XVII əsr Qərbi Avropa ədəbiyyatı
157
kimi qiymət verirlər, ona görə də onları həqiqi qiymətlərinə
görə yox, məzənnəyə görə qiymətləndirmək lazım gəlir",
"Nöqsanlar bizi tərk edəndə, biz özümüzü inandırırıq ki, biz
onları tərk edirik", "Etiqad qəlbin passivliyi və tənbəlliyidir,
şöhrətpərəstlik isə fəallıq və coşqunluğu", "Biz çox vaxt bizi
darıxdıran adamları bağışlayırıq, lakin darıxdırdığımız
adamları bağışlaya bilmirik", "Aşiqlər və məşuqlar heç vaxt
bir yerdə olanda darıxmırlar, çünki onlar ancaq özləri
haqqında danışırlar".
Laroşfukonun əsəri çap olunan zaman böyük
müvəffəqiyyət qazanmışdır. Lakin dövrün bir çox humanist
sənətkarları, xüsusən İntibah dünyagörüşü ilə əlaqəni tamam
üzməyən, həyata və insana nikbinliklə yanaşan bir sıra
sənətkarlar
onun
bədbinliyini
qəbul
etməmişlər.
Laroşfukonun "Hikmətlər"i çap olunandan iki il sonra
Molyer "Mizantrop" komediyasında onun əsərində irəli
sürülən müddəaları tamaşaçılar müzakirəsinə vermiş, əsas
tendensiyasını qətiyyətlə pisləmişdir. Lakin Molyer öz əsəri
ilə Laroşfukonun "Hikmətlər"inin ədəbi əhəmiyyətini rədd
etmir, bəlkə onun humanizmini və tarixi əhəmiyyətini bir
daha təsdiqləyir.
JAN DE LABRÜYER. /1645-1696/. XVII əsrin son-
larında yaşayıb yaradan ən orijinal sənətkarlardan biri olan
Labrüyer "Bu əsrin xarakterləri və əxlaqı" adlı əsəri ilə
tanınmışdır. Labrüyer o qədər də varlı olmayan burjua
ailəsində doğulmuşdur. Tədqiqatçılar yazıçının mənsub
olduğu ailənin keçmişdə zadəgan rütbəsi daşıdığını ehtimal
edirlər, lakin Labrüyer anadan olduğu vaxt onların ailəsi bu
rütbəni artıq itirmişdi. Labrüyer həyatı boyu silki baxışların
qurbanı olub, bundan əzab görsə də, silki təbəqələrə həmişə
laqeydliklə yanaşmışdır.
1684-cü ildə Bossüenin zəmanəti ilə o, sərkərdə
Afaq Yusifli İshaqlı
158
Kondenin nəvəsinin tərbiyəçisi olmuşdur. Konde şöh-
rətpərəst, məğrur və qətiyyətli bir adam idi. Onun
Şantilyedəki sarayı Fransanın ən məşhur adamlarının,
siyasətçilərinin, yazıçı və rəssamların toplaşdığı bir yer idi.
Labrüyer burada həyatı yaxından müşahidə etmiş, zəngin
təcrübə toplamışdır. "İnsan həyatının böyük tamaşasında,
zəmanəsinin nəhəng komediyasında birinci lojada küncdəcə
bir yer tutan" /Sent-Böv/ Labrüyer müşahidələri əsasında
xatırlanan əsərini yaratmış və bununla daha qalmaqallı bir
şöhrət qazanmışdır. Həmin kitab ilk dəfə Teofrastın
"Xarakterlər" əsərinin tərcüməsi kimi nəzərdə tutulmuş və
yunancadan tərcümə adı ilə çap olunmuşdur. Burada
Labrüyer öz müasirlərinin ancaq bir sıra səciyyələrini əlavə
etməklə kifayətlənmişdir. Əsərin hər bir sonrakı nəşrində
müəllifin artırdığı bu orijinal səciyyələrin sayı artırılmış və
yazıçının sağlığında həyata keçirilən axırıncı doqquzuncu
nəşrində onların miqdarı 1120-yə çatdırılmışdır. Sonrakı
nəşrlərdə Teofrasta məxsus səciyyələr kitaba əlavə şəklində
verilmişdir.
Labrüyer 1693-cü ildə Akademiyaya üzv seçilərkən
Teofrast haqqında söylədiyi nitqdə etdiyi kimi Teofrast
səciyyələrində insanın daxili mahiyyətini göstərirsə, onun
səciyyələri eybəcərliyin, səciyyənin ilkin səbəbini açır,
qabaqcadan insanların nə danışacağını və edəcəyini görməyi
öyrədir. Labrüyerə görə, insanların səciyyələri ictimai
mühitin bilavasitə nəticələridir. Xəsislər Yunanıstanda da,
mütləqiyyətçi Fransada da olmuşdur, lakin xəsisliyin
məzmunu və təzahür formaları ictimai mühitin təsiri ilə
dəyişir. Ona görə də yazıçının vəzifəsi xəsisliyi təsvir etmək
deyil, onun səbəbini tədqiq etməkdir.
Labrüyerin səciyyələri sözün həqiqi mənasında bu
əsrin, XIV Lüdovik əsrinin səciyyələridir. Biz bu
səciyyələrdə kurtizankaların, əyanların, bankirlərin, sələm-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
159
çilərin, yaltaqların, burjua nümayəndələrinin, xəsislərin,
dedi-qoduçuların
boşboğazların,
ikiüzlülərin,
şöhrətpərəstlərin və başqa tiplərin əlvan, realist portretləri ilə
tanış oluruq. Bu əsər fransız cəmiyyətinin həyatını,
ziddiyyətlərini hər hansı başqa bir əsərdən daha əhatəli və
daha realist cizgilərlə əks etdirir. Onun "Səciyyələr"i bütün
əsrin əzəmətli bir pamfleti kimi qiymətləndirilə bilər.
Bir cəhəti də xüsusi qeyd etmək lazımdır ki, Labrü-
yerin
tənqidləri birinci növbədə burjua-demokratik
təbəqələrin mütləqiyyətə qarşı olan əhval-ruhiyyəsi ilə
bağlıdır.
Labrüyerin əsəri janr etibarilə də orijinal və yenidir, o
vaxta qədər mövcud olan janrlardan heç birinin çərçivəsinə
sığışmır. Burada müxtəlif janr və formalardan məharətlə
istifadə edilmişdir. Burada ədəbi rəy, Laroşfuko üslubunda
yazılmış aforizmlər, əxlaqi nəsihət, dialoq, portret, kiçik
süjetli novella, dilçilik traktatı, sosial utopiya, təmsil, siyasi
satira və başqa janrlar bir-birini əvəz edir. Labrüyer öz
əsərini "Şəhər", "Saray", "Əyanlar", "Hökmdar" və s. adlarla
müəyyən hissələrə bölür.
İctimai hadisəni, həyatı bütün dolğunluğu ilə əks
etdirməyə çalışmaq cəhdi Labrüyeri gerçəkliyə daha
dərindən nüfuz etməyə gətirib çıxarır. O, paytaxtı da, kəndi
də, əyanı da, burjuanı da, məmurları da, kəndliləri də eyni bir
asanlıqla və həqiqətpərəstliklə nəzərdən keçirir.
Fransız yazıçılarından heç biri xalqın həyatının bu
cür dəhşətli mənzərəsini yarada bilməmişdir. Kəndliləri
təsvir edən yazıçının səciyyələri dövrün ictimai quruluşunun
kəskin tənqidi kimi səslənir. "Bəzən çöllərə səpələnmiş qara,
dərisinin rəngi ölü rənginə oxşayan, günəş altında
kömürləşmiş, torpağa əyilməkdən donqarlaşmış, kişi və
qadın cinsindən olan yarımvəhşi varlıqlar görmək olar ki,
torpağı məğlubedilməz bir inadla qazır və təkrar qazırlar;
Dostları ilə paylaş: |