Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə3/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

10
dəyərini  dərk  etmək,  qiymətləndirmək  və  onların  istifadəsi 
zamanı  savadlı  yanaşmaqdır  ki,  bu  da  onları  bərpa  etməyə, 
artırmağa,  yaxşılaşdırmağa  və  gələcək  nəsillərə  çatdırmağa 
xidmət  etməkdir.  Təbii  ehtiyatların  hər  hansı  formada  istifadəsi 
ilə  əlaqədar turizm  fəaliyyətini  həyata  keçirən  dünya  ölkələrinin 
təcrübəsi  göstərir  ki,  bu  ehtiyatların  istirahət  məqsədi  ilə 
istismarının  düzgün  təşkil  olunmaması  onların  aşınmasına  və 
dağılmasına  aparıb  çıxarır.  Həmin  ehtiyatlan  yenidən  bərpa 
etmək isə böyük miqdarda maddi vəsait tələb edir.
Odur  ki,  təbiət  yönümiü  turizm  sahəsində,  xüsusən  də 
ekoturizm  üzrə  davamlı  turizm  fəaliyyətini  həyata  keçirmək 
üçün  bu  sahəyə  həm  turizmi  (turizm  sənayesini,  turizm 
menecmentini,  turizm  təhlükəsizliyini,  turizm  xidmətini),  həm 
də  ekologiyanı  (flora  və  faunanı,  ekosistemləri,  ətraf  mühitin 
mühafizəsini, 
insan 
ekologiyasını, 
ekologiya 
hüququnu) 
dərindən  bilən  ixtisaslı  kadrlar  cəlb  olunmalıdır.  Əks  halda 
taleyin bizə bəxş  etdiyi bu nadir və əvəzolunmaz təbiət incilərini 
çox tez bir zamanda əbədi itirə bilərik.
Ə.T.Əsgərov,  В .Ə.Bilalov,  Ç.G.Gülalıyev
M ikayılov N.K.
coğrafiya elmləri doktoru,  BDU-nun  “Ə traf 
mühiti mühafizə və təbii ehtiyatlardan 
səmərəli istifadə ” kafedrasının professoru
1!
Birinci fəsil
EKOTURIZM Ə  G İR İŞ
1.1. 
Ekoturizmin inkişaf tarixi və əmələ  gəlməsinin ilkin
şəraiti. Müasir turizmin dayanıqlı inkişaf konsepsiyası
Ekoturizmin  əmələ  gəlməsinin  əsas  şərtləri  arasında  aparıcı 
yeri  turizmin  kütləviləşməsinin  güclənməsi  səbəbindən  təbiətə 
antropogen təsirin  artması  və  mədəni-tarixi  turizm ehtiyatlarının 
çoxalması  tutur.  Bu  təsir  turistlərin  sayının  artım  tempinə 
mütənasib  olaraq  aıtır. 
BMÜTT  proqnozlarına  görə  (yeri 
gəlmişkən  qeyd  edək  ki,  2001-ci  ilin  sentyabrında  Azərbaycan 
BMÜTT-na  üzv  qəbul  olunub) 
XXI  əsrdə  turizmin  inkişaf 
göstəricilərindən  aydın  olur  ki,  turistlərin  tələbatının  ödənilməsi 
və  turizm  ehtiyatlarının  səmərəli  istifadə  olunması  məsələsində 
ziddiyyətlər getdikcə artır.
Turizm  ehtiyatlarına  və  ətraf  mühitə  kütləvi  turizmin 
təsirinin neqativ aspektləri  hələ keçən əsrin  70-ci illərində  xarici 
və  vətən  alimlərinin  tədqiqatlarında  qeyd  olunmuşdur.  Hazırda 
antropogen  pressinq  və  onun  təsirinin  tormozlayıcı  inkişafı 
praktiki  olaraq  turizm  sənayesinin  bütün  bölmələrində  və 
turizmin  bütün  növlərində,  əksər  turizm  rayonlarında  müşahidə 
olunur.  Məsələn,  artıq  1973-1983-cü  illərdə  Polşada  həmin 
səbəbdən  çaylar  və  göllər  üzrə  turist  marşrutları  40  %,  dəniz 
üzrə 70 % ixtisara salınmışdır.  Korlanmış meşələrin  sahəsi  60 % 
artmışdır.  ABŞ-da  Balinqer  kanyonunda  turistlərə  xidmət 
göstərən  avtomobil  nəqliyyatının  hərəkəti  nəticəsində  torpağın 
və  qruntun  orta  aşınma  sürəti  86  dəfədən  çox  mümkün  olan 
həddi ötüb keçmişdir.
Dünyada  təsərrüfarlann  qloballaşma  prosesi  ilə  Yer səthində 
və atmosferdə neqativ halların başvermə tempi  artmaqdadır.
Ə. T. Əsgərov,  B. Ə.Bilalov,  Ç. G. Giilaliyev______


12
Dünya  təsərrüfatında  qloballaşma  artdıqca  Yerin  coğrafi 
təbəqəsində gedən neqativ dəyişikliklər də artmağa başladı. Bura 
xüsusi  ilə  iqlimin  dəyişməsi,  torpaq-qruntların  deqradasiyası, 
ekosistemin  tarazlığının  pozulması,  biomüxtəlifliyin  məhvi, 
torpaq,  su,  havanın  çirklənmə  dərəcəsinin  artmaqda  davam 
etməsi,  insan  fəaliyyətinin  təsiri  ilə  təbiətin-“yoxsullaşması”, 
əhalinin  qeyri  bərabər  məskunlaşmasının  idarə  olunmaması  ilə 
sosial-iqtisadi  inkişafın  bərabər  olmaması,  ərzaq  təhlükəsizliyi 
və  əhalinin  sağlamlığı,  təbii  sərvətlərin  və  eneıji  resurslarının 
tükənmə təhlükəsi  və s. aiddir.
Bu problemlərin qlobal xarakterini nəzərə alaraq, onları milli 
və ya regional səviyyədə həll  etmək mümkün deyildir.
Qlobal  dəyişikliklər  üzrə  Alman  məşvərət  Şurası  dünyanın 
bir çox  regionlarında  təkrar  olunan  problemlərin  aşağıdakı  tipik 
modelini  təklif  etmişlər.  Onlar  təbiətdə  gedən  deqradasiya 
proseslərini  xəstəliklərə  analoji  olaraq  sindromlar  adlan­
dırmışlar.  Bura  daxildir  utilizasiya,  inkişaf,  tullantı  sindromları. 
Sadalananlara aşağıdakı misalları nümunə kimi göstərə bilərik:
-  Utilizasiya  sindromu  -   korlanmış  torpaqların  həddən  artıq 
bərpası  (Saxalin  sindromu),  yaxud  rekreasiya  inkişafi  ilə 
əlaqədar təbiətə vurulan ziyan (kütləvi turizm sindromu);
-  inkişaf sindromu  -   adivikat  olmayan  proqramla  landşaftın 
ekoloji  korlanması  hesabına  iqtisadiyyatın  inkişafı  (Aral 
sindromu), yaxud ekoloji standartı nəzərə almadan iqtisadiyyatın 
sürətli  inkişafına nail olmaq  (Asiya pələngi sindromu),
-  tullantılar  sindromu -  idarə olunan və ya  idarə olunmayan 
tullantıların  basdırılması  ilə  ətraf  mühitin  deqradasiyası 
(dampinq sindromu).
Sadalanan  problemlər  artdıqca  dünyada  təbii  və  mədəni- 
tarixi  turizm  ehtiyatlarının  səmərəli  istifadəsinə  həsr  olunmuş 
beynəlxalq  konfransların,  müxtəlif  iclasların  və  nəşrlərin  də 
sayı  artmağa  başladı.  Təkcə  1999-cu  ildə  xaricdə  bu  mövzuya 
həsr  olunmuş  400-dən  artıq  material  çap  edilmişdir.  Gərgin
Ə. T. Əs gər ov,  B.Ə.Bilalov,  Ç.G.Gülahyev
13
axtarışlar  nəticəsində  1996-cı  ildə  BMÜTT,  “Səyahətlər  və 
turizm  üzrə  şura”  (WTTC),  «Yaşıl  dünya»  təşkilatı  tərəfindən 
“XXI  əsrdə  turizmin  dayanıqlı  inkişafı  konsepsiyası:  “Səyahət 
və  turizm sənayesi  üçün  21  əsr gündəliyi” (Aqenda 21  for travel 
and  tourizm  industry)  işlənib  hazırlanmışdır.  O,  turizm  üzrə 
milli  idarələrə,  turist,  ticarət  təşkilatlarına,  həmçinin  turist 
xidmətləri  istehlakçılarına  ünvanlanmışdır.  Konsepsiya  14  iyun 
1992-ci  ildə  BMT-nin  ətraf  mühit  və  inkişaf  problemləri  üzrə 
Konfransında  (Rio-de-Janeyro  şəhərində)  182  hökumətin  qəbul 
etdiyi  “Səyahət  və  turizm  sənayesi  üçün  21  əsr  gündəliyi” 
olmaqla  ətraf  mühitin  qorunmasına  Dünya  çağırışı  oldu.  Bu 
konfrans artıq bəşəriyyətin ətraf mühitin  mühafizəsi  problemi  ilə 
sosial-iqtisadi  inkişaf prosesinə  iki  ayrı  sahə  kimi  baxmadığını 
nümayiş  etdirdi.  Bununla  əlaqədar  olaraq  Konfransda  növbəti 
100  il  üçün  fəaliyyət  planı  qəbul  edildi  ki,  bu  da  “XXI  əsrin 
Gündəliyi”  adı  ilə  tanınmaqla,  əsas  məqsəd  qlobal  miqyasda 
bütün  dünya ölkələrində yüksək keyfiyyətli  ətraf mühit və  stabil 
iqtisadiyyata  çağnş  sənədi  oldu. 
“XXI  əsrin  Gündəliyi” 
bəşəriyyətin  davamlı  inkişaf  konsepsiyasının  cizgilərini  müəy­
yən etdi.
Dayanıqlı  inkişaf  dedikdə,  turizm  ehtiyatlarına  zərər  yetir­
mədən  baş  verən  proseslər  anlaşılır.  Buna  ehtiyatların  istifadə 
olunma  və  bərpa  olunma  sürətlərinin  idarə  etməsi  zamanı  nail 
olunur.  Yəni  zəif  bərpa  olunan  ehtiyatlardan  tez  bərpa  olunan 
ehtiyatlara keçid zəruridir.
” 21-ci əsrin Gündəliyi “ aşağıdakı tezislərə malikdir:

turizm  biznesinin  əsasını  təşkil  edən  təbiət  resursları 
qorunmalıdır;
-  uzunmüddətli  inkişaf  strategiyasının  yaradılması  üçün 
hökumət,  sənaye  və  qeyri-hökumət  təşkilatlarının  birgə  koor­
dinasiyasının təşkili  vacibdir;
-  Turizmdə  nailiyyətlərə  çatmaq  üçün  prespektivli  istiqa­
mətləri  seçmək və s.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülahyev


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə