Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   69

 

―Fəlsəfə  və  sosial  psixologiya‖,  ―Dillər‖  kafedraları,  ―Heydər 
Əliyev Dövlət İdarəçilik Universiteti‖, ―Geostrateji Araşdırmaları 
Mərkəzi‖,  ―İnformasiya  Texnologiyaları  Mərkəzi‖,  ―İnsan 
hüquqları,  ―Demokratiya  və  Sülh  problemləri  üzrə  YUNESKO 
Mərkəzi‖,  ―Sorğu  Sosioloji  Araşdırmalar  Mərkəzi‖,  ―İnzibati 
idarəçilik  strukturları‖,  ictimai  təşkilatlar  və  digər  şöbələr, 
bölmələr  fəaliyyət  göstərir,  həmçinin  İnzibati  idarəetmə  fakül-
təsinin  ―Kompüter  elmləri‖,  ―İqtisadiyyat‖,  ―Dövlət  və  bələ-
diyyə‖, ―Ekologiya‖ ixtisasları üzrə kadrlar hazırlanır. 
Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət  İda-
rəçilik  Akademiyasının  fakültələrində  1059  nəfər  bakalavr,  173 
nəfər magistr,  ―Rəhbər Dövlət  İdarəçiliyi Kadrlarının ixtisasının 
artırılması İnstitutunda‖ 225 nəfər magistrant ―Dövlət və bələdiy-
yə  idarəetməsi‖  ixtisası  üzrə  təhsilini  davam  etdirir.  Bu  tələ-
bələrin:  bakalavr  və  magistr  pilləsində  oxuyanların  və 
dinləyicilərin  təhsili  ilə  müxtəlif  ixtisaslar  üzrə  197  nəfər 
müəllim  məşğul  olur.  Onların  da  27  nəfəri  elmlər  doktoru,  112 
nəfəri  isə  elmlər  namizədidir.  Müəllimlərdən  bir  nəfəri  Azər-
baycan  Milli  Elmlər  Akademiyasının  həqiqi  üzvü,  bir  nəfəri  isə 
AMEA-nın müxbir üzvüdür. 
Əziz  dostlar!  Siz  bizim  akademiyamızın  auditoriyalarına 
qədəm basan yüzlərlə tələbə və magistrın nümayəndəsisiniz. Sizi, 
maraqlı  təhsil  illəri  gözləyir.  Ümid  edirik  ki,  çətin  sınaq 
imtahanlarından necə keçmişsinizsə, təhsil illərini də uğurla başa 
çatdıracaqsınız. Sizə uğurlar arzulayırıq!  
 


 

                          DĠL HAQQINDA MƏLUMAT 
 
Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox 
zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun əsas 
ünsiyyət vasitəsi olmasıdır.  
Dil fikrin ifadə aləti kimi təzahür etdiyinə görə beyinin fəa-
liyyəti  ilə  bağlı  olan  təfəkkürlə  sıx  əlaqədədir.  Dil  ilə  təfəkkür 
eyni  vaxtda  və  eyni  mənbədən  yarandıqları  üçün  vəhdət  təşkil 
edir. Lakin çox oxşar cəhətlərin olmasına baxmayaraq, dil ilə tə-
fəkkür heç də eyniyyət yaratmır. Bunların hər birinin özünəməx-
sus cəhətləri vardır. Bu fərqlərin ən başlıcası odur ki, dil lüğəvi 
və  qrammatik  vasitələrdən  istifadə  edir.  Lakin  təfəkkür  üçün 
istifadə  mənbəyi  sözlər  və  cümlələr  deyil,  məfhumlar  və 
hökmlərdir. 
Təfəkkürün ifadə vasitəsi olan dil ictimai hadisədir.Bu, digər 
ictimai hadisələrlə də əlaqədədir. Lakin dil heç də bütün cəhətləri 
ilə başqa ictimai hadisələrə oxşamır. Bunun özünəməxsus xüsu-
siyyətləri  vardır.  Dilin  başlıca  səciyyəvi  əlaməti  ondan  ibarətdir 
ki, o bir neçə ilin, yaxud müəyyən bir dövrün məhsulu olmayıb, 
bir çox əsrlər boyu yaranır və inkişaf prosesi keçirərək get-gedə 
formalaşır, zənginləşir. Həmçinin, dil yarandığı zamandan etiba-
rən  xidmət  etdiyi  cəmiyyət  üzvləri  arasında  heç  bir  fərq  qoy-
madan  bütün  üzvlər  üçün  eyni  dərəcədə  ünsiyyət  vasitəsi  olur. 
Buna görə də dil ictimai xarakterə malikdir. 
Dil  xalqın  tarixi  ilə  üzvi  surətdə  əlaqədar  olub,  çünki  dil 
ancaq cəmiyyət daxilində təşəkkül tapır. Dili yaradan xalqdır. Elə 
buna görə də dilin taleyi onu yaradan xalqın taleyi ilə bağlı olur. 
Hər  bir  xalq  ünsiyyət  üçün  öz  dilini  yaratdıqdan  sonra  onu 
qoruyub  və  inkişaf  etdirir.  Azərbaycan  xalqı  da  hələ  uzaq  keç-
mişdə öz ana dilini yaratmışdır. Xalqımızın yaratdığı həmin dilə 
hal-hazırda Azərbaycan dili deyilir. 
 


 
10 
                     Dil haqqında müdriklərin dedikləri 
―Azərbaycan  dili  çox  mükəmməl  dildir,  çox  zəngin  dildir, 
çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir‖. 
                                                                         ( H.Ə. Əliyev ) 
―Qrammatikasız  oratoriya  kütdür,  poeziya  pəltəkdir,  fəlsəfə 
əsassızdır, tarix xoşagəlməzdir, hüquqşünaslıq şübhəlidir‖.  
                                                                 ( M.V.Lomonosov ) 
―Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möh-
kəmcə bilin ki, bu qanunlar sizin üçün müqəddəsdir‖. 
                                                                                   ( Bualo ) 
―Biz dünyanı dilimiz vasitəsi ilə öyrəndik, dilimiz vasitəsi ilə 
tərbiyə tapdıq‖. 
                                                                      ( Abbas Səhhət ) 
―Zaqafqaziya  diyarının  tatar  dili  (Azərbaycan  dili  –  Z.M.) 
türk  dilindən  az  fərqlənir  və  fransız  dili  ilə  Avropanı  gəzmək 
mümkün  olduğu  kimi,  onunla  da  bütün  Asiyanın  bu  başından  o 
başına getmək mümkündür‖.         A.A.Bestujev – Marilinski ) 
               Azərbaycan dili silahdı, qafil,  
Qalacaq cahanda Günəş qalınca,  
Gül yarpağı qədər bu tər, incə dil,  
Qəzəbli vaxtında dönər qılınca.        ( B.Dubrovin ) 
 
                              AZƏRBAYCAN DĠLĠ 
Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zaman-
da, bu dil müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. 
Azərbaycan  dilindən  həm  respublikamızda,  həm  də  xarici 
ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində yaşayan 45 mil-
yon  azərbaycanlı  bu  dildən  doğma  ana  dili  kimi  istifadə  edir. 
Bundan  başqa,  bəzi  xalqlar  arasında  Azərbaycan  dili  ikinci  ana 
dili  kimi  də  işlənir.  Hazırda  Azərbaycan  ərazisində  yaşayan  bir 
sıra kiçik xalqlar, o cümlədən lahıc, talış, tat, qırğız və başqaları 
Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə