Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   69

 
14 
Azərbaycan  dili  hazırkı  inkişaf  səviyyəsinə  birdən-birə  çat-
mamışdır.  Bu  bir  sıra  əsrlərin  məhsuludur.  İlk  dövrlərdə,  başqa 
dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi kasıb, qrammatik 
quruluşu  isə  bəsit  olmuşdur.  Lakin  xalqımız  tarixən  inkişaf 
etdikcə  dilimizin  səs  sistemi  tədricən  səlisləşmiş,  lüğət  tərkibi 
zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir. 
Tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq ki-
mi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə edən qonşularla, 
həm  də  bütün  digər  xalqlarla  dostluq,  qardaşlıq  münasibətində 
yaşayan  Azərbaycan  xalqı  tarixin  müxtəlif  dövrlərində  bir  sıra 
işğallarla  üz-üzə  gəlmişdir.  VII  əsrdən  başlayaraq  Azərbaycana 
ərəb işğalçıları, sonralar isə fars, monqol, türk qəsbkarları basqın 
etmişlər.  Bu  yadellilərin  məqsədi  xalqımızı  və  eləcə  də  onun 
dilini tarix meydanından çıxarmaq idi. 
Lakin  Azərbaycan  xalqı  tarix  boyu  bu  mənfur  işğalçılarla 
amansız mübarizə apararaq öz varlığını qoruduğu kimi, öz dilini 
də mühafizə edib saxlamışdır. 
İşğalçıların  arzu  və  əməllərinin  əksinə  olaraq,  Azərbaycan 
dilində  sənət  əsərləri  yaradılır  və  dilimiz  yavaş-yavaş  ədəbi  zə-
min əsasında formalaşıb inkişaf edirdi. Yadellilərin təqibinə bax-
mayaraq, XIII əsrdə Həsənoğlu, XIV əsrdə Nəsimi və başqa sə-
nətkarlarımız Azərbaycan dilində gözəl əsərlər yazıb yaratmışlar. 
Həmin  dövrlərdə  (assimilyasiya  dövründə)  Azərbaycan  dili 
nəinki  öz  müstəqilliyini  qoruyub  saxlamış,  eyni  zamanda  "...öz 
həyatilik və sabitliyini sübut etmiş, hətta öz növbəsində ərəb və 
xüsusilə  də  fars  dilinə  də  təsir  göstərmişdir".  Bu  təsir  sonralar 
təkcə həmin dillərə deyil, başqa bir sıra dillərə də olmuşdur. 
Bütün  tarix  boyu  öz  orijinallığını  mühafizə  edib  saxlayan 
Azərbaycan  dili  get-gedə  inkişaf  edərək  XIX  əsrdə  milli  dilə 
çevrilmişdir.  Bu  dövrdə  Azərbaycan  dilinin  müstəqilliyinə  qarşı 
olan  mübarizə  daha  da  kəskinləşmişdir.  Lakin  dövrün  qabaqcıl 
adamları və bütün xalq dilin milli varlığını qorumağa başlamışlar. 


 
15 
Həmin  dövrdə  böyük  mütəfəkkir  M.F.Axundov  dilimizin  çox 
nadir və poetik vüsətə malik bir dil olduğunu həm nəzəri, həm də 
əməli olaraq sübut etməyə çalışmışdır. 
XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanın görkəm-
li  maarifpərvərləri  M.Ə.Sabir,  C.Məmmədquluzadə,  Ə.Haqver-
diyev  və  başqaları  dilimizin  milli  orijinallığı  uğrunda  ciddi  mü-
barizə aparmış və bu məsələdə xalqa düzgün istiqamət vermişlər. 
Bütün  sahələrdə  olduğu  kimi  dil  sahəsində  də  inkişaf  üçün 
geniş imkanlar yarandı. Sovet dövründə Azərbaycan dilinin lüğət 
tərkibi,  qrammatik  quruluşu,  üslubları  bəlkə  də  min  ilə  bərabər 
bir inkişaf yolu keçdi. Hazırda dilimiz öz inkişafını davam etdirir. 
 
                        Azərbaycan dilinin təsir dairəsi 
 
Azərbaycan dili qədim dövrlərdən başlayaraq bir sıra dillərlə 
qarşılıqlı əlaqədə olmuş, başqa dillərdən söz almış və bəzi dillərə 
söz vermişdir. Bunun da nəticəsində həm özü zənginləşmiş, həm 
də  başqa  dillərin  inkişaf  etməsində  müəyyən  rol  oynamışdır. 
Ayrı-ayrı  dövrlərdə  Azərbaycan  dilindən  fars,  aqul,  ləzgi,  taba-
saran, erməni, rus, gürcü və başqa dillərə çoxlu söz və ifadə keç-
mişdir. Məsələn: 
1.
 
Fars dilinə keçən sözlər: alov, araba, bəzək, bağça, qovur-
ma, qundaq, quş, dəyənək, döşək, otaq, ordu, ocaq, ilxı, sancaq, 
tənə, ton, çaxmaq, çəkmə, çolaq, çubuq, elçi, yaylaq, şiş və s. 
Fars dilinə keçən Azərbaycan sözlərinin tarixi çox qədimdir. 
Belə  ki,  hələ  XII–XIII  əsrlərdə  yazıb-yaradan  fars  yazıçıları  öz 
əsərlərində  Azərbaycan  sözləri  işlətmişlər.  Səfəvilər  dövründə 
isə, yəni XV əsrin sonundan başlayaraq XVIII əsrin birinci yarı-
sına  qədər  (1499–1736)  azərbaycanlıların  hakimiyyət  başında 
olduqları  zaman  Azərbaycan  dilindən  fars  dilinə  keçən  sözlərin 
sayı daha da çoxalmışdır. 
2.  Aqul  dilinə  keçən  sözlər:  çöl,  qum,  dustaq,  balıq,  bulaq, 


 
16 
yaylıq, yağ, köhnə, boran, dərin, yorğan, boşqab, biçinçi, qarğa, 
duz, qalın, doğru və s. 
3.  Ləzgi  dilinə  keçən  sözlər:  ad,  bağça,  gözəl,  güzgü,  dərin, 
düşmən, köhnə, qarpız, qızıl, quş, sərin, çəltik, şirin, yaylaq, turp, 
paltar, saçaq və s. 
4.  Rus  dilinə  keçən  sözlər:  arbuz  (qarpız),  anbar,  başlıq, 
sarafan,  kalpak,  saray,  utyuq  (ütü),  kazak,  sazan,  almaz,  kamış 
(qəmiş), qaraul (qarovul), barsuk (porsuq), tuman, karandaş, aşuq 
(aşıq), çerdak, sunbuk (sandıq), izyum(üzüm) və s. 
5.  Gürcü  dilinə  keçən  sözlər:  qonaq,  qoçaq,  tutsaq,  körpə, 
keçəl, ocaq, otaq, pul, manat, papaq, polad, toxa, çəkmə, çomaq, 
çolaq, ciyər, çəkic, şüşə, şəkər, yaraq, dolma, çığırtma və s. 
Azərbaycan  dilindən  gürcü  dilinə  keçmiş  sözlər  müxtəlif 
sahələrə aid olaraq həm ədəbi, həm də danışıq dilində işlədilir. 
Azərbaycan dili yuxarıda qeyd olunan dillərin əksəriyyətinin 
lüğət  tərkibinin  inkişafında  həm  mənbə,  həm  də  vasitəçi  dil 
olmuşdur.  Bunu  başqa  şəkildə  desək,  Azərbaycan  dili  həm  öz 
sözlərini  vermiş,  həm  də  başqa  dillərdən  söz  almaqda  həmin 
dillər üçün vasitəçilik etmişdir. Bu dilin vasitəsi ilə gürcü dilinə 
yüzlərlə  ərəb  və  fars  mənşəli  sözlər  daxil  olmuşdur.  Məsələn: 
adəm, adam, bina, qələm, dəzgah, əlbəttə, əfsus, zər, kef, mürəb-
bə,  mütəkkə,  mismar,  məsləhət,  pəncərə,  pərvanə,  reyhan,  saat, 
surət, ustad, ümid, fikir, xatir, həkim, cəllad və s. keçmişdir. Belə 
bir  vəziyyət  Azərbaycan  dilinin  geniş  təsir  dairəsinə  malik 
olduğunu göstərir. 
Azərbaycan dilinin başqa dillərə müsbət təsiri hal-hazırda da 
davam edir. Bunu təkcə Dağıstan dillərində yox, qonşuluqda olan 
başqa dillərdə də görmək olur. Ümumiyyətlə, başqa dillərə keç-
miş  Azərbaycan  sözləri  həmin  dillərin  lüğət  tərkibinin  ayrılmaz 
ünsürünə çevrilmişdir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə