Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

6
9.4. 
Qaraçay-Çerkez Respublikasının dağlıq turizm 
rayonlarında macəra və ekoloji turizmin inkişaf şəraiti və 
ehtiyatları  ...................................................................................  223
9.4.1.  Arxızsk turizm mezorayonu  ...................................   223
9.4.2.  Dombaysk turizm mezorayonu  ..............................  227
9.4.3.  Uzunkolskiy turizm mezorayonu  ...... 
 
230
Onuncu fəsil. Azərbaycan Respublikasının turizm 
bölgələrində ekoturizmin inkişafı  .................................   233
10.1.  Bakı-Abşeron turizm bölgəsi  ..................................   233
10.2.  Quba-Xaçmaz turizm b ö lg ə si..................................   236
10.3.  Dağlıq Şirvan turizm bö lg əsi...................................   238
10.4.  Şəki-Zaqatala turizm b ö lg əsi...................................   239
10.5.  Kiçik Qafqaz turizm bölgəsi  ...................................   241
10.6.  Gəncə-Qazax turizm bölgəsi  ......................................243
10.7.  Kəlbəcər-Laçm turizm bölgəsi  .................................. 245
10.8.  Aran (Kür-Araz) turizm b ö lg ə si..............................  246
10.9.  Lənkəran-Astara turizm bölgəsi  ..............................  252
10.10. Naxçıvan turizm b ö lg əsi........................................... 261
Nəticə  ..................................................................................   267
Ə d əb iy y a t...........................................................................   269
7
Kitab Dağlıq Qarabağ ıığrunda döyiişhrda 
şəhid olanların  əziz xatirəsinə ith a f olunur!
Ön söz
Ekoloji  turizm  -   dünya  turizm  sənayesinin  ən  sürətli  inkişaf 
edən  sahələrindən  biridir.  Ekoloji  turizm  təbiətdən  zövq  almaq, 
istirahət  məqsədi  ilə  istifadənin  yeni  forması  olmaqla  yanaşı, 
rekreasiya  ehtiyatlarından  düşünülmüş  şəkildə  istifadə  etməyi, 
bioloji  müxtəlifliyin  qorunmasını  təbliğ  etməklə,  həm  də  turizm 
fəaliyyətinin dayanıqlılığını  təmin etmək üçün  «qeyri-aşındırıcı» 
təbiətdən istifadə rejiminin işlənib hazırlanması tələb edir.
Ekoloji  turizmin  inkişaf  tendensiyası  Birləşmiş  Millətlər 
Təşkilatının  ixtisaslaşmış  qolu  olan  Ümumdünya  Turizm 
Təşkilatı  (BMÜTT)  tərəfindən  müəyyən  olunmuşdur.  Bu 
təşkilatın  proqnozlarına  görə  ekoloji  turizm  2020-ci  ilə  qədər 
olan  dövrdə  turizmin  inkişafının.beş  əsas  strateji  istiqamətləri 
sırasına daxildir.
Ölkəmizə  BMÜTT  tərəfindən  ekoloji  turizmin  inkişafı 
nöqteyi  nəzərdən  ən  perspektivli  regionlardan  biri  kimi  baxılır. 
Ölkə  prezidenti  İ.Əliyev  tərəfindən  2011-ci  ilin  turizm  ili  elan 
olunması  bu  məsələyə  respublikamızda  necə  önəm  verildiyinin 
göstəricisidir.
Ekoturizm  ətraf  mühitin  mühafizəsi  və  yerli  əhalinin  rifah 
halını  yaxşılaşdırmaq,  onun  tələblərini  qarşılamaq  üçün 
potensiala  malik  olan  davamlı  bir  turizm  növüdür.  Odur  ki, 
ekoturizm  belə  müəyyən  olunur:  «İcmaların  iqtisadi  imkanlarını 
genişləndirməklə  qonaq  qəbul  edən  sahibkarlar  üçün  iqtisadi  və 
sosial  imkanlar təmin etmək,  təbii interpretasiya və ekoloji  təhsil 
vasitəsi  ilə  təbii  ehtiyatlann  qorunmasına  kömək  edərək  səfər 
olunan  ərazilərin  təbiəti,  tarixi  və  mədəniyyəti  haqqında


öyrənməkdə  maraqlı  olan  insanların  ekoloji  səyahətlərdən  zövq 
almasıdır».
Azərbaycan  təbii  ekoturizm  sahəsində  real  potensial 
imkanlara  malikdir.  Çox  maraqlı  və  zəngin  ölkə  kimi  onun 
ərazisinin  yandan  çoxunu  qum  landşaftlan  (yarımsəhralar, 
dağətəyi  və  dağlıq  çöllər)  əhatə  edir.  Təbii  və  coğrafi  şəraitin 
unikallığı  burada  flora  və  faunanın  növ  müxtəlifliyinin 
rəngarəngliyinə  şərait  yaratmışdır.  Yer  üzündə  mövcud  olan  11 
iqlim  tipinin  9-u  Azərbaycanda  təsadüf  edilir.  Bu  amil 
ölkəmizdə  zəngin  biomüxtəlifliyin  formalaşmasında mühüm rol 
oynayır.  Azərbaycanda təxminən 4500 ali bitki növü yayılmışdır 
ki,  bu  da  Qafqazın  zəngin  bitki  aləminin  növ  tərkibinin 64  %-ni 
təşkil  edir.  Bunlardan  240-ı  endemik  və  relikt  növlərdir. 
Azərbaycan  Respublikasının  «Qırmızı  kitab»ına  140  nadir  və 
nəsli  kəsilməkdə  olan  bitki  növü  daxil  edilmişdir.  Burada 
yayılmış  fauna növləri:  14000  həşaratkimilər,  123  balıq,  9  suda- 
qumda  yaşayanlar,  54  sürünənlər,  360  quş  və  99  məməli 
olmaqla, bunlardan  108 növ «Qırmızı kitab»a salınmışdır.
Hazırda 
antropogen 
təsirə 
məruz 
qalmayan 
təbiət 
kompleksləri  tapmaq  qeyri-mümkündür.  Bu  baxımdan  vəhşi 
təbiətin  qorunması  və  öyrənilməsində  xüsusi  mühafizə  olunan 
təbiət  ərazilərinin  təşkili,  inkişaf  etdirilməsi  çox  mühüm  rol 
oynayır.  Bu da ətraf mühitin, bioloji müxtəlifliyin və bütövlükdə 
ekosistemin  qomnması  ilə  yanaşı  onun  öyrənilməsinə  xidmət 
edir.
Azərbaycanın  füsunkar  təbiətinin  qomnması  məqsədilə  XX 
əsrin 20-ci ilin ortalarından başlayaraq  ilk qomnan ərazilərdən -  
Göy-göl,  Zaqatala,  Qızılağac  və  Hirkan  dövlət  təbiət  qoruqları 
yaradılmış,  1969-cu  ildə  «Təbiətin  Mühafizəsi  üzrə  Qanun»un 
qəbul  olunması  ilə  qoruqların  sayı  artmış  və  daha  6  xüsusi 
mühafizə  olunan  təbiət  ərazisi  -   Şirvan,  Bəsitçay,  Qarayazı, 
Ağgöl,  İsmayıllı,  İlisu  və  Altıağac  dövlət  təbiət  qomqları 
yaradılmışdır.  2000-ci  ildə  «Xüsusi  mühafizə  olunan  təbiət
” 
______________________ Ə.T.Əsgərov,  В .Ə.Bilalov,  Ç.G.Giilalıyev
9
əraziləri  və  obyektləri  haqqında»  Azərbaycan  Respublikasının 
Qanununun  qəbul  edilməsindən  sonra  bu  sahədə  yaranmış 
hüquqi boşluğun aradan qaldırılması və qanunvericilik bazasının 
möhkəmləndirilməsi  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi 
tərəfindən  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  inkişaf 
etdirilməsi,  ekoloji  şəbəkənin  yaradılması  istiqamətində  həyata 
keçirilər  məqsədyönlü  tədbirlərin  davam  etdirilməsinə  səbəb 
olmuşdur.  İndi  ölkəmizdə  8  milli  park,  11  dövlət  təbiət  qomğu 
və  24  dövlət  təbiət  yasaqlığı  mövcuddur  ki,  bu  da  ölkəmizin 
ümumi ərazisinin 8,1  %-ni təşkil edir.
Həmçinin  Almaniya  Federal  Hökumətinin  dəstəyi  ilə 
«Qafqaz  təşəbbüsü»  proqramı  çərçivəsində,  Samur-Yalama» 
milli  parkının  layihəsi  hazırlanmış  və  yaxın  vaxtlarda  icrasına 
başlanılacaqdır.
Qeyd  etmək  lazımdır  ki,  ölkə  tarixində  ilk  milli  parkların 
yaradılması 
digər 
məqsədlərlə 
yanaşı, 
turizmin 
əsas 
bölmələrindən  biri  olan  ekoturizm  üçün  daha  münasib  şərait 
yaratmaq,  təbii-coğrafi  mühiti  qorumaq  və  yaxşılaşdırmaq 
məqsədi  daşımaqla  öz  növbəsində  təbiət  komplekslərinin 
qorunmasında  mühüm  amil  kimi  çıxış  edir.  Bu  baxımdan  Milli 
Parkların infrastrukturunun  ən müasir standartlara  uyğun  təşkili, 
kadr  potensialının  gücləndirilməsi,  ərazidə  ekoturizmin  inkişafı 
üçün zəruri şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Ekoloji  turizmin  əsaslandığı  və  həyata  keçirdiyi  əsas 
prinsiplər  əbədi  dəyərlər  sırasındadır.  Bunlar:  istirahət;  təbiət 
ərazilərinin  bioloji  müxtəlifliyinin  qorunması;  regionların 
iqtisadi davamlılıq səviyyəsinin yüksəldilməsi  və  onların  ekoloji 
turizm  sahəsinə  cəlb  olunması;  ekoloji  turizm  fəaliyyətinin 
bütün  iştirakçılarının ekoloji  mədəniyyətinin artırılması;  istirahət 
ərazilərinin etnoqrafik statusunun saxlanması.
Azərbaycan  dünyanın  çox  az  ölkələrindəndir  ki,  öz  təbii 
sərvətlərini  bu  günə  qədər  qoruyub  saxlaya  bilmişdir.  Hazırda 
ölkə  qarşısında  duran  əsas  vəzifələrdən  biri  bu  sərvətlərin
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə