Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil


UŞAQLARDA NİTQ QÜSURLARININ TİBBİ CƏHƏTDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

 
24 
UŞAQLARDA NİTQ QÜSURLARININ TİBBİ CƏHƏTDƏN 
ÖYRƏNİLMƏSİ 
 
Məlumdur  ki,  loqopediya  tibb  elminin  neyro-fiziologiya, 
neyropsixologiya və kliniki nevrologiya sahələri ilə sıx bağlıdır. Belə ki, 
loqopediyanın  tədqiq  etdiyi  nitq  qüsurları  təfəkkür,  Ģüur  və  nitqin 
substrat  materialı  olan  sinir  sisteminin  bu  və  ya  digər  pozğunluqları 
yonunda  özünü  göstərir.  Bir  tərəfdən  sinir  sisteminin  vəziyyətinin 
nəzərə  alınması  nitq  qüsurlarının  öyrənilməsi  çətinləĢdirir,  digər 
tərəfdən  isə  müxtəlif  nitq  qüsurlarını  korreksiya  etməkdən  nevroloji 
pozulmaların mahiyyətini dərk edilməsinə loqopedə kömək edir.  
Nitq  uĢağın  tərbiyəsində  sosial  vasitədir.  UĢaqda  düzgün  nitq 
inkiĢafı üçün əsas Ģərtlər aĢağıdakılardır. 
a)Ġnformasiyanı  almaq  üçün  əsas  olması,  yəni  onda  akustik, 
görmə və ginestetik reseptorların mövcudluğu. 
b)Qəbul  edilmiĢ  informasiyanı  təhlil  etmək  və  onun  sağlamlıq 
üçün  yaxĢı  inkiĢaf  etmiĢ  substratın  olması,  yəni  kifayət  qədər  intellekt 
səviyyəsi  və  yaddaĢın  –  sinir  sisteminin  müəyyən  morfoloji  və 
funksional inkiĢafının olması. 
v) Artikulyasiya üçün vacib olan motor aparatının olması. 
Aydındır ki, yuxarıda göstərilən Ģərtlər yalnız bütün baĢ beyini və 
sinir sisteminin ayrı-ayrı hissələrini normal inkiĢafı zamanı təmin edilə 
bilər. Lakin əldə olan kliniki materiallar və neyrofiziologiyada aparılmıĢ 
eksperimentlər yəqin edir ki, beyinin bəzi hissələrinin zədələnməsi daha 
çox  ifadə  olunmuĢ  nitq  qüsurlarına    səbəb  olursa,  digər  sahələrinin 
zədələnməsi isə heç bir nitq qüsuru yaratmır. Hamı yaxĢı bilir ki, baĢın 
gicgah, əmgək və alın paylarının zədələnməsi müəyyən nitq qüsurlarını 
yaradır. Bu faktorların olması bəzi alimlərə əsas verdi ki, beyinin ayrı-
ayrı  sahələrində  nitqin  lokallaĢması  barədə  fikirlər  söyləsinlər  (Brok, 
Verniko, Ġ.P.Pavlov). 
Müasir  dövrdə  bu  fikirlərlə  razılaĢmayan  B.M.Qext  göstərir  ki, 
beyinin  göstərilən  sahələri  yalnız  nitq  fəaliyyəti  ilə  əlaqədar  olan 
beyinin müxtəlif sahələrinin çoxsaylı əlaqələrinin yerləridir və elə buna 
görə də onların zədələnməsi kobud nitq qüsurlarına gətirib çıxarır.  
Beləliklə,  nitq  pozulması  simptomunun  lokallaĢmasını  substratın 
(nitqin  fəallığı  və  fəaliyyətinin  formalaĢması  üçün  məsul)  lokallaĢması 
ilə  qarıĢdırmaq  olmaz.  Deyilənlər  elə  artikulyasiya  əzələsinin 
uzlaĢdırılmıĢ fəalliyyətini yaradan hərəkət fəallığının təĢkilinə də aiddir. 
Əzələlərin  daha  kobud  zədələnməsi  sinir  sisteminin  periferik 


 
25 
hissələrinin  üzün,  dilin,  xirtdəyin,  döĢ  qəfəsinin  əzələlərini  sinir 
toxumları  ilə təmin  edən tərəflərinin  zədələnməsi  nəticəsində  meydana 
çıxır. Bunun pozulması dizartriya və anartriya kimi ağır nitq qüsurlarını 
törədir.  
Nitq qüsurlarının araĢdırılması zamanı fəaliyyəti yerinə yetirən və 
aktivliyi  planlaĢdırmağa  kömək  edən  sinir  mexanizmlərinin  rolunu 
nəzərə  almaq  lazımdır.  ümumiyyətlə,  nitq  patologiyaları  çox  zaman 
hərəkət sistemi və yaxud reseptor fəaliyyətinin müxtəlif dərəcədə ifadə 
olunmuĢ pozulmaları ilə bağlıdır. Bundan baĢqa elə nitq qüsurları vardır 
ki,  onlar  neyrodinamik  proseslərin  pozulması  nəticəsində  baĢ  verirlər. 
Məhz buna görə də nitq qüsurlarının sinir sistemi pozğunluqları ilə bağlı 
məsələlərin diqqətdən keçirtmək lazımdır.  
Əvvəldən göstərdik ki, nitq qüsurları əsasən baĢ beyinin müxtəlif 
sahələrinin  zədələnməsi  zamanı  baĢ  verir.  Məlumdur  ki,  insanın  baĢ 
beyin qabığında küllü miqdarda sinir hüceyrələri vardır.  
         
BaĢ  beyin  qabığının  zədələnməsi  zamanı  müxtəlif  nitq 
fəaliyyətinin  pozğunluqları,  afaziya,  alaliya,  dizartriya  eləcə  də  digər 
qüsurlar, xüsusilə hissiyyət, hərəkət və praksisin, stereoqnozun müxtəlif 
ağır, mürəkkəb funksiyalarının pozulması baĢ verir.   
Böyük  yarımkürələr  alın,  gicgah,  əmgək  və  əncə  hissələrinə 
bölünür və hər bir hissə müxtəlif qırıĢ və simptomlara malik olur. BaĢ 
beyin  yarımkürələrinin  qabığının  zədələnməsi  simptomatikası  onun 
hansı  hissənin  zərər  çəkdiyindən  asılıdır.  Nitq  pozğunluqları  ən  çox 
dominant  yarımkürələrin  arxa  hissələrinin  üçüncü  alın  qırıĢlarının 
(motor afaziya, motor alaliya), yuxarı gicgah payının qırıĢlarının (sensor 
afaziya,  sensor  alaliya),  gicgah-əmgək  birləĢməsi  və  ənsə  payının 
zədələnməsi  zamanı  baĢ  verir.  Sol  yarımkürələrinin  kənarüstü 
qırıĢlarının  zədələnməsi  mürəkkəb  hərəkət  vərdiĢlərinin  dağılmasına 
səbəb  olur.  Bu  hal  loqopediyada  apraksiya  adlanır.  Apraksiya  zamanı 
avtomatlaĢdırılmıĢ  hərəkətlər  unudulur.  Məsələn:  dilin  apraksiyası 
zamanı xəstə dilini ağzına sala bilmir, bundan baĢqa dilin yuxarı, aĢağı 
hərəkətləri  məhdudlaĢır,  nəticədə  nitq  fəaliyyətinin  inkiĢafında  mühüm 
rol  oynayır.  Qabıqaltı  düyünlər  sinir  sisteminin  digər  üzvü  ilə  birlikdə 
ekstraknid sistemini təĢkil edir. Bu sistemin əsas vəzifəsi hərəkət aktına 
hazırlıq  və  yerinə  yetirilmə  prosesində  onun  korreksiyasıdır. 
Ekstrapiramid sistem görmə təpəciklərinin həssas törəmələri ilə sıx bağlı 
olub həm də emosional-hərəkət reaksiyaların həyata keçməsində iĢtirak 
edir.  (məs:  mimiki  hərəkətlər)    Ekstrapiramid  sistem  əzələ  tonusunu 
dəyiĢdirir.  O  ağırlıq  mərkəzinin  yerini  dəyiĢdirir,  müəyyən  əzələ 


 
26 
qruplarını  iĢdən  azad  edir,  antoqonist  əzələlərini  tonik  gərginliyini 
hərəkət prosesində dəyiĢdirir. Bu sistemin pozulması əzələ fəaliyyətinin 
kobud  qüsurlarına  gətirib  çıxarır.  Belə  qüsurlardan  biri  qeyri-iradi, 
zorakı hərəkət-giperginezdir.  
Qeyd  etmək  lazımdır  ki,  ekstrapiramid  sisteminin  zədələnməsi 
nəticəsində  yaranmıĢ  nitq  fəaliyyətinin  qüsurları  çox  xarakterik  və 
müxtəlifdir. Məsələn: atrikulyasiya əzələsində giperginezin olması nitqi 
təhrif edib dərk edilməyən vəziyyətə salır. Atetoz zamanı ağızın qeyri-
iradi açılıb dili tamamilə çölə atması uĢağı danıĢmaqdan məhrum edir.  
Xoreya zamanı nitq pozğunluqları baĢqa bir xarakter alır. Belə ki, 
diafraqma  və  qabırğaarası  əzələlərin  periodik  zorakı  hərəkətləri 
nəticəsində  mütəmadi  nəfəsvermə  yaranır,  bu  isə  öz  növbəsində  nitqin 
rəvanlığını pozur, danıĢıq zamanı qeyri-ixtiyari qıĢqırıq, inilti müĢahidə 
edilir.  Anoloji  qıc  olmalar  xirtdək  əzələlərində  və  dildə  özünü  göstərir 
və səslərin təhrif edilmiĢ tələffüzünə səbəb olur.  
Nitqin yaranmasında və inkiĢafında beyinin və beyin kökünün də 
böyük  rolu  vardır.  Belə  ki,  beyin  kökündə  çox  böyük  sayda  baĢ  beyin 
hissələrini  əlaqələndirən  və  onu  onurğa  ilə  bağlayan  nüvə,  ötürücülər 
vardır.  BaĢ  beyin  kökündə  olan  hüceyrə  qrupları  baĢın  müxtəlif 
törəmələri  ilə  münasibətdə  hərəkət  və  hissi  fəaliyyəti  həyata  keçirən 
kəllə-beyin  Ģüurlarının  baĢlanğıcını  əmələ  gətirir.  Kəllə-beyin  sinirləri 
bunlardır:  göz  hərəkəti,  blokabənzər,  üçlü,  dolayı,  üz,  azan,  dil-udlaq, 
dilaltı,  əlavə  və  vestibulyar  sinirlər.  Bu  sinirlərin  nitq  fəaliyyəti 
qüsurlarının  yaranmasındakı  rolu  onların  inervasiyasının,  xüsusilə, 
artikulyasiya 
əzələlərinin 
hərəkətinin 
əhəmiyyətindən 
asılı 
müəyyənləĢdirilir. Məs: üçlü sinir çeynəmə əzələlərini sinirlərlə və sinir 
toxumaları  ilə  təmin  edir.  bu  Ģüurun  zədələnməsi  zamanı  alt  çənə 
sallanır və bağlamanın qeyri-mümkünlüyü düzgün artikulyasiyanı daha 
da  çətinləĢdirir.  Üz  siniri  üzün  uyğun  tərəfinin  mimiki  əzələlərini  çox 
böyük  hissəsini  innevasiya  edir.  Bu  funksiyasının  pozulması  zamanı 
xəstə  gözlərini  bağlaya,  qaĢlarını  çata  bilmir,  yanaqlarını  ĢiĢirtməyi  və 
dodaqlarını  boru  Ģəklinə  salmağı  bacarmır.  Dil-dodaq  sinirinin  hərəkət 
hissəsi  yumĢaq  damağı  və  udlağın  yuxarı  hissəsini  innervasiya  edir. 
ġüurun zədələnməsi həmin əzələlərin iflicinə səbəb olur. Azan sinir döĢ 
və  qarın  boĢluğunun  bütün  üzvlərini,  xirtdək,  udlaq    və  damaq 
əzələlərini innervasiya edir. Dilaltı sinir isə dilin əzələlərini innervasiya 
edib,  onu  yuxarı,  irəli  və  yanlara  doğru  hərəkətə  gətirir.  Yuxarıda 
göstərilən  bütün  sinirlərin  zədələnməsi  nəticəsində  artikulyasiya 
aparatının hərəkəti və səslənmə prosesi pozulur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə