Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

54
lərin  və  onların  əmlakının  sığortalanmasının  münasib  sxemini 
seçmək də vacibdir.
Yol  bələdçisi  (gidin)  -seçilməsi  turun  forınalaşdırılmasının 
olduqca  mühüm  mərhələsidir.  O,  hər  şeydən  əvvəl  marşrutu 
yaxşı  bilməli  və  orada  qrupun  təhlükəsizliyinə  zəmanət 
verməlidir.  Bundan  başqa  bələdçi  incə  psixoloq  və  mehriban 
insan  olmalıdır.  Qrupun  əhvalını  duymaq  bacarığı,  xoşrəftarlıq 
və  turistlərə  təkəbbürsüz  münasibət  -   bələdçi  əsas  peşə 
vərdişidir.  Onun  üçün  yerli  əhali  ilə  yaxşı  münasibətə  malik 
olmaq,  əcnəbi  turistləri  müşayiət edən  zaman  isə  tərcüməçi  kimi 
çıxış  etmək  bacarığı  çox  vacibdir.  Əlbəttə  ki,  o  yerli  əhalinin 
mədəniyyəti,  səyahət rayonunun  təbiəti  haqqında biliklərə  malik 
olmalı  və  gözəl  hekayəçi,  ekskursiya  rəhbəri  olmalıdır.  Bir  çox 
avropa  ölkələrində  dağ  bələdçiləri  -xüsusi  assosiasiyada 
birləşmişdir.  Bələdçi  sertifikatı  almaq  üçün  pedaqogikanı,  dağ 
relyefinin  müxtəlif  fonnalarını  keçmək  texnikalarını,  ilk  tibbi 
yardım  və  həkiməqədərki  vərdişlərin  nümayişini,  geologiyanı, 
iqlimi,  rayonun  flora  və  faunasını,  əcnəbi  dilləri  bilmək  üzrə 
dövlət  imtahanı  (test)  verməli  və  bələdçi  məktəbi  tədris  kursunu 
bitirməsi  zəruridir.  Bir  bələdçinin  payına  düşən  turistlərin  sayı 
marşrutun  mürəkkəbliyi  nəzərə  alınaraq  təyin  olunur.  Trekkinq 
turlarda  onların  sayı  bir yol  bələdçisinə  5  nəfərdən  20  nəfərədək 
ola bilər.
2.3.  Bələdçilərin qonaqlarla işləməsi
Bələdçilər tərəfindən  qruplara  xidmət  onların  öz  turistləri  ilə 
görüşməsindən  xeyli  əvvəl  başlayır.  Hər  şeydən  əvvəl  müəyyən 
məqsəd üçün qabaqcadan  ayırma vərəqindən  alınmış  məlumatlar 
əsasında  ona  turistlərin  milliyyətini  və  ailə  vəziyyətini,  qrupun 
cins-yaş  strukturunu  təhlil  etmək  lazımdır.  Bu  qonaqların  önəm 
verdiyi  mədəniyyəti  və  mətbəxi,  onların  mentalitetini,  fiziki 
imkanlarını  təyin  etməyə  imkan  verir.  Bəzi  turistlərin  ad  günü­
Ə.T.Əsgərov,  В.Ə.Bilalov.  Ç.G.Giilalıyev
55
nün  səyahət  müddətinə  düşməsi  də  tamamilə  mümkündür.  Belə 
ki,  xaricdə  tez-tez  macəra  turunda  iştirakçı  turistlərin  yubileyinə 
hədiyyə  edirlər.  Odur  ki,  turfinnanın  təbriki  və  kiçik  hədiyyəsi 
həmin  firma haqqında yaddaşlarda yaxşı  xatirə  kimi  qalır və onu 
şöhrətləndirir.  Bu  səyahət  zamanı  turistlərə  verilmiş  kiçik 
suvenirlərə  də  aiddir:  döş  nişanları,  kepkalar,  dağ  rayonunun  və 
firmanın  simvolikası  olan  futbol  köynəkləri  və  s.  Xarici 
ölkələrdə  həmçinin  turistlərə  onların  təbiəti  mühafizə  proqram­
larında,  zirvəyə  qalxmada,  ekspedisiyada  iştirakı  haqqında  serti­
fikat təqdim etmək qəbul olunmuşdur.
Gəldiyi  hava  limanında  qrupu  qarşılayarkən  avtobusun 
sürücüsü  ilə  daşıma  proqramını  razılaşdırmaq  lazımdır.  Turope- 
ratorun  ingilis  dilində  adı  yazılmış  lövhəcik  hazırlamaq  və 
qonaqların  gəlməyini  gözləmək  gərəkdir.  Onlarla  turist  forma- 
llıqları  keçildikdən  sonra  bütün  qrupu  yığmaq,  özünü  təqdim 
etmək,  gəlib  çatmaqları  münasibəti  ilə  hamısını  təbrik  etmək  və 
firmanı  seçdiyinə  görə  təşəkkür  etmək  zəruridir.  Sonra  siyahı 
üzrə  iştirakçıları  yoxlamaq  və  onlara  öz  yüklərini  almaqda 
köməklik  göstərmək  lazımdır.  Turistlərin  həmişə  kriminal  ele­
mentlərin  və  dilənçilərin  diqqət  mərkəzində  olduğu  nəzərə 
alaraq onları bu barədə xəbərdar etmək  lazımdır.
Avtobusa  minib  hava  limanından  uzaqlaşan  zaman  ilk 
növbədə  ölkədə  turistlərin  davranışının  əsas  təhlükəsizlik  qay­
dalarını  onların  yadına  salmaq  vacibdir.  Uçuşdan  sonra  qrupun 
yorğunluq  dərəcəsindən  asılı  olaraq  daşımanı  avtobus  ekskur­
siyası  ilə  birləşdirmək  olar.  Əcnəbi  qruplar  üçün  turistlərin 
gəldiyi  ölkənin  dilində  səyahət  regionunun  yerləşdiyi  ölkənin 
haqqında  informasiya  olan  kaset  hazırlamaq  kifayətdir.  Kasetə 
baxdıqdan sonra bələdçi meydana çıxan  suallara cavab verir.
Dayanacaq  zamanı  və  mağazalara  girəndə  bələdçi  turistlərə 
alacaqları  şeyin  seçilməsində  və  onun  qiymətinin  hesablanma­
sında  öz  köməyini  təklif edə  bilər.  Bu  zaman  qrupu  avtobusun 
yola  düşməsi  vaxtı  barədə  xəbərdar  edirlər.  Belə  ki,  qrupun  bir
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


56
yerə  vaxtında  gedib  çıxmaması  başqa  bir  proqramda  nəzərdə 
tutulmuş tədbirin pozulması  ilə nəticələnir.
Bələdçilərdən biri  otelə  çatan kimi  qonaqların  yerləşdirilməsi 
ilə  məşğul  olur,  digəri  isə  onların  yüklərinin  boşaldılması  və 
avtobusun  sürücüsü  ilə  hesablaşmanı  həyata  keçirir.  Bələdçi 
turistlərin  harada  və  kiminlə  yaşadığını,  turistlər  isə  bələdçini 
istənilən  anda  harada  tapmaq  lazım  olduğunu  bilməlidir. 
Qonaqlara  həmçinin  bar,  diskoteka  və  restoranın  harada 
yerləşdiyini göstərmək lazımdır.
Turistlər  gəldiyi  gün  şam  yeməyindən  sonra  bələdçi  ilə 
qrupun  «tanışlıq  axşamının»  təşkil  olunması  qəbul  edilmişdir. 
Turistlərdən  onların  dağ  təcrübəsi  haqqında  soruşan  kimi 
bələdçiyə  özü  haqqında  danışmağı  xahiş  edirlər.  Sonra  turun 
proqramı  və qarşıdakı  günün  proqramı  haqqında  ətraflı  danışılır. 
Paltar,  ayaqqabı  və  ləvazimatların  seçilməsi  ilə  əlaqədar 
məsləhət  vermək  lazımdır.  Xüsusən  də  səhər qrupun  toplanması 
yeri  və vaxtına diqqəti cəlb  etmək çox vacibdir.  Müxtəlif içkilər, 
günəşdən  müdafiə  kremləri 
və  eynəkləri 
kimi  mühüm 
xırdalıqları da yada salmaq  lazımdır.
Adətən  bələdçinin  iş  günü  saat  600-dan  23°°"dək  uzanır.  O, 
qrupu  marşrutda  apanr,  hər  bir  turistin  davranışına  nəzarət  edir, 
qidalanmanı  və  istirahəti  təşkil  edir,  rayonun  mədəniyyəti,  tarixi, 
təbiəti  haqqında  danışır,  marşrut  haqqında  yerli  əhalidən  və 
qarşılaşdıqlan  qruplardan  soruşur,  havanın  dəyişməsini  proqnoz­
laşdırır və  daha  çoxsaylı  digər əməliyyatları  yerinə  yetirir.  Bələdçi 
peşəsi  ağır,  yorucu  və  məsuliyyətli  işdir.  Eyni  zamanda  o,  çox 
maraqlı,  vacib,  lazımlı  işdir.  Belə  ki,  bələdçi  turistlərə  nəinki 
istirahət  etməyə,  güclərini  bərpa  etməyə,  həm  də  öz  dünya 
görüşlərini  genişləndirməyə,  çoxlu  maraqlı  bilgilər,  vərdişlər 
almağa,  bəzən  isə  daxili  qorxunu və  sədləri,  psixoloji  diskomfortu 
(rahatsızlığı) aşıb keçməyə imkan venr.
Ə.T.Əsgarov,  В .Ə.Bilalov,  Ç.G.Giilahyev
57
2.4.  Turizm xidmətinin  menecment keyfiyyəti
Ölkəmizdə  ekoloji  və  macəra  turizmi  sahəsində  turope- 
ratorların  fəaliyyəti  sertifikatlaşdırılmalıdır.  Belə  olan  halda 
dövlət  keyfiyyətli  xidmətin  minimal  şəraitinə  riayət  olunmasına 
nəzarət  edir.  (İşçi  heyətin  müvafiq  hazırlığı,  lazımi  avadanlıq­
ların  mövcudluğu,  firmanın turizm qanunvericiliyinin tələblərinə 
riayət etməsi və s.).
Qeyd  etmək  lazımdır  ki,  turistlərin  keyfiyyətli  xidmət 
hüququ  və  ətraf  təbii  mühitə  qayğı  ilə  yanaşmaq  öhdəliyi 
Azərbaycan  Respublikasının  «Turizm  haqqında»  Qanununun 
müvafiq maddələrində təsbit olunmuşdur.
Əcnəbi  ekoturist  firmalarda  keyfiyyət  dedikdə  turistlərin 
gözlədikləri  xidmət  səviyyəsinə  uyğunluq başa  düşülür.  Bu göz- 
ləntilərin  yerinə  yetirilməsi  aşağıdakıları  nəzərdə  tutur:  isteh­
lakçının  nə  gözlədiyini  dəqiq  bilmək;  rəhbərliyin  tələb  etdiyi 
keyfiyyət  standartı  haqqında  turfırmanın  işçi  heyətinin  məlu­
matlı  olması  və  onların  mühafizə  edilməsində  işçilərin  özlərinin 
rolu  haqqında  xəbərdar  edilmək;  işçilər  keyfiyyət  standartlarına 
uyğun gəlməyən əlamətləri və əməlləri dəqiq bilməlidirlər.
Nə  qədər  ki,  turizm  xidməti,  qonaqpərvərlik  hər  şeydən 
əvvəl  turistlər  və  işçi  heyət  arasında  insani  münasibəti  nəzərdə 
tutur,  onda  çox  vaxt  xidmətin  keyfiyyəti  işçilərin  peşəkar 
hazırlığından  və  mənəvi  keyfiyyətindən  asılıdır.  Restoranların, 
otellərin  və  turfırmaların  texniki  təchizatı  çox  vaxt  oxşar  olur. 
Odur  ki,  müasir  rəqabət  şəraitində  işçi  heyətin  daimi  peşəkar 
inkişafı  müvəffəqiyyətin yeganə şərtidir.
Təşbehlərlə  danışsaq,  işçi  heyət  ürəkdən  inanmalıdır  ki, 
yalnız  «keyfiyyətin  diktaturası»  firmanı  turbiznesin  lideri 
etməyə qadirdir.
Məsələn,  «Nioqara Nature  Fours»  müntəzəm olaraq pedaqoji 
təcrübəyə  malik  olan,  yəni  insanlarla  işləməyə  qadir  olan  və 
onlara  təbiət  haqqında  danışmağı  bacaran:  elmi  işçilər,
Ə.T.Əsgarov,  B.Ə.Bilalov,  Ç.G.Giilahyev_____________


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə