Afaq Yusifli İshaqlı
106
vəzifələrdə işləyən şair əsas əsəri olan "Qudibras" poemasını
yazanda yaşı əllini keçmişdi. S.Batler bir xeyli müddət
Kromvel ordusunun zabitlərindən olan polkovnik Lükün
ailəsində xidmət etmişdir. Ehtimal edirlər ki, puritan
Qudibras surətini yaradarkən ser Lük şairin komik
qəhrəmanının əsas proobrazı olmuşdur. Şair Servantesin yolu
ilə gedərək Qudibrasla onun nökəri Ralfonun qəribə
macəralarını və mübahisələrini qələmə almışdır. Qudibras və
Ralfonun
mübahisə və deyişmələri vasitəsilə şair
presviterianlarla independentlərin mübarizəsinə gülmüşdür.
Şair Qudibrasın simasında prisviterianları, Ralfonun
simasında independentləri satira hədəfinə çevirir.
Qudibrasla Ralfonun mübahisə və savaşları əksər
halda gülünc və axmaq səbəblər üzündən başlanır, lakin bu,
onların ayrılmaz dostlar kimi qalmalarına mane olmur. Şair
inqilab iştirakçılarının surətlərini qəsdən karikaturalaşdıraraq
puritanlığın əsl nöqsanlarını açıb göstərir. Puritan kübar
dairələrində hökm sürən riyakarlığı tənqid edir.
Puritan kübar dairələrinin antiəxlaqi mahiyyəti,
onların şənlənən sadə kütləyə qarşı hərəkətlərində daha aydın
nəzərə çarpır. Puritan cəngavəri və onun silahdaşıyanı nahaq
yerə xalq şənliyinə mane olmağa çalışırlar. Qudibras və
Rolfo şənlənən xalq qarşısında məğlub olur və əsir alınır,
onların əl və ayaqlarına kündə vururlar. Qudibras və onun
nökərini kündədən varlı bir dul qadın xilas edir. Dul qadının
dövlətinə aşiq olan Qudibras guya ona sevgi duyğuları bəslə-
diyini bildirir. Saxta və riyakar Qudibras uzun müddət öz
məqsədini gizlədir. Lakin qadının qulluqçu və nökərləri
ifritələr cildinə girərək Qudibrasın yatağına soxularaq
həqiqəti öyrənirlər. Puritan cəngavəri yenə öz silahdaşıyanı
ilə birlikdə döyülür, biabır edilərək qovulur.
S.Batler komik qəhrəmanlarından ayrılan kimi
vətənpərvər bir şairə çevrilir, vətəndaş müharibəsinin
XVII əsr Qərbi Avropa ədəbiyyatı
107
fəlakətlərindən, partiyalar arasında gedən mübarizənin xalqı
var-yoxdan
çıxarmasından
danışır.
Burjuaziya
və
dvoryanlığın özlərini xalqın müdafiəçiləri kimi göstərib onu
aldatmaq istədiyindən söhbət açır. Royalistlərin qələbəsini
Batler inqilabdan əvvəlki quruluşun bərpa edilməsi kimi
başa düşür və buna görə də bəşər tarixinin mənasızlığını, hər
dəfə keçilmiş mərhələyə qayıtdığı fikrini irəli sürür.
Məhz bu cəhətlərinə görə poema feodal zadəgan
dairələrində məğlub olmuş respublika quruluşuna qarşı
yazılan bir əsər kimi qarşılanır, müəllifin royalist
görüşlərinin ifadəsi kimi qiymətləndirilir.
Karl və kübar dairələr əsərə heyran olduqlarını
bildirir, şairə pul mükafatı verirlər. O, dəbdə olan bir şairə
çevrilir. Lakin saray şairi şöhrəti Batleri o qədər də cəlb
etmir. O, bərpa edilmiş mütləqiyyətə qarşı bir sıra satirik
poemalar yazır, kübar cəmiyyətini, saray dairələrini, Stüartlar
sülaləsinin alim nökərlərini tənqid hədəfinə çevirir.
Həyatının son illərini yoxsul bir həyat keçirən şairin
yaradıcılığında get-gedə artan bir bədbinlik və ümidsizlik
müşahidə olunur. Bu, şairin ingilis burjuaziyasına da, bərpa
edilmiş Stüartlara da inamının itirilməsindən irəli gəlirdi.
Hakimiyyət uğrunda vuruşan hakim dairələrdən heç biri
S.Batleri cəlb etmirdi. Batlerin irsindəki realist meyllər onu
XVIII əsr maarifçi realizmi ilə, xüsusən, Svift yaradıcılığı ilə
bağlayır, "Qudibras" Sviftin stolüstü kitablarından olmuşdur.
XVII əsr ingilis ədəbiyyatı İngilis ədəbiyyatı
tarixinin ən mühüm və maraqlı mərhələlərindən biridir. Bu
dövrdə xalqın qanı və iztirabları bahasına ingilis burjua
dövlətinin əsası qoyulur. Əsrin yazıçı, şair və publisistlərinin
əsərlərində xalq kütlələrinin qazandığı tarixi təcrübə əks
etdirilir,
feodal
cəmiyyətinin
dağılması,
burjua
münasibətlərinin inkişaf prosesi göstərilir. XVII əsrin
Afaq Yusifli İshaqlı
108
qabaqcıl ingilis yazıçıları inqilab dövründə darmadağın
edilən feodal irticasını daha doğru, daha kəskin şəkildə
göstərməklə bərabər burjua münasibətlərinin kölgəli
cəhətlərini də tənqid edirdilər.
CON MİLTON /1608-1674/. XVII əsr ingilis
ədəbiyyatının ən parlaq siması Miltondur. Mütəfəkkir və
inqilabçı şair olan Milton döyüşən, irəliyə doğru hərəkət
edən, iztirablar və səhvlər arasından keçərək həqiqət axtaran
insana himn yaradır. Onun əsərlərində XVII əsrin ən mühüm
hadisələri əks olunmuş, baş verən hadisələr təhlil edilərək
ümumbəşəri nəticələr çıxarılmışdır. Onun poeziyasında
müşahidə olunan barokko romantizmi də, vətəndaşlıq
ideyaları ilə aşılanmış klassisizm də cəmiyyətin həyatında
cərəyan edən nəhəng hadisələrin təzahürü, onların dərk
olunması cəhdinin ifadəsi idi.
Con Milton Londonda notarius ailəsində anadan ol-
muşdur. Şairin atası sadiq, möhkəm əqidəli bir puritan idi,
oğlunu da puritanlıq ənənələri ruhunda tərbiyə edir. Milton
ilk təhsilini Müqəddəs Pavel kilsəsinin nəzdindəki məktəbdə
alır. Bu məktəb ən qatı puritanlar olan Cillərin əlində idi.
Miltonun dünyagörüşü və ədəbi zövqünün formalaşmasında
bu məktəbin mühüm rolu olmuşdur.
Varlı puritan ailələrindən çıxan əksər gənclər kimi
Milton da Kembricdə oxuyur. Burada o, parlament
tərəfdarları ilə feodal-zadəgan irticası tərəfdarları arasında
gedən mübarizələrə qoşulur. Mütləqiyyət hakimiyyəti
tərəfdarları burada nə qədər az olsalar da, çox inamla və
qətiyyətlə hərəkət edirdilər. Milton müəllimlə nəsə bir siyasi
məsələ ilə əlaqədar toqquşur və onu müvəqqəti olaraq
universitetdən çıxarırlar. Buna baxmayaraq o, universiteti əla
qiymətlərlə qurtarır.
Universiteti bitirdikdən sonra Milton həyatının bir
Dostları ilə paylaş: |