Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

 
23 
kar  kimi  tanıdır.  Elə  buna  görədir  ki,  Səməd  Vurğun  demişdir: 
―öz üslubunu təyin etmək və ona daima sadiq yaşayıb yaratmaq 
şair  üçün  səadətdir!  Başqalarından  söz,  düşüncə  və  duyğu  pər-
dələri altında gizlənib qalmaq isə şair üçün fəlakətdir.‖ 
Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu 
hər şeydən əvvəl, insan fəaliyyətinin müxtəlif sahələri ilə əlaqə-
dar olaraq bu və ya başqa şəraitdə fikrin ifadə olunması üçün dil 
vasitələrindən istifadə edilərkən yaranır. Hər bir üslub dilin milli 
xüsusiyyətləri əsasında qurulur. Bunların yaranmasında həm ya-
zıçıların,  həm  də  alim-müəllim  və  digər  qrup  ziyalıların  böyük 
xidməti olur. 
Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlərindən bəhs 
edən xüsusi elm sahəsi vardır. Buna dilçilikdə üslubiyyat deyilir. 
Üslubiyyatda  dilin  ifadə  vasitələrinin  müxtəlif  üslublarda 
işlənilmə üsulları geniş şəkildə öyrənilir. 
Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zən-
gin  üslubi  sistem  yaranmışdir.  Ədəbi  dilimizin  ayrı-ayrı  inkişaf 
mərhələlərində  müxtəlif  üslublar  olmuşdur.  Zaman  keçdikcə  bu 
üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazır-
da Azərbaycan ədəbi dilinin aşağıdakı üslubları vardır. Bədii üs-
lub,  elmi  üslub, ictimai-publisistik  üslub,  rəsmi üslub. Bu üslub-
ların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarak-
terik cəhətləri vardır. 
1.Ədəbi  dilin  bədii  üslubu.  Fikrin  bədii  ifadə  və  təsvir 
vasitələri  ilə  ifadə  olunmasına  bədii  üslub  deyilir.  Bədii  üslub 
eyni zamanda bədii dil də adlanır. 
Azərbaycan  ədəbi  dilində  bədii  üslub  xüsusi  yer  tutur.  Bu 
üslub  tarixən  qədim,  mahiyyətinə  görə  isə  çox  kütləvidir.  Bədii 
üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil 
etmişdir. 
Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr üslubu. 
Bədii  üslubun  bu  formaları  bir  sıra  cəhətlərinə  və  əlamət-


 
24 
lərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan əsərlər-
də müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir verilir, qafiyə 
nəzərə  alınır  və  s.  Lakin  nəsr  əsərlərində  isə  bu  ölçülər  hazırkı 
dövrdə  nəzərə  alınmır  (ədəbiyyatımızda  qafiyəli  nəsr  də  olmuş-
dur). 
Bədii  üslubun  hər  iki  formasında  janrlarla  əlaqədar  bir  sıra 
üslublar  da  olur;  məsələn,  qəzəl  üslubu;  qoşma  üslubu;  hekayə 
üslubu; dram üslubu; satira üslubu və s. 
Ədəbi  dilin  bədii  üslubunun  özünəməxsus  bir  sıra  xüsu-
siyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir. Həmin 
fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir. 
Söz  seçməkdə.  Bədii  üslubda  yazılan  əsərlərdə  müxtəlif  söz 
qruplarına  müraciət  olunur  və  oradan  rəngarəng  sözlər  seçilib 
işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan 
istifadə etməsin. Dildə hər nə varsa bədii üslubun ixtiyarındadır. 
Bədii  üslubda  bu  və  ya  başqa  üslubi  məqam,  yaxud  surətin 
nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt 
sözlərindən  istifadə  edilir.  Bununla  bərabər  həmin  üslubda  söz-
lərin məna qruplarından – eyni səslənməyə malik müxtəlif sözlər-
dən  (omonim);  müxtəlif  formalı,  lakin  yaxın  məna  ifadə  edən 
sözlərdən  (antonom)  bədii  ifadə  vasitəsi  kimi  çox  geniş  istifadə 
olunur. Bütün bunlar isə oxucu və ya dinləyicinin bədii zövqünü 
oxşamağa qüvvətli təsir göstərir. 
Sözlərin  işlədilməsində.  Bədii  ədəbiyyat  dil  sahəsində  geniş 
novatorluq  meydanıdır.  Burada  mövcud  sözlərə  yeni  məna  ver-
mək,  sözə  emosional  çalarlıq  gətirmək  və  bunları  çox  müxtəlif 
formalarda və müxtəlif məqam və vəziyyətdə işlətmək olur. 
Bədii  ədəbiyyatda  ayrı-ayrı  sözlərdən  yeni  mənalarda  istifadə 
olunması. Onların məcazi məna kəsb etməsi imkanları ilə bağlıdır. 
Hər bir sözün məcazi mənası dildə müəyyən obrazlılıq əmələ gətirir. 
Bədii ədəbiyyatda məcazların müxtəlif formalarından olduqca geniş 
şəkildə istifadə edilir. Buna görə də bədii üslub obrazlı olur və bu 


 
25 
cəhətinə əsasən digər üslublardan fərqlənir. 
Qrammatik  vasitələrin  istifadəsində.  Bədii  üslubda  bəzi  dil 
vasitələrinə bədii meyarla yanaşılır. Bu və ya başqa bir vasitə bədii 
qanunlara  müvafiq  olaraq  bədii  zərurət  əsasında  işlənilir.  Bədii 
üslubda sintaktik fiqurlar – ritorik suallar, bədii nidalar və xitablar 
çox  işlənir.  Bu  da  öz  növbəsində  onu  başqa  üslublardan  fərq-
ləndirir. 
Fonetik materialın istifadəsində. Bədii üslubda dilin səs sistemi 
bir  növ  estetik  təsir  vasitəsinə  çevrilir.  Xüsusən  poeziyada  gözəl 
ahəng,  musiqilik  səslərlə  yaradılır.  Eyni  zamanda,  səslərin  fonetik 
sıralanması vasitəsi ilə bəzən ifadənin təsiri də qüvvətləndirilir. Belə 
bir vəziyyət, əsasən, bədii üslub üçün xarakterikdir.  
Sitatlardan  istifadə.  Bədii  üslubda  sitatlardan  geniş  istifadə 
olunur.  Burada  işlənilən  hər  bir  poetik  sitat  öz  vəzifəsinə  görə 
elmi  sitatdan  fərqlənir.  Poetik  sitatlar  bədii  surətlərin  nitqini 
fərdiləşdirmək və s. kimi üslubi cəhətlər üçün işlənilir. 
Epiqrafların  verilməsində.  Bədii  üslubda  epiqraflara  tez-tez 
müraciət  olunur.  Hər  bir  epiqraf  mətnin  əvvəlində  verilərək  hə-
min mətnin məzmunu ilə uyğun gəlir. Bunların vasitəsilə müəllif 
ifadə olunan fikrin təsirini daha da artırır. 
Bədii üslub bütün öz xüsusiyyətləri ilə olduqca obrazlı, emo-
sional  və  ekspressivdir.  Bu  üslub  başqa  üslublara  nisbətən  xalq 
danışıq  dilinə  daha  yaxındır.  Hazırda  Azərbaycan  ədəbi  dilinin 
bədii  üslubu  çox  inkişaf  etmişdir.  Bu  üslub  ədəbi  dilin  və  xalq 
danışıq  dilinin  xüsusiyyətləri  əsasında  get-gedə  daha  da 
təkmilləşir. 
2.Ədəbi  dilin  elmi  üslubu.  Fikrin  elmi  şəkildə  ifadə  olun-
ması  elmi  üslub  adlanır.  Elmi  üsluba  eyni  zamanda  elmi  dil  də 
deyilir. Elmi üslubda obrazlılıq, emosionallıq olmur. Buraya bü-
tün elmi və metodik əsərlərin dili daxildir. 
Azərbaycan  ədəbi  dilində  elmi  üslub  bədii  üslubdan  sonra 
formalaşmağa  başlamışdır.  Bu  üslub  tarix  boyu  geniş  təkmil-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə