XVII əsr Qərbi Avropa ədəbiyyatı
345
komediyalarının süjeti zaman baxımından dünyanın
yaradılması haqqında bibliyada göstərilən tarixdən başlamış
Lopenin müasiri olduğu dövrə qədərki hadisələri əhatə edir.
Məkan baxımından onlar İspaniyanın sərhədlərindən çox-
çox kənara çıxırlar, tamaşaçını gah Rusiyaya, gah
Albaniyaya, gah Macarıstana, gah Bohemiyaya, gah Polşaya,
gah
Amerikaya
aparırlar.
İspaniya
özü
Lopenin
dramaturgiyasında az qala özünün bütün əsas şəhərləri,
bütün əyalət və vilayətləri ilə təmsil olunmuşdur. Lope de
Veqa teatrında iştirak edən surətlərin qeyri-adi dərəcədə
böyük miqdarı nəinki təkcə çoxlu millətləri, həm də daha
artıq dərəcədə çoxlu tiplərini, peşələrini cəmiyyətin bütün
silk və təbəqələrinin nümayəndələrini əhatə edir. Lope de
Veqanın surətlər aləminin universallığı ilə onun dilinin
universallığı tamamilə uyğundur. O, leksik baxımdan
dünyanın ən zəngin yazıçılarındandır, ən müxtəlif nitq
üslublarından sərbəst və asan bir tərzdə faydalanır."
"Seviliya ulduzu" /1623/ pyesi Lope de Veqanın
dünya teatrlarının səhnələrində bu günə qədər ən çox
oynanılan əsərlərindən biridir. Əsərin qəhrəmanları varlı
kübar dairələrinə məxsus adamlardır. Lakin kübar dairələrin
özündə nisbətən aşağı silkə mənsub olanlar daha yüksək
mərtəbədə dayananlar tərəfindən sıxışdırılır, kiçik bir
müdaxilə, azacıq bir şıltaqlıq qəhrəmanların səadətini alt-üst
edir. Dost dostunu, sevdiyini itirir.
Yaranmış şərait nəticəsində qəhrəmanın şərəf, namus
qarşısındakı borcu ilə şəxsi sevgi duyğuları arasında uçurum
yaranır. İspan zadəganlığının şərəf-namus, verdiyi sözə əməl
etmək məsələləri ilə əlaqədar qanun şəklinə saldığı prinsiplər
insana öz əlilə öz səadətini məhv etdirir, onu dünyada ən əziz
adamına əl qaldırmağa yönəldir. Daha aşağı təbəqələr daha
yuxarı təbəqələrin ucbatından əzab çəkir, onların səadəti
Afaq Yusifli İshaqlı
346
əlindən alınır. Bununla bərabər əsərin qəhrəmanları yüksək
insani ləyaqət nümayiş etdirir, çətin sınaqlardan qalib
çıxırlar, şərə, eybəcərliyə güzəştə getmirlər. Dramaturq şərin
ən güclü təcəssümü, fəlakətlərin baisi olan Kralı peşman
olmağa, geri çəkilməyə, çirkin planlarını unutmağa məcbur
edir. Lope de Veqa insana inanır, onu yüksəklərə doğru
çağırır.
Əsərdə təsvir edilən hadisələr Seviliyada, Cəsur IV
Sançonun hakimiyyəti illərində, 1284-1295-ci illərdə cə-
rəyan edir. Dramaturqun tərcümeyi-halını yazan alimlərin
müəyyənləşdirdiyinə görə, Lope de Veqa XVII əsrin
əvvəllərində
Seviliyada
olmuş,
onun
gözəlliyinə
vurulmuşdur. "Seviliya ulduzu" pyesində onun ən gözəl
əfsanələrindən biri əsasında bu şəhəri və onun insanlarını
tərənnüm etmişdir. Əsərin əvvəlindən sonuna qədər
Seviliyanın
insanlarının
gözəlliyindən,
namus
və
igidliyindən söhbət açılır. Bu şəhərə şəhvani duyğularını
təmin etmək yeri kimi baxan Kral özü də onun insanlarının
təsiri ilə dəyişir. O, açıq-açığına etiraf edir:
Gör necə insandır sevilyalılar!
Alicənabdırlar! Satılmaz onlar!
Daha möhkəmdirlər, tuncdan, mərmərdən.
Kralın yaxın nədimlərindən olan Don Aryas isə
Sevilyanı bir şəhər kimi Romadan üstün tutur, onun geniş
küçələrindən, qəsrlərindən söhbət açır.
Bəli, gözəllikdə bizim Sevilya,
Qədim Romanı da ötmüş belə,
Geniş küçələri, qəsrləriylə.
İlk baxışdan Sevilya uca binaları, geniş küçələri,
abadlığı, qonaqpərvərliyi ilə diqqəti cəlb edirsə, daha
XVII əsr Qərbi Avropa ədəbiyyatı
347
yaxından tanışlıq onun insanlarının mənəvi gözəlliyini üzə
çıxarır. Dramaturq vətənpərvər bir sənətkar kimi pyesin
əvvəlindən sonuna qədər İspaniyanın ən gözəl bir bucağı
saydığı Sevilyanı vəsf edir, onun gözəlliyinə nəğmə qoşur.
Əsərin əsas surətlərindən biri kral Cəsur Sançodur.
Sevilyalılarla ilk söhbətində onların köməyilə Cəbəllütariqi
tutmaqdan söz açan kralın, sonrakı hərəkət və söhbətləri
göstərir ki, onu xalqın, ölkənin taleyi az maraqlandırır. O,
şəhərə daxil olduğu vaxtdan qadınlara göz gəzdirir, özü üçün
yeni-yeni ov müəyyənləşdirir. Onun nədimi və mənfi
cəhətdən daha düşkün bir adam olan Don Aryas Sevilyanın
ümumi gözəlliklərindən, inkişafından, qəsr və küçələrindən
danışanda kral onun sözünü kəsir. Sevilyanın gözəllərindən
söhbət açmadığı üçün onu məzəmmət edir. Söhbətin belə
şəkil alması, kralın dövlət və idarə işləri ilə deyil, gözəl
qadınlarla daha çox maraqlanması, fikri-zikrinin ancaq bu
istiqamətə yönəlməsi onun mənəvi şikəstliyindən xəbər verir.
Məlum olur ki, yol boyu Don Aryas da kral kimi bir
müştəri gözü ilə qadınlara baxırmış. Ağasının ən çirkin və
iyrənc istəklərində də işə yaramağa çalışan bu kral nökəri
Leonora, Koronel, Beatris, Anna və başqa qadınlardan,
onların gözəlliyindən söhbət açır, ağasının növbəti ovunu
müəyyənləşdirməyə çalışır. Don Aryas təriflədiyi gözəllər
krala xoş gəlmir, birini "qızıla tutulmuş soyuq mərmər"
adlandırır, bir başqasını "ancaq buz kimi içməli su" sayır, bir
ayrısının adını bəyənmir. Kralla Don Aryas arasında gedən
bu söhbət Kralın və onun nökərinin mənəvi cılızlığını üzə
çıxarır. Bu baxımdan kral – Nizaminin yaratdığı Xosrov
surətini yada salır. Görünür ki, hər iki intibah sənətkarı döv-
rünün hökmdarlarının sevgi, ehtiras düşkünlüyünü onların
əsas qüsuru kimi görmüş və rədd etmişlər.
Kralın söhbətindən aydın olur ki, o, şəhərə daxil
olarkən eyvanda gördüyü bir qız onu daha çox cəlb etmişdir.
Dostları ilə paylaş: |