Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   69



 
 
Azərbaycan Respublikasının 
Prezidentinin yanında 
Dövlət Ġdarəçilik Akademiyası 
 
Akif Bayramov, Ziyəddin Məhərrəmov,  
Mustafa Ġsgəndərzadə 
 
 
AZƏRBAYCAN DĠLĠ  
VƏ  
NĠTQ MƏDƏNĠYYƏTĠ 
(Dərs vəsaiti) 
 
 
 
 
 
Dərs 
vəsaiti 
Azərbaycan 
Respublikasının 
Prezidenti 
yanında 
Dövlət 
Ġdarəçilik 
Akademiyası Tədris Metodik ġurasının 06 Mart 
2015-ci  il  tarixli  iclasının  qərarı  ilə  (  07  saylı 
protokol ) çap edilir 
 
 
 
 
 
 
                                           BAKI – 2015


 

Az 2 
A 46 
 
 
Redaktor:      f.d.     Allahverdi Hacıyev  
 
Rəyçilər:         f.e.d. Lalə Əhmədova 
                  f.d.    Tamam Mehrabova 
                  f.d.    Tamilla Hüseynova 
 
 
A 46  Akif Bayramov,  Ziyəddin Məhərrəmov, 
Mustafa Ġsgəndərzadə. 
Azərbaycan dili və nitq mədəniyyəti 
(ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, "ULU", 2015, 236 səh. 
 
 
 
 Bu dərs vəsaitində müasir nitq mədəniyyətinin ən aktual məsələlə-
ri nəzərdən keçirilir, mövcud dərsliklərə və digər mənbələrə əsaslana-
raq nitq normalarının, natiqlik sənətinin mahiyyəti, xüsusiyyətləri açıq-
lanır, tədris prosesində ondan istifadə qaydaları, üsulları göstərilir. 
 Vəsaitdən bu problemlərlə maraqlanan humanitar və qeyri-huma-
nitar  fakültələrin  tələbələri,  magistrləri,  aspirantları  və  müəllimləri, 
eləcə də jurnalistlər və digər sahə mütəxəssisləri istifadə edə bilərlər. 
―Azərbaycan  dili  və  nitq  mədəniyyəti‖  vəsaiti  əsasən  Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyasının 
tələbələri  üçün  nəzərdə  tutulmuşdur.  Vəsaitdə  müasir  Azərbaycan 
dilinin bütün struktur elementləri əsasən nitq mədəniyyəti problemləri 
ilə əlaqələndirilmişdir. 
 
A 46 
4601000000–001 
elansız 
 
090–15 
 


 

GĠRĠġ 
 
Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan 
mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. 
H.Əliyev 
Ötən əsrlərin min bir kataklizmlərindən üzüağ çıxan, xalqımızın 
və  milli  mədəniyyətimizin  əbədiyaşarlığını  təmin  edən  ana  dilimiz 
müasir dövrdə də, çox təəssüf ki, müəyyən sıxıntılarla üzləşməkdə, 
çətinliklərlə  qarşılaşmaqdadır.  Bu,  yaşadığımız  qloballaşma  döv-
rünün  təzadlı  təsirləri  ilə  bağlıdır.  Artıq  heç  kimə  sirr  deyildir  ki, 
mövcud qloballaşma prosesi bütün dünya ölkələrinı mühüm dilem-
malar,  faktlar  qarşısında  qoymuşdur.  Dünyanın  informasiya  üçün 
açıq  olması,  texnoloji  inqilabın  doğurduğu  nəticələrdən  düzgün 
istifadə  olunmaması,  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrin  kom-
munikasiyalarının yaxınlaşması, telekommunikasiya, internet texno-
logiyalarının sürətli inkişafı və digər amillər özü ilə müəyyən pozitiv 
yeniliklər gətirsə də, neqativ cəhətləri də az deyildir. Bu amil, ictimai 
həyatın əksər sahələrində olduğu kimi, milli dil və mədəniyyət sahə-
sində  də  özünü  göstərir.  Açıq  dünya  məkanında  milli  dillərə  yerli-
yersiz  mütəmadi  yeni  sözlər  daxil  olur,  mədəniyyətə  yad-yaman 
meyillər aşılanır. Bu da istər-istəməz haqlı narazılıq doğurur. 
Cəmiyyətin nitq mədəniyyəti milli dilə münasibət ilə müəy-
yən  olunur.  Öz  növbəsində,  milli  dilin  vəziyyəti  (səviyyəsi)  bü-
tövlükdə millətin inkişaf səviyyəsini əks etdirir. Dilə, nitq mədə-
niyyətinə olan xarici təsirlərə bir sıra inkişaf etmiş ölkələrdə necə 
qısqanclıqla yanaşıldığına diqqət yetirək. 
İkinci  Dünya Müharibəsindən məğlub çıxan alman xalqı  və 
onun  yeni  rəhbərliyi  Hitler  rejimi  dövründə  ədəbi  dil  normala-
rının xeyli aşağı düşdüyündən narahatçılıq keçirirdilər. 
Fransızların öz ölkərinə hər hansı bir kənar müdaxiləyə necə 
qısqanclıqla  yanaşmaları  da  yaxşı  məlumdur.  Hətta  onların  bu 
münasibətlərini  ―dil  şovinizmi‖  adlandıranlar  da  az  deyil.  O  da 


 

məlumdur ki, fransızlar ingilis dilində olan hansısa reklam lövhə-
sini belə istəmirlər. Onları ən çox narahat edən isə ölkəyə ameri-
kanizmi  təbliğ  edən  vasitələrin  daxil  olmasıdır.  O  da  yaxşı  mə-
lumdur  ki,  hər  bir  ingilis  məmurunun  stolunun  üstündə  xüsusi 
hazırlanmış ingilis dili dərsliyi vardır. 
Heç  şübhəsiz  ki,  öz  müstəqilliyinə  qovuşduqdan  sonra,  bizim 
ölkəmizdə də bütün bu amillərə xüsusi fikir verilməkdə, milli dili-
mizin  və  mədəniyyətimizin  qorunması  və  inkişaf  etdirilməsi  yo-
lunda xüsusi səylər göstərilməkdədir. Belə ki, 1995-ci ildə ümum-
xalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci mad-
dəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili 
olması öz əksini tapdı və bunun ardınca dilimizin inkişafı ilə bağlı 
bir  sıra  fərmanlar  imzalandı,  qanunlar  qəbul  edildi.  2001-ci  ilin 
iyunun 18-də ulu öndər Heydər Əliyev ―Dövlət dilinin tətbiqi işinin 
təkmilləşdirilməsi haqqında‖ daha bir fərman imzaladı və bu tarixi 
sənəd dilimizin inkişafı sahəsində mühüm rol oynadı. Həmin sənəd-
də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dil Ko-
missiyasının yaradılması da nəzərdə tutulurdu. Onun əsas məqsədi – 
ana  dilimizin  tətbiqi  işinin  təkmilləşdirilməsinə  daha  səmərəli 
şəkildə nəzarət etmək və bu prosesi daha da sürətləndirmək idi. 
Nitq  mədəniyyəti  təkcə  nitq  etiketi  deyildir.  Bizim  nə  di-
limiz, nə də nitqimiz elə-belə öz-özünə yaranıb. 
Onun yaranması və inkişafı cəmiyyətdə baş verən proseslərlə 
bağlıdır. Bu, dialektik bir əlaqədir. Yəni dil cəmiyyətin bütün so-
sial-siyasi  proseslərini  əks  etdirir  və  eyni  zamanda,  insanların 
dünyagörüşünü  formalaşdırır.  Buna  görə  də  nitq  mədəniyyətini 
cəmiyyətin ümumi mədəniyyətindən ayrı təsəvvür etmək olmaz. 
Azərbaycanın təhsil sisteminin Boloniya prosesinə qoşulma-
sı  ilə  əlaqədar  olaraq  məqsədyönlü  kommunikativ  kompitensiya 
formalaşdırmaq hazırda bakalavr, magistr hazırlığı işində ən va-
cib şərtlərdəndir. İxtisasından asılı olmayaraq hər bir mütəxəssis 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə