Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

 
26 
ləşmə  və  inkişaf  yolu  keçirmişdir.  Hazırda  elmin  bütün  sahə-
lərinə  dair  bu  üslubda  mükəmməl  elmi  əsərlər  yaradılır.  Elmi 
üslubu  digər  üslublardan  fərqləndirən  bir  sıra  xüsusiyyətlər 
vardır. Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılarla müəyyənləşir. 
Fikrin elmi izahı. Elm – təbiət və cəmiyyət qanunlarını aydın-
laşdırır.  Buna  görə  də  elm  mövcud  anlayışlara  dair  dəqiq  izahat 
tələb  edir;  müəyyən  məsələ  şərh  olunarkən  elmi  təfəkkür  əsas 
götürülür. Bu xüsusiyyət elmi üslubu digər üslublardan fərqləndirir. 
Terminlərin çox işlənməsi. Məlum olduğu kimi termin elmin 
əlifbasıdır.  Elə  buna  görə  də  elmi  üslubda  elmin  müxtəlif  sahə-
lərinə dair aparılan tədqiqatla əlaqədar terminlərdən geniş istifadə 
olunur. 
Sözün  həqiqi  mənada  işlənməsi.  Elmi  üslub  üçün  əsas  əla-
mətlərdən  biri  sözü  ilk  mənasında  işlətməkdir.  Bu  üslubda  söz-
lərin  məcazi,  yaxud  bir  neçə  mənada  işlədilməsinə  əsasən  yol 
verilmir.  Çünki  elmi  üslubda  sözlərin  çoxmənalılığı  bəzən  do-
laşıqlığa, anlaşılmazlığa səbəb ola bilir. 
Xüsusi  ifadələrin  işlənilməsi.  Elmi  üslubda  bu  və  ya  digər 
məsələ şərh olunarkən ―tədqiqat göstərir ki, ‖ ―belə nəticəyə gəl-
mək  olur  ki‖,  ―bu  nöqteyi  –  nəzərdən‖  və  s.  kimi  xüsusi  ifadə-
lərdən tez-tez istifadə olunur. Bunlar elmi üslubun xüsusiyyətləri 
ilə bağlı ifadələrdir. 
Mürəkkəb  sintaktik  konstruksiyaların  tələb  olunması.  Elmi 
üslubda  bu  və  ya  digər  anlayışı  dəqiq  və  düzgün  ifadə  etmək 
üçün  dilin  bütün  qrammatik  vasitələrindən,  o  cümlədən  mürək-
kəb sintaktik quruluşlu cümlələrdən istifadə edilir. 
Müxtəlif  işarələrin  işlədilməsi.  Ayrı-ayrı  elm  sahələri  ilə 
əlaqədar  olaraq  elmi  üslubda  yazılan  əsərlərdə  müxtəlif  işarələr 
sistemindən  istifadə  edilir.  Dialektlərə  aid  yazılmış  əsərlərdə 
transkripsiya ilə əlaqədar işarələr buna misal ola bilər. 
Qədim yunan və latın əlifbalarından istifadə olunması. Bəzi 
elm  sahələrində  yunan  və  latın  hərflərinə  müraciət 


 
27 
olunur.Məsələn, iks (x), iqrik (y) və s. 
Bu və ya digər tədqiqat işi elmi üslubda şərh olunarkən hər 
bir  müəllifin  fərdi  üslubu  yaranır.  Lakin  bu  fərdi  üslub  bədii 
üslubda yaranan fərdi üslub kimi xüsusi mahiyyətə malik olmur. 
Elmi  üslub  bədii  üslub qədər  kütləvi  xarakter  daşımır.  Belə 
ki,  bədii  üslubda  yazılan  hər  bir  parçanı  hamı  oxuyanda  və  ya 
eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif sahələrə aid ya-
zılan əsərləri hamı dərk edə bilmir. 
Qeyd  etmək  lazımdır  ki,  ədəbi-tənqidi  əsərlər  də  eyni  üs-
lubda  yazılır.  Bu  növ  əsərlər  elmi  üslubu  ictimai-publisistik  üs-
luba yaxınlaşdırır. 
Ədəbi  dilin  ictimai-publisistik  üslubu.  İctimai  və  siyasi 
məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah edilməsi 
ictimai-publisistik üslub adlanır. Bu üsluba eyni zamanda kütləvi 
üslub, kütləvi dil də deyilir. Buraya təbliğat, təşviqat məzmunlu, 
adi məlumat xarakterli və tənqidi məqalələrin, yazılı məruzələrin, 
qəzet xülasələrinin və s.dili daxildir. 
İctimai-publisistik  üslubun əmələ gəlməsində  mətbuatın xü-
susi rolu vardır. Buna görə də bu üslubu çox zaman mətbuat üslu-
bu  da  adlandırırlar.  Lakin  qeyd  etməliyik  ki,  qəzet  və  jurnallar-
dakı məqalələrin hamısı publisistik üslubda yazılmır; orada müx-
təlif üslubda yazılan materiallar olur. Elə buna görə də bütün mə-
qalələri mətbuat üslubu adı altında başa düşmək düzgün deyildir: 
mətbuat üslubu başqa anlayışdır. Bunun özü iki yerə bölünür: a) 
qəzet üslubu b) jurnal üslubu. Bunların isə fərqli cəhətləri vardır. 
Bu fərqlər hər şeydən əvvəl ondadır ki, qəzetdə mənası gec başa 
düşülən sözlərə, tərkiblərə yer verilmir. Ancaq jurnalda yeni ter-
minlər, tərkiblər, qısaltmalar və sairə çox işlədilir. 
Azərbaycan  ədəbi  dilinin  ictimai-publisistik  üslubu  əsasən 
XIX  əsrdə  milli  mətbuatın  meydana  çıxdığı  dövrdən  forma-
laşmağa başlamışdır. 
İctimai-publisistik  üslubun  janrlara görə  müxtəlif  qolları  ol-


 
28 
masına  baxmayaraq,  bunların  hamısının  ümumi  və  digər  üslub-
lardan  fərqli  xüsusiyyətləri  vardır.  İctimai  publisistik  üslubun 
səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir: 
1)Sözün istehza ilə işlədilməsi
2)Sarkazmlar yaradılması; 
3)Frazeoloji vahidlərdən geniş istifadə olunması; 
4)Bədii ədəbiyyatdan sitatlar verilməsi; 
5)İfşa və tənqid üçün ən kəskin sözlər işlədilməsi. 
 İctimai-publisistik üslub, ümumiyyətlə, aydın üslubdur. Bu-
rada xalq danışıq ünsürləri yox olur. Məsələn, ―Kirpi’’ jurnalın-
dakı  məqalələrin  əksəriyyətində  istənilən  qədər  xalq  ifadə  və 
tərkibləri, adi danışıq dilinə məxsus cümlələr və s. vardır. 
İctimai-publisistik  üslubda  yazılan  oçerklər  bunu  bədii  üs-
luba, xülasə və tənqidi məqalələr elmi üsluba, bəzi materiallar isə 
rəsmi üsluba yaxınlaşdırılır. 
4.Ədəbi dilin rəsmi üslubu. Cəmiyyətdə rəsmi münasibətləri 
bildirmək  üçün  yazılan  dövlət  sənədlərinin  üslubu  rəsmi  üslub 
adlanır.  Buraya  bütün  dövlət  sənədlərinin  –  protokol,  akt,  nota, 
əmr, qərar, bəyanat, qətnamə və s. sənədlərin dili daxildir. 
Azərbaycan ədəbi dilinin rəsmi üslubu əsasən XIX əsrdə, yəni 
milli ədəbi dilin sabitləşməsi dövründə formalaşmağa başlamışdır. 
Rəsmi üslubda yazılan sənədlərdə fikrin konkret şəkildə iza-
hı  tələb  olunur.  Buna  görə  həmin  üslub  üçün  aşağıdakı  cəhətlər 
xarakterikdir: 
a)  hər bir məsələ aydın və olduqca qısa izah edilir; 
b)  artıq  və  lüzumsuz  sözlərə,  təkrarlara,  bədii  vasitələrə  yer 
verilmir; 
c)  ikimənalılığa,  dolaşıqlığa  yol  verməmək  üçün  hər  bir 
anlayışa dair dəqiq terminlər seçilir. 
d) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik 
normalarına düzgün riayət olunur
e)  ştamp  xarakterli  xüsusi  tərkiblərdən,  ifadələrdən  geniş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə