Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
88 
zadəgan  irticasının  tələblərinə  tabe  olmalı,  ya  Şekspir  kimi 
susmalı,  ya  da  əzablı  şübhələr  və  axtarışlar  nəticəsində 
əvvəlki  baxışlarından  əl  çəkib  yeni  görüşlər  hazırlamalı 
idilər.  İngilis  milli  dövlətinin  içərisində  kəskinləşən  sinfi 
mübarizə yazıçılardan tələb edirdi ki, onlar yeni dövrün yeni 
baxışlar  və  görüşlər  sistemini  işləyib  hazırlasınlar.  Onlar 
gənc  ingilis  milli  dövlətinin  necə  quruluşa  malik  olması 
məsələsini  və  bununla  bağlı  bir  çox  mühüm  məsələləri 
aydınlaşdırmalı  idilər.  İngilis  humanizminin  ənənələri  öz 
yeni  davamçılarını  tapmalı  idi.  Meydana  çıxan  yeni  ədəbi 
elmi  qüvvələr,  yeni  dünyagörüşü  incəsənətə  yeni  münasibət 
işləyib hazırlayır, humanizmin böhranını aradan qaldırmaqla 
XVI  əsr  sənətkarlarının  nailiyyətlərini  qoruyub  saxlamağa 
çalışırdılar. 
XVII  əsrdə  ədəbiyyatın  inkişafına  filosof  Bekonun 
ideyaları  xüsusilə  güclü  təsir  göstərmişdir.  İntibah  dövrü 
humanizminin  ənənələrinə  o,  XVII  əsr  mütəfəkkirlərinin 
hamısından  daha  yaxın  idi.  Onun  "Təcrübələr",  "Yeni 
Orqanon",  "Yeni  Atlantida"  kimi  əsərləri  fəlsəfi  əsərlərlə 
olmaqla  yanaşı  istedadlı  bir  sənətkar  qələmi  ilə  yazılmışdır. 
Bekon  öz  fəlsəfi  nəzəriyyələrini  qeyri-adi  ifadəli  bir  tərzdə 
şərh edir. 
XVII  əsr  ingilis  şair  və  yazıçıları  Bekonun  əsərləri 
əsasında  tərbiyələnmiş,  onun  fikir  və  ideyaları  əsasında  öz 
dünyagörüşlərini  işləyib  hazırlamışlar.  Milton  və  Marvel 
kimi  sənətkarların  yaradıcılığında  bu  cəhət  daha  qabarıq 
şəkildə  nəzərə  çarpır.  XVII  əsrdə  ingilis  humanizminin 
ənənələri  B.Conson,  Milton,  Uinstenli,  Benyan  kimi 
yazıçıların  yaradıcılığında  yeni  keyfiyyətlər  qazanaraq 
yaşamaqda davam edir. XVI əsrin humanistləri kimi onlar da 
xalq  kütlələrinin  mənafeyinə  xidmət  göstərir,  öz  əsərləri  ilə 
feodalizmin  qalıqları  üzərində  qələbə  qazanılmasına  kömək 
edirdilər.  Bu  dövrdə  fəlsəfi  fikirdə  və  incəsənətdə  müxtəlif 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
89 
cərəyanların  mübarizəsi  onların  təmsil  etdiyi  siniflərin  və 
partiyaların mübarizəsinə uyğun olaraq daha açıq, daha kəs-
kin şəkil alır. 
 
XVII  əsrin  başlanğıcında  ingilis  barokko  şeirinin  ən 
tanınmış nümayəndəsi CON  DONN  /1572-1631/ olmuşdur. 
Oksford  və  Kembric  universitetlərində  hüquq  elmlərini 
öyrənən,  müxtəlif  adamların  yanında  katib  işləyən  C.Donn 
ömrünün son illərini müxtəlif  ruhani rütbələrdə  keçirmişdir. 
Mürəkkəb, çətin bir yaradıcılıq yolu keçən şair  yeni dövrün 
əhval-ruhiyyəsini  əks  etdirmişdir.  Şeirlərinin  musiqisinə, 
axıcılığına  az  fikir  verən  C.Donn  özü  üslubunu  "kobud  və 
qaba"  adlandırmışdır.  Lakin  onun  şeirlərində  yandırıcı  bir 
daxili  qüvvə  duyulur.  C.Donn  təzadlı,  zil,  bəm  ahəngləri, 
ülvi  əflatuni  sevgi  hisslərindən  birdən-birə  naturalist 
səhnələrə keçidləri çox sevir, istehza və lənətləri birdən-birə 
vəhd və heyranlıq duyğuları əvəz edir. Bir şair kimi C.Donnu 
əzablı  ziddiyyətlərlə  dolu  olan  mürəkkəb  hissələr,  onların 
toqquşması,  mübarizəsi,  bir-birinə  çulğaşması  cəlb  edir.  Bu 
təzadlar 
və 
mürəkkəbliklər 
vasitəsilə 
o, 
həyatın 
ziddiyyətlərini 
əks 
etdirməyə 
çalışır. 
O, 
həyatın 
müəmmalarını, məntiqi yolla ifadə etmək mümkün olmayan 
ruhi hallarını poeziya vasitəsilə əks etdirməyə can atır. 
Sevgi  əzabları,  ayrılıq  iztirabları,  ölüm  və  onun 
fəlsəfi  mənası,  yetkinlik  və  tənəzzül  rəmzi  olan  payızın 
yazdan üstün olması  Donnun poeziyasının əsas  motivləridir. 
Şair  istiarələrə  çox  meyl  göstərir.  Onun  fikrincə  hər  şey 
nisbidir,  ancaq  başqası  ilə  müqayisədə  və  qarşılaşdırma 
zamanı dərk olunur. 
Bu  dövr  dəbdə  olan  "metafizik  məktəb"in  və  "Karl 
məktəbi"nin
1
 üzvləri  olan  şairlər  yaradıcılıqlarının  bir  sıra 
                                                 
1
 Бу мяктябин ады онун щамиси олан Ы Карл Стцартын адындан эютцрцлмцшдцр. 


Afaq Yusifli İshaqlı 
 
 
90 
keyfiyyətləri ilə C.Donn ilə birləşirdilər. C.Herbert, R.Kreşo, 
H.Voen,  T.Keryü  kimi  sənətkarları  birləşdirən  bu  məktəblər 
mürtəce  ingilis  mütləqiyyətinin  ideologiyasına  xidmət 
edirdilər. Metafiziklərin nümayəndələrinin şeirlərində mistik 
dini 
əhval-ruhiyyə, 
açıq 
erotika 
və 
döyüşkən 
mütləqiyyətçilik  təəssübkeşliyi  ilə  birləşir,  ingilis  kübar 
dairələrində  katolikliyə  rəğbətin  gücləndiyini  göstərirdi. 
İngilis mütləqiyyəti XVII əsrin iyirminci illərində katolikliyə 
rəğbətlə  yanaşır,  puritançılıq  və  kalvinizm  dini  bayrağı 
altında çıxış edən mütərəqqi qüvvələrə qarşı mübarizədə ona 
arxalanmağı əlverişli sayırdı. 
"Metafiziklərin"  "Karl  məktəbi"  şairlərinin  lirik 
qəhrəmanı  ya  mistik  dini  seyrçiliyə  qapılmış,  yaxud 
mücərrəd elmi axtarışlarla məşğul olan bir xəyalpərvər, ya da 
çoxsaylı  cəngavərlik  romanlarının  qəhrəmanlarını  təqlid 
edən  bir  rıtsardır.  Bu  əsərlərin  dil  və  üslubu  da  onların 
məzmunundan  uzağa  getmirdi.  Onlardakı  ritorika,  söz 
oyunbazlığı,  incə  ifadələr  arxasınca  qaçmaq  meyli  həmin 
əsərlərin xalqa zidd bir mahiyyətdə olduğunu bir daha nəzərə 
çatdırırdı. 
XVII  əsrin  ilk  illərində  mürtəce  ədəbi  cəbhənin 
əksinə  olaraq  qabaqcıl  yazıçılar  xalqın  istək  və  arzularını 
qələmə  alır,  dövrün  ziddiyyətlərindən  söhbət  açır,  xalq 
kütlələrinin  mütləqiyyətə,  zadəganlığa  və  hakim  kilsəyə 
qarşı  mübarizəsindən  danışırdılar.  Bu  dövrün  ən  istedadlı 
sənətkarlarından  biri  Şekspirin  kiçik  müasiri  dramaturq 
Bencamin  Conson  /1573-1637/  idi.  Yazıçının  hörmət  və 
məhəbbət  əlaməti  olaraq  onu  Ben  Conson  adlandırırdılar. 
Dramaturq  artıq  "Hər  kəsin  öz  əxlaqı  var",  "  Hər  kəsin  öz 
əxlaqı yoxdur" adlı ilk komediyalarında ingilis gerçəkliyinin 
canlı  səhnələrini  yaradır,  cəmiyyətin  əxlaqının  parlaq 
səciyyələrini  təsvir  edir.  Bunlarda  nəsihətçilik  meyli 
güclüdür. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə