Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə126/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
385 
olduğu vaxtdan iztiraba, cəza çəkməyə məhkum olunmuşdur. 
Qəhrəmanın dediyi kimi, "Bu necə ədalətdir?" 
Ey göylər! Mən bilmək istərdim ancaq 
Mənə bu əzabı neyçin verirsən? 
Nə pislik etmişəm sənə dünyada 
Gündüz işığını gördüyüm gündən? 
Necə ədalətdir bu, necə insaf? 
 
Kalderon  özünün mövqeyindən  asılı  olmayaraq əsrin 
ehkamlara  etiraz  ruhunu  doğru  və  güclü  boyalarla  əks 
etdirmişdir.  Katolik  və  fanatik  dramaturq  qadına  münasibət 
məsələsində  xristian  dini  baxışlarının  əksinə  olaraq  qadın 
gözəlliyini vəsf edir. O, dünyaya, insana, qadına katolikliyin 
baxışlarından  fərqli  bir  gözlə  baxır,  xristian  dininin  qadına 
nifrətlə  baxması,  allahın  nəzərində  onların  ən  mənfur  varlıq 
olması  fikri  ilə  razılaşmamışdır.  Onun  qəhrəmanı  şərq 
panteistlərinin  baxışlarına  yaxın  bir  tərzdə  qadının  kişiyə 
nisbətən  daha  gözəl  yaradıldığı,  qadının  simasında  kiçik 
dünya nümayiş etdirildiyini söyləyir: 
 
Belə oxumuşam kitablarda mən, 
Bu yer aləmini yaradan zaman. 
İnsana daha çox diqqət yetirdi, 
İti nəzərlərlə böyük yaradan, -  
Kiçik dünya olan qadınlar ilə 
O, kiçik səmanı göstərdi asan. 
Onda hər gözəllik çoxdur insandan, 
Sanki o, səmadır, yer isə insan. 
 
Sexizmundonun 
bu 
sözlərində 
qadına, 
qadın 
gözəlliyinə  katolik  dininin  baxışlarından  fərqli  bir  baxış 
ifadə  olunmuşdur.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  əsərin 
qəhrəmanı  bu  sözləri  onda  mövcud  vəziyyətə  qarşı  etiraz 
ruhunun  daha  güclü  olduğu  bir  vaxtda  söyləmir.  Deməli, 


Afaq Yusifli İshaqlı 
 
 
386 
Sexizmundo  dəyişib  "həqiqət"  yoluna  qayıdanda  bu  fikirlər 
də inkar olunacaq, onlardan da imtina ediləcəkdir. 
Dramaturq  tamaşaçını  inandırmaq  istəyir  ki,  allahın 
qərarı,  yazısı yerinə yetməlidir. Sexizmundo hakimiyyəti ələ 
alandan sonra özbaşınalıqlar edir, özündən çıxır, hər kiçik bir 
iş  üstündə  qəzəblənir.  Onunla  mübahisə  edən  nökəri 
uçuruma  atır,  əmisi  oğlu  Moskva  hersoqu  Astolfo  ilə 
təkbətək  döyüşə  çıxır, zorla  Rosauraya  sahib  olmağa  çalışır. 
Klotaldonu  öldürmək  istəyir,  hətta  atasını  da  öldürməklə 
hədələyir. Basilio onu yumşaltmağa, insanpərvər və mülayim 
olmağa çağırır: "Ey  şərə aşiq olan məğrur insan, itaətə gəl." 
deyərək  onu  yumşaltmaq  istəyir.  Burada  ona  belə  bir  fikri 
tez-tez təkrar edirlər ki, "həyat bir yuxudur, ola bilsin ki, sən 
ancaq  yatırsan  və  yuxu  görürsən".  Özündən  çıxmış, 
çılğınlaşmış  gənci  bu  sözlərlə  itaətə  gətirə  bilməyin  qeyri-
mümkün  olduğunu  görən  ata  ona  yenidən  bihuşarı  verib 
qülləyə göndərir. 
Sexizmundo  yenidən  qülləyə  zəncirlənir.  Gördükləri, 
yaşadıqları,  başına  gələnlər  ona  bir  yuxu  kimi  gəlir.  O,  indi 
başa  düşür  ki,  həyat  mənasızdır.  Ehtiraslar,  ləzzətlər, səadət, 
şöhrət  –  hamısı  ancaq  yuxudur.  Varlı  da,  kasıb  da  ancaq 
həyat haqqında yuxu görür, padşah yuxusunda səltənət görür, 
varlı  var-dövlət,  kasıb  isə  öz  həyatının  miskin  olduğunu 
görür, lakin bunlar hamısı ancaq yuxudur. 
Hamı  səadət  axtarır,  harasa,  nəyəsə  tələsir,  döyüşür, 
çarpışır,  həyat  isə  ancaq  dəlilikdən,  səhvlərdən  ibarətdir. 
İnsanın  duyduğu  ən  xoşbəxt  anlar  özü  də  bir  səhvdir,  bir 
aldanışdır. 
Bütün 
bunları 
düşünən, 
götür-qoy 
edən 
Sexizmundo belə nəticəyə gəlir ki, etirazdan, mübarizədən əl 
çəkmək, itaətə gəlmək daha məsləhətdir, "Axı, ola bilsin ki, 
biz  ancaq  yatırıq.  Bəli,  ancaq  yatırıq..."  Həyatın  bir  yuxu 
olduğunu anlayan Sexizmundo büsbütün dəyişir, müdrikləşir, 
humanist  bir  adama  çevrilir.  Üsyana  qalxmış  ordu  onu  azad 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
387 
edəndə o, döyüşə könülsüz gedir. 
Bu  məqamda  Basilyonun  keçirdiyi  peşmançılıq 
hisləri  də  maraqlıdır.  O,  belə  qənaətə  gəlir  ki,  oğluna  qarşı 
düzgün hərəkət etməmişdir. O, taleyə qarşı çıxmaq istəmişdir 
ki, 
lakin 
bu 
mənasızdır. 
Tanrının 
əvvəlcədən 
müəyyənləşdirdiyi  yazı, qədər baş verməlidir. İnsan  yazının, 
qəza-qədərin  hökmünü  pozmağa,  dəyişdirməyə  qadir 
deyildir. 
Kalderon əsərində insanları düşündürən belə bir suala 
da  cavab  vermək  istəmişdir:  allah  insanı  nə  üçün  iradə 
azadlığından  məhrum  etmişdir?  Bu  sual  dindarları  da,  dini 
ehkamlara  şübhə  edənləri  də  düşündürür  və  narahat  edirdi. 
Ədibin  fikrincə,  əgər  insana  iradə  azadlığı  verilsəydi,  o, 
dünyanı  dəyişdirərdi,  yenidən  qurardı.  Özünün  təsadüfi 
istəklərinə  uyğun  bir  dünya  yaradardı.  Kalderon  öz 
qəhrəmanlarının dili ilə dövrünün insanlarına xitabən deyir. 
 
Bəlkə buna görə dünyada ancaq, 
Görə bilməməkçün belə bir işi 
Bu qədər zillətə, zülmə düşərsən. 
 
Sexizmundo  rəmzi-alleqorik  bir  surətdir.  Müəyyən 
mənada  o,  orta  əsrlər  dünyagörüşünün  yaratdığı  asi  İblisdir. 
Pyesin  əvvəlində  o,  asi,  dəlicəsinə  üsyankar,  allaha  qarşı 
çıxdığına görə zəncirlənmiş bir varlıqdır. Pyesin sonunda isə 
biz  Sexizmundonu  peşman  olmuş,  itaətə  gəlmiş  və 
bağışlanılmış bir günahkar kimi görürük. 
Kalderon  katolik  şair  olmaqla  bərabər  kral  hakimiy-
yətinin  sadiq  xidmətçisidir.  Onun  fikrincə,  krala  xidmət 
göstərmək  insanın  həyatından  və  şərəfindən  daha  üstündür. 
Əsərin  qəhrəmanlarından  olan  Klotaldo  qızını  xilas  etmək 
lazım olduğu bir vaxtda kralın  əmrini pozmamaq üçün bu işi 
görmür. O,belə düşünür ki, krala sədaqət həyatdan və şərəfdən 


Afaq Yusifli İshaqlı 
 
 
388 
daha  vacibdir.  Sexizmundo  qiyam  etmiş  əsgərlər  tərəfindən 
azad  ediləndə  onu  azad  etmiş  əsgəri  cəzalandırır,  onun  azad 
edilməsinə  qarşı  duran  həbsxana  gözətçisi  Klotaldonu  isə 
günahsız  sayır.  Klotaldo  kralın  əmrini  yerinə  yetirdiyi  üçün 
onun  doğru  hərəkət  etdiyi  bildirilir.  Onu  xilas  edən  əsgər  isə 
kralın əmrini pozduğuna görə cəzalanır. 
Dramaturqun  öz  şəxsi  meyl  və  baxışlarına  baxma-
yaraq  onun  pyesində  üsyankarlıq  və  etiraz  ruhu  daha  güclü 
çıxmış,  insan  istək  və  arzuları  daha  ehtirasla  təsdiq 
olunmuşdur.  Yazıçının  inamı  ilə  bərabər  humanist  şübhələri 
də əlvan boyalarla verilmişdir. 
"Ölümdən  sonra  sevgi"  /1651/.  Kalderonun  ədəbi 
irsi  əlvan  və  rəngarəngdir.  Onun  bir  sıra  əsərlərində  dini 
fanatizm  təsdiq  edilirsə,  bəzi  əsərlərində  insana,  onun 
hislərinə  və  əməllərinə  bəraət  qazandırılır,  həyat  eşqi,  sevgi 
duyğuları tərənnüm  olunur, başqa  xalqlara  məhəbbət, rəğbət 
bildirilir. "Gözəgörünməz qadın" komediyasında şən, oynaq, 
nikbin,  hər  cür  dini  məhdudluqdan  uzaq  bir  əhval-ruhiyyə 
hökm sürürsə, insanlıq, sevgi qələbə çalırsa, "Ölümdən sonra 
sevgi"  əsərində  başqa  xalqlara  dərin  rəğbət  ifadə  olunur. 
Adama  elə  gəlir  ki,  bu  əsərləri  Kalderon  yox,  başqa  bir 
dramaturq yaratmışdır. 
"Ölümdən sonra sevgi" dramının mövzusu real həyat 
hadisələrindən 
götürülmüşdür. 
1560-1570-ci 
illərdə 
Əndəlisdə morisklərin üsyanı baş verir. Morisklər rekonkista 
hərəkatından  sonra  İspaniyada  qalmış  ərəblərin  bir  hissəsi 
idi.  Onlar  İspaniyanın  azlıqda  qalan,  daim  təqib  və  zülmə 
məruz qalan sakinləri sayılırdılar. XVI əsrdə moriskləri zorla 
xristianlaşdırırdılar.  Lakin  xristianlığın  qəbul  edilməsi  də 
onları  təqiblərdən  qurtarmır.  Xristian  kilsəsi  onlara  qarşı 
qarətlər,  qırğınlar,  zülmlər  törətməkdən  əl  çəkmir.  Səbr 
kasası  daşan,  zülm  və  haqsızlıq  əlindən  təngə  gələn 
morisklər üsyan qaldırırlar, lakin onların üsyanı qəddarcasına 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
389 
yatırılır,  özlərini  isə  kütləvi  şəkildə  qırırlar.  XVII  əsrdə 
onların qalanları yüz minlərlə Afrikaya qovulurdu. 
Kalderonun əsərinin əhəmiyyəti ondadır ki, o, burada 
moriskləri  qəhrəmanlar  kimi  təqdim  edir,  onların  həyat, 
sevgi,  səadət,  insan  ləyaqəti  hüquqlarını  müdafiəsinə  qalxır. 
Don  Alvaro  ilə  Donya  Klaranın  nişanlanma  mərasimi 
keçirildiyi  bir  vaxtda  təbil  səsləri  eşidilir,  ispan  ordusunun 
hücuma keçdiyi məlum olur. Gənclər xoşbəxt olduğu, göydə 
günəşin onların sevincinə, şadlığına tamaşa etdiyi bir vaxtda 
ispan  silahının  sədaları  altında  bu  səadətin  işığı  söndürülür. 
Morisklər  cəsarətlə,  şücaətlə  döyüşlərdə  özlərini  müdafiə 
etsələr  də,  məğlub  olurlar.  Şəhər  alınır,  yandırılır,  əhali 
qılıncdan  keçirilir.  Dramaturq  bu  qırğın  səhnəsini  əlvan  bo-
yalarla  əks  etdirir,  "alov  dağları"  ,  "qan  dənizləri"  bənzət-
mələri  ilə  bu  dəhşətli,  qeyri-insani,  vəhşi  qırğının  dəhşətli 
mənzərəsini yaradır. 
Donya  Klara  öldürülür,  gənclərin  arzuları  gözündə 
qalır,  "sevərək  izdivac  yatağı  arzulayan  bir  adam  tabuta  tuş 
gəldi".  "onun  allahı  olan  sevimli  bir  surət  önündə  bir  ölü 
kimi  göründü".  Bu  bənzətmələr  barokko  ədəbi  üslubunda 
söylənilsə  də,  bədbin, mücərrəd  fəlsəfəçilikdən  uzaqdır,  real 
gerçəkliyin 
ifadəsidir. 
Kalderon 
"kafir" 
moriskləri 
günahlandırmaq  üçün  heç  bir  söz,  ifadə  işlətmir. 
Məcburiyyət  üzündən  xristianlığı  qəbul  edən,  lakin  yenə  də 
öz  müsəlman  şəriəti  əsasında  yaşayan  məhkum  morisklərə 
bu  katolik  və  zadəgan  şair  böyük  rəğbətlə  yanaşır,  onları 
gözəl, nəcib, şücaətli, hünərli, igid adamlar kimi göstərir. Bir 
çox  əsərlərində  xristian  tərki-dünyalığın  təbliğ  edən 
Kalderon  burada  morisklərin  simasında  sevginin  gözəlliyi, 
qadının  gözəlliyi,  dünyanın  gözəlliyi  haqqında  nəğmələr 
oxuyur.  Heyrətamiz  bir  şeiriyyətlə  qadın  gözəlliyinə  himn 
yaradır. 
Burada, bu yaşıl, bu göy yamacda, 


Afaq Yusifli İshaqlı 
 
 
390 
Hər yan al-əlvandır, zərifdir necə! 
Bayrama çağırıb gülləri sanki, 
Aydın yaz səhəri bu gün böyləcə. 
İstəyir bu əlvan məclis içində 
Hüsnün ən sehirkar gülünə güllər –  
Güllərin şahına, tər qızılgülə 
İtaət göstərib, beyət etsinlər 
Ey mənim gözəlim, həyat yoldaşım! 
 
Bu ilhamlı, humanist misralar qəti şəkildə təsdiq edir 
ki,  Kalderonun  bütün  əsərlərinə  eyni  şəkildə  yanaşmaq 
çətindir.  Onun  irsi  ziddiyyətlidir.  Onun  müxtəlif  əsərlərində 
qoyulan  fikirlər  bir  çox  hallarda  bir-birinin  əksidir.  Burada 
olduğu  kimi  bir  sıra  əsərlərində  həyat,  insan,  sevgi,  qadın 
nəğməkarı  olan  Kalderon  bir  çox  əsərlərində  dövrünün, 
mühitinin 
oğlu 
olaraq 
din 
təbliğatçısına 
çevrilir. 
Dramaturqun  yaşadığı  tutqun,  fanatik  və  qəddar  gerçəklik 
onun irsi, dünyagörüşü üzərində öz möhürünü vurmuşdur. 
 
"Valtasarın  məclisi".  Autos  sakramentale  adı  ilə 
məşhur  olan  dini  dram  janrı  ispan  ədəbiyyatında  ən  geniş 
yayılmış  ədəbi  formalardan  biridir.  İspan  dramaturqları  bu 
janra  tez-tez  müraciət  etmişlər.  Onların  yazılmasını  şəhər 
hakimləri sifariş edir və onlara görə yaxşı əlmuzdu verirdilər. 
Bu dramlar xristian dini bayramlarında şəhər meydanlarında 
böyük təntənə ilə oynanır, çoxlu adam ona tamaşa edirdi. 
Kalderon  yaradıcılıq  xüsusiyyətlərinə  görə dini  dram 
janrının  ən  mahir  yaradıcılarından  idi.  "Valtasarın  məclisi" 
əsəri  onun  səciyyəvi  dramlarından  biridir.  Dramın  mövzusu 
bibliya  əfsanələrindən  götürülmüşdür.  Lakin  burada  Fanilik, 
Bütpərəstlik,  Fikir,  Ölüm  kimi  alleqorik  surətlər  də  iştirak 
edir. 
Səhnədə  peyğəmbər  Daniillə  təlxək  Fikir  görünürlər. 
Fikir  xəbər  verir  ki,  Valtasar  şərq  çariçası  Bütpərəstliklə 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
391 
evlənməlidir. Daniil Babilistan əsirliyindən gileylənir. Elə bu 
vaxt  öz  dəbdəbəli  məiyyəti  ilə  Valtasar  gəlib  çıxır.  Valtasar 
arvadı  Faniliklə  birlikdə  özünün  ikinci  arvadı  olacaq 
Bütpərəstliyi  qarşılayır.  Fanilik  və  Bütpərəstlik  Valtasara 
sadiq  olacaqlarına  and  içirlər.  Onlar  xəbər  verirlər  ki, 
Valtasar  bütün  yer  üzünün  hakimi  olacaqdır.  Tezliklə  Babil 
qülləsinin  tikilib  başa  çatacağından  söhbət  edirlər.  Valtasar 
şənlik  edir,  əylənir,  təkəbbürlə  özünü  dünyanın  ağası  zənn 
edir və söylənir: "Kim mənə qarşı durmağa cəsarət edər?" bu 
vaxta qədər səhnədə susan peyğəmbər Daniil bildirir ki, sənə 
yaradan  özü  cəza  verəcəkdir.  Qəzəblənmiş  hökmdar  bu 
diliuzun adamı kötəkləməyi əmr edir, lakin heç kəs göylərin 
elçisinə  yaxınlaşa  bilmir.  Bu  vəziyyəti  görüb  pərt  olan 
hökmdar  çıxıb  gedir.  Daniil  üzünü  allaha  tutub  günahkar 
Valtasarı  cəzalandırmaq  üçün  yalvarır.  Ölüm  adlı  cəngavər 
yer altından çıxaraq Fikirlə birlikdə bağa gedir. 
Valtasar  əylənməkdə,  yeyib-içməkdə  davam  edir. 
Arvadları  onu  əyləndirirlər.  Təlxək  Fikir  şahı  güldürür, 
əyləndirir,  vicdan  əzabı  çəkmədən  uzaqlaşdırmağa  çalışır, 
Ölüm  isə  onun  qulağına  qorxulu  sözlər  pıçıldayır:  sən 
torpaqdansan,  torpaq  olacaqsan,  həyatda  hər  şey  fanidir, 
sənin  böyüklüyün  əzəmətin  də  fanidir  və  keçicidir.  Bu 
sözlərdən  bərk  qorxuya  və  həyəcana  düşən  Valtasar  köşkə 
qaçır.  Burada  Bütpərəstlik  və  Fanilik  ona  layla  çalıb 
yatırırlar. Dramaturq bununla demək istəyir ki, fikir, həzz və 
ləzzət, 
təbiətin 
gözəllikləri 
insanı 
allaha 
itaətdən, 
peşmançılıq 
duyğularından, 
dindar 
əhval-ruhiyyədən 
uzaqlaşdırır.  Həqiqi  insani  vəzifəsini  yerinə  yetirməyə 
qoymur. Kalderonun təqdimində allah özü də qüdrətli olduğu 
qədər də  kinli,  intiqam  hissi  ilə  yaşayan  bir  varlıqdır,  özünə 
qarşı laqeyd münasibətə dözən deyildir. 
Köşkdə  şirin  yuxuda  olan  Valtasar  qəribə  yuxular 
görür.  Onun  qarşısında  hərəkət  edən  kölgələr  insanın  həyati, 


Afaq Yusifli İshaqlı 
 
 
392 
dünyəvi  arzularının  puçluğunu,  faniliyini,  ilğıma  bənzədiyini 
nəzərə çatdırırlar. Sonra Valtasar özünün tunc heykəlini görür. 
Görür  ki,  insanlar  allahın  qarşısında  baş  əydikləri  kimi  onun 
qarşısında baş əyir, ona səcdə edirlər. İnsan əlilə yaradılmış bu 
bütlərə isə allah nifrət edir, hər tərəfdən "İtaətə gəl, tövbə et!" 
deyən  səslər  eşidilir.  Valtasar  qorxu  və  dəhşət  içərisində 
hövlnak  yuxudan oyanır. O, tövbə etmək istəyir, lakin ehtiras 
və ləzzətin çağırışı qarşısında duruş gətirə bilmir, yenidən eyş-
işrətlə  məşğul  olur.  Şərab  içir,  deyib-gülürlər.  Bütpərəstliklə 
Fanilik  allaha  istehza  edirlərmiş  kimi  müqəddəs  qabları 
məclisə  gətirir,  toxunmaqla  onları  murdarlayırlar.  Bu  əlvan 
məclis içərisində Ölüm gah orada, gah burada görünür, xəbər-
darlıq edir. 
Allahın  səbir  kasası  daşır,  o,  yeri  zülmətə  qərq  edir. 
Şimşək  çaxır,  göy  guruldayır.  Nəhəng  bir  əl  odlu  hərflərlə 
Səmaya  şahın  ölümünü  xəbər  verən  sözlər  yazır.  Ölüm 
Valtasarın  canını  alır.  Peyğəmbər  Daniil  isə  onun  eyş-işrət 
stolunun  üstündə  ancaq  şərab  və  çörək  olan  müqəddəs  bir 
səcdəgaha  çevrilir.  Bütpərəstlik  bütün  bunları  görüb  qorxur, 
bir allahın qüdrəti qarşısında baş əyir. 
Bir barokko şairi Kalderon dünyəvi gözəlliyin, həyati 
səadətinin  puçluğundan  danışır,  tərki-dünyalığa,  asketizmə 
himn  oxuyur.  Valtasarın  simasında  dünya  ləzzətlərindən  əl 
çəkə  bilməyən,  eyş-işrətlə  ömür  sürən  bir  adamın  dəhşətli 
aqibətini xatırladır, bununla müasirlərinə təsir etməyə çalışır. 
Bütpərəstliyi  və  Faniliyi  onun  arvadları  kimi  göstərəndə  də 
Kalderon  rəmzi  məna  ifadə  edir,  dünya  nemətlərinə  aludə 
olan  insanların  fani,  boş,  mənasız  arzu  və  istəklərlə  yaşa-
dıqlarını  pisləyir.  Fikir  əsərdə  təlxək  kimi  göstərilir.  Məsələ 
burasındadır  ki,  katolik  dini  baxışlarına  görə  fikir,  düşüncə 
günahdır, fikir şübhə oyadır, inamı sarsıdır. Dindardan ancaq 
kor  bir  inam  tələb  olunur.  Ona  görə  də  əsərdə  Fikir  təlxək 
kimi göstərilir. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
393 
Kalderon ümidsizlik, bədbinlik, barışmaz ziddiyyətlər 
şairidir.  Onun  əsərlərinin  böyük  əksəriyyətində  dini 
fanatizm,  inkvizisiya  tonqalları,  xaçlar,  mərasimlər  əks 
olunur.  Dramaturq  təlxək  surətindən  sıx-sıx  istifadə  edir. 
Onun  yaratdığı  təlxək  surətləri  şən,  zarafatcıl  adamlardır. 
"Gözəgörünməz  qadın"da,  Kosme,  "Həyat  bir  yuxudur"da 
Klarin  belə  surətlərdəndir.  Kalderon  güclü,  cəsarətli 
bənzətmələri,  mübaliğə  təsvirləri  çox  sevir,  bir-birini  rədd 
edən anlayışları qarşılaşdırır: "Mən qorxudan od və suyam", 
"Mən  intriqalar  intriqanıyam",  "yadlar  içində  doğmayam", 
"Mən ölürəm ki, görüm, ancaq qoy səni görərək ölüm". 
Bir  barokko  şairi  kimi  Kalderon  Qonqoranın 
həmkarıdır,  onun  əsərlərində  də  qonqorizmin  güclü  təsiri 
vardır.  "Həyat  bir  yuxudur"  əsərində  təlxək  Klarin  uzaqda 
qaçan  atın  bədənini  torpağa,  nəfəsini  havaya,  ağzının 
köpüklərini  dəniz  dalğalarına  bənzədir.  At  da  torpaq  kimi 
özünün bütün rəngarəngliyi ilə hərcmərcliyə oxşayır. At od, 
torpaq,  dənizlər  və  küləklərdən  ibarət  bir  əjdahadır.  Katolik 
irticası  və  inkvizisiya  tonqallarının  təsiri  onun  obrazlar 
sistemində  də  əks  olunmuşdur.  Bu  baxımdan  aşağıdakı 
misralar  Kalderonun  dili,  obrazlar  sistemi  üçün  çox 
səciyyəvidir: 
 
Təzəcə qalanmış tonqallar kimi, 
Onun küçələri alovlanırdı, 
Uzaq ulduzları hədələyərək. 
 
Kalderonun  gərgin  ehtirasla,  güclü  bir  dillə  yazılmış 
dramaturgiyası  İspaniya  tarixinin  ən  faciəli  və  tutqun 
dövrlərindən  birinin  ziddiyyətli,  bir  çox  hallarda  məhdud, 
lakin 
orijinal 
və 
parlaq 
bir 
əks-sədasıdır.  Onun 
"Gözəgörünməz  qadın",  "Salameya  alkaldı"  kimi  dramları 
dünya 
teatrlarının 
səhnələrində 
indi 
də 
uğurla 
göstərilməkdədir. 


Afaq Yusifli İshaqlı 
 
 
394 
 
* * * 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
395 
 
MÜNDƏRİCAT 
 
Giriş  .................................................................................. 3 
XVII yüzilliyin Qərbi Avropa ölkələri ədəbiyyatı  ........... 3 
İtalyan ədəbiyyatı  ............................................................. 25 
Marino  ....................................................................... 29 
Alman ədəbiyyatı  ............................................................. 56 
Qrimmelshauzen  ....................................................... 80 
İngilis ədəbiyyatı  .............................................................. 104 
1648-ci il ingilis burjua inqilabı və ədəbiyyat  ........... 115 
Bərpa illərində /1660-1688/ ingilis ədəbiyyatı  .......... 122 
Con Milton  ................................................................. 132 
Fransız ədəbiyyati  ............................................................ 156 
Renessans  realizmi  .................................................... 198 
Molyer  ........................................................................ 219 
Lafonten  ..................................................................... 258 
Bualo  .......................................................................... 264 
Kornel  ........................................................................ 274 
Rasin  .......................................................................... 321 
Klassisizmin süqutunun başlanması 
və maarifçiliyin hazırlanması  ..................................... 362 
İspan ədəbiyyatı  ............................................................... 371 
Lope de Veqa  .............................................................. 415 
Kalderon  .................................................................... 359 
 

Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə