Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   69

 
226 
Vaqif.   
Vicdan dedikləri bir həqiqətdir,  
Beşiyi, məzarı əbədiyyətdir. 
Qacar.  
Bəs zindan necədir, qaranlıq zindan?! 
Vaqif.   
Soyuq məzara da zinətdir insan. 
Qacar.  
Yenə göylərdədir şair xəyalın?! 
Vaqif.   
Əzəldən hüdudu yoxdur kamalın. 
Qacar.  
Aha, sınayırdım idrakınızı. 
Doğrudan, bir şair görürəm sizi. 
Xoşbəxt xəlq eyləmiş sizi yaradan! 
Vaqif.   
Dünyada qalacaq yalnız yaradan! 
Qacar.  
Çox gözəl, çox gözəl, inanın ki, mən 
 
 
Sizin ruhunuzu sevdim ürəkdən. 
Bu dövlət, bu cəlal, bu şanlı saray,  
Göylərin büsatı o ulduz, o ay,  
Sizə tapşırılsın bu gündən gərək 
Ancaq bir şərtim var. 
Vaqif.   
Buyurun, görək! 
 
 
 
Qacar.  
Gərək fars dilində yazsın sənətkar. 
Vaqif.   
Farsın Xəyyamı var, Firdovsisi var,  
Nə çoxdur onlarda böyük sənətkar. 
Azəri yurdunun oğluyam mən də,  
Az- az uydururam yeri gələndə. 
Qacar.  
Yaxşı, gəl əl götür bu inadından. 
 
 
Bu qədər naşükür olmasın insan! 
Vaqif.   
Aldada bilməmiş dünyanın varı 
 
 
Bir məslək eşqiylə yaşayanları. 
 
 
Mən ellər bağında azad bir quşam. 
 
 
Mənsəbə, şöhrətə satılmamışam! 
Vəzir.   
Yaxş da...Çarıqlı kiçik bir ölkə 
Böyük Firdovsilər yaratdı bəlkə? 
Vaqif.   
Günəşi örtsə də qara buludlarr,  
 
 
Yenə günəş adlı bir qüdrəti var. 


 
227 
Qacar.  
Görürəm, günəşə iştahan vardır. 
Vaqif.   
Günəşdən gizlənən yarasalardır. 
Şeyx.   
Buna qulaq asmaq çətin peşədir. 
Vaqif.   
Niyə, qulağınız çoxdan şeşədir – 
 
 
Böhtan eşidəndə qızarıb yanar,  
Doğru söz gələndə pambıq tıxanar. 
Vəzir.   
 Sizin sözünüzün kəsəri azdır. 
Vaqif.   
Oxuyan bülbüldür, dinləyən qazdır! 
Vəzir.   
Of... Məndə olsaydı bundakı hünər! 
Vaqif.   
Ağılsız köpəklər ulduza hürər. 
Qacar (vəzirə) Di ver cavabını, nə durmusan? Din! 
 
 
Nə, yenə döyünür sarsaq gözlərin! 
Vaqif.   
Neyləsin, yazığın nə günahı var? 
 
 
İşıq güclənəndə çaşar yarasalar. 
Şeyx(kinayəilə)Şairə sənətdir tikanlı sözlər 
Vaqif.   
Sözdən qızarmaz ki, bozarmış üzlər. 
(Qapıçı daxil olur
Qapıçı  
Şahım, bir qoca var, gəlsin içəri? 
Qacar.  
De, gəlsin. 
(Vidadi daxil olub təzim edir
Vidadi. 
Hakimin höküm, hünəri 
 
 
Onun vicdanilə qardaş olmalı! 
 
 
Bizə qalmayacaq dünyanın malı… 
 
 
(Vaqifi göstərərək)  
 
 
Şairdir, qəlbi var, şirin sözü var,  
 
 
Böyük bir ölkənin onda gözü var. 
 
 
O ölsə, dağlar da dil deyib ağlar. 
 
 
Əfv edin, yaxşılıq qalır yadigar. 
Qacar.  
Dinin düşmənidir, o ölsün gərək! 
Vidadi.  
Xeyir O, Vaqifdir, eşqə gələrək! 
 
 
Bəzən qamçılayır zəmanəsini,  
 
 
Allah da çox sevir şeirin səsini. 


 
228 
Qacar.  
Allah da çox sevir? Allaha yalvar,  
 
 
Onun məndən də çox qüdrəti var. 
 
 
Əgər bacarırsa, qoy sağ saxlasın. 
Vidadi. 
Siz hökmdarsınız... 
Qacar.  
Yaxşı, qoca, mən 
 
 
Artıq əl çəkirəm ölüm fikrindən. 
 
 
Ancaq... kəsəcəyəm yazan əlini,  
 
 
Bir də həcv deyən acı dilini. 
 
 
Razısan? 
Vaqif.   
Razıyam, böyük hökmdar! 
 
 
Mərhəmət sahibi olur ağalar. 
 
 
Eyb etməz, sizə də çatar bir əvəz. 
 
 
Qatır cinsisiniz doğub törəməz. 
Qacar.  
Vaqif, indi get,  
 
 
Saray həyatını büsbütün tərk et. 
 
 
Gərək yaşamasın qədirnaşünas! 
Vaqif.   
Sənsə həqiqətin ağzına daş bas! 
 
 
Mən az görməmişəm bu sarayları,  
 
 
Burda göyə çıxan ahu vayları… 
 
 
Görmüşəm şahların vəfasını mən,  
 
 
Xanların zülmünü, cəfasını mən. 
 
 
Görmüşəm zamanın min rüzgarını,  
 
 
Dustaq anaların göz yaşlarını. 
 
 
Nifrət! Qan çanağı taclara nifrət! 
 
 
Var olsun azadlıq, bir də məhəbbət!  
 
 Fərqanə Zülfüqarovanın ―XIX əsrin sonu -XX əsrin əvvəllərində 
ingilis ədəbiyyatı(Bakı, ―Elm və təhsil‖, 2012, 156 səh.)‖ monoqra-
fiyasından.Fikrimizcə,  nitq  mədəniyyəti  fənni  ümumən  insan 
konsepsiyasına əsaslanmalıdır. 
―Elə  hərəkət  et  ki,  sənin  hərəkətinin  əxlaq  qaydası-  ümumi 
qanun  ola  bilsin,  sənin  iradənin  əxlaq  qaydası  eyni  zamanda 


 
229 
ümumi qanunvericilik prinsipi qüvvəsinə malik olsun‖  
Hər bir şəxs əxlaq nümunəsi olaraq nitqində, əməlində örnək 
olmağı bacarmalıdır.Fikrimizcə, hər bir gəncin tələbatları müxtə-
lifdir - maddi, ruhi, mənəvi və s. İnsan bu neqativ emosiyalardan 
daim  qurtulmağa  çalışır.  Hər  bir  tələbə,  insan  öz  -  özlüyündə 
dəyərlidir çünki, bəzən insan Tanrının özü kimi möcüzə yaradır. 
Dəyərli varlıq olan ana cəmiyyət üçün hər bir ixtisas sahiblərini 
dünyaya gətirərək onları tərbiyələndirib boya-başa çatdırır. 
Qeyd  edək  ki,  müasir  gənc  intellektual  varlıq  olmalıdır.  O, 
ailədə və cəmiyyətdə, təhsil aldığı ali məktəbdə maraq oyandırmağı 
bacarmalıdır və etibar, hörmət, inam qazanmalıdır.Çünki, insanları 
maraqlandırmaq lazımdır. Bu zaman intellekt çox önəmlidir.  
Əslində günəşin qabağında məşəllər və atəşfəşanlıqlar solub 
öz işığını itirdiyi kimi qadın ağlı hətta düha və gözəllik də xeyir-
xah qəlbin yanında nurunu itirir. Həqiqət yalanı örtə bilmədiyi ki-
mi, əyri də düzə kölgə sala bilməz.Alman filosofu A.Şopenhaue-
rə  görə,  ―Dünyada  bircə  yalan  danışan  məxluq  var  –  insan‖. 
Ümumiyyətlə insan bütün işlərinin tez sona çatmasına tələsir, əsl 
sonluğun gəlib çatmasını isə heç vaxt istəmir… Çünki onun ba-
şına  nə  qədər  faciələr,  əzab-əziyyətlər  gəlsə  də,  o,  xoşbəxtliklə 
keçən  günlərinin  sorağıyla  yaşayır  və  ümidlə  dəyərli  günlərini 
gözləyir. İnsanın  xoşbəxtliyi  və  bədbəxtliyi  onun  ürəyində məs-
kən salmışdır. Hər bir varlıq öz səadətini özü qazanmalıdır, əgər 
buna  nail  ola  bilmirsə,  öncə  özü  günahkardır,  burada  zamanı, 
Allahı, dövləti günahlandırmaq düzgün deyil. Xoşbəxtlik və bəd-
bəxtlik nə qədər taledən asılıdırsa, bir o qədər də insanın öz mə-
nəviyyatından asılıdır. Qeyd edək ki,  insanın həyatında fasiləsiz 
xoşbəxtlik və bədbəxtlik ola bilməz. Xoşbəxtlik ardınca bədbəxt-
lik,  bədbəxtlik  ardınca  xoşbəxtlik  gəlir.  Müasir  gəncin  intellek-
tual inkişafı dedikdə onun haqqları, yuridik savad, nitq mədəniy-
yəti, faktlar, hisslərin tənzimlənməsi, nizamlanması, mənəvi-psi-
xoloji təsir, kosmopolitik zövqlər mədəniyyət, hüdudsuz ümidlər, 


 
230 
peyğəmbərlərin nəticələri, intuitik emprik faktlar ( such as God-
vin  inspired  flights  of  intuition)  şamil  olunur.Belə  insanları  çox 
vaxt yaşayış tərzi qane etmir, o missiyasını qoruyub saxlamaqla 
yanaşı həyatın rəngarəng axarına qatılaraq ictimai şüurunun intel-
lektual səviyyədə inkişafına doğru can atır.Hər bir tələbə həyatda 
özünün mənəvi rolunu, mənəvi gücünü, maraqlarını, həyatın yeni 
stimulunun  axarının  açarını  xüsusi  enerji  ilə  bərpa  etməli  oldu-
ğunu dərk etməyi bacarmalıdır. Bu da onun daxili azadlığının  – 
şəxsi,  fərdi,  ictimai-mental  duyumudur  və  ideoloji  bəlalardan 
qurtuluşudur.İnsanın  cinsindən  asılı  olmayaraq  qadının  və  ya 
kişinin özünüdərki ilə bağlı fikirlər alman alimi K.Yaspersin di-
ni-mistik fəlsəfəsində özünün daha qatı, daha radikal, daha aydın 
ifadəsini  tapdı.  Onun  yazdığı  kimi,  insanın  düşüncəsi  prinsipcə 
elmi yox, başqa bir təfəkkür - „mən‖i xatırlayan, „mən‖i oyadan, 
„mən‖i  özümə  gətirən,  „mən‖i  dəyişdirən  bir  təfəkkür  olmalıdır 
(―Die Schuldfrage. Lebensfragen der deutschen Politik‖). 
İngilis  filosofu  A.Toynbinin  fikrincə,  bu  dünyanın  özəyi 
mənəvi  başlanğıcdır,  yaradıcılıq  ehtirasıdır,  spesifik  mədəniyyət 
sərvətlərinin məcmusudur (―A Religious Belief‖). 
Son illər müasir gəncin özünüdərki ilə çox dəyişik və ya ona 
müsbət mənada təsir etmə formaları üzə çıxıb. Mənə elə gəlir ki, 
bu  təsirlərdən  ən  başlıcası  isə  yad  planetlərin  yaşadığımız  yer 
planetinə  müxtəlif  üsullarla  təsirlərinin  olmasıdır.  Məncə,  bu 
məqam dünyanın düşünən insanlarında planetimizdə vahid dünya 
yaratmaq  ideyasını  irəli  sürməsi  ilə  özünü  göstərir.  Bununla 
bərabər, indi müasir dünyada yaranmış bu yanaşma tərzi insanın 
ruhunun  dərinliyinə  varmaqla  reallaşdırılmasının  mümkünlüyü 
daha  optimal  yol  kimi  göstərilir.Hər  bir  gəncin  yeni  həyati  an-
laşmasında  ekzistensializm  və  seyr  vasitəsilə  din  birləşmiş  olur. 
Burada fəlsəfənin insanın dünyada ali vəzifəsinə münasibəti açıq-
aşkar hiss olunur. Amerika filosofu Karl Raymund Popper kliniki 
ölüm  keçirmiş  şəxsin  cənnəti  təsvir  etməsi  barədə  yazırdı:  Mən 


 
231 
orada 1) ruhi mehribanlıq; 2) sonsuz eşq; 3) işıq, qəlb gördüm... 
(―Objective Knowledge‖ ) 
Fikrimizcə, hər bir gənc nitq mədəniyyətini, dilini təkmilləş-
dirməklə  yanaşı  hər  şeydən  əvvəl  insani  dəyərlərə  əsaslanaraq 
hərəkət etməlidir. 
 


 
232 
ĠSTĠFADƏ EDĠLMĠġ ƏDƏBĠYYAT 
 
1.
 
Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. B, 1981. 
2.
 
Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013. 
3.
 
Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. 
Bakı, 1995. 
4.
 
Abdullayev  N.Ə.,  Məmmədov  Z.T.  Nitq  mədəniyyəti  məsə-
lələri. Bakı, 2002. 
5.
 
Abdullayev N.Ə., Məmmədov Z.T. Orfoepiya və orfoqrafiya 
lüğəti. Bakı, 2004. 
6.
 
Adilov M.N. və b. İzahlı dilçilik terminləri. Bakı, 1989. 
7.
 
Axundov A.A.. Dil və mədəniyyət. Bakı. 1992 
8.
 
Azərbaycan dilinin onorastik sistemi. Bakı. 1990. 
9.
 
Azərbaycan dilinin orfoepiya sözlüyü. B. 1982. 
10.
 
Azərbaycan dilinin orfoqrafiya lüğəti. B. 2004. 
11.
 
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2002. 
12.
 
Babayev  Adil.  Azərbaycan  dili  və  nitq  mədəniyyəti.  Bakı, 
2011. 
13.
 
Budaqova Z.İ. Azərbaycan dilinin durğu işarələri. B. 1977. 
14.
 
Əhmədov Ş. Mühazirəçinin nitqi. Bakı, 1975. 
15.
 
Əhmədov Ş. Mühazirəçilik məharəti, natiqlik sənəti. Bakı, 1985. 
16.
 
Əliyev  H.Q.,  Kazımov  A.S..  Durğu  işarələrinin  işlədilməsi 
qaydaları. Bakı, 2011. 
17.
 
Əliyev K. Natiqlik sənəti. Bakı, 1994. 
18.
 
Əliyev  K.  Nitq  mədəniyyəti  və  üslubiyyatın  əsasları.  Bakı. 
2001.  
19.
 
Əliyev V. Heydər Əliyevin dil siyasəti. Bakı, 2003. 
20.
 
Fərəcov Ə.A. İzahlı dilçilik lüğəti, Bakı, 1969. 
21.
 
Hacıyev Allahverdi, Mehrabova Tamam. Müasir Azərbaycan 
dili. Bakı, 2014. 
22.
 
Hacıyev Tofiq, Cəfərov Nizami. Azərbaycan dili, 10-11 sinif-
lər üçün dərslik. Bakı, 2002. 


 
233 
23.
 
Heydər  Əliyev  dil  haqqında  və  Heydər  Əliyevin  dili,  Bakı, 
―Elm‖, 1998. 
24.
 
Həsənov H. Nitq mədəniyyəti və üslubiyyat. Bakı, 1999.  
25.
 
Xudiyev N. Heydər Əliyev və Azərbaycan. 
26.
 
Xudiyev N. Zamanın axarı ilə. Bakı, 2004. 
27.
 
Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, 2003. 
28.
 
Nitq mədəniyyəti məsələləri. B., 1999. 
29.
 
Zamanov N.T. Heydər  Əliyev  və Azərbaycan nitq mədəniy-
yəti. (I kitab). Bakı, ―Elm və təhsil‖. 2013.  
30.
 
Zamanov  N.T.  Heydər  Əliyev  və  Azərbaycan  nitq  mədə-
niyyəti. (II kitab). Bakı, ―Elm və təhsil‖. 2014. 
31.
 
Azərbaycan ədəbiyyatının görkəmli şairlərinin müxtəlif illər-
də nəşr olunan seçilmiş əsərlərindən şeirlər. 
32.
 
Səməd  Vurğunun  "
Vaqif
"  pyesindən  bir  parça,  Yusif  Seyi-
dov,  Azərbaycan  dili,  Azərbaycan  ali  məktəblərininrus  böl-
mələri  üçün  dərslik,  təkmilləşdirilmiş  on  ikinci  nəşri.  Bakı 
Universteti Nəşriyyatı, 2010.  
33.
 
Azərbaycan  dili.Məlumat  kitabı.Yuxarı  sinif  şagirdləri  və 
abituriyentlər üçün. Bakı, Çaşıoğlu, 2007. 
34.
 
Azərbaycan  dili  (qəbul  imtahanlarına  hazırlaşmaq,  yuxarı 
sinif  şagirdləri  və  müəllimlər  üçün  vəsait).  Bakı,  2011. 
ABİTURİYENT jurnalının xüsusi buraxılışı. 
35.
 
Hacıyev Tofiq, Cəfərov NizamiXudiyev Nizami. Azərbaycan 
dili, 10 siniflər üçün dərslik. Bakı, 2009. 
36.
 
Hacıyev Tofiq, Cəfərov Nizami. Azərbaycan dili, 11 siniflər 
üçün dərslik. Bakı, 2009. 
37.
 
Q.Kazımoy,  F.Şahbazlı,  A.Mikaylova.Azərbaycan  dili.  8-ci 
sinif.Bakı, 2010. 
38.
 
Müasir  Azərbaycan  dili  (Abdullayev  Ə.Z.  və  digər  müəllif-
lərin birgə hazırladıqları 4 cildlik dərs vəsaiti, B., 2007) 
 


 
234 
MÜNDƏRĠCAT 
 
Giriş ............................................................................................. 3 
Sənin təhsil aldığın ali məktəb .................................................... 7 
Dil haqqında məlumat ................................................................. 9 
Dil haqqında müdriklərin dedikləri ........................................... 10 
Azərbaycan dili ......................................................................... 10 
Dünyada nə qədər Azərbaycanlı yaşayır ................................... 11 
Azərbaycan dilinin türk dilləri ailəsində yeri ............................ 13 
Azərbaycan dilinin tarixinə dair ................................................ 13 
Azərbaycan dilinin təsir dairəsi................................................. 15 
Ümumxalq Azərbaycan dilinin tərkib hissələri ........................ 17 
Azərbaycan ədəbi dili................................................................ 18 
Müasir Azərbaycan dilinin formaları ........................................ 20 
Azərbaycan ədəbi dilinin üslubları ........................................... 22 
Azərbaycan ədəbi dilinin inkişafında 
görkəmli sənətkarların və milli mətbuatın rolu ......................... 29 
Müasir Azərbaycan danışıq dili 
və onun xüsusiyyətləri .............................................................. 35 
Müasir Azərbaycan dilinin  
dialekt və şivələri haqqında....................................................... 37 
Azərbaycan dilində fonetik hadisə və qanunlar
assimliyasiya, disimliyasiya, səsartımı, səsdüşümü, 
yerdəyişmə, ahəng qanunu, saitlərin ahəngi,  
samitlərin ahəngi ....................................................................... 38 
Azərbaycan ədəbi dilində vurğu ............................................... 50 
Azərbaycan dilinin orfoepiyası ................................................. 52 


 
235 
Müasir Azərbaycan dili orfoepiyasının əsas qaydaları .............. 56 
Azərbaycan dilinin yazısı, yazı haqqında məlumat ................... 64 
Leksikologiya. Müasir Azərbaycan sözlərinin mənaca 
qrupları ....................................................................................... 70 
Müasir Azərbaycan dilində işlənən söz qrupları, ümum- 
işlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, tarixizmlər,  
arxaizmlər, neologizmlər, terminlər, dialektizmlər,  
vulqar sözlər ............................................................................... 75 
Nitq mədəniyyəti. ....................................................................... 99 
Üslub və üslubiyyat .............................................................. .. 103 
Üslubiyyatın yaranması və formalaşması ................................ 107 
Norma  ..................................................................................... 112 
Nitq mədəniyyəti müstəqil fənn kimi ...................................... 113 
Ritorika və onun başqa elmlərlə əlaqəsi .................................. 115 
Ritorika və dilçilik ................................................................... 116 
Ritorikanın qısa tarixi .............................................................. 125 
Natiqlik sənətinin sahələri ....................................................... 133 
Proqram üzrə Azərbaycan dili və Nitq mədəniyyətindən  
əşğələlərin mövzuları ............................................................... 134 
İstifadə edilmiş ədəbiyyat ........................................................ 232 
 
 
 
 


 
236 
 
Akif Bayramov, Ziyəddin Məhərrəmov, 
Mustafa Ġsgəndərzadə 
 
Azərbaycan dili və nitq mədəniyyəti. 
(Dərs vəsaiti) 
Bakı, 2015. 
 
 
 
Kompüter tərtibçiləri:  
Ruhiyyə Məhərrəmova,  
Səmrah İsrafilov,  
 Bayram Hüseynov,  
Əfruzə Zalıyeva 
 
Texniki redaktoru: 
Araz Yaquboğlu 
 
 Üzqabığının tərtibçisi: 
Orxan Məhərrəmli 
 
Korrektoru: 
İlhamə Məhərrəmova 
 
Çapa imzalanmışdır: 10.04 2015. 
Kağız formatı 60x84
1
/
16
. Çap vərəqi 15. 
Tirajı100. 
 
"ULU İKF-da çap olunmuşdur. 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə