Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


                  Dünyada nə qədər azərbaycanlı yaĢayır?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   69

 
11 
                Dünyada nə qədər azərbaycanlı yaĢayır? 

Ölkə 
Sayı 

Ölkə 
Sayı 

ABŞ 
567000 
31  İspaniya 
27239 

Avstraliya 
11142 
32  İsveç 
21912 

Avstriya 
38107 
33  İtaliya 
11000 

Almaniya 
200000 
34  Kanada 
13000 

Andorra 
26000 
35  Küveyt 
14000 

Argentina 
17456 
36  Qazaxıstan 
387000 

Azərbaycan  7, 204000 
37  Qırğızıstan 
189000 

Banqladeş 
201642 
38  LatınAmerikası  120000 

Belarus 
29000 
39  Latviya 
14000 
10  Belçika 
24272 
40  Litva 
6800 
11  Bəhreyn 
41437 
41  Macarıstan 
8200 
12  Birma 
16701 
42  Moldova 
22500 
13  B.Britaniya  31646 
43  Oman 
25322 
14  Butan 
86014 
44  Özbəkistan 
249500 
15  CənKoreya 
20800 
45  Pakistan 
917290 
16  Çexo-Slov 
6037 
46  Polşa 
19000 
17  Çili 
1700 
47  Portuqaliya 
17000 
18  Çin 
3500 
48  Rumıniya 
71700 
19  Danimarka 
16811 
49  Rusiya 
851000 
20  Estoniya 
7600 
50  Səudiyyə Ə. 
160000 
21  Əfqanıstan 
523649 
51  Sudan 
25000 
22  Əlcəzair 
381000 
52  Suriya 
142900 
23  Finlandiya 
20173 
53  Tacikistan 
86000 
24  Fransa 
87000 
54  Türkiyə 
3, 264000 
25  Gürcüstan 
651000 
55  Türkmənistan 
207000 
26  Hindistan 
304000 
56  Ukrayna 
71091 
27  İndoneziya 
511852 
57  Yaponiya 
15000 
28  İordaniya 
61417 
58  Yəmən 
51200 
29  İraq 
1, 211000 
59  Yuqoslaviya 
10038 
30  İran 
28, 315000 
60  Yunanıstan 
18198 


 
12 
―Bütün dünyada yaşayan 48 703 575 nəfər təşkil edir‖. Al-
maniyada  yaşayan  soydaşımız  Əlixan  İqbal  ötən  əsrin  sonunda 
böyük  xərc  çəkərək  araşdırmalar  aparmışdır.  Onun  əldə  etdiyi 
nəticələr  ―Respublika  qəzeti‖nin  4  oktyabr  1994-cü  il  tarixli 
nömrəsində dərc edilmişdir. İndi bu rəqəm 6 milyona çatmışdır.  
Azərbaycan  dili  öz  mahiyyətinə  görə  dünyanın  ən  zəngin 
milli  dillərindən  biri  sayılır.  Bu  dilin  özünəməxsus  gözəlliyi  və 
ahəngi vardır. Azərbaycan dili hər şeydən əvvəl, xoş avaz yara-
dan  səslər  sisteminə,  zəngin  və  rəngarəng  söz  ehtiyatına,  tam 
sabitləşmiş qrammatik quruluşa malikdir. 
Azərbaycan  dilində  ən  dərin  duyğuları,  ən  incə  mənaları 
istədiyin şəkildə çox müxtəlif bədii boyarlarla ifadə  etmək  olur. 
Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir 
olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün 
çox  yararlıdır.  Eyni  zamanda  dünya  mədəniyyəti  xəzinəsinə 
qiymətli hədiyyə kimi daxil olan və onu zənginləşdirən M.Füzu-
linin  məşhur  ―Leyli  və  Məcnun‖  poeması,  M.F.Axundovun 
komediyaları  və  bir  çox  sənət  əsərləri  həmin  dildə-Azərbaycan 
dilində yaranmışdır. 
Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və digər xüsu-
siyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin nəzər-diqqətini 
özünə cəlb etmişdir. Böyük rus şairi M.Y.Lermontov Azərbaycan 
dili haqqında demişdir: "...mən bir çox dağlar aşdım, Şuşa, Quba 
və  Şamaxı  şəhərlərində  oldum...  azərbaycanca  öyrənməyə  baş-
ladım; həmin dil burada və ümumiyyətlə Asiyada fransız dilinin 
Avropada olduğu qədər zəruri bir dildir". 
Məşhur şəxsiyyətlərdən Bestujev-Marlinski, L.Bualo və baş-
qaları  da  Azərbaycan  dilinin  əhəmiyyətindən  bəhs  etmişlər. 
Görkəmli ictimai xadim olan Sultan Məcid Qənizadə Azərbaycan 
dili  haqqında  yazmışdır:  "Həqiqətən  bu  dil  (Azərbaycan  dili  – 
Y.S.) öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi 
 


 
13 
formalara  düşmə  bacarığına  malik  olmaqla  öz  xüsusiyyətləri  ilə 
fəxr  edə  bilər.  Bu  xüsusiyyətlər  öz  mahiyyətinə  görə  çox 
maraqlıdır... buradakı xüsusiyyətlərə bənzər hadisələrə hər hansı 
bir başqa dildə az təsadüf etmək olar‖. 
 
                Azərbaycan dilinin türk dilləri ailəsində yeri 
 
Azərbaycan dili iltisaqi (aqlütinativ) dillərdəndir. Bu dil ge-
neoloji bölgüyə əsasən türk dilləri ailəsinə mənsubdur. 
Türk dilləri ailəsi genetik əlamətlər əsasında təsnif edilən ən 
böyük dil ailələrindən biridir. Başqa dil ailələrində olduğu kimi, 
bu  ailəyə  daxil  edilən  dillər  də  bir-birinə  leksik,  morfoloji  və 
sintaktik  cəhətdən  çox  yaxındır.  Nümunə  üçün  bir  neçə  sözün 
müxtəlif türk dillərində necə işlədildiyini nəzərdən keçirək: 
 
Azərbaycanca  dil 
Yaxşı 
üç 
mən 
tez 
Qazaxca 
mil 
Jaksı 
üş 
men 
tez 
Tatarca 
mel 
Yaxşı 
öç 
min 
tiz 
Türkməncə 
bil 
Yaqşı 
üç 
men 
tiz 
Özbəkcə 
mil 
Yaxşı 
uç 
men 
tiz 
 
Azərbaycan  dili  türk  dilləri  ailəsində  oğuz  dilləri  qrupunun 
oğuz-səlcuq yarımqrupuna daxildir. Bu dil həmin qrup daxilində 
xüsusi mövqeyə malikdir. 
Azərbaycan dili türk dilləri ailəsindəki müasir dillərdən daha 
çox türk (osmanlı), türkmən və qaqauz dilinə daha yaxındır. 
 
                            Azərbaycan dilinin tarixinə dair 
 
 
Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə bağlı 
olur. Azərbaycan dilinin tarixi xalqımızın tarixi ilə əlaqədar ola-
raq onun kimi çox qədimdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə