Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
26 
lakin  tədqiqatçılar  belə  hesab  edirlər  ki,  bu,  şairin  dilinin 
dinc  durmaması,  şeirlərində  Savoya  hersoqunun  özünü  də 
tənqid etməsi ilə bağlıdır. Şairin dostları və pərəstişkarları bu 
dəfə də onu həbsdən qurtarırlar. 
Gözlənilmədən Marino Marqarita de Valuadan Parisə 
gəlmək  haqqında  dəvət  alır.  Şair  sevinclə  bu  dəvəti  qəbul 
edir  və  ləngimədən  Parisə  yollanır.  İtalyan  şairini  Mariya 
Mediçinin  sarayında  hörmətlə  qarşılayırlar.  O,  XIII 
Lüdovikin  sarayında  da  böyük  müvəffəqiyyət  qazanır. 
Marino  səkkiz  il  Parisdə  yaşayır,  fransız  ədəbiyyatına  güclü 
təsir  göstərir.  Teofil  de  Vio,  Sent-Aman,  Onore  Dürfe, 
Madlena  və  Jorj  de  Snüderilor,  Sirano  de  Berjerak  kimi 
sənətkarlarla  yanaşı  Malerb  özü  də  təsirdən  yaxa  qurtara 
bilmir. Bualo etiraf edir ki, "İtalyan muzasının məhsulu" olan 
barokko "hamının ağlını başından alaraq" fransızlar arasında 
təsəvvürə  gəlməz  bir  sürətlə  yayılmağa  başladı.  Marinonun 
yaratdığı  yeni  poetik  üslub  İtaliya  və  Fransadan  sonra 
İngiltərə  və  İspaniyada  geniş  şöhrət  qazandı.  İspan 
dramaturqu  Lope  de  Veqa  Marinoya  yüksək  qiymət  verərək 
ona  ayrıca  bir  komediya  həsr  etmişdir.  Lope  de  Veqa  bütün 
müasir  rəssamlardan  Rubensi,  bütün  müasir  şairlərdən 
Marinonu  üstün  tutmuş  və  yazmışdır:  "Marino  eşitmənin 
böyük rəssamı, Rubens görmənin böyük şairidir". 
Ölümündən  bir  il  əvvəl  İtaliyaya  qayıdan  şairi 
vətəninin şəhərlərində görünməmiş bir hörmətlə qarşılayırlar. 
Neapolda  şair  öləndə  onu  knyazlara  məxsus  bir  təmtəraqla 
basdırırlar, bütün İtaliya şairə yas saxlayır. 
Marino  məhsuldar  bir  ədib  idi.  Nəsrlə  onun  "Mü-
qəddəs  dini  mövzularda  sözlər"  və  ölümündən  sonra  çap 
olunan  "Məktublar"  əsərləri  vardır.  Şeir  sahəsində  o, 
mədhiyyələr,  epitalamlar  və  s.  əsərlər  yazmış,  istehzalı 
sonetləri isə "Murtoleidlər" adı ilə tanınmışdır. Lakin Marino 
bir barokko şairi kimi "Lira" adı ilə çap olunan lirik şeirlərin, 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
27 
"Adonis",  "Körpələrin  qırğını"  kimi  poemalar,  "Tütək" 
kitabında  toplanan  pastoral  və  mifoloji  idilliyaların, 
"Qalereya"  adlı  kitabında  toplanan  və  ayrı-ayrı  rəsm 
əsərlərinə  yazılmış  qısa  mənzumələrin  müəllifi  kimi 
tanınmışdır. 
Marinonun  hər  bir  əsəri  müasirlərinin  diqqətini  cəlb 
etmiş  və  böyük  uğurla  qarşılanmışdır.  Marinonun 
ardıcıllarının  –  marinistlərin  sayı  artıq  şairin  öz  sağlığında 
yetmiş  beşə  çatmışdır.  Marino  başda  olmaqla  marinistlər 
Petrarka və  onun  davamçılarının  qadını idealizə etməsini  və 
mücərrədləşdirməsini bəyənmirdilər. Marino xəyali yox, real 
qadınları sevir, vəsf edir, lakin ideallaşdırmırdı. B.Telezio və 
C.Ç.Vanini  kimi  mütəfəkkirlərin  təsiri  altında  olan  Marino 
əsərlərində  panteist  və  naturfəlsəfi  ideyalara  meyl 
göstərmişdir.  Bir  çox  cəhətlərdən  Vanini  ilə  həmkar  olan 
Marino  əsl  fikirlərini  çox  vaxt  yalan  pərdəsi  altında 
gizləməyə  məcbur  olmuşdur.  O,  Vanini  kimi  dili  çıxardılıb, 
diri-diri  yandırılmaq  istəməmişdir.  C.Bruno,  Qaliley  kimi 
müəlliflərin əsərləri ilə də o, tanış idi. Dünyagörüşü onların 
əsərləri  əsasında  formalaşmışdır.  Marino  dini  laqeydliyini, 
panteizmini,  bütpərəstliyini  Vaniniyə  nisbətən  daha  çox 
pərdələməyə çalışmışdır. 
Marinonun  lirik  şeirləri  arasında  sonet  və  başqa 
intibah  şeiri  şəkilləri  üstünlük  edir.  Marino  öz  fantaziyası, 
axtarış  və  tapıntıları  ilə  köhnə  formaları  yeniləşdirirdi.  O, 
poeziyanın  əsas  məqsədini  heyrətləndirmək,  təəccüb-
ləndirmək,  məftun  etməkdə  görürdü.  Onun  fikrincə, 
təəccübləndirməyi  bacarmayan  şair  gedib  at  qaşovlasın. 
"Şairin  qavrayışının  təzəliyi  və  gözlənilməzliyi  heç  vaxt 
yoxsulluq, qıtlıq hiss etməməlidir." 
Marino  lirik  şairdir.  Onun  ən  yaxşı  şeirləri  sevginin 
və təbiətin tərənnümünə həsr olunmuşdur. Onun 1614-cü ildə 
tamamlanan  "Lira"  şeirlər  kitabında  aşiqanə  motivlər 


Afaq Yusifli İshaqlı 
 
 
28 
həyatda  hər  şeyin  keçici  olduğunu  təsdiq  edən  motivlərlə 
həmahəng  verilmişdir.  Şairin  aşiqanə  duyğuları  onun  təbiət 
duyğularından  təcrid  olunmur,  insanla  təbiət  arasındakı 
sərhədlər  bir-birinə  keçir,  hansının  harada  başlayıb,  harada 
qurtardığı bilinmir. Barokko memarlıq abidələri ətraf təbiətlə 
bir-birinə  keçdiyi  kimi,  Marinonun  şeirlərində  də  təbiətlə 
insanın duyğuları arasındakı sərhədlər əriyib yox olur. 
Bir dön dənizə bax: hər dalğa onda 
Sanki mürgü vurur, səngiyir külək. 
Ulduzdan tac qoyur gecələr fələk, 
Mavi geyimini atır bir anda. 
Orda rəqs eyləyir aydın, nur saçan, 
Göylərdə bulud yox, sahil işıqlı, 
Cəzb edir o çılpaq, o yaraşıqlı. 
Gümüş çöllərində göyün Ay bu an, 
İşıqlar saçan Ay eyləyir artıq 
Dəniz sahilində təzə oyunla, 
Balıqları ulduz, ulduzu balıq. 
Dərinlik cəzb edir odur daima, 
Görünün qüdrətli bir sehrkarlıq, 
Olur dəniz səthi büllur bir səma. 
1
 
 
Bu  sonetdə  insanın  hisləri  ilə  yer  və  göy  üzvi  bir 
vəhdətdə  və  qarşılıqlı  əlaqədə  əks  etdirilmişdir.  İnsanın 
baxışları, bənzətmələri, təsəvvürləri yerlə göy, dənizlə səma, 
çılpaq bir qadınla ay arasında heç bir sərhəd, ayrılıq, uzaqlıq 
görmür. Yer, göy və insanı onun hissləri, meylləri ilə birlikdə 
bir  bütöv  halında  tərənnüm  edir.  Marinonun  şeirləri  bəzi 
formal  xüsusiyyətlərinə görə  Petrarkanı  və  yeni şirin üslubu 
xatırlatsa  da,  onun  Petrarka  ilə  əlaqəsi,  yaxınlığı  çox  azdır. 
Marinonun şeirlərinə və qəhrəmanlarına xas olan sensualizm 
/hissilik/  yeni  bir  dövrün  məhsulu  idi.  Onun  şeirlərində 
                                                 
1
 Kitabda 
getmiş
 
şeir
 
parçalarının
 t
ərcümə
si X
ə
lil Yusiflinindir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə