Afaq Yusifli İshaqlı
318
gecikməyi sevmir. Təsadüfi deyildir ki, hadisələrin cərəyan
etdiyi zaman qızmar günorta vaxtına düşür.
İspan kralı II Filipp kralların səhnədə göstərilməsini
xoşlamırdı. Buna baxmayaraq Lope de Veqa əsərlərində
onları dönə-dönə müxtəlif vəziyyətlərdə səhnəyə çıxarmışdır.
Gilyen de Kastro da ustadının yolu ilə getmişdir. Hətta
üstəlik kralın vassallardan asılı olduğunu, onlara gücü
çatmadığını göstərmişdir. Losano və Dieqo Laynesin kralın
yanında bir-birilə sözləşməsi, təhqir etməsi, Losanonun
Dieqo Laynesə şillə vurması özlüyündə təsdiq edir ki, onlar
kralı saymır, onunla hesablaşmırlar, ona hörmət göstərmirlər.
Fernando özü də bunu başa düşür. Ona görə də təkəbbürlü,
dikbaş qrafı cəzalandırmaq fikrinə düşür. Saray adamları isə
krala belə bir iş görməyi məsləhət bilmirlər. Bunu krallıq
üçün qorxulu bir hadisə sayırlar.
Sahib-ixtiyardır Losano, kral!
Varlıdır, ötkəmdir, azğındır yaman.
Böyük təhlükə var bu hərəkətdə
Yetər krallığa bundan hər ziyan.
Bu məsləhət ispan kralının iri feodal qarşısında
gücsüzlüyünü, zəifliyini aydın göstərir. Kralın hakimiyyəti
ancaq formal, rəsmi səciyyə daşıyır. Gilyen de Kastronun
məharəti ondadır ki, kralın ispan siyasi həyatında mövqeyini
düzgün əks etdirir.
ALARKON /1581-1639/. XVII əsrin başlanğıcında
Lope de Veqa məktəbinə mənsub olan dramaturqlardan biri
də Xuan Ruis de Alarkon idi. Dramaturq əsərləri üzərində
vasvasılıqla dönə-dönə işlədiyindən başqa həmkarlarından az
yazmışdır. Onun cəmi iyirmi altı pyesi məlumdur. XVII-
XVIII əsrlərdə Alarkon az tanınmışdır. Xarici ölkələrdə onun
irsinə göstərilən maraq Alarkonun yada düşməsinə, maraqla
XVII əsr Qərbi Avropa ədəbiyyatı
319
qarşılanmasına səbəb oldu.
Alarkon Meksikada zadəgan ailəsində anadan olmuş,
təhsilini İspaniyada almışdır. Ömrü boyu yüksək dövlət
vəzifəsində çalışmışdır.
Alarkonun ən yaxşı pyeslirəndən biri "Seqoviyalı
toxucu" pyesidir. İnsan iradəsinə, gücünə himn kimi səslənən
bu komediyada dini motiv, mistik əhval-ruhiyyə yoxdur.
Həyatın, şəraitin ağırlığı onu az qalır məhv etsin, lakin əsərin
qəhrəmanı Fernandonun simasında insan taleyin bütün
oyunlarına, zülmlərinə mətanətlə dözür, ona meydan oxuyur
və qalib gəlir. Onun gücü, cəsarəti, mərdanə dözümü, öz
məğlubedilməzliyinə inamı insanı heyran edir. Don
Fernando həyata, həyatın müsibətlərinə meydan oxuyub
deyir: "Mən hədsiz dərəcədə xoşbəxtəm ki, hələ yaşayıram,
həyat gücüm var, qanım qaynayır, əlim sədaqətlə mənə
qulluq göstərir, yox mən möcüzə deyiləm." Pyesin döyüşkən
romantik ruha, adamların hissləri və hərəkətləri, əməlləri və
sözlərinin gerçəkliyi oxucunu, tamaşaçını öz nikbinliyi ilə
heyran edir.
Pyesin qəhrəmanı gənc Fernandonun atası varlı
zadəganlardandır, kralın sevimlisidir. Həyat, atasının
mövqeyi onun qarşısında işıqlı üfüqlər açır, şan-şöhrət vəd
edir. Lakin saray adamlarının paxıllığı, məkrli oyunları onun
atasına ləkə yaxır, böhtan atır, nəcib, şöhrətli adını çirkaba
bulayır. Fernandonun atasını mavrlarla /ərəblərlə/ əlaqədə
ittiham edib şəhər meydanında öldürürlər. Don Fernandonu
da eyni şəkildə edam olunmaq təhlükəsi gözləyir. Fernando
məbəddə gizlənir. Eşidir ki, onun atasına böhtan atan
adamlar indi də bacısı donya Annanın namusunu ləkələmək
istəyirlər. Bacısının gücünə, iradəsinə, mətanətinə inana
bilməyən Fernando iztirab çəkir, həyəcanlanır, yeganə çıxış
yolunu bacısını zəhərləyib öldürməkdə görür. O belə düşünür
ki, alçaq adamların əlinə keçməkdənsə, onları bu yolla
Afaq Yusifli İshaqlı
320
sevindirməkdənsə, bacısının ölməsi daha məsləhətlidir.
Ölüm şərəfsiz, ləkəli yaşamaqdan daha üstündür.
Bu çətin anda istədiyini yerinə yetirən və yaxın
adamını zəhər verib öldürən Fernando üçün dünya boş bir
səhraya çevrilir. Heç kəsi olmayan, sevinci yasa çevrilən,
düşmənlərinin təntənəsini görən Fernando ümidsizləşmir, qul
kimi taleyə baş əymir, ona qarşı döyüşmək, taleyə qalib
gəlmək qətiyyəti ilə yaşayır. Fernando bu məqsədlə
qəbiristanlığa gedir, qəbirüstü daşı kənara itələyib meyiti
çıxarır, onun kəfənini çıxarıb öz paltarını ona geyindirir.
Bundan sonra o, meyitin üz-gözünü tanınmaz bir hala salıb
şəhərin küçələrindən birinə tullayır. Səhər camaat don
Fernandonun paltarını və sənədlərini ölmüş adamın üstündə
tapıb, onun öldüyünü zənn edir, onu sakitcə basdırırlar.
Don Fernando bu hadisədən sonra Pedro Alonso adi
ilə Seqoviyada yoxsul bir toxucu kimi yaşamağa başlayır. O,
sadə bir fəhlə kimi işləyir və yaşayır, varlı bir zadəgan
olduğunu unudur. Hər şeyi dəhşətli bir yuxu kimi yaddan
çıxarır. Yeni mühitdə, yeni tipli insanlar arasında o, əsl
səadət tapır. Bu, gerçəkliklə barışmaq, taleyin hökmünə baş
əymək deyildir. Fernando cinayət və eybəcərliklər hökm
sürən kübarlar dairəsinə nifrətlə baxır, onlardan ayrıldığı
üçün peşman olmur, ruhdan düşmür. Başına gələn əhvalatlar,
düşdüyü şərait onun iradəsini sındırmır, insani hislərini, şəxsi
ləyaqət duyğularını öldürmür. O özünü qalib və xoşbəxt hiss
edir. Həm də o Teodora adlı gözəl bir qızla dost olmuşdur.
Bu yoxsul, sadə və cazibəli qız onun qəlbinə əsl səadət və
sevinc gətirmişdir. Özünün alçaldığı, təhlükələrə məruz
qaldığı günlərdə rastlaşdığı Teodoranı o, dərin səmimi
məhəbbətlə sevir, onun saflığına, səmimiliyinə heyran olur.
Bu,
müəyyən mənada insanın mənəvi qələbəsidir,
çətinliklərə, uğursuzluqlara üstün gəlməsidir.
İndi Fernando kübar cəmiyyətində təlatümə gələn,
Dostları ilə paylaş: |