitq  inkiĢafı  mərhələlərini  səsin  yaranması, 
sözlərin  iĢlənməsi,  söz  birləĢmələri  və  cümlə  konstruksiyalarından 
istifadəyə bölmüĢdür.  
    Q.Ġ.Rozenqrad – Pupko  nitqin formalaĢma və inkiĢafını 2 mərhələyə 
hazırlıq (2 yaĢa qədər) və nitqin müstəqil formalaĢmasına bölmüĢdür.  
    Nitqin  inkiĢaf  mərhələləri  göstərdiyimiz  kimi  müxtəlif  cür  təsnif 
olunmuĢdur.  
    Müasir  dövrdə  istifadə  edilən  bölgü  A.N.Leontyevin  mərhələləridir. 
O, nitqin, yaranmasını 4 mərhələyə ayırmıĢdır: 
    I-hazırlıq  mərhələsidir.  Bu  uĢaq  anadan  olandan  1  yaĢa  qədər  dövrü 
əhatə edir.  
    II-məktəbəqədər  yaĢ  dövründən  qabaqkı  mərhələdir.  Bu  mərhələ  1 
yaĢdan 3 yaĢa qədərki dövrü əhatə edir. 
III-məktəbəqədər – 7 yaĢa qədər. 
IV-məktəb dövrü -- 7 yaĢdan 17 yaĢa qədər ki, dövr. 
   Qısaca da olsa, bu mərhələlər haqqında məlumat verək.Göstərdik ki, I 
mərhələ  –  hazırlıq  mərhələsi  adlanır.  Bu  dövrdə  uĢağın  anadan 
olmasından sonra onda səs reaksiyaları: qıĢqırıq, ağlama meydana gəlir. 
Düzdür  bu  səslər  danıĢıq  səslərindən  fərqli  olsalar  da  nitq  aparatının 
nəfəs,  səs  və  artikulyasiya  hisslərinin  müxtəlif  və  incə  hərəkətlərinin 


 
19 
inkiĢafına  kömək  edir.  Ġki  həftədən  sonra  uĢağın  səslərə,  danıĢana 
reaksiya verdiyi, ağlamağı kəsmək, qulaq asmaq, səs gələn tərəfə baĢını 
çevirmək  müĢahidə  edilir.  Bir  ayın  tamamında  körpə  oxuyan  lay-lay 
mahnısı  ilə  sakitləĢir.  Sonralar  isə  danıĢan  adama  tərəf  baĢını 
döndərməyə,  gözləri  ilə  onu  izləməyə  baĢlayır.  tezliklə  körpə  səsin 
intonasiyasını  fərqləndirməyə  baĢlayır:  mehriban  səsə  sakitləĢir, 
oynayır, kəskin səslə ağlayır.  
    2 ayında qığıldama yaranır və 3 ayında hecalarla səslənmə (aqu-aqu, 
ta-ta,  ba-ba,  ma-ma)  baĢlanır.  Hecalarla  səslənmə–qeyri-müəyyən 
artikulyasiyalı  səslərin  birləĢməsidir.  5  ayında  uĢaq  səsləri  eĢidir  və 
ətrafdakıların artikulyasiyasına uyğun yamsılamağa çalıĢır. Hər hansı bir 
hərəkətin  dəfələrlə  təkrarı  hərəkət  vərdiĢlərinin  möhkəmlənməsinə 
səbəb olur. 6 ayında yamsılama ilə uĢaq ayrı-ayrı hecaları təkrar etməyə 
baĢlayır (ma-ma, ba-ba-ba, ta-ta-ta, qa-qa-qa, də-də və s.). 
    Beləliklə
tədricən  uĢaq  yamsılamaqla  səsli  nitqin  bütün 
elementlərinə: fonem, ton, temp, ritm, melodiklik və intonasiyaya səbəb 
olur.  
    Ġkinci  yarımildə  uĢaq  müəyyən  səs  birləĢmələrini  qavrayır  və  onları 
əĢya,  yaxud  hərəkətlə  bağlayır  (bip,  üfə  və  s.).  Bu,  sözlərin  yadda 
saxlanması və onlara reaksiya verməsinə kömək edir.  
    7-9  ayında  uĢaq  böyüklərin  ardınca  müxtəlif  və  çoxlu  səs 
birləĢmələrini yamsılaya bilir.  
    10-11  aylarında  intonasiya  və  Ģəraitdən  asılı  olma-yaraq  sözlərin 
özlərinə reaksiya yaranır. Bu zaman uĢağın nitq mühitinin onun nitqinin 
formalaĢmasına  çox  böyük  təsiri  vardır.  Bir  yaĢında  artıq  ilk  sözlər 
deyilməyə baĢlayır.  
    II  mərhələ-məktəbəqədər  yaĢdan  əvvəlki  dövrdür.  UĢaqda  ilk 
sözlərin  meydana  gəlməsi  ilə  hazırlıq  mərhələsi  bitmiĢ  olur.  Və  onda 
fəal  nitqin  yaranması  baĢlayır.  Bu  zaman  uĢaqda  onu  əhatə  edənlərin 
artikulyasiyasına  xüsusi  diqqət  yaranır.  O,  özü  dəfələrlə  (danıĢmanı) 
danıĢanı yamsılayır və özü müstəqil sözləri ifadə edir. Bununla yanaĢı, 
o,  səsləri  qarıĢdırır,  yerlərini  dəyiĢik  salır,  buraxır  və  tələffüzünü təhrif 
edir. 
    UĢağın ilk sözləri ümumi məna xarakteri daĢıyır. Belə ki, eyni sözlə 
ya  da  söz  birləĢməsi  ilə  həm  əĢyanı,  həm  istəyini,  həm  də  hisslərini 
adlandıra  bilər.  Məs:  ata  sözü  həm  atanın  kəlməsini,  həm  atanı 
istəməsini, həm də incəlikliyini bildirə bilər. Buna görə də stiuasiyadan 
asılı olaraq uĢağı baĢa düĢmək olar. Belə nitq stiuasiyası nitq adlanır və 
jest-mimika ilə müĢayiət olunur.  


 
20 
    Göstərmək  lazımdır  ki, 2  yaĢdan  3  yaĢa  qədər  uĢağın  lüğətində  artıq 
çoxlu söz olur. Məs: 1 yaĢ 6 ayında 10-15, 2  yaĢın sonuna 300 söz, 3 
yaĢında 1000-ə qədər söz ola bilir. 
    3  yaĢın  əvvəlində  uĢaqda  nitqin  qrammatik  quruluĢu  formalaĢmağa 
baĢlayır.  
    Əvvəl  uĢaq  arzu  və  istəyini  eyni  bir  sözlə,  sonra  primitiv  ifadə  ilə 
(ata, appa, mə, dəd-ata mənimlə gəzməyə gedək), sonra isə uzlaĢma və 
idarə əlaqələrinin əlamətləri olan cümlələrlə bildirir.  
    3 yaĢda artıq uĢaqlar isimləri tək və cəmdə, felləri isə Ģəxs, kəmiyyət 
və zamana görə dəyiĢmək vərdiĢlərinə praktik olaraq yiyələnmiĢ olurlar.  
    III mərhələdə – məktəbəqədər yaĢ dövrüdür.  
Qeyd etmək lazımdır ki, bu mərhələdə uĢaqların çox hissəsində düzgün 
olmayan səs tələffüzü müĢahidə edilir. (s, z, Ģ, j, f, v, c, y) 
    3  yaĢından  7  yaĢına  qədər  olan  mərhələdə  uĢaqlarda  öz  tələffüzünə 
eĢitmə  vasitəsi  ilə  nəzarət  etmək  və  müəyyən  imkan  daxilində  onu 
düzəltmək  vərdliĢləri  inkiĢaf  edir.  baĢqa  sözlə  lüğət  tərkibi  çox  böyük 
surətlə zənginləĢir. Belə ki, uĢağın 4-6 yaĢında aktiv lüğət ehtiyatı 3000-
4000 sözə çatır. Sözlərin mənası daha da dəqiqləĢir və çox zənginləĢir. 
UĢaqda  «nitq  duyumu»  -  nitqlə  ünsiyyət  təcrübəsi  artdıqca  söz 
yaradıcılığı,  sintaktik  əlaqələrdən  istifadə  bacarığı  nitqi  hissetmə 
formalaĢır.  4  yaĢında  uĢaq  sadə  və  mürəkkəb  cümlələrdən  istifadə  edə 
bilir.  
    5 yaĢında nisbi olaraq tabesiz və tabeli mürəkkəb cümlələrdən istifadə 
edir.  («sonra  biz  evə  getdik,  anam  bizə  qoğal  verdi».  «Mən  anamı  çox 
sevirəm,  çünki  o,  mənim  üçün  oyuncaq  alır»).  Bu  yaĢdan  etibarən, 
uĢaqların  danıĢığı  qısa  hekayətlərə  oxĢayır.  Söhbət  zamanı  onların 
suallara cavabı daha çox cümlələrdən ibarətdir.  
    Məhz  5  yaĢında  nitqin  ən  ağır  növü  monoloji  nitq  formalaĢmağa 
baĢlayır.  
    Bu mərhələdə fonetik qavrama daha da yaxĢılaĢır. UĢaq əvvəl sait və 
samit səsləri, sonra yumĢaq və bərk samitləri, ən nəhayət isə sonor, fitli 
və fısıltılı səsləri diferensiallaĢdırmağa baĢlayır.  
    Məktəbəqədər  yaĢ  dövründə  tədricən  kontekstli  (ümumiləĢmiĢ, 
yayındırılmıĢ, əyani dayaqdan məhrum) nitq formalaĢır. Kontekstli nitq 
əvvəlcə uĢağın nağılları, hekayələri nəql etdiyi zaman sonra isə öz həyat 
təcrübəsində  qarĢılaĢdığı  hər  hansı  bir hadisəni təsvir  edəndə  meydana 
çıxır.  
    IV mərhələ – məktəb dövrüdür.  
Bu  mərhələdə  uĢaqların  nitq  inkiĢafının  xüsusiyyətləri  digər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə