Afaq Yusifli İshaqlı
124
vəziyyətinə salınmasına bais olan bu yalançı və saxta gözələ
lənət yağdırır, onun bu cür alçaq xəyanətlərə xeyir-dua verən
allahlara inanan xalqını ifşa edir.
Dəlilə hirslənib gedir. Onun yerini nəhəng Qarafa
tutur. Qarafa bu əsir qəhrəmana gülmək, ona lağ etmək üçün
gəlmişdir. Qarafanın kobud öyünmələrinə dözə bilməyən
Samson silahlı Qarafa ilə vuruşmaq, ancaq bir döyənəklə ona
qalib gəlmək əzmindədir. Onun qəzəbini, qələbə əzmini
görən Qarafa qorxub qaçır. Xor yenidən əzilən insanların
duyğularını tərənnüm edir, ziyalılara qarşı çıxan xilaskarın
meydana çıxdığını gördüklərini bildirirlər. Xor Samsona
mədhnamələr oxuyur, onu yer üzünün qaniçən hakimlərini
ram etməyə gələn bir qəhrəman kimi öyürlər.
Yer üzündə hakimləri ram eyləməyə,
Qırmaq üçün istibdadın zəncirlərini,
Yox etmək üçün ədalətsiz qaniçənləri;
Kim ki, zülmün taxt-tacını qoruyur müdam,
Min əzabla təqib edir, cana yığırlar,
Kim ki, haqqa, ədalətə hörmət eyləyir.
Xorun mahnısı zülmə və istibdada qarşı döyüş himni
kimi səslənir. Lakin Samsonu yeni-yeni müsibətlər gözləyir.
Daqon məbədinin xidmətçisi tələb edir ki, Samson bayram
şənliyinə gəlsin, fələstinliləri əyləndirsin. Samson xeyli
müddət inad göstərir, bu rüsvayçılığı qəbul etmək istəmir.
Axırda o, buna razılaşır. Oxucu hiss edir ki, onun nəsə gizli
bir fikri vardır. O, çaparın dalınca fələstinlilərin məti təlxəyi
olmağa deyil, öz axırıncı qəhrəmanlığını göstərməyə gedir.
O, öz ölümü ilə xalqı üçün yeni bir qələbə əldə edəcək, onu
əsarətdə saxlayanlardan dəhşətli intiqam alacaqdır.
Samson əsərdə canlı, ziddiyyətli cizgilərə malik bir
insan kimi təqdim olunur. O, öz günahını bütün dərinliyi ilə
anlayır, xalqını azad etməli olduğu halda, özü də qul
XVII əsr Qərbi Avropa ədəbiyyatı
125
olmuşdur. o, xalqın sərkərdəsi, müdafiəçisi kimi günahı
ancaq özündə görür. Samson həyatın mənasını fələstinlilərlə
mübarizədə görür, lakin o, kor olduğu üçün, bu mübarizədə
iştirak edə bilmədiyi üçün özünə ölüm arzulayır. Milton özü
feodal mütləqiyyət irticasının gec-tez məğlub olacağına
möhkəm inandığı kimi, onun qəhrəmanı Samson da fələstin-
lilərin məğlubiyyətinə inanır.
Faciənin əvvəlində Samson korluğuna, rüsvayçı
vəziyyətinə görə iztirab çəkirsə, Dəlilə və Qarafa ilə
qarşılaşdığı səhnələrdə onun ümidsizliyi və bədbinliyi daha
da güclənirsə, pyesin sonunda o dəyişib başqa bir adama
çevrilir. Qul və təlxək kimi bir rüsvayçılığı özünə rəva
görərək düşmənə qələbə çalır, ondan intiqam alaraq ölməz
bir şöhrət qazanır. Lakin Samson təkdir. "Qaytarılmış
cənnət" poemasında olduğu kimi burada da xalq iştirak
etmir. Bu Miltonun artıq xalqa yüksək qiymət verməsininmi
ifadəsidir? Yoxsa, bərpa edilmiş mütləqiyyət dövründə xalqla
inqilabi
qüvvələr arasında yaranmış anlaşılmazlığın,
yadlaşmanın əks-sədasıdır? Həqiqət budur ki, İsa da, Samson
da xalqı məzəmmət edir. Samson xalqı məzəmmət edir ki, o,
fələstinlilərlə mübarizədə ona kömək etməmişdir, qul halına
düşməkdə, məğlubiyyətdə günahkardır. Xalq sakit qul
həyatını mübarizə həyəcanlarından üstün tutmuşdur. Bununla
bərabər etiraf etmək lazım gəlir ki, Samsonun mübarizə
ruhunda, nifrətində zadəganlığa qarşı ümumi xalq narazılığı
və nifrəti əks olunmuşdur.
"Pəhləvan Samson" faciəsinin ancaq və ancaq bərpa
edilmiş Stüartlar monarxiyasına nifrət edən respublikaçı bir
şairin əsəri kimi başa düşmək olar. Buradakı surətlər və
hadisələr şairin həyatı və mübarizəsi ilə bağlı siyasi
ideyaların əks-sədasıdır. Faciənin aktuallığı, müasirliyi
döyüşən tərəflərin qarşılaşdırılmasında da özünü büruzə
verir.
Afaq Yusifli İshaqlı
126
Məlum olduğu kimi Milton dövrünün siyasi dilində
royalistləri fələstinlilər adlandırırdılar. Burada bir tərəfdə
təmtəraqlı Qəzza, Dəlilə, Qarafa, sərxoş lordlar və
fələstinlilərin bordanmış kahinləri dayanırsa, o biri tərəfdə
Samson durur. Bir tərəf kübar dairələri, istismarçıları təmsil
edirsə, o biri tərəf xalqı, əzilən kütləni təmsil edir.
"Pəhləvan Samson" faciəsində surətlər daha dolğun
və hərtərəfli verilmişdir. Samsonun özünün səciyyəsi
hərəkətdə və inkişafda göstərilir. Onun bir döyüşçü, oğul, ər,
qəbilə üzvü kimi duyğu və düşüncələrinə dərindən nüfuz
edilir. Milton inqilabın mahir bilicisi kimi, qəhrəmanın
hərəkət və psixologiyasındakı dönüşləri düzgün əks etdirir.
Əsər süjet, quruluş və surətlərin təqdimi baxımından da
şairin poemalarından daha bütöv və bitkindir.
"Qaytarılmış cənnət"də və "Pəhləvan Samson"da
Miltonun yaradıcılığı özünün kosmik və ümumbəşəri
ölçülərini müəyyən dərəcədə itirsə də, daha dünyəvi və daha
az ziddiyyətli bir səciyyə alır. Dramatik keyfiyyətlər ön plana
keçir, barokko romantikası ilə bağlı cizgilər inqilabi
klassisizm meylləri tərəfindən sıxışdırılıb və susdurulub.
Miltonun yaradıcılığının, xüsusən onun bərpa dövrü
əsərləri XVII əsr ingilis həyatının, ingilis burjua inqilabı
dövrü hadisələrinin ən parlaq inikasıdır. Bu əsərlərdə
döyüşən, qalib gələn, məğlub olan, bədbinləşən və inanan
insanların əhval-ruhiyyəsi, nifrət və qəzəbi qələmə
alınmışdır. Dini mövzular, süjetlər şairin əsərlərində
aktuallığını, müasirliyini ört-basdır edə bilməmişdir.
* * *
Dostları ilə paylaş: |