Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli


Sənəddə  turizmin  inkişafında  aşağıdakı  prinsiplərdən



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

Sənəddə  turizmin  inkişafında  aşağıdakı  prinsiplərdən 
istifadə təklif olunur:
-  səyahət  və  turizm  insanlara  təbiətlə  harmoniyaya  nail 
olmaqda kömək etməlidir;
-  səyahət  və  turizm  ekosistemin  saxlanması,  müdafiəsi  və 
bərpasında öz töhfəsini verməlidir;

  -  səyahət  və  turizm  istehsal  və  istehlakın  həyat  qabiliyyətli 
modellərinə əsaslanmalıdır;
-  turizm  biznesi  xatirinə  təbiətə  vurula  biləcək  təsirlərdən 
tamamilə uzaq olmaq;
-  ətraf  mühitin  mühafizəsi  turizmin  inkişaf  prosesinin 
ayrılmaz hissəsi olmalıdır;
-  turizmin  inkişaf problemi  yerli  səviyyədə,  icmaların  (yerli 
sakinlərin) iştirakı ilə həll olunmalıdır;
-  dövlətlər  birbaşa  turistlərə  və  turizm  sahəsinə  zərər  yetrə 
bilən hallar zamanı  bir-birlərini  xəbərdar etməlidirlər;
-  yerli  əhalini  turizm  sənayesi  ilə  məşğul  olan  müəssisələr iş 
yerləri  ilə təmin olunmalarına  yardım göstərməlidirlər;
-  turizmin  inkişafı  yerli  xalqların  maraqlarını  və  mədə­
niyyətini dəstəkləməli və ona yardım etməlidir;
-  səyahət  və  turizm  sənayesi  ətraf mühitin  mühafizəsi  sahə­
sində beynəlxalq hüquqa əsaslanmalıdır.
Milli  idarələr tərəfindən  turizmin sürətli  və davamlı  inkişafı 
baxımından  aşağıdakı 9  əsas amilin olması təklif edilir:
1. 
Həyat  qabiliyyətli  turizmin  təmin  olunması  məqsədi  ilə 
mövcud  infrastruktur tutumunun qiymətləndirilməsi;
2. 
Turist  təşkilatlarının  iqtisadi,  sosial,  mədəni  və  təbii 
imkanları;
3.  Davamlı  inkişafı  prosesinin  anlanması,  təhsil  ümum- 
dünyagörnüşü;
4.  Turizmin  inkişafı üçün vacib olan planların varlığı;
5.  İnkişaf  etmiş  və  inkişafda  olan  ölkələrin  turizm 
təcrübəsinin öyrənilməsi səviyyəsi;
^  ______________________ Ə. T. Əs gər ov,  B. Ə. Bilalov,  Ç.G.Gülalıyev
15
6.  İctimai bölmənin bütün sahələrində inkişafda iştirak;
7.  Turizmin inkişafı üçün davamlı inkişaf pribsiplərinə əməl 
etmək;
8.  Yerli  şəraitdə  inkişafa  xidmət  edən  sahələri  müəyyən­
ləşdirmək;
9.  Həyat şəraitinin inkişafına xidmət naminə əməkdaşlıq
Turist  kompaniyaları  üçün  isə  aşağıdakı  10  şərtləri  yerinə
yetirmək tələb olunur:
1.  Turist ehtiyatlarından minimum istifadə
2.  İstifadə və idarə oluna bilən enerjilərdən səmərəli istifadə
3.  Şirin su ehtiyatlarını qorumaq onlara ziyan yetirməmək
4.  Dayanıqlı su hövzələrini qorumaq
5.  Təhlükəli maddələrlə ehtiyatlı davranmaq
6.  Nəqliyyatdan və nəqliyyat vasitələrindən səmrəli istifadə
7.  İstifadə olunan ərazilərin qorunması
8.  Yerli  əhalinin  təbiəti  və  milli  sərvətlərin  qorunmasına 
cəlb etmək
9.  Davamlı inkişaf layihələri həyata keçirmək
10. İnkişaf naminə əməkdaşlıq
Turizmin  dayanıqlı  inkişaf  prinsipi  hələ  1997-ci  ildə 
BMÜTT  ekspertlərinin  üzərində  işləməyə  başladığı  turizmin 
Qlobal  etik  məcəlləsində  öz  əksini  tapmışdır.  Sənədin  pream- 
bulasında  deyilir  ki,  «təntənəli  şəkildə  onu  ÜTT-nin  üzvlüyünə 
dünya turizm  sənayesinin,  dövlətlərin,  ərazilərin,  müəssisələrin, 
idarələrin  və  təşkilatların  nümayəndəsi  kimi  qəbul  edərkən, 
dünya  bazar  iqtisadiyyatının  açıq  və  rəqabət  şəraitində  cəmiy­
yətin bütün bölmələrinə  fayda gətirəcək ədalətli,  məsuliyyətli və 
dayanıqlı  dünya  turizm  qaydalan  müəyyən  olunmasına  imkan 
yaradan  arzunu  ifadə  edən  və  bütün  xalqların  ictimai  seçiminə 
hörmət  edərək  istirahət  və  səyahət  hüquqlarının  həyata  keçiril­
məsi  çərçivəsində  məsuliyyətli,  dayanıqlı  və  əlverişli  turizmin 
inkişafına yardım etmək məqsədinə malikdir».
Ə. 
T. 
Əs 
gər 
ov, B.Ə.Bilalov,  Ç.G.Gülalıyev___________________


16
Dayanıqlı  inkişaf  problemi  turizmə  cəlb  olunmuş  təbii 
rezervatlar,  nadir  təbiət  obyektləri  və  hadisələri  üçün  xüsusən 
aktualdır.  Çox  vaxt  belə  obyektlərin  ərazilərinə  bitişik  olan 
yerlərdə yaşayan əhali yalnız turistlərdən gələn gəlirlər hesabına 
yaşayırlar.  Dağlıq  ərazilər  üçün  bu  hal  daha  çox  xarakterikdir. 
Təsadüfü  deyildir  ki,  BMT-nin  Baş  Assambleyasının  qərarına 
görə  2002-ci  il  Beynəlxalq  dağ  ili  və  Beynəlxalq  ekoturizm  ili 
elan  olunmuşdur.  Bu  həmin  iki  tədbirin  həyata  keçirilməsi 
zamanı  mümkün  olan  maksimum  nəticələrin  əldə  olunmasında 
bütün  maraqlı  tərəflərin  səylərinin  birləşdirilməsi  üçün  geniş 
imkanlar açır.
2002-ci  ildə  BMT  sonrakı  əlavələrlə  gələcəkdə  yerinə 
yetirmək  və  inkişaf üçün  qəbul  olunmuş  «Gündəlik  21»  proq­
ramının  Rio-de-Janeyroda  ətraf mühit və  inkişaf üzrə  keçirilmiş 
konferensiyasmın  10-cu ildönümünü qeyd etdi.
Bununla  belə  dayanıqlı  inkişaf konsepsiyası  turizm  üzrə  bir 
çox  ekspertlər  tərəfindən  skeptik  qəbul  olunmuşdur.  Buna 
əhəmiyyətli  dərəcədə  uğursuz  söz  birləşməsi  olan  -   «dayanıqlı 
(sabit,  hərəkətsiz)  inkişaf (hərəkət,  dinamika)»  oldu.  Yəqin  ki, 
«həyat  qabiliyyətli  inkişaf»  haqqında  danışmaq  daha  doğru 
olardı.
Bundan  başqa,  regional  səviyyədə  «inkişaf»  sözünü  həyatın 
qərb  standartlarına  nail  olmağa  cəhd  kimi  başa  düşmək  lazım 
deyil.  Yerli  əhalinin  sosial-iqtisadi  hərəkatının  istiqaməti 
hakimiyyətdə  təmsil  olunan  adamlar  tərəfindən  deyil,  həmin 
əhalinin  özləri  tərəfindən  təyin  olunur.  Bu  mənada  daha  çox 
reklam  vədlərini  yox,  ənənələri  nəzərə  almaq  lazımdır. 
Ekoturizm  üzrə  amerikalı  ekspert  Ron  Maderin  dediyi  kimi: 
«İnkişaf  -   Qərbi  təqlid  etmə  deyil.  Bu  təkcə  maliyyə-sənaye 
kompleksi,  kimyəvi  gübrə  və  nəhəng  su-enerji  bəndi  deyil. 
Qəlbi  istehlak mallarına və tez varlanmaq sxeminə  satmaq lazım 
deyil.  İnkişaf -   oyanışdır,  öz  daxili  zənginliyini  və  şəxsiyyətin 
və cəmiyyətin həqiqi potensialını dərk etmək deməkdir».
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülalıyev
17
1.2.  Təbii turizm  ehtiyatlarına  turizm in  təsirinin idarə
olunm ası im kanları və ekoturizm in faydası
Məlum  olduğu  kimi  müasir  turizm  növlərinin  əhəmiyyətli 
hissəsi  daha  çox  təbii  turizm  ehtiyatlarının  istifadəsinə 
yönəlmişdir.  Təbiət  turizm i  -   (nature  tourism,  nature-based  or 
nature-oriented  tourism)  anlayışına  landşaft,  relyef,  su,  bitki  və 
heyvanat  aləmini  özündə  birləşdirən,  birbaşa  təbii  resurslardan 
istifadəyə  yönəldilmiş  turizmin  bütün  növləri  aid  olunur.  Qeyd 
edək  ki,  insan  özünü  dərk  edəndən  bu  günə  kimi  turizmin  bu 
növündən  məhdudiyyətsiz  sui-istifadə  edir.  “Təbiət  turizmi” 
turistlərin  təbiətə  gəzintisini  təşkil  edir  və  onların  təbii  mühitə 
ekoloji,  mədəni  və  iqtisadi  təsirini  nəzərə  almır.  Buna  görə  də 
təbii  resurslardan  bu  şəkildə  istifadə  heç  də  dayanıqlı  və  ağıllı 
hesab olunmur.
Ekoturizm   -  İngilis  dilində  olan  «ecological  tourism»  və 
«ecotourism»  söslərinin  dilimizə  keçmiş  formasıdır.  Regionun 
davamlı  inkişafını  təmin  edən  və  yerli  mədəni-sosial  mühitin 
qorunmasına  qayğı  göstərən,  təbiətlə  mehriban  münasibətləri 
formalaşdıran,  ekologiya  təhsili  maarifçiliyinə  istiqamətlənmiş, 
təbiətə  ziyan  vurmayan  turizmdir  (Bax:Turizm  termin  və 
anlayışlarının izahlı  ensiklopedik lüğəti,  Bakı,2004).
Elmi  ədəbiyyata ekoturizm anlayışını  ilk dəfə  meksikalı  iqti­
sadçı  Hektor  Seballos-Laskureyn  (Ceballos-Lascurain)  tərəfin­
dən  1980-ci  ildə  daxil  edilmişdir.  Onun  fikrincə  “ekoturizm- 
təbiətə  ekoloji  həssas  münasibətlə  səyahətin uzlaşdırılmasıdır ki, 
nəticədə  flora  və  fauna  nümunələri  ilə  tanışlıq,  yaratmaqla 
onların qorunması  imkanlarını birləşdirir”.
BMÜTT  tərəfindən  qəbul  olunmuş  təyinatda  deyilir:-  “Eko­
turizm  təbiət  turizminin  bütün  formalarını  əhatə  edir  ki,  bu 
zaman  turistlərin  əsas  motivasiyası  təbiəti  seyr  etmək  və  onunla 
ünsiyyət  yaradır”.  Ümumdünya  Vəhşi  Təbiət  Fonduna  görə 
“ekoturizm-təbiətin qorunmasına yardım edən təbiət turizmidir”.
Ə. T. Əsgərov,  B. Ə. Bilalov,  Ç. G. Gülahvev____________________


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə