Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
23 
Fransa  İtaliyanın  zəngin  sərvətlərini  ələ  keçirmək  üçün 
müharibəyə  başladılar.  Bu  müharibələr  zamanı  yadelli 
ordular  ölkəni  qarət  edir,  var-yoxdan  çıxarır,  təsərrüfat 
həyatını  pozurdu.  Artıq  XVI  əsrin  ikinci  yarısında  İspaniya 
az qala bütün  İtaliyanı özünə tabe etdi. Siyasi cəhətdən asılı 
vəziyyətdə qalan, bac və xəraclar  yolu ilə var-yoxdan çıxan 
İtaliyanın  ən  yaxşı  torpaqları  ispanların  əlində  idi.  Eyni 
vəziyyət XVII əsrdə də davam etdi. 
İtalyan xalqının milli faciəsini katolik irticası daha da 
gücləndirdi. İspan işğalçıları ilə əlbir olan papa hakimiyyəti 
hər cür yaradıcı fikri boğur, şikəst edirdi. Bundan sonra uzun 
əsrlər  yaratdığı  əsərlərlə  dünyanı  heyran  qoyan  italyan 
dühası dərin bir yuxuya getdi. 
Əgər  İntibah  dövründə  humanist  ziyalılar  qabağa 
baxırdısa, ağlın, həqiqətin qələbəsinə inanırdısa, kainat, yer, 
insan cəmiyyəti və insanın özü ilə bağlı böyük problemlərlə 
məşğul  olurdusa,  qorxmadan  göylərə  hücum  edirdisə, 
cəsarətli, şən bir əhval-ruhiyyəyə malik idisə, XVII əsrdə o, 
ağlın qüdrətinə inamını itirdi, od və qığılcımla ağlın, idrakın 
amansızlıqla  susdurulduğunu  görüb  geri  çəkildi,  inkvizisiya 
məhkəmələri  və  tonqallarından  qorxdu,  əvvəlki  cəsarətini, 
şənliyini  qeyb  etdi,  qaşqabaqlı,  şübhəli  bir  adama  çevrildi. 
Onun  gözü  qarşısında  orta  əsrlərin  kabusları  rəqs  etməyə 
başladı. 
1600-cü  ilin  17  fevralında, XVI əsrin sonuncu ilində 
inkvizisiya  İntibah  dövrünün  sonuncu  döyüşçülərindən  olan 
Cordano  Brunonu  Romanın  Güllər  meydanında  edam  edir. 
XVII  əsrdə  isə  Qalileyə  qarşı  daha  amansız  hərəkət  edir. 
Cordano  Brunonu  özünə  tabe  etmədən  odda  yandırırsa, 
Qalileyin iradəsini sındırır, elmi vicdanını alçaldır, onu zorla 
öz  təlimindən,  fikirlərindən  əl  çəkməyə  məcbur  edir. 
İrticanın  hücumu  humanist  fikri  məhv  etməyə  çalışsa  da, 
məqsədinə  müəyyən  qədər  nail  olsa  da,  istəklərinə  tam  nail 


Afaq Yusifli İshaqlı 
 
 
24 
ola  bilmədi.  İtaliyanın  elm, mədəniyyət  xadimləri  XVII  əsr-
də  də  bütün  ziddiyyətləri,  məhdudluqları  ilə  bərabər  yeni-
yeni nailiyyətlər qazana bildilər. 
 
 
MARİNO /1569-1625/. Marino XVII əsrin ən böyük 
şairi  kimi  təkcə  İtaliyada  deyil,  həm  də  bütün  Avropa 
ölkələrində  geniş  şöhrət  qazanmışdır.  Onun  barokko 
cərəyanının  yayıldığı  bütün  ölkələrdə  çoxlu  ardıcılları  və 
təqlidçiləri olmuşdur. Marino  Barokko şeirinin  ən səciyyəvi 
nümayəndələrindən biridir. O, öz dövrünə görə şeirin mövzu 
dairəsini  genişləndirdi.  Şair  belə  hesab  edirdi  ki,  təbiətdə 
insan  hiss  və  duyğularının  qavraya  biləcəyi  hər  şey 
poeziyanın  mövzusu  olmağa  layiqdir.  Marino  aşiqanə  şeirə 
yeni boyalar gətirdi. XVI əsrin lirik şairlərindən fərqli olaraq 
Marinonun təsvir etdiyi sevgili surəti daha konkret və realdır. 
Onun  şeirlərində  qadının  cismani  gözəlliyindən  alınan  həzz 
və  ləzzətin  təsviri  mühüm  yer  tutur.  Bununla  yanaşı  onun 
əsərlərində dərinlik yoxdur, söz, ifadə və obrazların ecazkar 
əlvanlığı daha çox diqqəti cəlb edir. 
Canbattista  Marino  1569-cu  ildə  Neapolda  anadan 
olmuşdur. o, çox tez-tez dəyişən, macəralarla dolu bir həyat 
keçirmişdir.  Şair  gah  həbsxanalara  düşmüş.  Edam  təhlükəsi 
qarşısında  qalmış,  gah  da  böyük  zadəganların  və  kralların 
saraylarında  yaşayaraq şöhrət və hörmət qazanmışdır. Atasa 
Cövan  Françesko  ədəbiyyat  həvəskarı  olan  ziyalı  bir 
hüquqşünas  idi.  Onun  evində  tez-tez  Neapolun  şair  və 
yazıçıları  toplaşardı.  Belə  bir  şərait  və  mühit  gənc 
Marinonun  gələcəyini  müəyyənləşdirmiş,  onda  şeirə  həvəs 
oyatmışdır.  Qoca  Marino  oğlunun  hüquqşünas  olmasını 
istəyirdi, ancaq Marino şeirə daha çox həvəs göstərir, Vergili, 
Aristo,  Tasso,  Sannadzaro  kimi  şairləri  oxuyurdu.  Şairin 
sonralar xatırladığı  kimi, gənc yaşlarında o, həftədə bir dəfə 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
25 
Sannadzaronun  qəbrini  ziyarət  edərmiş.  Atası  oğlundan  bir 
şey  çıxmayacağını  yəqin  edəndən  sonra  onu  evdən  qovur. 
Marino  bu  əhvalatı  sonralar  "Adonis"  poemasında  istehzalı 
bir  təbəssümlə  xatırlamışdır.  O,  ata  evindən  qovulandan  bir 
qədər sonra dostlarının köməyi ilə hersoq İnniqo de Qevarın 
yanında  üç  il  katib  işləyir,  sonra  Neapol  admiralı  knyaz 
Matteo  di  Kandanın  yanında  işləyir.  Katiblik  sənəti  ona 
şeirlə  məşğul  olmaq  üçün  xeyli  sərbəst  vaxt  və  imkan 
yaradırdı. Şən, hazırcavab, istiqanlı Marino Neapolda çoxlu 
dostlar  qazanır,  yüngül  bir  həyat  keçirirdi.  Varlı  bir  Neapol 
tacirinin  qızı  ilə  sevgi  macərası  və  gözlənilmədən  qızın 
ölümü  onun  həbsxanaya  düşməsinə  səbəb  olur.  Markiz 
Mansonun  köməyi  ilə  həbsdən  qurtaran  şair  yeni  bir 
təhlükəli  işə  düşür.  Həbsxanada  olan  və  ölüm  gəzləyən  bir 
dostunu  xilas  etməyə  çalışan  Marino  arxiyepiskop  adından 
saxta  bir  fərman  düzəldir.  Fırıldağın  üstü  açılır,  xilas  etmək 
istədiyi  dostunu  edam  edirlər.  Marinonu  da  belə  bir  aqibət 
gözləyirdi.  Yenə  də  Mansonun  köməyi  ilə  Marino  Romaya 
qaçır. 
Romada  Marino  yüksək  rütbəli  ruhanilərin  yanında 
qulluq  edir.  O  cümlədən,  kardinal  Pyetro  Aldobrandininin 
katibi  olur.  Kardinalla  birlikdə  Ravenna  və  Turinə  gedir. 
Turin  hersoqunun  sarayında  o  daha  böyük  nüfuz  və  hörmət 
qazanır.  1609-cu  ildə  onu  hersoqluğun  ən  yüksək  mükafatı 
olan  Müqəddəs  Mavrini  və  Lazar  ilə  mükafatlandırırlar. 
Bundan sonra o, Kavaler /qəhrəman/ Marino adı ilə tanınır. 
Karl  Emmanuelin  yaxın  adamlarından  olan  Qaspare 
Murtola  adlı  bir  şair  Marinonun  şeirlərində  tənqid 
edildiyindən  bir  neçə  dəfə  ona  atəş  açır,  lakin  Marinonu 
deyil,  onun  yanında  olan  bir  gənci  yaralayır.  Hersoq  onu 
həbs  etdirir.  Lakin  Marino  alicənablıqla  öz  düşmənini 
ölümdən qurtarır. 1611-ci ildə Marino özü həbsxanaya düşür. 
Marinonun  həbs  olunmasının  səbəbi  dəqiq  məlum  deyildir, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə